Özət
Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. Xroniki qəbizliyi olan insanlarda defekasiya zamanı ya çox sərt, ya da çox az miqdarda nəcis olur. Kəskin və xroniki formaları vardır. Səbəbinə yerinə görə: kologen, proktogen olur. Normal defekasiya aktı aşağıdakı ardıcıl proseslərin sayəsində baş verir:
- Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanir.
- Anorektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması.
- Düz bağırsağın peristaltik gücünün artması.
- Gücənmə və qarındaxili təzyiqin artması.
- Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.
Bu mərhələlərin hər hansı birində pozulma qəbizliyə gətirib çıxara bilir.
QƏBİZLİK XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Qəbizlik nəyə deyilir? |
Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. |
Rastgəlməsi |
Böyüklərin 2-30%-də qəbizlik problemi vardır 65 yaşından yuxarı olan qadınlar da kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir. |