Özət
Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir, 12-15 sm uzunluğa malikdir. Düz bağırsaq uzunluğunun 1/5 – ampula üstü hissəsinin, 3/5 – ampulyar hissəsinin və digər 1/5-i isə anal kanalın payında düşür. Düz bağırsağın 2 əsas funksiyası var: anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti və defekasiya.
Müayinə üsulları
Düz bağırsaq xəstəliklərini aşkar etmək üçün aşağıdakı müayinələrdən istifadə edilir:
- Anamnezin toplanması (qanaxma, ağrı, selikli, irinli ifrazat, qaşınma, göynəmə və s.);
- Baxış (düz bağırsağın selikli qişasının sallanması, anal dəliyin ətrafında yerləşən patoloji törəmələr);
- Digital müayinə (sfinkterin tonusu, selikli qişada olan patoloji dəyişikliklər və s.);
- İnstrumental müayinələr (rektoskopiya, anoskopiya, rektosiqmoidoskopiya, kolonoskopiya, fistuloqrafiya, rentgenoloji müayinə, rektal ultrasonoqrafiya, defekoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT).
Düz bağırsağın və anusun anatomiyası, fiziologiyası, xəstəlikləri və müayinələri üzrə suallar
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Düz bağırsaq harada yerləşir? |
Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir. |
Düz bağırsağın peritona münasibəti necədir? |
Düz bağırsaq yuxarı ampulyar hissədə 3 tərəfdən peritonla örtülür, aşağı getdikcə periton təbəqəsi tədricən itir. |
Dişli xətt haradadır? |
Dişli xətt düz bağırsağın selikli qişasının dəriyə keçən hissəsinə deyilir. |
Daxili və xarici sfinkter necə formalaşır? |
Anal kanalın daxili sfinkteri saya əzələ qatından ibarət olan həlqədir. Adətən sıxılmış vəziyyətdə olur (defekasiya vaxtı boşalır). Anal kanalın xarici sfinkteri eninə zolaqlı əzələ qatından ibarətdir, sərbəst yığıla bilir və üç əzələ qatından ibarətdir. |
Damar sinir təchizatı |
Arterial təchizat
Venoz təchizat Düz bağırsağın yuxarı və orta hissələrindən venoz qan axını portal venaya açılır, aşağı hissəsindən və anusdan isə – aşağı boş venaya. Limfatik drenaj Limfatik damarlar arteriyalar müşayət edirlər. İnnervasiya Düz bağırsağın innervasiyası simpatik və parasimpatik liflər vasitəsilə həyata keçirilir. |
Düz bağırsağın funksiyaları |
Düz bağırsağın 2 əsas funksiyası var:
|
Düz bağırsağın instrumental müayinələri |
Rektoskopiya, anoskopiya, fistuloqrafiya, rektosiqmoidoskopiya, kolonoskopiya, rentgenoloji müayinə, defekoqrafiya, rektal ultrasonoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT. |