Özət
Piotoraks və ya irinli plevrit bulanq irinli eksudatdır, tərkibində mikroblar tapıla bilir, pH<7 olur.
Pnevmoniya, əməliyyat və digər səbəblərdən plevrada meydana gələn iltihaba irinli infeksiyanın qoşulması və ya irinli infeksiyanın plevraya yayılması nəticəsində baş verən ağırlaşma kimi ortaya çıxır. Bu ağırlaşma adətən yerli (ağrı, perkutor kütlük, təngnəfəslik və s.) və ümumi iltihab əlamətləri ilə başlayır, müalicə olunmadızsa sepsisə, həttda letallığa səbəb ola bilir. Maye başlanğıc fazada (24-48 saat) seroz, 3-7-ci günlər fibrinoz-irinli xarakterli olur, sonrakı genlərdə isə fibroz və hüdudlanma baş verir və empiema meydana gəlir. Diaqnostikasında klinik əlamətlərlə yanaşı, görüntüləmə, və punksiya mühüm rol oynayır, yerli və ümumi iltihab əlamətləri, görüntüləmədə mayenin tapılması və punktatda irin, protein >3 q/dl, pH<7, glükoza < 40 mq/dl, anaerob və ya aerob mikroblarən tapılması xarakterik əlamətləridir. İrinli plevritin müalicəsi digər irinli xəstəliklərdə olduğu kimi “klasssik 4+ prinsipi” üzrəidnə qurulur: antibiotikoterapiya, dəstək müalicələri, plevral drenaj, səbəbin aradan qaldırılması və böşluğu aradan qaldırma - ağciyərin genişlənməsinə nail olma (erkən drenaj, dekortikasiya) və ya torakoplastika.
İrinli plevrit üzrə suallar
N.Y.Bayramov, F.A.Qəhrəmanova
Suallar |
Cavablar |
İrinli plevrit nədir? |
Plevranın irinli iltihabı (piotoraks və ya empiema) |
Hansı formaları var? |
Mərhələsinə görə – kəskin seroz, kəskin fibrinoz, xroniki (fibrinoz-fibroz mərhələ) Yerinə görə - Diffuz və lokal |
Səbəbi və ya risk faktorları nələrdir? |
Pnevmoniya (60%) - ən çox rast gəlinən səbəb Əməliyyat (20%) Travma (10%) Digər (qida borusu perforasiyası, mediastinal orqan xəstəlikləri, diafraqamaaltı orqanların xəstəlikləri) |
Patogenezi nədən ibarətdir? |
I mexanizm – ilkin iltihabı prosesə irinli infeksiya qoşulması II mexanizm – ətraf orqanlarda olan irinli infeksiyanın plevraya yayılması |
Gediş xüsusiyyəti necədir? |
|
Ağırlaşmaları nələrdir? |
Sepsis, ağciyər yetməzliyi, plevral fistul, amiloidoz |
Klinik əlamətləri hansılardır? |
Yerli iltihab əlamətləri: döş qəfəsində ağrı, perkutor kütlük, ağciyər səslərinin azalması Ümumi itihab əlamətləri (SİRS-sepsis əlamətləri) – hərarət, taxikardiya, leykositoz, taxipnoe Tənəffüs yetməzliyi əlamətləri – təngnəfəslik, sianoz və s. |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Döş qəfəsində ağrı, təngnəfəslik və sepsis əlamətləri Anamnezdə pnevmoniya, əməliyyat, travma, plevrada maye olan xəstədə sepsis əlamətləri varsa Plevral punktatda eksudat və bulanıq maye tapılan |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM, KT, plevral punksiya |
Standart laborator əlamətləri nələrdir? |
SİRS-sepsis əlamətləri (leykositoz, CRP artması və s.) |
Görüntüləmə əlamətləri nələrdir? |
Plevrada maye |
Digər müayinələrdə nə tapılır? |
Punktatın müayinəsində – irin, protein>3 q/dl, pH<7, qlükoza<40 mq/dl, anaerob və ya aerob mikroblar |
Diaqnostik kriteriyalarını sadala? |
Döş qəfəsində ağrı, SİRS-sepsis əlamətləri, tənəffüs yetməzliyi Görüntüləmədə plevrada maye Punktatın müayinəsində: irin, bakteriya və ya pH<7.2 |
Müalicə üsulları hansılardır? |
“klasssik 4+ prinsipi”
|
Əməliyyata göstərişlər nələrdir? |
Fibroz/xroniki faza, ağciyərdə fistul və ya destruksiya |
Əməliyyat üsulları hansılardır? |
Dekortikasiya, torakoplastika, ağciyərin rezeksiyası, pulmonektomiya |