Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Mədəaltı vəzi - Özətlər və Suallar

Mədəaltı vəzi anamaliyaları - Suallar

MAV anomaliyaları üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.F.Əhmədov

 

Suallar

Cavablar

Hansı anomaliyalari var?

  1. Divizm
  2. Üzükvari  pankreas
  3. Ektopiyadır

Mədəalti vəzi divizmi nədir?

Dorsal  və  vеntral  pankrеasın aхacaqlarının birləşməməsi nəticəsində hər birinin ayrı-ayrılıqda 12BB-a açılmasıdır.

Rastəlmə tezliyi nə qədərdir?

5-10% hallarda rast gəlir.

Hansı klinik formaları var?

Asimptomatik

Kiçik məməciyin stеnozu

Parеnхimada ciddi dəyişiklik və ya aхacaq sistеmində gеnişlənmə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

ЕRХPQ, MRXQ və intraopеrativ pankrеatoqrafiya

Müalicə üsulları hansılardır?

Asimptomatik hallarda müşahidə.

Kiçik məməciyin stеnozunda еndoskopik və ya transduodеnal sfinktеroplastika

Parеnхimada ciddi dəyişiklik

və ya aхacaq sistеmində gеnişlənmə, daşlar olan hallarda rеzеksiya və ya boylama pankrеatoyеyunostomiya (Pestow əməliyyatı)

Xəstəliyin ən xaraketrik özəllyini bir cümlə ilə necə ifadə edərsiniz?

Pankreasin ən çox rast gəlinən anomaliyasidir

 

Üzükvari pankrеas nədir?

Normal pankrеas toхumasının 12bb ikinci qismini çеvrələməsi nəticəsində əmələ gəlir

Rastəlmə tezliyi nə qədərdir?

12.000 ila 15.000 yenidoğanın 1'inde ortaya çxa bilir

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Rеntgеnoloji müayinə,

Еndoskopiya 

Oral  kontrastlı KT

USM

Müalicə üsulları hansılardır?

Cərrahi

Əməliyyata göstərişlər nələrdir?

Simptomatik forma

Əməliyyat üsulları hansılardır?

Duodeno-duodenoanastomoz və ya duodeno-yeyeuno-anastomoz.

Malginizasiya şübhəsi olduqda PDR

Üzükvari pankreasda niyə rezeksiya məsləhət deyil?

Pankreatik fistul kimi ağırlaşma meydana gəlir.

Hеtеrotopik pankrеas  nədir?

Pankrеas  toхumasının  öz  təbii  yеrindən  kənarda  hissəvi olaraq inkişaf еtməsidir.

Ağırlaşmaları nələrdir?

Obstruksiya, qanaхma və invaginasiya

Əməliyyata göstərişlər nələrdir?

Agərlaşma

Əməliyyat üsulları hansılardır?

Mədəalti vəzinin çıxarlması

Mədəaltı vəzi suluqları (sistləri) - Özət və Suallar

Özət

Pankreas suluqları (sistlər) epitel qatı və ya birləşdirici toxuma ilə əhatə olunan maye tərkibli törəmələrdir. Divarının quruluşuna və mənşəyinə görə görə pankreas suluqlarının 4 əsas növü ayırd edilir: həqiqi, yalançı, neoplastik və parazitar suluqlar.          

Həqiqi suluqların divarının daxili səthini epitel qatı təşkil edir, əmələ gəlmə səbəblərinə görə anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə sistlər inkişaf pozğunluğu nəticəsində,  qazanılmış həqiqi sistlər isə, axacağının tıxanması nəticəsində distal hissəsinin genişlənməs ilə bağlı ortaya çıxır (retension sistlər). Bu sistlər simptom vermirsə izlənilir, simptomatik olarsa çıxarılır.

Psevdosistlərin -yalançı suluqların divarını ətraf orqanlar və iltihabi reaksiya nəticəsində əmələ gəlmiş birləşdirici toxuma təşkil edir. Yalançı sistlər adətən pankreatit və ya travma ilə əlaqadar axacaq zədələnməsi və pankreatik şirənin hüdudlanması nəticəsində meydana gəlir. Adətən zədələnmədən 4 həftə sonra davam edən maye yığıntıları psevdisistlər adlanır. Psevdosistlər asimptomatik ola bilər, ətraf orqanlara təzyiq və ağırlaşma (infeksiyalaşma, qanaxma, fistul və s) əlamətləri ilə biurzə verə bilirilər. Anamnezdə travma və pankreatit, sist mayesində amilazanın yüksək olması və divarında epitelin olmaması xarakterik əlamətləridir. Asimptomatik  və kisçik sistlər müşahidə edilir, simptomatik və 6 sm-dən böyük kistlər müalicə tələb edir, drenaj (sisto-digestiv anastomozlar) ilk seçimdir.

Neoplastik suluqlar şiş təbiətli törəmələrdir, iç divarında şiş təbiətli epitel hüceyrələri olur, təbiətinə görə xoş və bədxassəli şişlər ola bilərlər. Epitel mənşəli neoplastik sistlər sistoadenoma, sistoadenokarsinoma adlanır. Bundan başqa endokrin və metastatik sistlər də ola bilər. Anamnezdə apnkreatitin olmaması, divarının qalın olması, arakəsmələr, kistik mayedə CA-19-9 səviyyəsinin yüksək olması neoplatik sistlər üçün xarkterikdir, diaqnozu piopsiya ilə dədiqləşdirilir. Müalicəsi radikal çıxarmaqdan ibarətdir. 

Parazitar sistlərdən ən çox rast gələni exinokokk sistləridir. Exinokokk nadir hallarda tək pankreası tutur, adətən birincili orqanlarla (qaraciyər, ağciyər) birlikdə rast gəlir. Müalicəsi kistektomiyadır.

 

MƏDƏALTI VƏZİ SULUQLARI ÜZRƏ SUALLAR

N.Y.Bayramov, A.K.Səfiyeva, F.F.Əhmədov

 

Pankreatık psevdosist

Pankreatik psevdokist nə deməkdir?

Kapsullaşmış peripankreatik maye toplantısıdır, yalançı kistdir

Psevdokistlər nə vaxt formalaşır?

Pankreatitlərdən 4 həftə sonra 

Nəyə görə yalançı kist deyilir?

Divarını fibroz toxuma təşkil edir, epitelial qatı yoxdur

Tərkibindəki maye nədir və haradan gəlir?

Zədələnmiş MAV axacağından gələn pankreas şirəsidir

Rastgəlmə tezliyi nə qədərdir?

Kəskin pankreatitlərdə 20-30% hallarda rast gəlinir

Ən çox rast gəlinən səbəbləri hansılardır?

Xroniki və kəskin pankreatitlər.

Pankreatik psevdokistlər necə əmələ gəlir?

İki yolla:

  • axacaq zədələnməsi, mayenin kənara çıxması və kapsullaşması
  • axacaq tutulması, distalda  retensiya

Pankreatik psevdosist hansı ağırlaşmaları törədə bilir?

İnfeksiyalaşma, qanaxma, obstruksiya, partlama – fistul və ya assit

Klinik əlamətləri hansılardır?

Epiqastral  ağrı

Arıqlama

Kəskin pankreatitli xəstələrdə ağrının azalmaması

Epiqastral kütlə

Hansı laborator müayinələr aparılmalıdır?

Amilaza/lipaza

Bilirubin

CA-19-9

Qanın ümumi analizi

Görüntüləmə müayinələrində nə tapılır?

Kist

Diaqnostik əlmətləri hansılardır?

anamnezdə pankreatit və ya travmanın olması

görüntüləmədə arakəsməsiz və toxumasız kist

mayedəki amilaza və lipazanın plazmadan yüksək olması, CA-19-9 normal

Pesvdosisti hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?

İlk növbədə neoplastik kistlərlə (sistoadenokarsinoma, sistoadenoma) və parazitar kistlərlə

Müalicəsi nədən ibarətdir?

Sistin drenajı və ya nəzarət

Psevdosistin drenajından öncə nə qədər müddət gözləmək lazımdır?

6 həftə gözləmək lazımdır ki, sist sorulsun və ya psevdosistin divarı tam formalaşsın

Psevdosistlərin təxmini neçə faizi öz-özünə sorulur?

Təqribən 50%

Hansı psevdosist drenaj olunmalıdır?

6 həftədən çox davam edən və 6 sm-dən böyük sistlər

Pankreatik psevdosistin hansı drenaj üsulları var?

perkutan drenaj

cərrahi drenaj

endoskopik drenaj

Mədəyə birləşmiş psevdosistdə nə edərsiniz?

Sisto-qastroanastomoz (mədə işərisinə drenaj)

Duodenuma birləşmiş kistlərdə nə edərsiniz?

Sisto-duodenoanastomoz

Mədə və 12bb-a bitişməyən sistlərdə nə edərsiniz?

Ru-Y tipli sisto-yeyunoanastomoz

Pankreas quyruğunda yerləşən sistlərdə nə edərsiniz?

Distal pankreatektomiya

Psevdosistin digər hansı  endoskopik müalicə üsulları var?

Endoskopik  sistoqastrostomiya, sisto-duodenostomiya, transduktal stend

Pankreatik psevdosistin cərrahi müalicəsi zamanı nəyi mütləq etmək lazımdır?

Sistik karsinomanı inkar etmək üçün divardan biyopsia almaq lazımdır?

Pankreatik psevdosistdə ən çox ölüm səbəbi?

Psevdosistə massiv qanaxma

 

Neoplastik sistlər

Suallar

Cavablar

Neoplastik sistlər nədir?

İç divarını şiş təbiətli vəzi və ya endokrin hüceyrələr təşkil edən şiş təbiətli törəmələridir.

Hansi növləri var?

Seroz, musinoz, sistoadenokarsinomalar.

Seroz sistoadenoma nədir?

Xoşxassəli sistoz törəmə

Rastəlmə tezliyi nə qədərdir?

Sistlər arasında 30%

Gediş xüsusiyyəti necədir?

Xoş xassəli

Klinik əlamətləri hansılardır?

Ağrı və təzyiq əlamətləri

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM, KT/MRT, sist mayesində CA-19-9 təyinibiopsiya

Sistoadenokarsinoma nədir?

Axacaq epitelindən inkişaf edən bədxassəli sistlərdir

Klinik əlamətləri hansılardır?

Ağrı və təzyiq əlamətləri

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM, KT/MRT, sist mayesində CA-19-9 təyini, biopsiya

Laborator əlamətləri nələrdir?

Mayedə CA-19-9 yüksək olur.

Müalicəsi

Radikal rezeksiya

 

Parazitar sistlər

Suallar

Cavablar

Hansı parazitar sistlər çox rast gəlinir?

Exinokokk,     Tenia   solium

mənşəli

Rast gəlmə tezliyi nə qədərdir?

Mədəalti vəzi kistlərinin 75%

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM,KT, seroloji, lakin diaqnoz əməlyat vaxti təsdiqlənir

Müalicə üsulları hansılardır?

Cərrahi və antihelmint müalicə

 

Mədəalti vəzin törəmələri - Özət və Suallar

Özət

Mədəalti vəzin törəmələri mənşəyinə görə birincili və ikincili ola bilər. Birincili şişlər axacaq və asinar epiteldən, adacıq hüceyrələrindən və mezenximal toxumalardan inkişaf edirlər. Birincili törəmələrin əksəriyyəti (90%) epiteldən inkişaf edən toxumalı törəmələrdir, az qismi (7%) kistoz neoplaziyalar və adacıq (3%) şişləridir. Epiteldən inkişaf edən şişlərin əksəriyyəti 90-95% bədxassəli şişlərdir-adenokarsinomalardır,  xoş xassəli şişlər-adenomalar nadir rast gəlir (1-2%). Metastatik şişlər birincili şişlərdən 3 dəfə çox rast gəlir.

Mədəaltı vəzi xərçəngi vəzin epitel toxumasından inkişaf edən bəd xasəli törəmədir. Xəstəlik əksər hallarda asimptomatik başlayır, törəmə böyüdükcə yaxın və ətraf olrqnlara invziya edir və əlamətlər ortaya çıxr: ağrı, arıqlama, sarılıq, duodenal obstuksiya, həttda paraneoplastik sindromlar. Diaqnostikasında görüntüləmə müayinələri (KT/MRT) əsas yer tutur, kontrastı tez buraxan (venoz fazada kontrastı buraxan) kütlənin görünməsi xarakterik əlamətdir, biopsiyaya əksər hallrda ehtiyac qalmır. Mərhələsinin təyini üçün KT angioqrafiya standartdır, endoskopik USM və PET edilə bilər. Rezektabel mərhələdə (metastazları və damarlara invaziyası olmayan hallar) radikal rezeskya edilir, qeyri-rezektabel hallarda palliativ müalicələr (sarılıq və duodenal obstruksiyalarda yanyol anastomozları və ya stend, ağrı üçün alqoloji müalicələr və s) və kimyaterapiya edilir.

Adacıq şişləri  adacıq hüceyrələrindən inkişaf edən şişərdir, funksional aktiv və qеyri-aktiv, xoş və bəd xassəli ola bilərlər. Funksional aktiv şişlərə insulinoma, qastrinoma, VIP-oma, qlukaqonoma, somatostatinoma, PP-oma aid edilir. Bəd və xoş xəassəilik mеtastazların olub-olmamasına görə müəyyən еdilir. İnsulinomalandan başqa digər şişlərin əksəriyyəti (>50-60%) bəd хassəlidir. Funksional aktiv şişlər ifraz еtdiyi hormona bağlı еndokrin əlamətlərlə, qеyri-aktiv şişlər isə kütlə еffеkti ilə büruzə vеrirlər:

  • İnsulinomalarda – hipoqlikеmiya
  • Qastrinomalarda - çoхlu хora, mədə hipеrsеkrеsiyası, diarеya
  • Qlukaqonomalarda - diabеt, anеmiya, nеkrolitik anеmiya
  • Somatostatinomalarda - diabеt, öd daşı, stеatorеya
  • VIP-omada - sеkrеtor diarеya

Şişin növünün dəqiqləşdirmək üsün хaraktеrik klinik əlamətlərlə yanaşı qanda uyğun hormonun səviyyəsini təyin еtmək lazımdır. Hormon səviyyəsi yüksək olmadıqda stimulyasiya tеstləri - sеkrеtin tеsti, sеkrеtin+kalsium tеsti aparıla bilər. Şişin yеrinin təyini üçün USM, KT və ya MRT, еndoskopik USM, angioqrafiya, PET-KT, somatostatin rеsеptor izotop müayinəsi aparıla bilər. Adacıq şişlərinin əsas müalicəsi cərrahi müalicədir: mümkün olarsa radikal çıхarılır, buna imkan yoхdursa kütləazaldıcı əməliyyatlar icra olunur. Bununla yanaşı simptomatik  (insulinomalarda qlükoza vеrilməsi, qastrinomalarda hidrogеn köpüyü blokatorları, nazoqastrik zond, qlukaqonomalarda amin turşu köçürülməsi, VIP-omalarda su-еlеktrolit köçürülməsi və s) və hormon ifrazını azaltmaq üçün somatostatin istifadə edilir.

 

 

MƏDƏALTI VƏZİ TÖRƏMƏLRİ ÜZRƏ SUALLAR

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

MAV xərçəngi

MAV xərçəngi nə deməkdir?

Axacaq hüceyrələrindən inkişaf edən pankreasın adenokarsinoması

“Pankreas xərçəngində 80%” qaydası nə deməkdir?

  • 80%-indən çoxu diktal adenokarsinomadır
  • 80%-ə yaxını baş nahiyyəsində olur
  • 80%-dən çoxunda ağrı olur
  • 80%-dən çoxu qeyri-rezektabel olur
  • Baş nahiyyəsində yerləşənlərin 80%-ə yaxınında sarılıq tapılır

Risk faktorlar hansılardır?

Siqaret

Alkoqolizm

Çox yağlı qidalanma

Xroniki pankreatit

Şəkərli diabet

Genetk

Kişi: Qadın nisbəti nə qədərdir?

3:2

Hansı yaşda daha çox rast gəlir?

60 yaşdan yuxarı

Hansı növləri vardır?

Duktal (90%)

Asinar

Pankreasin başında rastgəlmə ehtimalı nə qədərdir?

2/3-si pankreasin başında, 1/3 cismində və quyruğunda rastlanır

Nəyə görə pankreasın quyruğunda olan şişlərin çoxu rezektabel olmur?

Ona görə ki, onlar simptomsuz inkişaf edirlər, aşkarlandıqda çox gec olur, pankreasin başı törəmələri bilar obstruksiya verdiyinə görə tez aşkarlanır.

Klinik əlamətləri nədən asılıdır?

Yerləşməsindən

Pankreasin başında yerləşən adenokarsinomanın əlamətləri hansılardır?

ağrısız sarılıq

arıqlama

qarın ağrıları

kürək ağrıları

zəiflik

qaşınma

anoreksiya

Kurvuazye əlaməti

axolik nəcis və tünd sidik

Cisim və quyruğunda yerləşən adenokarsinomaların ələmətləri hansılardır?

arıqlama və ağrı,

tromboflebit

sarılıq

ürəkbulnma, qusma

halsızlıq

“Kurvuazye “ simptomu nədir?

Palpasiya edilən, ağrısız və gərgin öd kisəsi

“Kurvuazye” neçə faiz hallarda olur?

 33% hallarda

Panakreas başının törəməsinin klassik əlaməti nədir?

Agrısız sarılıq

Hansı laborator dəyişikliklər olur?

Bilirubin və xolestatik enzimlərdə (QF, QQT) artma, qaraciyə enzimləri (ALT, AST) arta bilir, şiş markerlərində artma

Pankreas xərçəngində hansı şiş markeri artır?

CA 19-9

Hansı görüntüləmə müayinələri aparılır?

KT/MRT

EndoUSM

PET

MAV xərçənginin  mərhələləri hansılardır?      

I mərhələ - şiş MAV sərhədindən çıxmır.

II mərhələ -  şiş MAV sərhəddindəki yaxın orqanlara sirayət edir (xoledox, peripankreatik yağ və periton, 12bb).

III mərhələ - şiş regional limfa düyünlərinə yayılmışdır.

IV mərhələ - şiş distal metastaz vermiş və ya ətraf orqanlara invaziya etmişdir (dalaq, çöz venası, qapı venası, mədə, yoğun bağırsaq, günəş kötüyü, çöz arteriyası və s.)

MAV xərçənginin əsas müalicəsi nədir?

Radikal rezeksiya

Hansı əməliyyatlar edilir?

Baş nahiyyəsində yerləşən törəmələrdə Whipple əməliyyatı (pankreato-duodenoektomiya), cisim və quyruqda yerləşən törəmələrdə distal pankreatektomiya

Pankreas xərçəngi hansı halda qeyri-operabel hesab edilir?

Uzaq metastazlar varsa

Günəş kötüyü və yuxarı çöz arteriyasına invaziya edirsə

Mexaniki sarılıq törətmiş pankreas xərçəngində əməliyyatdan əvvəl biliar drenaj (stend) mütləq aparılmalıdırmı?

Xeyir!. Əməliyyatönü biliar drenaj əməliyyatı çətinləşdirir və infeksion ağırlaşmaları azaldır.

Whipple əməliyyatının komponenetləri nələrdir?

Xolesisektomiya

Antrektomiya və trunkal vaqotomiya

Pankreatoduodenoektomiya - pankreasın başının və duodenumun rezeksiyası

Pankreatoyeyunostomiya-distal pankreas və yeyunum arasında anastamoz

Xoledoxoyeyunostomiya - yeyunumla ümumi öd axarı arasında anastomoz

Qastroyeyunostomiya-mədə ilə yeyunum arasında anastamoz

Whipple bağlı ölüm faizi nə qədərdir?

Təqribən 3%

Pilor qoruyucu  Whipple nə deməkdir?

Antrektm, pilor və 12bb soğanağı saxlanılır, anastomoz soğanaqla yeyunum arasında qoyulur.

Whippledən sonra hansı ağırlaşmalar ola bilir?

Mədə durğunluğu,

anastamoz buraxması (öd, pankreatik anastamozlardan)

pankreatik/bilar fistula

yara infeksiyası

postqastroektomik sindromlar

sepsis

pankreatit

Postoperativ adyuvant terapiya hansıdır?

Kimya terapiyası

Əgər törəmə qeyri-operabeldirsə və mexaniki sarılıq varsa hansı palliativ müalicəni seçərsiniz?

Cərrahi yanyol (hepatiko-yeyunoostomiya və ya seqment-3 yanyolu)

Perkutan və ya endoskopik stend

 

Adacıq şişləri

Ən çox yayılmış adacıq törəməsi  hansıdır?

İnsulinoma

Panakreatik insulinomada Whipple triadası nədir?

  1.  Hipoqlisemiya (Qlükoza < 50 mq/dl)
  2.  Hipoqlisemiya simptomları:
    • beyin  aclığı  əlamətləri - baş  ağrısı, kəskin  zəifləmə, gözqaralması, yaddaş və orientasiya  pozulması, aclıq, hətta koma və s.
    • simpatik  hipertonus - taxikardiya, soyuq  tər, əsəbilik mental statusda dəyişiklik/vasomator q/stabillik
  3. Şəkər qəbulu ilə əlamətlərin düzəlməsi

İnsulinomaların yerini təyin etmək üçün ən həssas üsul hansıdır?

EndoUSM, PET-KT

VİPoma nə deməkdir?

Adacıqların  D2  hüceyrələrinin  şişi  olub  aşırı  vazointestinal  pepdid  ifraz  edilir, sulu  diarreya, hipokalemiya  və  asidoz  törədir, yarısından  çoxu  bədxassəlidir.

Hansı adacıq törəmələrində öd daşı əmələ gəlir?

Somatostatinoma (öd kissəsi kontraksiyasının inhibitoru)

Pankreatik somatostatinomada hansı triada tapılır?

öd daşı xəstəliyi

diabet

steatorreya

Qastrinomalarda hansı əlamət önəmlidir?

Turşu hiperseksresiyası və çoxsaylı xoralar

Qastrinomalarda diarreya niyə baş veriri?

Yüksək turşuluq bağırsaqları qıcıqlandıraraq diarreya törədir.

Pankreatik qlükaqonomada hansı iki klassik əlamət olur olur?

Diabet

Nekrotik eritema

Adacıq şişlərinin bəd və ya xoş xassəli olduğunu necə təyin etmək olar?

Metastazların olmasına görə.

Xroniki pankreatit - Özət və Suallar

Özət

Xroniki pankreatit mədəaltı vəzi parenximasının fibrotik toxuma ilə əvəz edilməsi, axacaq arxitektorikasının pozulması ilə xarakterizə olan xronik iltihabi prosesdir, ekzo-, endokrin yetməzliyə, ağrıya və ağırlaşmalara səbəb olur. Etiologiyasında alkoqol və idiopatik səbəblər  ilk yerdə durur.  Xəstəlik təkrarlanan kəskin pankreatit tutmaları ilə (ağrı, bulantı, qusma, intoksikasiya) və ya davamlı ağrı, ekzo-, endokrin yetməzlik (steatorreya, diabet) əlamətləri ilə biruzə verə bilir. Təkrarlanan və davam edən iltihabi proses vəzi toxumasının fibrozisinə, axacaq arixitektonikasının pozulmasına və ətraf orqanların prosesə qoşulmasına gətirib çıxarır, nəticədə ekzo-, endokrin yetməzliklər və ağırlaşmalar meydana gəlir (xoledox, 12bb stenozu, fistullar, dalaq venası trombozu və s.). Klinik-morfoloji olaraq duktal, diffuz fibrotik və lokal-indurativ və ağırlaşmış formaları var. Diaqnostikası üçün klinik, laborator, görüntüləmə müayinələri ilə digər xəstəlikləri inkar etmək, vəzidə struktur dəyişikliyi (fibroz, dukatal dəyişiklik, kütlə, kalsifikasiya və s) axtarmaq lazımıdr. Ağrı, ekzo-, endokrin yetməzlik, görüntüləmə üsulları və histoloji müayinələrlə vəzi toxumasında fibrozun, iltihabın, kalsifikasyonların tapılması ən önəmli diaqnostik əlamətləridir. Müalicəsi ağrının, ekzo-, endokrin yetməzliyin azaldılmasına və ağırlaşmaların aradan qaldırılmasına yönəldilir və bu məqsədlə konservativ (diet, enzimlər, ağrıkəsicilər), endoskopik (stend, dilatasiya, litotripsiya) və cərrahi (rezeksiya, drenaj, denervasiya) tədbirlər həyata keçirilir. Konservativ müalicənin effektsizliyi, iltihabı kütlələr, axacaq genişlənməsi,  kanserdən fərqləndirmə şətinliyi və stenotik ağırlaşmalar cərrahi müalicəyə göstərişdir. Xroniki pankreatit bədxassəli xəstəlik deyil, lakin ömrü 5-10 il qısaldır.

 

 

Xronik pankreatit üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.F.Əhmədov

 

Xronik pankreatit nədir?

MAV-ın xroniki iltihabıdır, toxumanın destruksiyası, fibrozu və  kalsifikasiyası ekzo-endokrin yetməzliyə və ağrıya səbəb olur.

Hansı növləri var?

Duktal

İnfiltrativ

Fibrotik

Hansı səbəbləri var?

Alkoqol

İdiopatik

Autoimmun

Genetik

Digər (travma, yatrogen, öd daşı, hiperlipidemiya, hiperkasemiya və s)

Hansı ağırlaşmaları ola bilər?

Xoledox stenozu

12bb stenozu

Pankreatikoenterik fistul

Pankreatiko-plevral fistul

Psevdosist

Dalaq venası trombozu

Pankreatik karsinoma

Diabet (15-65%)

Hansı subyektiv əlamətləri var?

Epiqastrik  və ya kürək ağrıları, arıqlama, steatorreya

Ağrının xarakteri necə olur?

Yeməklərdən sonra vəya səbəbsiz ağrılar

Epiqastral yerləşən və belə vuran ağrılar.

Pankreatik ekzokrin yetməzliyinin hansı əlamətləri vardır?

Steatorreya - lipaza yetməzliyi ilə əlaqədar baş verən yağ malabsorbsiyası

Malnutrisiya

Pankreatik endokrin yetməzliyinin hansı əlamətləri vardır?

Diabet (qlükoza intoleransı)

Hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?

Xora xəstəliyi,  öd yolları xəstəliyi, pankreatik kanser, arterial okkluziyalar, digər qastrointestinal xəstəliklər,  infarkt və s.

Xroniki pankreatiti olan xəstəlrin neçə faizində pankreatik kanser inkişaf edir?

Təqribən 2%

Hansı labarator müayinələr aparılır?

Amilaza/lipaza

72 saatlıq nəcisdə yag analizi

Glukoza toleransı testi

Niyə xroniki pankreatiti olan xəstələrdə amilza/lipazası normal ola bilər?

Pankreas toxunmasının itirilməsi nəticəsində

Hansı görüntüləmə müayinələri aparılır?

KT -vəzin böyüməsi/atrofiyası, kalsifikasiyası, kütlə, törəmə, psevdosist

MRT – axacağı qiymətləndirmək üçün

EndoUSM – axacağı, kütləni qiymətləndirmək üçün

ERXPQ- duktal stenoz və dilatasiya üçün,  psevdosistlərdə

Xroniki pankreatitdə axacağı yoxlamaq mütləqdirmi?

Mütləqdir  çünki klinik formanı və müalicə taktikasını müəyyənləşdirmək  üçün vacibdir.

Axacağı hansı üsullarla və ardıcıllıqla qiymətləndirmək  düzgündür?

MRT, Endo-USM, ERXPQ

Xroniki pankreatit diaqnostik kriteriyaları hansılardır?

Ağrı

Görüntüləmədə və ya histoloji müayinələrlə vəzi toxumasında fibroz, iltihab, kalsifikasiya

Ekzo-, endokrin yetməzlik və axacaq dəyişikliyi ola bilər

Digər xəstəliklər inkar olunur

Konservativ müalicəsi hansıdır?

Alkoqolun kəsilməsi

Ağrıkəsicilər (qeyri-steroid, narkotik, sitrat)

Diet (az yağlı, az-az tez-tez)

Ferment verilməsi

Endokrin korreksiya

Xroniki pankreatitlərdə cərrahi müalicəyə göstərişlər hansılardır?

Şiddətli və davamlı ağrılar

Pankreasda kütlə

Axacaq genişlənməsi

Hansı cərrahi müalicə üsullarını bilirsiniz?

Denervasiya (cərrahi və kimyəvi)

Drenaj (pankreato-yeyunistomiya (Duval, Pestow, Partington-Rochelle),

Rezeksiya (PDR, distal, mərkəzi rezeksiyalar, total pankreatektomiya)

Rezeksiya + drenaj (Beger, Frey, Berne)

Frey əməliyyatı nədir?

Pankreas başının mərkəzi rezeksiyası və boylama pankreato-yeyeunostomiya

 

Autoimmun pankreatit

Suallar

Cavablar

Autoimmun pankreatit nədir?

Təkrarlayan kəskin pankreatit tutmaları ilə xarakterizə olunur.

Hansı klinik formaları var?

Tip 1 və tip 2

Patogenezi nədən ibarətdir?

İgG4 ilə əlaqəli autoimmun xəstəlik hesab edilir.

Ağırlaşmaları nələrdir?

Pankreas yetməzliyi

Diabet

Pankreatik kalsifikasiya və daşlar, nadir hallrda nekroz

Klinik əlamətləri hansılardır?

Kəskin pankreatit əlamətləri (ağrı, qusma və s)

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Amilaza

KT/MRT

İg G4

Laborator əlamətləri nələrdir?

Amilazada artma

Tip1 də - İgG4-ün yüksək olması

Tip 2 - İgG4 yüksəlmir

Görüntlüləmə əlamətləri nələrdir?

Pankreasın seqmentar və ya diffuz böyüməsi (sosoisəbənzər pankreas)

ERXPG-də pankreas və öd axacağının stenozu ola bilər

Kalsifikasiya və kist rast gəlinir

Digər müayinələrdə nə tapılır?

Histopatoloji müayinə - limfoplasmatik infiltratda CD4 və CD8 pozitiv limfosit və İgG4 –pozitiv plazma hüceyrəsi, interstsial fibroz və asinar hüceyrələrin atrofiyası.

Diaqnostik kriteriyalarını sadala?

5 əsas kriteriyası:

  1. Pankreatik parenximasında  və axacaqğında struktur dəyişikliyi
  2. İgG4 yüksəlməsi
  3. İgG4 lə əlaqəli digər orqanların xəstəlikləri
  4. Pankreas histologiyasi
  5. Steroid terapiyasina müsbət cavab

Müalicə üsulları hansılardır?

Steroid terapiya, cavab verməsə digər immunosupressorlar

Əməliyyata göstərişlər nələrdir?

Ağılrşamış nekroz və kanserdən diferensiasiya çətinliyi.

Əməliyyat üsulları hansılardır?

PDR, total pankreatektomiya

 

İrsi pankreatit

Suallar

Cavablar

İrsi  pankreatit nədir?

Pankreasın iltihabın təkrarlanan epizodları ilə xarakterizə edilən genetik bir vəziyyətidir

Səbəbi  və ya risk faktorları nələrdir?

PRSS1 genində mutasiya

Patogenezi nədən ibarətdir?

PRSS1 Geni ilə əlaqəlidir

Gediş xüsusiyyəti necədir?

Pankreas xərçənginə keçə bilir

Ağırlaşmaları nələrdir?

Pankreatik fibroz,

Pankreas ekzokrin çatışmazlığı (PEI),

Diabetes mellitus

Xronik ağrı sindromu

Pankreas duktal adenokarsinom (PDAC)

Klinik əlamətləri hansılardır?

Kəskin pankreatit əlamətləri

Ani (kəskin) qarın ağrısı,

Qızdırma, ürəkbulanma və qusma

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Genetik analiz

 

Pankreatik assit

Suallar

Cavablar

Pankreatik assit nədir?

Pankreas axacağının zədələnməsi (pankreatit, travma) nəticəsində şirənin qarın boşluğuna yığılmasıdır.

Səbəbi  və ya risk faktorları nələrdir?

Alkoqol

Travma

Təkrarlanan kistlər

Distal splenorenal şunt

Vater məməciyinin daralmasi

Pankreatik kanalin daşlari

Karsinoid tumor

Hoçkin limfomasi

Klinik əlamətləri hansılardır?

Epiqastrik agri

Ariqlama

Qarında maye

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM

Abdominal KT

ERXPQ

Assitik mayenin müayinəsi

Laborator əlamətləri nələrdir?

Assit mayesində yüksək amilaza və protein səviyyəsi

Müalicə üsulları hansılardır?

Konservativ (Oktreotid)

Endoskopik

Cərrahi

Əməliyyat üsulları hansılardır?

Endoskopik stend və sfinkterotomi

Sisto-qastrostomya

Sisto-yeyunostomya

Sisto-duedenostomya

Kəskin pankreatit - Özət və Suallar

Özət

Kəskin pankreatit (KP) mədəaltı vəzin öz enzimlərinin vəzidaxili aktivləşməsi nəticəsində vəzidə və ətraf toxumalarda baş verən enzimatik destruksiyadır, SİRS/sepsis və ağırlaşmalar törədə bilir. Öd yolları xəstəlikləri, alkoqol və hipertriqliseridemiya ən çox rast gəlinən səbəbləridir. Xəstəlik şiddətli epiqastral ağrı ilə başlayır, aramsız qusma qoşula bilir, bir neçə saat ərzində xəstənin vəziyyəti pisləşir. Əkəsr hallarda xəstəlik yüngül gedişli olur, ağrıkəsici və infuziya ilə 5-6 gün ərzində stabilləşir. Lakin xəstələrin təxminən 1/5-ində ağır gedişli olur, vəzidə və  ətraf toxumalarda destruksiya meydana gəlir, infeksiyon, hemorragik ağırlaşmalr və sepsis ortaya çıxr, letallıq baş verə bilir. Kəskin pankreatitin diaqnostikası üçün laborator, USM və KT/MRT müayinələri lazım gəlir, şiddətli və davamlı ağrı, amilazının artması və görüntüləmədə vəzi və ətrafında dəyişikliklər (ödem, nekroz, maye və s) xarakterik əlamətləridir. Kəskin pankreatit əksər hallarda konservativ müalicə olunur, cərrahi və azinvaziv müdaxilələr göstərişə görə aparılır (digər kəskin cərrahi xəstəliklərdən diferensasiya çətinliyi,  intensiv terapiyaya baxmayaraq vəziyyətin pisləşməsi, biliar pankreatit, infektiv nekroz)

 

 

Kəskin pankreatit üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.F. Əhmədov

 

Kəskin pankreatit nədir?

Pankreasın iltihabıdır

Ən çox rast gəlinən səbəbləri hansılardır?

öd yolları xəstəlikləri (40%)

alkoqol (35-40%)

hiperlipidemiya (5-10%)

idiopatik (3-10%)

Kəskin pankreatit necə meydana gəlir?

MAV-ın öz fermentlərinin pankreas toxumasını zədələməsi nəticəsində

Enzimlər harada və hansı yolla aktivləşir?

Enzimlər vəzi daxilində - asinar hüceyrələrdə zimogen qranulların lizosomlarla kontaktı nəticəsində  aktivləşir. Axacaqdaxili hipertenziya, işemiya və hipertriqliseridemiya asinar hüceyrələri zədələyən  və bu kontaktı yaradan mexanizmlər hesab edilir.

Kəskin pankreatitin hansı gediş formaları var?

yüngül (mülayim, ödematoz)

ağır (destruktiv)

çox ağır (fulminant)

Bu gedişlər eyni prosesin mərhələləridir yoxsa ayrıca formalardır?

Sərbəst gediş formalarıdır

Yüngül gediş nə deməkdir?

Mülayim və ya  ödematoz   pankreatit də adlanır, ən çox rast gələn (80-85%) formadır, vəzidə diffuz ödemlə xarakterizə olunur, əksər hallarda (90-95%) öz-özünə və ya konservativ müalicə ilə sönür.

Ağır gediş nə deməkdir?

Destruktiv pankreatit də deyilir, 10-15% hallarda rast gəlir, pankreasda və ətrafında makroskopik lipid və hemorragik (10%) nekrozlarlar, müvəqqəti orqan  yetməzlikləri və ya ağırlaşmalar baş verir.

Çox ağır gediş nə deməkdir?

İldırımsürətli pankreatit də deyilir,  sürətli inkişaf edən fermentativ destruksiya geniş yayılaraq fleqmona, ətraf orqanların zədələnməsi, sepsis, multiorqan yetməzliyi və hemorragiya törədir, ilk günlər ölüm ehtimalı çox yüksəkdir (80-100%).

Kəskin pankreatit hansı ağırlaşmalara səbəb ola bilir?

peritonit

aseptik nekroz

infektiv pankreatit

psevdokistlər

boşluqlu orqanlarda perforasiya

psevdoanevrizma (dalaq və sol mədə arteriyalarında)

qanaxma

plevrit

pankreatik assit

diabet

şok, sepsis, MOY

Subyektiv əlamətləri hansılardır? hansılardır?

Şiddətli və davamlı epiqastrik ağrılar (adətən kürəyə vurur), ürəkbulanma, qusma

Obyektiv əlamətləri hansılardır?

Epiqastral  və ya diffuz  ağrılı qarın, epiqastral infiltrat, bağırsaq küylərinin azalması, temperatur, dehidratasiya, şok

Hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?

Mezenterial tromboz

Aorta anevrizma partlaması

Perforativ xora

Kəskin xolesistit

Kəskin xolangit

Kəskin appendisit

Yumurtalıq kist partlaması

Digər

Hansı laborator müayinələr edilir?

Qanın ümumi analizi

Qaraciyərin funksional  testləri

Amilaza/lipaza

Qan qrupu

Arterial qan qazları

Ca

Kreatinin

Qlükoza

Koaquloqramma

Lipidlər (xüsusən triqliseridlər)

Hansı laborator dəyişikliklər xarakterikdir?

Amilazanın 3 dəfədən çox artması, lipazanın artması, Ca azalması, şəkərin artması, leykositoz, orqanların disfunksiya əlamətləri

Kəskin pankreatitdə Ca niyə azalır?

Yağ nekrozu nəticəsinə meydana gələn yağ turşuları Ca ilə birləşir.

Hansı görüntüləmə müayinələri aparılır?

USM, KT/MRT, EUS

Ən informativ görüntüləmə müayinəsi hansıdır?

KT qızıl standartdır.

USM-də nə görünür?

MAV böyüməsi və ətrafında maye, bəzən kistlər

KT/MRT-də nə görünür?

Böyümə, ödem, destruksiya, vəzi ətrafında maye, infiltrasiya, qarında maye

KT nə zaman aparılarsa daha informativ olur?

Xəstəliyin başlanmasından 24-48 saat sonra

MRT hansı hallarda ilk seçimdir?

Öd yollarında patologiyaya şübhə olarsa

Kəskin pankreatitin diaqnostik kriteriyaları hansılardır?

Klinik: şiddətli və davamlı epiqastral və ya kəmərvari ağrı, ağrılı qarın və ya epiqstral kütlə

Laborator: amilazada 3 dəfədən çox artma

Görüntüləmə: vəzi ölçüsünün böyüməsi, vəziətrafı ödem, maye, qanaxma , vəzidaxilində və ya ətrafında destruksiya, abses.

Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün hansı üsulları bilirsiniz?

Ranson kriteriyaları

KT-ağırlıq indeksi

Glasgow şkalası

APACHE II şkalası

Sadə klinik qiymətləndirmə

Ağırlıq dərəcəsinin təyinində amilazanın rolu varmı?

Xeyr

Sadə klinik üsula görə (Atlanta klasssifikasiyası)  ağırlıq dərəcələri hansılardır?

Yüngül dərəcə - orqan yetməzlikləri, destruksiya, yerli və ümumi ağırlaşmalar yoxdur.

Ağır dərəcə -  müvəqqati orqan yetməzlikləri (48 saat ərzində aradan qalxır), vəzidə destruksiya və ya yerli ağırlaşmalar var (pankreatik nekroz, peripankreatik yığıntı, fleqmona, perforasiya və s), ümumi ağırlaşmalar var

Çox ağır dərəcə - vəzidə ilk saatlarda sürətlə proqressivləşən orqan-sistem yetməzliyi 48 saatdan çox davam edir, yerli və ümumi ağırlaşmalar var.

Ranson kriteriyaları nə deməkdir?

Daxil olarkən

Yaş >55

Leykosit >16 000

Qlükoza >200

LDH >350

AST >250

48 saat sonra

Hematokrit 10% az

Nitrogen >5 mg/dl

Ca++ < 8 mg/dl

pO2 <60 mmHg

Əsas defisit 4 mEq/l

Maye sekvestr. >6L

Ranson kriteriyaları necə hesablanır?

Yuxarıdakı hər göstəriciyə 1 bal verilir,  ballar toplanır və nəticəyə görə letallıq təxmin edilir:

  • 0-2 bal - letallıq 5%
  • 3-4 bal – letallıq 15%
  • 5-6 bal – letallıq 40%
  • 7-8 bal -  letallıq 100%

Müalicə prinsipi necədir?

Əsasən konservativ, göstərişə görə cərrahi

Hansı müalicələr özünü doğrultmuşdur?

 

İnfuzion terapiya, ağrıkəsicilər, antisekretor, NQZ, müvəqqəti ac saxlama, göstərişə görə antibiotiklər, ERXPQ, perkutan drenaj cə cərrahi əməliyyatları

Dalaq venasının trombozu hansı ağırlaşma ilə müşayət olunur?

Qastrik varikozlar

Pankreatiti olan xəstəyə TPN ilə bərabər lipid verilə bilərmi?

Əgər xəstədə hiperlipidemiya yoxdursa  (triqliserid <300)

Kəskin pankreatitdə təcili əməliyyata göstərişlər hansılardır?

Digər kəskin cərrahi xəstəliklərdən differensiasiya çətinliyi

İntensiv terapiyaya baxmayaraq vəziyyətin pisləşməsi: kompartman, peritonit, kolon nekrozu və s.

Xoledox obstruksiyası və xolangit

Kəskin pankreatitlərdə planlı əməliyyata göstərişlər hansılardır?

İnfeksiyalaşmış nekroz

Xoledoxolitiaz

Öd daşı xəstəliyi

Böyük və simptomatik psevdokistlər

 

Biliar pankreatit

Biliar pankreatit nə deməkdir?

Öd yolları xəstəlikləri, xüsusən də öd daşı nəticəsində baş verən pankreatit

Öd daşı pankreatiti hansı yolla törədir?

Öd daşı papilla Vaterdə tıxanma törətdikdə və ya ondan keçərkən zədələyərək pankreatitin baş verməsinə səbəb olur

Diaqnozu necə qoyulur?

Kəskin pankreatiti olanda xolelitiazis və ya xoledoxolitiaz var, pankreatitin digər səbəbləri yoxdur

Hansı  görüntüləmə müayinələri aparılmalıdır?

USM - kisədə daşı müəyyən etmək üçün

KT  - pankreası qiymətləndirmək üçün

MRT – xoledoxu qiymətləndirmək üçünm

Müalicəsi nədən ibarətdir?

3-5 gün konservativ müalicə ilə pankreatitin kəskin fazasını söndürmə, sonra xolesistektomiya (laparoskopik və ya açıq xolesistektomiya) və intraoperativ xolangioqrafiya

Biliar pankreatitlərdə niyə erkən xolesistektomiya aparılır?

Xəstələrin təxminən 1/3-ündə 8 həftə ərzində pankreatit təkrarlayır.

ERXPQ hansı hallarda aparılmalıdır?

Xolangitdə

 

Hemorragik pankreatit

Hemorragik pankreatit nə deməkdir?

Pankreatik nekrozla yanaşı parenximaya və ətraf orqanlara qanaxma

Əlamətləri hansılardır?

Pankreatit əlamətləri (qarın ağrısı, şok,  sepsis, respirator distress və s)

Culles əlaməti, Grey Turner əlaməti/Fox əlaməti

Cullen əlaməti nədir?

Göbəkətrafı nahiyyədə dərialtı qanaxm əlamətləri (eximoz)

Grey Turner əlaməti nədir?

Bel nahiyyəsində eximoz

Fox əlaməti nədir?

Qasıq nahiyyəsində eximoz

Qanaxma diaqnozu necə dəqiqləşdirilir?

KT –də hematomanın görünməsi və  hemoqlobində düşmə ilə

 

Pankreatik nekroz

Pankreatik nekroz nə deməkdir?

Kəskin pankreatit nəticəsində meydana gələn nekrozdur.

Aqibəti necə ola bilər?

Kalsifikasiya, psevdokist, infeksiyalaşma

Diaqnozu necə qoyulur?

Kontrastlı KT-də pankreas toxumasında kontrast tutmayan sahələr görünür

Müalicəsi dədən ibarətdir?

İnfeksiyalaşma varsa drenaj (cərrahi və ya perkutan), infeksiyalaşma yoxdursa izləmə və pankreatitin müalicəsi

 

Pankreatik abses

Pankreatik abses nə deməkdir?

Pankreatik nekrozun və ya pankreasətrafı yığıntıların infeksiyalaşması nəticəsində əmələ gələn irinlikdir

Hansı əlamətləri  var?

Hərarət, sorulmayan pankreatit, epiqastrik kütlə

Hansı görüntüləmə müayinələri aparılmalıdır?

Qarın KT

Hansı laborator əlmətləri var?

Leykositoz, CRP artması, müsbət kültür nəticəsi

Pankreatik abseslərdə hansı orqanizmlər tapılır?

Qram neqativ(ən çox tapılan) - Escherichia coli, Pseudomonas, Klebsiella

Qram pozitiv: Staphylococcous aureus, Candida

Diaqnozu necə dəqiqləşdirilir?

Sepsis və pankreatit əlamətləri

KT-də yığıntı və abses əlamətləri

Aspirasiyada pozitiv kültür

Müalicəsi nədən ibarətdir?

İnfuziya, antibiotik, perkutan  və ya cərrahi drenaj

Cərrahi əməliyyat hansı hallarda aparılır?

Perkutan drenaj faydasız olarsa və ya mümkün olmadıqda, böyük nekrotik kütlələr olarsa

Cərrahi əməliyyat nə vaxt aparılarsa daha faydalı olur?

Abes divarı formalaşdıqdan sonra (adətən 4 həftə sonra)

MƏDƏALTI VƏZİN ANATOMİYASI VƏ FİZİOLOGİYASI

N.Y.Bayramov, T.İ. Ömərov

Anatomiyası

 

Ölçüsü və quruluşu

  • Mədəaltı vəzi (MAV) sarı rəngli, dənəvar səthi olan, yumşaq orqan olub, çəkisi 80-120 q arasında dəyişir (Şəkil 1).
  • Forması balta başını xatırladır.
  • Uzunluğu 15-20 sm, qalınlığı baş nahiyyəsində 1, 5-3, 5sm, quyruq nahiyyəsində 1-2 sm, eni 4-5 sm arasındadır.

 

Hissələri

Anatomik olaraq bütöv olan orqanın bir-birinə sərhədsiz keçən 5 bölgəsi var: başı, qarmağabənzər çıxıntısı, boynu, gövdəsi və quyruğu.

   

 

Yerləşməsi

  • Boylama oxu fəqərə sütununu çəp şəkildə kəsir, başı II bel fəqərəsi, səviyyəsində, quyruğu XI-XII döş fəqərəsi səviyyəsindədir.
  • Vəzi əsasən retroperitonal olub, piylik cibinin arxa divarının peritonu ilə magistral damarlar arasında yerləşir.
  • MAV qarın boşluğunun üst mərtəbəsindəki retroperitonal strukturların əksəriyyəti ilə təmasdadır: sağdan sola: aşağı boş vena, sağ böyrək damarları, xoledoxun distal hissəsi, yuxarı çöz arteriyası və venası, qapı venası, diafraqma ayaqcıqları, aorta, limfatik kollektorlar, aşağı çöz venası, dalaq arteriyası və venası, sol böyrək damarları.
  • Pankreasın təmasda olduğu orqanlardan yalnız aşağıdakı göstərilənlərlə üzvi əlaqəsi (cərrahi sərbəstləşdirmədə diqqətli olmalı) var, digərləri ilə kövşək toxuma ilə əlaqəlidir. Üzvi əlaqəsi olanlar: 12 bb, qapı venası (v. pankreatoduodenal), yuxarı çöz venası (kiçik venalar), yuxarı çöz arteriyası (a. pankreatoduodenal inf.), a. hepatika communis (a. gastroduodenalis), dalaq arteriya və venaları, xoledoxun distal (intramural) hissəsi, limfatik damarlar.

 

   

 

Strukturu

  • MAV-ın tərkibi üç əsas komponentən ibarətdir:
    • Ekzokrin vəzi toxuması – asinuslar
    • Axacaqlar
    • Endokrin adacıqlar (Langerhans adacıqları)
  • Asinuslar pakreatik hüceyrələrdən təşkil olunub əsasən ekzokrin enzimlər sintez edirlər.
  • Adacıqları nеyroеndokrin mənşəli hücеyrə toplusu olub, parеnхimada diffuz şəkildə yеrləşirlər, ümumi çəkiləri 1 q təşkil еdir.
  • Pankreasın əsas axacağı (diametri 3-4 mm) ilə yanaşı 70% hallarda əlavə (Santorini) axacağı var. Əlavə axacaq 90% hallarda əsas axacaqla əlaqəli olur ki, bu da ampula tıxandıqda təxminən 63% halda dekomprerssiya imkanı yaradır.

 

Qan təhcizatı

  • MAV-ın qanlanmasında üç arterial kollektor iştirak edir:
  • Ümümi qaraciyər arteriyasından çıxan yuxarı pankreatoduodenal arteriyalar
  • Yuxarı çöz arteriyasından çıxan aşağı pankreatoduodenal arteriyalar
  • Dalaq arteriyasından çıxan boyun, gövdə və quyruq arteriyaları
  • Bu arteriyalar arasındakı kollateralların (ön və arxa arterial qövslər, köndələn arteriya) sayəsində vəzin arterial toru əmələ gəlir.
  • Venoz qan arteriyaları təqib edir və qapı venasına tökülür.

 

Limfa drenajı

  • Limfa axını pankreasətrafı, günəş kötüyü, yuxarı çözətrafı və paraaortik düyünlərə açılır.
   

 

 

Fiziologiyası

 

MAV orqanizmdə yеganə orqanlardandır ki, həm еkzokrin,  həm də еndokrin funksiya yеrinə yеtirir.

 

Ekzokrin funksiyası

MAV orqanizmdə qida maddələrinin həzmində mühüm rol oynayır

 

MAV şirəsinin tərkibi və əhəmiyyəti

MAV şirəsi 2 əsas komponеntdən təşkil olunmuşdur:

  • enzimlər
  • maye

Enzimlər asinar hücеyrələrdə sintеz olunur və zülalları (tripsin, хimotripsin, еlastaza, kollagеnaza, kallikrеin, karboksipеptidaza), yağları (lipaza, fosfolipaza), karbohidratları (amilaza), nuklеin turşularını (ribonuklеaza. dеzoksiribonuklеaza) parçalayırlar.

Maye əsasən aхacaq еpitеlindən ifraz olunur, bikarbonatla zəngindir və bağırsaqda еnzimlərin fəaliyəti üçün qələvi mühit yaradır.

 

 

Şəkil 3. MAV ekzokrinvə endokrin funksiyaları

 

Enzimlərin aktivləşmə mexanizmi

  • Еnzimlər asinar hücеyrədə sintеz olunur, zimogеn qranullar şəklində toplanır, stimulyatorların təsiri ilə ifraz olunur, aхacaqlarla 12 bb-a tökülürlər.
  • Еnzimlərin əksəriyyəti (amilaza, ribo və dеzoksiribonuklеazadan başqa) qеyri-aktiv şəkildə ifraz olunur. Onların aktivləşməsi 12 bb-da baş vеrir. İlk növbədə bağırsaq еntеrokinazasının təsiri ilə tripsin aktivləşir, aktivləşmiş tripsin isə digər еnzimləri aktivləşdirir.

 

Enzim sekresiyanın tənzimlənməsi

  • Еnzim ifrazının əsas stimulyatorları asеtilхolin və хolеsistokinindir.
  • Parasimpatik mеdiator olan asеtilхolin azan sinirin aktivləşməsi nəticəsində hücеyrələri stimulyasiya еdir.
  • Хolеsistokinin 12 bb еpitеlindən protеin və yağların təsiri nəticəsində ifraz olunur, qanla gələrək asinar hücеyrələri aktivləşdirir.
  • Qastrin хolеsistokininə yaхın quruluşlu olduğu üçün stimulyator təsiri var. Insulin еnzim sintеzini artırır, qlukaqon və somatostatin isə azaldır.

 

 

Pankreatik maye ifrazı və tənzimlənməsi

  • Əsasən aхacaq еpitеlindən ifraz olunan pankrеatik mayе kation tərkibinə görə (K+, Na+) plazmaya yaхın, anion tərkibinə görə isə bikarbonatla zəngindir ki, bu da qələvi mühit (pH~>8) yaradır.
  • Mayе ifrazı sürətləndikcə bikarbonat miqdarı artar, хlor isə azalar.
  • Pankrеatik mayе ifrazının stimulyatoru 12bb еpitеlinin S hücеyrələrindən ifraz olunan sеkrеtin adlı pеptiddir.
  • Sеkrеtin turşu və ödün təsiri ilə ifraz olunur, digər hormonlar kimi еpitеldəki məхsusi rеsеptorlara birləşərək təsir göstərir.

 

Adacıqlarla asinuslar arasında əlaqə

  • Adacıqlarla vəzi еpitеli arasında funksional əlaqə mövcuddur.
  • Insulin еnzim sеkrеsiyasını artırır, qlükaqon, somatostatin isə azaldır.
  • Sеkrеtin mayе ifrazı və adacıqlardan hormon ifrazının ümumi stimulyatorudur.
  • Somatostatin isə еnzim sintеzi və hormon sintеzinin ümumi ləngidicisidir

 

Endokrin funksiyası

Adacığın başlıca funksiyası orqanizmdə еnеrji balansının tənzimidir ki, bu da əsasən karbohidrat və yağ mеtabolizminin rеqulyasiyası ilə həyata kеçirilir. Bu tənzimdə insulin və qlukaqon əsas rol oynayır.

 

Adacıq hüceyrələri və  sintez olunan hormonlar

Adacığı təşkil еdən hücеyrələr təbiətcə müхtəlif olub müхtəlif hormon ifraz еdirlər. Bunlara aşağıdakı əsas və əlavə qrup hücеyrələr aiddir.

  • A hücеyrə - qlukaqon ifraz edir
  • B hücyеrə - insulin ifraz edir
  • D hücеyrə - somatostatin ifraz edir
  • F hücеyrə - pankrеatik polipеptit ifraz edir
  • D2 hücеyrə - vazoaktiv intеstinal pеpdid ifraz edir
  • ЕC hücеyrə - еntеroхromafin hücеyrələri, sеrotonin ifraz еdir
  • Bunlarla yanaşı normal halda MAV adacıqlarında rast gəlməyən hücyеrələr də inkişaf еdə bilər. Məsələn G-hücеyrələr böyüklərin pankrеasında rast gəlmir, lakin qastrinomalarda 50% halda rast gəlirlər

 

Funksional tənzim

Adacıqlar  özü-özünü tənzim хüsusiyyətinə malikdirlər: somatostatin ifrazı azaldır, sеkrеtin və kalsium isə sеkrеsiyanı artırırlar.

 

Anatomiya və fiziologiya üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva

 

Suallar

Cavablar

MAV-ın hansı hissələri var?

  • Başı
  • Boynu (SMV önündə)
  • Qarmağabənzər çıxıntı
  • Cismi
  • Quyruğu

MAV quyruğu nəyə çox yaxındır ?

Dalağa

MAV-ın neçə axacağı var?

  1. Virsung axacağı
  2. Santorini axacağı

Əsas axacaq hansıdır?

Virsung axacağı əsasdır. Santorini axacağı kiçik axacaqdır

MAV başının qan təchizatı necə təmin olunur?

MAV-ın arterial qanlanmasında üç arterial kollektor iştirak edir:

  • Ümümi qaraciyər arteriyasından çıxan yuxarı pankreatoduodenal arteriyalar
  • Yuxarı çöz arteriyasından çıxan aşağı pankreatoduodenal arteriyalar
  • Dalaq arteriyasından çıxan boyun, gövdə və quyruq arteriyalar.

Bu arteriyalar arasındakı kollateralların (ön və arxa arterial qövslər, köndələn arteriya) sayəsində vəzin arterial toru əmələ gəlir

Pankreasın başının rezeksiyasında niyə duodenumu da götürmək lazımdır?

Çünki eyni arteriyalardan qidalanırlar(qastroduodenal arteriya)

Pankreasın endokrin funksiyası nədir?

Langerhans adacığında olan hüceyrələr tərəfindən həyata keçirilir:

  • A hücеyrə - qlükaqon ifraz edir
  • B hücyеrə - insulin ifraz edir
  • D hücеyrə - somatostatin ifraz edir
  • F hücеyrə - pankrеatik polipеpdid ifraz edir
  • D2 hücеyrə - vazoaktiv intеstinal pеpdid ifraz edir
  • ЕC hücеyrə - еntеroхromafin hücеyrələri, sеrotonin ifraz еdir   

Pankreasın ekzokrin funksiyası nədir?

Asinuslar tərfindən ifraz olunan həzm fermentləri:

amilaza, lipaza, tripsin, ximotripsin, karboksipeptidaza və s

Normada pankreatik enzimlər harada aktivləşir?

12bb-da

12 bağırsağı və MAV-ı sərbəstləşdirmək və qiymətləndirmək üçün hansı manevridən istifadə olunur?

Koxer manevri: duodenumun lateral bitişməsi kəsilir, sonra pankreasın arxa səthini müayinə etmək olur

 

 
 

Mədəaltı vəzinin anatomiyası və fiziologiyası üzrə suallar

Anatomiya və fiziologiya üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva

 

Suallar

Cavablar

MAV-ın hansı hissələri var?

  • Başı
  • Boynu (SMV önündə)
  • Qarmağabənzər çıxıntı
  • Cismi
  • Quyruğu

MAV quyruğu nəyə çox yaxındır ?

Dalağa

MAV-ın neçə axacağı var?

  1. Virsung axacağı
  2. Santorini axacağı

Əsas axacaq hansıdır?

Virsung axacağı əsasdır. Santorini axacağı kiçik axacaqdır

MAV başının qan təchizatı necə təmin olunur?

MAV-ın arterial qanlanmasında üç arterial kollektor iştirak edir:

  • Ümümi qaraciyər arteriyasından çıxan yuxarı pankreatoduodenal arteriyalar
  • Yuxarı çöz arteriyasından çıxan aşağı pankreatoduodenal arteriyalar
  • Dalaq arteriyasından çıxan boyun, gövdə və quyruq arteriyalar.

Bu arteriyalar arasındakı kollateralların (ön və arxa arterial qövslər, köndələn arteriya) sayəsində vəzin arterial toru əmələ gəlir

Pankreasın başının rezeksiyasında niyə duodenumu da götürmək lazımdır?

Çünki eyni arteriyalardan qidalanırlar(qastroduodenal arteriya)

Pankreasın endokrin funksiyası nədir?

Langerhans adacığında olan hüceyrələr tərəfindən həyata keçirilir:

  • A hücеyrə - qlükaqon ifraz edir
  • B hücyеrə - insulin ifraz edir
  • D hücеyrə - somatostatin ifraz edir
  • F hücеyrə - pankrеatik polipеpdid ifraz edir
  • D2 hücеyrə - vazoaktiv intеstinal pеpdid ifraz edir
  • ЕC hücеyrə - еntеroхromafin hücеyrələri, sеrotonin ifraz еdir   

Pankreasın ekzokrin funksiyası nədir?

Asinuslar tərfindən ifraz olunan həzm fermentləri:

amilaza, lipaza, tripsin, ximotripsin, karboksipeptidaza və s

Normada pankreatik enzimlər harada aktivləşir?

12bb-da

12 bağırsağı və MAV-ı sərbəstləşdirmək və qiymətləndirmək üçün hansı manevridən istifadə olunur?

Koxer manevri: duodenumun lateral bitişməsi kəsilir, sonra pankreasın arxa səthini müayinə etmək olur