Özət
Sarılıq simptomu toxumaların sarı rəngdə boyanması əlamətidir, sarılıq sindromu isə orqanizmdə bilirubinin artması olub, toxumaların sarı rəngdə boyanması ilə biruzə vеrə bilir. Həm sərbəst, həm də birləşmiş (bilirubin-qlukronid) bilirubinin artması toxumaların saralmasını törədir. Etiopatogenezinə görə sarılıq hemolitik, hepatosellular (xolestatik və qeyri-xolestatik) və obstruktiv növlərə ayrılır.
Sarılıq əlaməti olan xəstədə əvvəlcə sarılıq dəqiqləşdirilir, sonra isə növü və səbəbi müəyyənləşdirlir. Bilirubinin normadan yüksək olması (ümumi bilirubin >1 mg/dl ) sarılığı dəqiqləşdirir. Sarılığın növünü və səbəbini müəyyənləşdirmək üçün ilk mərhələdə klinik, laborator və görüntüləmə müayinələri aparılır (hemoqram, sərbəst və birləşmiş bilirubin, QF, QQT, ALT, AST, USM, gərəkərsə MRT).
Hеmolitik sarılıq üçün qanda sərbəst bilirubinin və sidikdə urobilinogenin artması xarakterikdir. Dəqiqləşdirmək üçün qanda haptoqlobin yoxlanılır.
Hepatosellular (parenximatoz) qeyri-xolestatik sarılıq üçün birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması ilə yanaşı qaraciyər enzimlərinin xolestaz enzimlərindən daha çox artması xarakterikdir. Səbəbini müəyyənləşdirmək üçün klinik əlamətlər nəzərə alınır, əlavə laborator müayinələr lazım gələ bilir.
İntrahepatik xolestatik sarılıq birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması ilə yanaşı xolestaz enzimlərinin qaraciyər enzimlərindən daha çox artması və öd yollarının genişlənməməsi ilə xarakterizə olunur. Səbəbini müəyyənləşdimək üçün klinik məlumatlar, autoimmun marekterlər, hətda biopsiya lazım gəlir.
Obstruktiv sarılıq (mexaniki sarılıq, ekstrahepatik xolestaz) üçün birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması, xolestatik enzimlərin artması və öd yollarının genişlənməsi xarakterikdir. Öd yollarında genişlənmə USM və MRT ilə görünə bilir, göstəriş olarsa ERXPQ də edilir. Öd yollarında tıxanma törədən səbəbləri müəyyənləşdimək üçün (daşlar, çapıq daralmalar, törəmələr, iltihabi xəstəliklər, travma-əməliyyat, damar xəstəlikləri, parazitlər və yad cisimlər) MRT əksər hallarda yetərli olur, çətinlik olarsa kontrastlı xolangioqrafiya (ERXPQ, PTX, T-xolangioqrafiya, əməliyyatdaxili xolangioqrafiya) və xoledoxoskopiya lazım gəlir. Mexaniki sarılığın müalicəsində səbəbin aradan qaldırılması və dekompressiya üçün cərrahi və azinvaziv tədbirlər həyata keçirilir.
Sarılıq üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova
Suallar |
Cavablar |
Sarılıq nədir? |
Simptom kimi toxumaların sarı rəngdə boyanması, sindrom kimi bilirubinin artmasıdır |
Sarılığın səbəbləri nələrdir? |
Hemoliz, hepatosellular disfunksiya və tıxanma |
Sarılığı necə dəqiqləşdimək olar? |
Qanda bilirubini təyin etməklə (ümumi bilirubin >1 mg/dl ). |
Sarılığın səbəbini müəyyənləşdimək üçün ilkin olaraq hansı müayinələr parılmalıdır? |
|