Bayramov N.Y., Zeynalov S.M., Əliyev T.Q.
Tərifi
Qarında hüdudlanmış irinli və ya irinli-nekrotik ocaqdır.
Təsnifatı
Yerinə görə |
Peritondaxili
Retroperitoneal |
Səbəbinə görə |
|
PERİTONDAXİLİ ABSESLƏR
Səbələri
Qarındaxili abseslərin səbəblərini 2 qrupda cəmləşdirmək olar:
- Orqan zədələnmələri nəticəsində əmələ gələn abseslər: perforasiya, nekroz, anastomoz buraxması, travma, genitourinar infeksiya və digər səbəblər nəticəsində orqan möhtəviyyatının çıxması və hüdudlanması
- Qarındaxili yığıntının infeksiyalaşması nəticəsində əmələ gələn abseslər (qan, yığıntı, yad cisim və s infeksiyalaşması)
Postoperativ abseslərin səbəbləri:
- möhtəviyyat sızması (anastomoz buraxması, zədələnmə)
- qanaxma
- seroz yığıntının infeksiyalaşması
- yetərziz sanasiya
Bakteriyalar diffuz peritonitdə olduğu kimi əksər hallarda polimikrobial xarakterli olur. Qarındaxili abseslərin təxminən 1/3 peritonitlərdən sonra müşahidə edilir.
Patogenezi
Qarındaxili abseslər iltihabı-nekrotik ocağın hüdudlanması ilə formalaşır. İltihabı-nekrotik ocaq iki klassik yolla əmələ gəlir: orqan zədələnməsi və distant.
- Orqanların zədələnməsi nəticəsində periton boşluğuna tökülən möhtəviyyat yerli iltihab yaradır, infeksiya qoşularaq irinli iltihab meydana gəlir və hüdudlanaraq abses əmələ gəlir. Buna perforasiya, travma, anastomoz buraxmasından sonra meydana gələn absesləri aid etmək olar. Bu abseslər adətən orqan ətrafında yerləşir (məsələn appendikulyar, perivezikal, peri-anastomotik, qaraciyəraltı, divertikulyar və s.) və boşluqla əlaqəsi olur.
- Distant mexanizmdə isə qarın boşluğunda drenaj olunmamış və cibləşmiş qeyri-orqan möhtəviyyatları infeksiyalaşır və hüdudlanaraq əbses əmələ gəlir. Postoperativ abseslər (hematoma və drenaj olunmamış yığıntılar, yad cisimlər) və peritonitlərdən sonra meydana gələn abseslər (drenaj olunmamış cibləşmiş eksudat) bu yolla əmələ gəlir. Xüsusən, əməliyyatdan və travmadan sonrakı hematomaların, drenaj olunmamış yığıntıların, diffuz peritonitlərdə cibləşmiş yığıntıların və yad cisimlərin infeksiyalaşması və hüdudlanması ətrafında yaranan abseslər bu yol əmələ gəlir. Distant abseslər qarın boşluğunun hər hansı bir yerində formalaşa bilər.
Gedişi və ağırlaşmaları
Qarındaxili abseslərin aqibəti müxtəlif ola bilir:
- uzumnüddətli davam etmə və xronikləşmə
- perforasiya
- sepsis, orqan yetməzliklərinə və letallığa səbəb olma (30%).
Uzunmüddətli davam etmə və xronikləşmə əsasən kiçik abseslər üçün xarakterikdir.
Abses vaxtında müalicə olunmadıqda orqana, peritona, həttda dəriyə açıla bilər. Bu müvəqqəti yaxşılaşmaya səbəb olsa da xronikləşmə ejhtimalını artırır.
Abseslər adətən sepsis törədirlər və vaxtında müalicə olunmadıqda orqan yetməzliklərinə gətirib çıxarırlar. İntraabdominal abseslərdə letallıq 30% təşkil edir.
Absesin lokalizasiyası, səbəbi və müalicəyə başlama müddəti gedişə və letallığa təsir edən önəmli amillərdir.
Ağırlaşmaları
- Sepsis
- Perforasiya
- Qanaxma
Klinikası
- Ağrı xarakterik əlamətdir, lakin əməliyyatdan sonrakı xəstələrdə zəif biruzə verə bilər.
- Hərarət əksər hallarda hektik xarakter daşıyır, lakin zəif xəstələrdə olmaya da bilər.
- Bağırsaq fəaliyyətində dəyişiklik ola bilər.
- Obyektiv müayinədə qarında kütlə təyin oluna bilir, lakin dərin abseslərdə bu əlamət hiss edilmir.
Diaqnostikası
Şübhə
Aşağıdakı əlamətlər qarındaxili abseslərə şübhə yaradır:
- Qarında ağrı, kütlə və sepsis əlamətləri
- Əməliyyat və ya travmadan sonra ağrı, yüksək hərarət və leykositoz və/və ya CRP artması
- Peritonitlərdən sonra hektik hərarət, davam edən leykositoz və/və ya CRP artması
Dəqiqləşdirmə
Qarındaxili absesə şübhə əlamətləri olan xəstələrdə diaqnozu və səbəbi müəyyənləşdirmək üçün ilkin klinik, laborator (hemoqram, CRP, biokimya, elektrolitlər) və USM ilə yanşı KT edilir.
Qarındaxili absesi təsdiq və ya inkar etmək üçün ən vacib müayinə tomoqrafiyadır.
Qarındaxili absesin diaqnostik əlamətləri:
- Anamnezində kəskin cərrahi xəstəliklər, travma və və ya əməliyyat.
- Qarında ağrı, kütlə ola bilər
- İltihab əlamətləri: yüksək hərarət, leykositoz, CRP artması
- Görüntüləmədə xarakterik əlamətlər (içərisində hava-maye səviyyəsi olan hüdudlu maye yığıntısı)
Müalicəsi
Prinsipi
Qarındaxili abseslərin müalicəsi təcili olaraq aparılır və prinsipləri digər irinli – septik xəstəliklərində olduğu kimi “klassik 4 prinsip” üzərində qurulur:
- mənbənin aradan qaldırılması
- irinli – nekrotik toxumaların kənarlaşdırılması (sanasiya və drenaj)
- antibiotikoterapiya
- SİRS və sepsisə görə dəstək müalicələri
Drenaj üsulları
Absesləri drenaj etmək üçün 3 klassik drenaj üsulu var:
- Perkutan (dəridən keçən)
- Laparoskopik
- Açıq
Müalicə taktikası
- Qarındaxili abseslərdə ilk seçim perkutan drenajdır.
- Perkutan drenaj mümkün olmadıqda və ya yetərsiz olarsa cərrahi drenaj tətbiq edilir.
- Cərrahi drenaj açıq və ya laparoskopik yolla yerinə yetirilə bilər və aşağıdakı hallarda göstəriş sayılır:
- dərin yerləşən və perkutan girişi çətin olan abseslər
- mənbəyə nəzarət lazım gələn hallar (anastomoz buraxması, divertikulu, fistullar və s)
- perkutan drenajla çıxmayan böyük nekrotik detritlər
- Əməliyyatdan əvvəl və sonra antibiotikoterapiya və dəstək müalicələri aparılır.
RETROPERİTONEAL/RETROFASSİAL (PREPERİTONEAL) ABSES
Tərifi
Retroperitoneal abseslər peritonarxası sahədə yerləşən abseslərə deyilir.
Səbəbləri
Səbəblərinə görə birincili və ikincili retroperitoneal abseslər ayrıd edilir:
- Birincili abseslər– nadirdir və infeklsiyanın hematogen yayılması nəticəsində meydana gəlir
- İkincili abseslər retroperitoneal orqanların travma və ya iltihabı xəstəliklərinin nəticəsində meydana gəlir (böyrək, bağırsaq, pankreas və s)
Bakteriyalar əksər hallarda qarışıq xarakterli olur.
Patogenezi
Travmadan sonra retroperitoneal abses aşağıdakı yolla formalaşır: travma - hematoma–infeksiyalaşma –abses. Orqan xəstəliklərində isə absesin formalaşması klassik yolla baş verir: orqandakı iltihabın və ya möhtəviyyatın kənara çıxması–hüdüdlanma və infeksiyalaşma
Gedişi
Retroperitoneal abseslər müalicə olunmadıqda artaraq ağır sepsisə, retroperitoneal fleqmonaya, hətta mediastinitə səbəb ola bilər. Orqanla əlaqəsi olmayan retroperitoneal abseslər adətən drenajla sağala bilirlər, əlaqəsi olanlarda isə fistullar meydan gələ bilir. Hematogen abseslərin gedişi əsas xəstəliyin gedişinə uyğundur. Letallıq müalicə olunanlarda 25%, müalicə olunmadıqda isə 100%-ə çatır.
Klinkası
Anamnezində travma, böyrək, bağırsaq, mədəaltı vəzi xəstəlikləri və ya əməliyyatları olanlarda ağrı və sepsis əlamətləri (yüksək hərarət, taxikardiya, taxipnoe, leykositoz, CRP artması) əlamətləri ilə ortaya çıxır. Palpator ağrı və gərginlik, müsbət psoas simptomu (aşağı ətrafı yuxarı qaldırırkən ağrı, hərəkət vaxtı güclü ağrılar, bəzən də dəridə ödem və qızartı ola bilir.
Diaqnostikası
Şübhə
Anamnezində travma, sidik yolları, bağırsaq (xüsusən 12bb və yoğun bağırsaq), mədəaltı vəzi xəstəlikləri və əməliyyatları olanlarda bel ağrıları və sepsis əlamətləri varsa retroperitoneal absesdən şübhələnmək olar. Palpator bel ağrıları və və gərginlik bu şübhəni daha da artırır.
Dəqiqləşdirmə
Retroperitoneal absesin diaqnozunu dəqiqləşdirmək üçün KT qızıl standart sayılır. KT-də retroperitonal sahədə ödem, maye, hətta qaz görünə bilər.
Retoperitoneal absesin diaqnostik əlamətləri:
- Bel ağrıları
- SİRS-Sepsis əlamətləri
- KT-də retroperitoneal iltihab əlamətləri (maye, infiltrasiya, ödem, hava)
Differensial diaqnostikası
- soyuq abses
- retroperitoneal törəmələr
Müalicəsi
Təcili drenaj, mənbəni aradan qaldırma, antibiotikoterapiya və dəstək retroperitoneal absesin müalicə prinsipləridir.
Drenaj ücün perkutan və cərrahi üsullar tətbiq edilə bilər. Perkutan drenaj ilk seçimdir.
Özət
Peritondaxili abseslər qarındaxili orqanların xəstəlikləri, travmaları və əməliyyatlarından sonra (perforasiya, nekroz, anastomoz buraxması, yaralanma, genitourinar infeksiya, qan, yığıntı, yad cisim və s) qarın boşluğuna toplanmış möhətviyyatın və ya yığıntının hüdudlanması və infeksiyalaşması nəticəsində meydana gəlir. Adətən ağrı, SİRS-sepsis əlamətləri ilə biuzə verir, müalicə olunmazsa sepsis və orqan yetməzliklərinə, letallığa, bəzən də və fistullara səbəb ola bilər. Diaqnozunu dəqiqləşdirmək üçün KT lazım gəlir, ağrı, SİRS-sepsis əlamətləri ilə yanaşı mayeli boşluğun görünməsi xarakterikdir. Qarındaxili abseslərin müalicəsi üçün drenaj (perkutan və ya cərrahi), antibiotikoterapiya, dəstək müalicələri və səbəbin aradan qaldırlması lazımdır.
Retroperitoneal abseslər adətən peritonarxası orqanların (böyrək, bağırsaq, mədəaltı vəzi, onurğa stünü) travmalarından, əməliyyatlarından və ya xəstəliklərindən sonra bu sahəyə yığılan möhtəviyyatın və hematomanın infeksiyalaşması nəticəsində meydana gəlir. Adətən ağrı, SİRS-sepsis əlamətləri ilə biuzə verir, müalicə olunmzasa sepsis və orqan yetməzliklərinə, letallığa, bəzən də və fistullara səbəb ola bilər. Diaqnozunu dəqiqləşdirmək üçün KT lazım gəlir, ağrı, SİRS-sepsis əlamətləri ilə yanaşı mayeli boşluğun görünməsi xarakterikdir. Müalicəsi üçün təcili drenaj, mənbəni aradan qaldırma, antibiotikoterapiya və dəstək tədbirləri həyata keçirilir.
Qarın absesləri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
Qarindaxili abses
Suallar |
Cavablar |
Qarindaxili abses nədir? |
Qarında hüdudlanmış irinli və ya irinli-nekrotik ocaqdır |
Hansı klinik formaları var? |
Peritondaxili
Retroperitoneal |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Patogenezi nədən ibarətdir? |
Qarındaxili abseslər iltihabı-nekrotik ocağın hüdudlanması ilə formalaşır |
Gediş xüsusiyyəti necədir? |
|
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Klinik, laborator və görüntüləmə müayinələri |
Laborator əlamətləri nələrdir? |
leykositoz, CRP artması |
Görüntlüləmə əlamətləri nələrdir? |
Tomoqrafiyada içərisində hava-maye səviyyəsi olan hüdudlu maye yığıntısının olması |
Diaqnostik kriteriyalarını sadala? |
|
Müalicə üsulları hansılardır? |
“Klassik 4 prinsip”:
|
Əməliyyat üsulları hansılardır? |
|
Retroperitoneal hematoma və abses
Suallar |
Cavablar |
Retroperitoneal hematoma nədir? |
Peritonarxasi sahədə hematomanin yaranmasıdır |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Ağırlaşmları nələrdir? |
Hemorragik şok Retroperitoneal abses |
Klinik əlamətləri hansılardır? |
Başgicəllənmə Bayılma Ümumi zəiflik Qarinda ağri Beldə ağri Lokal və yayilmiş həssasliq Şok Hematuriya (80%) |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Hemorragik şok əlaməti olan xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM, KT, MRT |
Laborator əlamətləri nələrdir? |
Hemoqlobinin və hematokritin azalmasi |
Müalicə üsulları hansılardır? |
Konservativ Cərrahi |
Əməliyyat üsulları hansılardır? |
Açıq laporatomiya Perkutan drenaj |
Hansı retroperitoneal hematomaları drenaj etmək lazımdır? |
Artan və infeksiyalaşan |