Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Öd daşı - Özət və Suallar

Özət

Öd daşı ödün maye konsistensiyasının dəyişərək bərk hala keçməsi nəticəsində daşların əmələ gəlməsidir (xolesterin və bilirubin daşları). Xəstəlik əhali arasında ən çox rast gələn və qarın boşluğunda ən çox əməliyyata səbəb olan xəstəlikdir. Yaşlaşma, qadın cinsi, köklük, hamiləlik, estrogen və progesteron müalicəsi, genetik amillər, dislipoproteinemiyalar, iltihab və diskineziya daş əmələ gəlməsinə ən çox səbəb olan amillərdir. Öd daşları əksər hallarda simtomsuz gedir, lakin obturasiya, eroziya-nekroz və ya neoplaziyaya səbəb olduqda klinik əlamətlərlə ortaya çıxır: təkrarlayan öd sancıları, kəskin xolesistit, xoledoxolitiaz, pankreatit və s.

Öd kisəsindəki daşları təyin etmək üçün USM, xoledoxdakı daşları təyin etmək üçün isə MRT ilk seçimdir. Simptomatik öd daşı xəstəliyinin standart müalicəsi laparoskopik xolesistektomiyadır, xoledoxdakı daşların çıxarılması üçün laparoskopiya və ERXPQ ilk seçimdir. Asimptomatik öd daşında əksər xəstələrdə müalicə gərəkmir.

 

 

Öd daşı üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Öd daşı nədir?

Öd daşının əmələ gəlməsi

Rastgəlmə tezliyi

10-20%

“Böyük risk faktorları” hansılardır?

Qadın, yağlı qida, 40 yaşdan çox, çox doğan (ingiliscə 4-F: Female, Fat, Forty, Fertile)

Digər risk faktorları hansılardır?

  • Oral kontraseptivlər
  • Öd duğunluğu
  • Xronik hemoliz
  • Sirroz
  • İnfeksiya
  • Sürətli arıqlama
  • Köklük
  • İltihabi bağırsaq xəstəliyi
  • Terminal ileum rezeksiyası
  • Total parenteral qidalanma (TPN)
  • Vagotomiya, rezeksiya
  • Yaş
  • Hiperlipidemiya
  • Somatostatinoma

Daşların hansı növləri var?

  • xolesterin (75-90%)
  • piqment daşları (10-25%)

Piqment daşlarının hansı növləri var?

  • qara daşlar (tərkibində kalsium bilirubinat)
  • qəhvəyi daşlar (infeksiyaya bağlı)

Qara piqment daşlarının səbəbi nədir?

Sirroz, hemoliz

Qəhvəyi xoledox daşlarının səbəbi nədir?

Öd yollarında daralma və infeksiya

Xolesterin daşlarının patogenezi nədir?

Ödün xolesterinlə doyması və dənəciklərin əmələ gəlməsi, dənəciklərin nüvələşdirici amil ətrafında birləşməsi və çökməsi, nəhayət daşlaşma

Hiperxolesterinemiya öd daşı əmələ gəlməsində risk faktoru hesab olunurmu?

Xeyr! (amma hiperlipidimiya bəli)

Öd daşı hansı əlamətlərlə biruzə verir?

Öd sancısı, xolangit, xoledoxolitiaz, öd daşı, pankreatit

Öd sancısı doğrudanmı tutub-buraxan sancışəkillidir?

Xeyr! Ağrı tutur və bir neçə saat buraxmır.

Asimptomatik öd daşı xəstəliyinin rast gəlmə tezliyi nə qədərdir?

80% hallarda asimptomatikdir

Öd sancısının mexanizmi necədir?

Daşın kisə çıxışını tıxaması nəticəsində əvvəlcə kisənin yığılması, sonra isə genişlənməsi divar işemiyasına və ağrıya səbəb olur

Öd daşının hansı 5 əsas ağırlaşması var?

Kəskin xolesistit

Xoledoxolitiaz

Xolangit

Pankreatit

Bağırsaq keçməzliyi

Xolelitiazın diaqnozu necə qoyulur?

Anamnez

Obyektiv müayinə

USM

USM öd kisəsi daşını hansı həssaslıqla aşkarlayır?

98% hallarda aşkarlayır

Ultraneqativ daş nə deməkdir?

USM ilə görünməyən daşlar (2% halda rast gəlir)

USM xoledoxolitiazisi hansı həssaslıqla aşkarlayır?

50% -də az hallarda, ona görə də xoledoxolitiaz üçün uyğun müayinə hesab olunmur

Simptomatik öd kisəsi daşlarının standart müalicəsi necədir?

Laparoskopik xolesistektomiya

Laparoskopik xolesistektomiyanın ağırlaşmaları hansılarıdır?

Ümumi öd axarının zədələnməsi, sağ hepatik axacaq və ya arteriyasının zədələnməsi, güdülün buraxması, bilioma

Asimptomatik öd daşında xolesistektomiyaya göstərişlər?

  • Oraq hüceyrəli anemiya
  • Kirəcləşmiş öd kisəsi
  • 2 sm-dən böyük daşlar
  • Uşaqlarda

Kirəçləşmiş öd kisəsində və 2 sm-dən böyük daşlarda nə üçün əməliyyat göstərişdir?

Kanser riski yüksəkdir

Hansı dərmanlar xolesterin daşını əridə bilər?

Xenodeoksikolik turşusu, ursodezoksixol turşusu. Lakin, dərman dayanarsa daşlar təkrar əmələ gəlir.

 

Öd daşı mənşəli bağırsaq keçməzliyi

Nədir?

Nazik bağırsağın böyük öd daşları ilə (>2.5 cm) tıxanması fonunda əmələ gəlir.

Böyük öd daşı bağırsağa necə keçir?

Daş kisə ilə bağırsaq arasında yaranan fistuldan keçərək bağırsağa düşür.

Obstruksiyanın klassik lokalizasiyası?

İliosekal bucaq

Kimlərdə çox rast gəlir?

Böyük daşı olan və 70 yaşdan yuxarı qadınlarda

Əlamətləri hansılardır?

Nazik bağırsaq obstruksiyası simptomları: köp,  qusma, hipovolemiya, sağ yuxarı kavdrantda ağrı

Diferensial diaqnozu?

Nazik bağırsaq obstruksiyasının digər səbəbləri (bitişmə, yırtıq, kanser)

Nazik bağırsaq keçməzliyi olanların neçə faizində daş mənşəli olur?

1%-dən az

Diaqnostikası üçün hansı müayinələr lazımdır?

KT – keçməzlik əlamətləri, bağırsaqda daş görünə bilər, öd yollarında hava, kontrastın öd kisəsəsinə keçməsi

Müalicəsi necədir?

Əməliyyat: enterotomiya və daşın çıxarılması vacibdir, xolesistektomiya və fistulun bağlanılması əlavə edilə bilər