Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Dalağın damar xəstəlikləri - Özət və Suallar

Özət

Dalağın ən çox rast gəlinən damar xəstəliklərinə dalaq infarktı, dalaq arteriyası anevrizması və dalaq venası trombozu aid edilir.

Dalaq infarktı dalaq arteriyasının və ya şaxələrinin trombla, embolla tutulması və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur. Trombofilik vəziyyətlər (bəd xassəli xəstəliklər, antifosfolipid sindromu və s), emboliyalar (atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya), mileloproliferativ xəstəliklər (polisitemiya vera, mielofibroz, trombositemiya və s.), hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya), böyük splenomeqaliyalar, dalaq burulması və dalaq travması infarkta səbəb ola bilər. İnfarkt xəstələrin təxminən yarısında simptomsuz və ya zəif əlamətlərlə biruzə verir, yarısında isə qarının sol tərəfində ağrı, ürəkbulanma və qusma, hərarətin artması, leykositoz ilə biruzə verir, əksər hallrda fibrozla nəticələnir, az hallrda isə absesə və qanaxmaya səbəb olur. Diaqnozu kontrastlı KT ilə qoyulur: kontrast tutmayan piramidşəkilli bölgənin görünməsi xarakterikdir. Asimptomatik hallarda izləmə, ağırlaşmalarda (qanaxma, infeksiya) isə cərrahi müdəxilə lazım gəlir (adətən splenektomiya).

Dalaq arteriyasının anevrizması qarın boşluğu damarlarının anevrizması arasında aorta və qalça areteriyaları anevrizmalarından sonra üçüncü yerdə durur. Ağrı və dalaq infarktı əlamətləri ilə ortaya çıxa bilir, hamiləlikdə isə partlama ehtimalı çox yüksəkdir. Diaqnozu KT angioqrafiya ilə dəqiqləşdirilir. Müalicəsində ölçüsü, simptomları və hamiləlik nəzərə alınır: hamilələlik planlaşdırılanlarda, ölçüsü 2 sm-dən böyük, simptomatik anevrizmalarda müalicə lazımdır ( distal və proksimalının bağlanması, splenektomiya, embolizasiya); ölşüsü 2 sm-dən kiçik və asimptomatik anevrizmalarda müşahidə tövsiyə olunur.

Dalaq venasının tombozu və ya soltərəfli portal hipertenziya qarındaxili venaların ən çox rast gəlinən trombozudur. Ən çox rastgəlinən səbəbi pankreatitdir, ikinci yerdə pankreas xərçəngi və mədənin arxa divar xorası durur, retroperitoneal fibroz və splenektomiya digər səbəbləri arasındadır. Xəstəlik mədə dibi varikozlarını və varikoz qanaxma (15 – 20%), splenomeqaliya və hipersplenizm törədə bilir. Diaqnozu KT/MRT angioqrafiya ilə dəqiqləşdirilir. Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda splenektomiya tövsiyə edilir, bəd xassəli xəstəlik mənşəli trombozlarda isə splenektomiya faydasızdır.

 

Dalağın damar xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Dalaq infarktı nədir?

Dalaq arteriyasının və ya şaxələrinin trombla, embolla tutulması və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur

Səbəbi və ya risk faktorları nələrdir?

Aşağıdakı xəstəliklərin ağırlaşması kimi ortaya çıxa bilər:

  • Trombofilik vəziyyətlər
  • Embologen səbəblər: atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya;
  • Mileloproliferativ xəstəliklər
  • Hemoqlobinopatiyalar;
  • Böyük splenomeqaliyalar;
  • Dalaq burulması;
  • Dalaq travması;

Ağırlaşmaları nələrdir?

  • Qanaxma;
  • Absesləşmə;

Klinik əlamətləri hansılardır?

  • Simptomsuz və ya zəif əlamətlərlə - 50 % hallarda;
  • Qarının sol tərəfində güclü ağrı;
  • Ürəkbulanma və qusma;
  • Sol qabırğaaltında palpator ağrılı;
  • Hərarətin artması;
  • Leykositoz;
  • LDH artması;

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

Kontrastlı KT

Görüntüləmə əlamətləri nələrdir?

Kontrastlı KT-də - kontrast tutmayan piramidşəkilli bölgə

Müalicə üsulları hansılardır?

  • İzləmə - asimptomatik və ağırlaşmamış hallarda;
  • Ağırlaşmalarda - cərrahi müdaxilə;

Əməliyyata göstərişlər nələrdir?

Ağırlaşmaların olması

Əməliyyat üsulları hansılardır?

Splenektomiya

Proqnozu nədir?

Əksərən dalaqda fibroz və ya psevdokistlə nəticələnir.

Dalaq arteriyasının anevrizması nədir?

Dalaq arteriyasının divarının kisəşəkilli genişlənməsi

Rastgəlmə tezliyi nə qədərdir?

Az rast gəlinən patologiyadır

Ağırlaşmaları nələrdir?

Partlama, qanama, dalaq infarktı

Klinik əlamətləri hansılardır?

Ağrı və dalaq infarktı əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

USM və KT müyinələrində arteriya proyeksiyasında kütlə kimi görüntü olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

KT angioqrafiya

Görüntüləmə əlamətləri nələrdir?

Damarın seqmentar genişlənməsi

Müalicə üsulları hansılardır?

  • hamiləlik planlaşdırılan xəstələrdə müalicə lazımdır(partlama ehtimalı yüksək);
  • ölçüsü <2 sm və asimptomatik anevrizmalarda müşahidə;
  • ölçüsü >2 sm və ya simptomatik, ətrafında iltihabı olan anevrizmalarda cərrahi müalicə;

Əməliyyat üsulları hansılardır?

  • Anevrizmanın distal və proksimalının bağlanması - ilk seçim;
  • Splenektomiya + eksiziya və ya endovaskulyar embolizasiya

Embolizasiya zamanı baş verə biləcək ağırlaşmalar hansılardır?

Dalaq infarktı inkişaf edə bilər

Proqnozu nədir?

Hamiləlikdə partlama ehtimalı çox yüksəkdir.

Dalaq venası trombozunda splenektomiyaya göstəriş hansıdır?

Hipersplenizm və mədə varikozu

Dalaq venasının izole trombozu və ya soltərəfli portal hipertenziyanın rastgəlmə tezliyi nə qədərdir?

Qarındaxili venaların ən çox rast gəlinən trombozudur.

Səbəbi və ya risk faktorları nələrdir?

  • Pankreatit;
  • Pankreas xərçəngi;
  • Mədənin arxa divar xorası;
  • Retroperitoneal fibroz;
  • Splenektomiya;

Dalaq venası trombozunun ən çox rastlanan səbəbi?

Pankreatitlər

Ağırlaşmaları nələrdir?

  • Varikoz qanaxma;

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Splenomeqaliya;
  • Hipersplenizm;
  • Mədə varikozları;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Qastroskopiyada izolə mədə varikozları tapılan xəstələrdə

Izolə qastrik varikozlara ən çox nə səbəb olur?

Dalaq venası trombozu

Dalaq venası trombozunda izolə mədə varikozlarının əmələ gəlmə səbəbi nədir?

Venoz drenaj kiçik venalar vasitəsi ilə mədə damarlarına drenaj olduğu üçün

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

 KT/MRT angioqrafiya

Müalicə üsulları hansılardır?

Splenektomiya

Əməliyyata göstərişlər nələrdir?

Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda

Bəd xassəli xəstəlik mənşəli trombozlarda splenektomiya faydalıdırmı?

Xeyr

Splenik vena trombozundan əmələ gəlmiş qastrik varikozların müalicəsi nədir?

Splenektomiya