Özət
Splenomeqaliya dalaq həcminin böyüməsinə, hipersplenizm isə dalaq ölçüsünün və funksiyasınının artmasına deyilir. Yəni hipersplenizm olması üçün aşağıdakı üç kriteriya olmalıdır: splenomeqaliya, sitopeniya (mono-, di-, trisitopeniya) və sümük iliyində reaktiv hiperplaziya. Diffuz splenomeqaliya əksər hallarda ikincilidir və onu törədən səbəblər arasında ilk yerləri hematoloji, qaraciyər, infeksiyon və autoimmun xəstəliklər tutur. Bu sindromun klinikası və gedişi səbəbindən asılıdır, əsas xəstəliyin əlamətləri ilə birlikdə ola bilər, asimptomatik ola bilər və ya ağırlaşma əlamətləri ilə biruzə verə bilər (sitopeniya, portal hipertenziya, orqanları sıxma və s). Diffuz splenomeqaliyada əsas diaqnostik məsələ səbəbin araşdırılmasıdır və bu məqsədlə ardıcıl olaraq hematoloji, qaraciyər, infeksiyon və autoimmun xəstəliklər yoxlanılır. Müalicəsi səbəbin aradn qaldırılmsından ibarətdir, səbəb aradan qaldırılmadıqda palliativ məqsədlə splenektomiya, dalaq arteriyasının embolizasiyası, parsial splenektomiya və s istifadə edilə bilər.
Diffuz splenomeqaliya üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Splenomeqaliya nədir? |
Dalağın böyüməsidir |
Hipersplenizm nədir? |
|
Splenomeqaliyanın hansı klinik formaları var? |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Patogenezi nədən ibarətdir? |
|
Portal hipertenziyanın ilk əlamətilərindən biri hansıdır? |
Splenomeqaliya |
Gediş xüsusiyyəti necədir? |
Gedişi səbəbindən asılıdır |
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Laborator əlamətləri nələrdir? |
Sitopeniya (mono-, di-, pansitopeniya) |
Görüntüləmə əlamətləri nələrdir? |
Dalağın uzununa ölçüsünün 14 sm-dən və ya eninə ölçüsünün 5 sm-dən çox artması və ya həcminin artması ( həcmin 250 sm3-dənçox olması); |
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Səbəbin tapılmaması və neoplastik törəmələr |
Əməliyyat üsulları hansılardır? |
|
Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Diffuz splenomeqaliya əksər hallarda ikincili xəstəlikdir. |