Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

PİYLİYİN VƏ MÜSARİQƏNİN CƏRRAHİ XƏSTƏLİKLƏRİ

Bayramov N.Y., Zeynalov S.M., Əliyev T.Q.

 

PİYLİYİN İNFARKTI

 

Tərifi

Piyliyin burulması və ya yıtıq kisəsində boğulması nəticəsində baş verən işemik nekrozudur.

 

Etio-patogenezi

Burulma piyliyin bir ucunun divara bitişməsi və öz ətrafında fırlanması nəticəsində baş verir. Boğulma piyliyin yırtıqda boğulması nəticəsində meydana gəlir, bəzən də travma nəticəsində hematoma və nekrozu baş verir.

 

Gedişi

Omentum nekrozlaşdıqdan sonra iltihablaşır və fibrozlaşır. Nadir hallarda infeksiyalaşma baş verir.

 

Klinikası

Omentum nekrozu adətən kəskin başlayan ağrılarla biruzə verir. Palpator olaraq ağrı qeyd edilir, müvəqqəti hərarət , zəif leykositoz bəzən də qarında kütlə müşahidə edilə bilir. Bəzən appendisit və ya xolesistit klinikasına bənzəyir.

 

Diagnostikası

  • USM – qarında maye və ya kütlə ola bilər.
  • KT – qarında piy infiltratı və maye göstərir.
  • Laparoskopiyada hemorragik maye, nekrotik omentum müşahidə edilir
  • Differensial diaqnostika – appendisit və xolesistit, divertikulit, appendagit və s.

 

Müalicəsi

Diaqnoz əməliyyatdan əvvəl məlum olarsa müşahidə edilə bilər. Əməliyyat vaxtı tapılan omentum nekrozunda rezeksiya radikal müalicəsidir.

 

MÜSARİQƏNİN SİSTİ

Tərifi

Anadangəlmə inkişaf pozulması olub, ektopik limfoid və ya yumurtalıq toxumasının sistoz transformasiyasıdır.

 

Rastgəlməsi

Az rast gələn patologiyadır. Omentum sistlərinin 1/3 uşaqlarda 2/3 isə böyüklərdə tapılır.

 

Etiologiyası

İnkişaf qüsurudur.

 

Patogenezi

Ektopik limfoid və ya yumurtalıq toxumasının kistoz transformasiyası hesab olunur.

 

Gedişi

Sistlər stabil ölçüdə qala bilər, proqressiv böyüyə bilər və ya partlayaraq periton boşluğuna yayıla bilərlər.

Morfologiyası

Əksər hallarda 4-10 sm olur, lakin bəzən ölçüləri 30-50 sm- qədər çata bilir.

 

Klinikası

Sistlər asimptomatik ola bilir, qarında xroniki ağrı və ya kəskin qarın və kütlə əlamətləri (şişkinlk, palpator yumşaq və hərəkətli kütlə) ilə biruzə verə bilirlər. Adətən bağırsaq fəaliyyəti pozulmur.

 

Diaqnostikası

  • USM- Sist
  • KT/MRT mezenter səviyyəsində böyük kista
  • Laparoskopiyada müsariqədən çıxan sist

Differensial diaqnostika:

  • pankreatik psevdosist
  • yumurtalıq sisti
  • retroperitoneal törəmələr

 

Müalicəsi

Radikal kistektomiya və göstərişə görə bağırsaq rezeksiyası.

 

Özət

Omentum infarktı piyliyin burulması və ya yırtıq kisəsində boğulması nəticəsində baş verən işemik nekrozudur. Adətən kəskin başlayan ağrılarla biruzə verir, palpator ağrı, müvəqqəti hərarət , zəif leykositoz, bəzən də qarında kütlə müşahidə edilə bilir. Əməliyyat vaxtı tapılarsa rezeksiya edilir.

Müsariqə kisti anadangəlmə inkişaf pozulması olub, ektopik limfoid və ya yumurtalıq toxumasının sistoz transformasiyasıdır. Əksər hallrda klinik və görüntüləmə ilə digər kistlərdən fərqləndirmək çətin olur. Müalicəsi radikal kistektomiyadır.

 

 

Piyliyin xəstəlikləri üzrə suallar

Bayramov N.Y., Səfiyeva A.K., Əhmədov F.

 

Omentumun infarktı

Suallar

Cavablar

Omentumun infarktı nədir?

Piyliyin burulması və ya yıtıq kisəsində boğulması nəticəsində baş verən işemik nekrozudur.

Səbəbi və ya risk faktorları nələrdir?

İdiopatik və ya travma

Patogenezi nədən ibarətdir?

Omentumun işemik nekrozu

Gediş xüsusiyyəti necədir?

Kəskin

Ağırlaşmaları nələrdir?

Omentumun nekrozu

Klinik əlamətləri hansılardır?

Kəskin başlayan ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Qarında kəskin agrilari olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

USM, KT

Laborator əlamətləri nələrdir?

Zəif leykositoz

Görüntlüləmə əlamətləri nələrdir?

  • USM – qarında maye və ya kütlə ola bilər.
  • KT – qarında piy infiltratı və maye göstərir.

Müalicə üsulları hansılardır?

Diaqnoz əməliyyatdan əvvəl məlum olarsa müşahidə edilə bilər. Əməliyyat vaxtı tapılan omentum nekrozunda rezeksiya radikal müalicəsidir.

Əməliyyata göstərişlər nələrdir?

Omentumun burulmasi

Əməliyyat üsulları hansılardır?

Omentumun rezeksiyasi

 

 

Omentit

Suallar

Cavablar

Omentit nədir?

Omentumun iltihabıdır

Patogenezi nədən ibarətdir?

Həm sərbəst bir proses kimi həm də yaxınlıqdakı orqanlarin iltihabi proseslərinin omentuma keçməsi nəticəsində inkişaf edir

Klinik əlamətləri hansılardır?

Qarinda ağri

Qusma

Tempraturun yüksəlməsi

Qarin əzələlərinin gərginliyi

Qarinda kütlənin əllənməsi

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Qarinda kəskin ağrilari olan xəstələrdə

 

Desmoid törəmələr

Suallar

Cavablar

Desmoid törəmələr nədir?

Yavaş böyüyən və metastaz verməyən yumşaq toxuma törəmələrdir

Rastəlmə tezliyi nə qədərdir?

Nadir rast gəlinirlər,bütün törəmələr içərisində 0.03% rast gəlinir

Səbəbi və ya risk faktorları nələrdir?

FAP-Gardner sindromu

Travma

CTNNB1 geni mutasiyasi

Klinik əlamətləri hansılardır?

Lokalizasiyasindan asili olaraq

Ağri

Ağirliq hissi

Diskomfort

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

KT, MRT, USM, biopsiya

Müalicə üsulları hansılardır?

izləmə

radioterapiya

Cərrahi müdaxilə

Əməliyyata göstərişlər nələrdir?

Törəmənin ölçüsü və ətrafa təzyiq

Proqnozu nədir?

Müdaxilə edilməzsə böyüyür