Özət
Xroniki pankreatit mədəaltı vəzi parenximasının fibrotik toxuma ilə əvəz edilməsi, axacaq arxitektorikasının pozulması ilə xarakterizə olan xronik iltihabi prosesdir, ekzo-, endokrin yetməzliyə, ağrıya və ağırlaşmalara səbəb olur. Etiologiyasında alkoqol və idiopatik səbəblər ilk yerdə durur. Xəstəlik təkrarlanan kəskin pankreatit tutmaları ilə (ağrı, bulantı, qusma, intoksikasiya) və ya davamlı ağrı, ekzo-, endokrin yetməzlik (steatorreya, diabet) əlamətləri ilə biruzə verə bilir. Təkrarlanan və davam edən iltihabi proses vəzi toxumasının fibrozisinə, axacaq arixitektonikasının pozulmasına və ətraf orqanların prosesə qoşulmasına gətirib çıxarır, nəticədə ekzo-, endokrin yetməzliklər və ağırlaşmalar meydana gəlir (xoledox, 12bb stenozu, fistullar, dalaq venası trombozu və s.). Klinik-morfoloji olaraq duktal, diffuz fibrotik və lokal-indurativ və ağırlaşmış formaları var. Diaqnostikası üçün klinik, laborator, görüntüləmə müayinələri ilə digər xəstəlikləri inkar etmək, vəzidə struktur dəyişikliyi (fibroz, dukatal dəyişiklik, kütlə, kalsifikasiya və s) axtarmaq lazımıdr. Ağrı, ekzo-, endokrin yetməzlik, görüntüləmə üsulları və histoloji müayinələrlə vəzi toxumasında fibrozun, iltihabın, kalsifikasyonların tapılması ən önəmli diaqnostik əlamətləridir. Müalicəsi ağrının, ekzo-, endokrin yetməzliyin azaldılmasına və ağırlaşmaların aradan qaldırılmasına yönəldilir və bu məqsədlə konservativ (diet, enzimlər, ağrıkəsicilər), endoskopik (stend, dilatasiya, litotripsiya) və cərrahi (rezeksiya, drenaj, denervasiya) tədbirlər həyata keçirilir. Konservativ müalicənin effektsizliyi, iltihabı kütlələr, axacaq genişlənməsi, kanserdən fərqləndirmə şətinliyi və stenotik ağırlaşmalar cərrahi müalicəyə göstərişdir. Xroniki pankreatit bədxassəli xəstəlik deyil, lakin ömrü 5-10 il qısaldır.
Xronik pankreatit üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.F.Əhmədov
Xronik pankreatit nədir? |
MAV-ın xroniki iltihabıdır, toxumanın destruksiyası, fibrozu və kalsifikasiyası ekzo-endokrin yetməzliyə və ağrıya səbəb olur. |
Hansı növləri var? |
Duktal İnfiltrativ Fibrotik |
Hansı səbəbləri var? |
Alkoqol İdiopatik Autoimmun Genetik Digər (travma, yatrogen, öd daşı, hiperlipidemiya, hiperkasemiya və s) |
Hansı ağırlaşmaları ola bilər? |
Xoledox stenozu 12bb stenozu Pankreatikoenterik fistul Pankreatiko-plevral fistul Psevdosist Dalaq venası trombozu Pankreatik karsinoma Diabet (15-65%) |
Hansı subyektiv əlamətləri var? |
Epiqastrik və ya kürək ağrıları, arıqlama, steatorreya |
Ağrının xarakteri necə olur? |
Yeməklərdən sonra vəya səbəbsiz ağrılar Epiqastral yerləşən və belə vuran ağrılar. |
Pankreatik ekzokrin yetməzliyinin hansı əlamətləri vardır? |
Steatorreya - lipaza yetməzliyi ilə əlaqədar baş verən yağ malabsorbsiyası Malnutrisiya |
Pankreatik endokrin yetməzliyinin hansı əlamətləri vardır? |
Diabet (qlükoza intoleransı) |
Hansı xəstəliklərlə differensiasiya etmək lazımdır? |
Xora xəstəliyi, öd yolları xəstəliyi, pankreatik kanser, arterial okkluziyalar, digər qastrointestinal xəstəliklər, infarkt və s. |
Xroniki pankreatiti olan xəstəlrin neçə faizində pankreatik kanser inkişaf edir? |
Təqribən 2% |
Hansı labarator müayinələr aparılır? |
Amilaza/lipaza 72 saatlıq nəcisdə yag analizi Glukoza toleransı testi |
Niyə xroniki pankreatiti olan xəstələrdə amilza/lipazası normal ola bilər? |
Pankreas toxunmasının itirilməsi nəticəsində |
Hansı görüntüləmə müayinələri aparılır? |
KT -vəzin böyüməsi/atrofiyası, kalsifikasiyası, kütlə, törəmə, psevdosist MRT – axacağı qiymətləndirmək üçün EndoUSM – axacağı, kütləni qiymətləndirmək üçün ERXPQ- duktal stenoz və dilatasiya üçün, psevdosistlərdə |
Xroniki pankreatitdə axacağı yoxlamaq mütləqdirmi? |
Mütləqdir çünki klinik formanı və müalicə taktikasını müəyyənləşdirmək üçün vacibdir. |
Axacağı hansı üsullarla və ardıcıllıqla qiymətləndirmək düzgündür? |
MRT, Endo-USM, ERXPQ |
Xroniki pankreatit diaqnostik kriteriyaları hansılardır? |
Ağrı Görüntüləmədə və ya histoloji müayinələrlə vəzi toxumasında fibroz, iltihab, kalsifikasiya Ekzo-, endokrin yetməzlik və axacaq dəyişikliyi ola bilər Digər xəstəliklər inkar olunur |
Konservativ müalicəsi hansıdır? |
Alkoqolun kəsilməsi Ağrıkəsicilər (qeyri-steroid, narkotik, sitrat) Diet (az yağlı, az-az tez-tez) Ferment verilməsi Endokrin korreksiya |
Xroniki pankreatitlərdə cərrahi müalicəyə göstərişlər hansılardır? |
Şiddətli və davamlı ağrılar Pankreasda kütlə Axacaq genişlənməsi |
Hansı cərrahi müalicə üsullarını bilirsiniz? |
Denervasiya (cərrahi və kimyəvi) Drenaj (pankreato-yeyunistomiya (Duval, Pestow, Partington-Rochelle), Rezeksiya (PDR, distal, mərkəzi rezeksiyalar, total pankreatektomiya) Rezeksiya + drenaj (Beger, Frey, Berne) |
Frey əməliyyatı nədir? |
Pankreas başının mərkəzi rezeksiyası və boylama pankreato-yeyeunostomiya |
Autoimmun pankreatit
Suallar |
Cavablar |
Autoimmun pankreatit nədir? |
Təkrarlayan kəskin pankreatit tutmaları ilə xarakterizə olunur. |
Hansı klinik formaları var? |
Tip 1 və tip 2 |
Patogenezi nədən ibarətdir? |
İgG4 ilə əlaqəli autoimmun xəstəlik hesab edilir. |
Ağırlaşmaları nələrdir? |
Pankreas yetməzliyi Diabet Pankreatik kalsifikasiya və daşlar, nadir hallrda nekroz |
Klinik əlamətləri hansılardır? |
Kəskin pankreatit əlamətləri (ağrı, qusma və s) |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Amilaza KT/MRT İg G4 |
Laborator əlamətləri nələrdir? |
Amilazada artma Tip1 də - İgG4-ün yüksək olması Tip 2 - İgG4 yüksəlmir |
Görüntlüləmə əlamətləri nələrdir? |
Pankreasın seqmentar və ya diffuz böyüməsi (sosoisəbənzər pankreas) ERXPG-də pankreas və öd axacağının stenozu ola bilər Kalsifikasiya və kist rast gəlinir |
Digər müayinələrdə nə tapılır? |
Histopatoloji müayinə - limfoplasmatik infiltratda CD4 və CD8 pozitiv limfosit və İgG4 –pozitiv plazma hüceyrəsi, interstsial fibroz və asinar hüceyrələrin atrofiyası. |
Diaqnostik kriteriyalarını sadala? |
5 əsas kriteriyası:
|
Müalicə üsulları hansılardır? |
Steroid terapiya, cavab verməsə digər immunosupressorlar |
Əməliyyata göstərişlər nələrdir? |
Ağılrşamış nekroz və kanserdən diferensiasiya çətinliyi. |
Əməliyyat üsulları hansılardır? |
PDR, total pankreatektomiya |
İrsi pankreatit
Suallar |
Cavablar |
İrsi pankreatit nədir? |
Pankreasın iltihabın təkrarlanan epizodları ilə xarakterizə edilən genetik bir vəziyyətidir |
Səbəbi və ya risk faktorları nələrdir? |
PRSS1 genində mutasiya |
Patogenezi nədən ibarətdir? |
PRSS1 Geni ilə əlaqəlidir |
Gediş xüsusiyyəti necədir? |
Pankreas xərçənginə keçə bilir |
Ağırlaşmaları nələrdir? |
Pankreatik fibroz, Pankreas ekzokrin çatışmazlığı (PEI), Diabetes mellitus Xronik ağrı sindromu Pankreas duktal adenokarsinom (PDAC) |
Klinik əlamətləri hansılardır? |
Kəskin pankreatit əlamətləri Ani (kəskin) qarın ağrısı, Qızdırma, ürəkbulanma və qusma |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Genetik analiz |
Pankreatik assit
Suallar |
Cavablar |
Pankreatik assit nədir? |
Pankreas axacağının zədələnməsi (pankreatit, travma) nəticəsində şirənin qarın boşluğuna yığılmasıdır. |
Səbəbi və ya risk faktorları nələrdir? |
Alkoqol Travma Təkrarlanan kistlər Distal splenorenal şunt Vater məməciyinin daralmasi Pankreatik kanalin daşlari Karsinoid tumor Hoçkin limfomasi |
Klinik əlamətləri hansılardır? |
Epiqastrik agri Ariqlama Qarında maye |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM Abdominal KT ERXPQ Assitik mayenin müayinəsi |
Laborator əlamətləri nələrdir? |
Assit mayesində yüksək amilaza və protein səviyyəsi |
Müalicə üsulları hansılardır? |
Konservativ (Oktreotid) Endoskopik Cərrahi |
Əməliyyat üsulları hansılardır? |
Endoskopik stend və sfinkterotomi Sisto-qastrostomya Sisto-yeyunostomya Sisto-duedenostomya |