Öd yolları müayinələri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Müayinələr
Suallar |
Cavablar |
Bilrubinin hansı səviyyəsində sarılıq əlaməti ortaya çıxır? |
2-2,5 dəfə artarsa |
Sarılıq əlaməti ilk olaraq hansı anatomik bölgədə ortaya çıxır? |
Dilin altı |
Böyrək funksiyası yaxşı olarsa total bilirubin nə qədər yüksək ola bilər? |
20 mg/dl-dən çox |
Tıxanma sarılığının əlamətləri hansılardır? |
|
Obsrtruktiv sarılıqda qaşınmanın səbəbi nədir? |
Öd duzlarının dermaya təması (bilirubin deyil!) |
Xolelitiaz nədir? |
Öd daşı |
Xolesisitolitiaz nədir? |
Öd kisəsi daşı |
Xoledoxolitiaz nədir? |
Ümumi öd axarında daş |
Xolesistit nədir? |
Öd kisəsinin iltihabı |
Xolangit nədir? |
Öd yollarının iltihabı |
Xolangiokarsinoma nədir? |
Öd yollarının adenokarsinoması |
Klatskin tumor nədir? |
Sağ və sol qaraciyər axacaqlarının birləşdiyi yerdə (haçada) yerləşən xolangiokarsinoma |
Öd sancısı (biliar kolika) nədir? |
Sağ qabırğaaltı və ya epiqastralik bölgədə kəskin başlayan, 15-30 dəq. ərzində artan, bir neçə saat (3-6 saat) sabit davam etdikdən sonra yavaş-yavaş azalan ağrı (adətən öd daşının kisə axarını tıxaması nəticəsində baş verir). |
Bilioma nədir? |
İntraperitoneal və ya qaraciyərdaxili öd yığıntısı |
Öd yollarının müayinəsi üçün ilkin görüntüləmə hansıdır? |
Ultrasəs müayinəsi |
Öd kisəsinin müayinəsi üçün ən çox istifadə edilən müayinə? |
Ultrasəs müayinəsi |
Öd axacaqlarını qiymətləndirmək üçün hansı üsulları bilirsiniz? |
|
Öd axacaqlarını qiymətləndirmək üçün ən dəqiq ilkin müayinə? |
Maqnit rezonans xolangioqrafiya |
R-müayinəsi hansı tezliklərdə kisədə daşı göstərə bilir? |
10-15% |
Öd yollarinda əməliyyatlar
Suallar |
Cavablar |
Xolesistektomiya nədir? |
Öd kisəsinin çıxarılması (laparoskopik və ya açıq yolla) |
Sfinkterotomiya nədir? |
Öddi sfinkterinin kəsilməsidir, darlığı aradan qaldırmaq, xoledoxdakı daşları çıxarmaq, stend qoymaq üçün aparılır. Adətən ERXPQ ilə yerinə yetrilir, bəzən açıq üsulla transduodenal olaraq da edilə bilir. |
Xoledoxo-yeyunostomiya nədir? |
Ümumi öd axarı və yeyunum arasında anastomoz |
Hepatiko - yeyunostomiya nədir? |
Pay axacaqları və ya ümumi qaraciyər axacağı ilə yeyinum arasında anastomoz |
Laparoskopik xolesistektomiyadan sonrakı biloma necə müalicə olunur? |
1.Öd kolleksiyasını perkutan drenajı 2.ERXPQ ilə biliar stent yerləşdirməklə |
Laparoskopik xolesistektomiya zamanı ümumi öd axarının böyük zədələnmələrində müalicə? |
Xoledoxo-yeyunostomiya |