Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Kəskin pankreatit - Özət və Suallar

Özət

Kəskin pankreatit (KP) mədəaltı vəzin öz enzimlərinin vəzidaxili aktivləşməsi nəticəsində vəzidə və ətraf toxumalarda baş verən enzimatik destruksiyadır, SİRS/sepsis və ağırlaşmalar törədə bilir. Öd yolları xəstəlikləri, alkoqol və hipertriqliseridemiya ən çox rast gəlinən səbəbləridir. Xəstəlik şiddətli epiqastral ağrı ilə başlayır, aramsız qusma qoşula bilir, bir neçə saat ərzində xəstənin vəziyyəti pisləşir. Əkəsr hallarda xəstəlik yüngül gedişli olur, ağrıkəsici və infuziya ilə 5-6 gün ərzində stabilləşir. Lakin xəstələrin təxminən 1/5-ində ağır gedişli olur, vəzidə və  ətraf toxumalarda destruksiya meydana gəlir, infeksiyon, hemorragik ağırlaşmalr və sepsis ortaya çıxr, letallıq baş verə bilir. Kəskin pankreatitin diaqnostikası üçün laborator, USM və KT/MRT müayinələri lazım gəlir, şiddətli və davamlı ağrı, amilazının artması və görüntüləmədə vəzi və ətrafında dəyişikliklər (ödem, nekroz, maye və s) xarakterik əlamətləridir. Kəskin pankreatit əksər hallarda konservativ müalicə olunur, cərrahi və azinvaziv müdaxilələr göstərişə görə aparılır (digər kəskin cərrahi xəstəliklərdən diferensasiya çətinliyi,  intensiv terapiyaya baxmayaraq vəziyyətin pisləşməsi, biliar pankreatit, infektiv nekroz)

 

 

Kəskin pankreatit üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.F. Əhmədov

 

Kəskin pankreatit nədir?

Pankreasın iltihabıdır

Ən çox rast gəlinən səbəbləri hansılardır?

öd yolları xəstəlikləri (40%)

alkoqol (35-40%)

hiperlipidemiya (5-10%)

idiopatik (3-10%)

Kəskin pankreatit necə meydana gəlir?

MAV-ın öz fermentlərinin pankreas toxumasını zədələməsi nəticəsində

Enzimlər harada və hansı yolla aktivləşir?

Enzimlər vəzi daxilində - asinar hüceyrələrdə zimogen qranulların lizosomlarla kontaktı nəticəsində  aktivləşir. Axacaqdaxili hipertenziya, işemiya və hipertriqliseridemiya asinar hüceyrələri zədələyən  və bu kontaktı yaradan mexanizmlər hesab edilir.

Kəskin pankreatitin hansı gediş formaları var?

yüngül (mülayim, ödematoz)

ağır (destruktiv)

çox ağır (fulminant)

Bu gedişlər eyni prosesin mərhələləridir yoxsa ayrıca formalardır?

Sərbəst gediş formalarıdır

Yüngül gediş nə deməkdir?

Mülayim və ya  ödematoz   pankreatit də adlanır, ən çox rast gələn (80-85%) formadır, vəzidə diffuz ödemlə xarakterizə olunur, əksər hallarda (90-95%) öz-özünə və ya konservativ müalicə ilə sönür.

Ağır gediş nə deməkdir?

Destruktiv pankreatit də deyilir, 10-15% hallarda rast gəlir, pankreasda və ətrafında makroskopik lipid və hemorragik (10%) nekrozlarlar, müvəqqəti orqan  yetməzlikləri və ya ağırlaşmalar baş verir.

Çox ağır gediş nə deməkdir?

İldırımsürətli pankreatit də deyilir,  sürətli inkişaf edən fermentativ destruksiya geniş yayılaraq fleqmona, ətraf orqanların zədələnməsi, sepsis, multiorqan yetməzliyi və hemorragiya törədir, ilk günlər ölüm ehtimalı çox yüksəkdir (80-100%).

Kəskin pankreatit hansı ağırlaşmalara səbəb ola bilir?

peritonit

aseptik nekroz

infektiv pankreatit

psevdokistlər

boşluqlu orqanlarda perforasiya

psevdoanevrizma (dalaq və sol mədə arteriyalarında)

qanaxma

plevrit

pankreatik assit

diabet

şok, sepsis, MOY

Subyektiv əlamətləri hansılardır? hansılardır?

Şiddətli və davamlı epiqastrik ağrılar (adətən kürəyə vurur), ürəkbulanma, qusma

Obyektiv əlamətləri hansılardır?

Epiqastral  və ya diffuz  ağrılı qarın, epiqastral infiltrat, bağırsaq küylərinin azalması, temperatur, dehidratasiya, şok

Hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?

Mezenterial tromboz

Aorta anevrizma partlaması

Perforativ xora

Kəskin xolesistit

Kəskin xolangit

Kəskin appendisit

Yumurtalıq kist partlaması

Digər

Hansı laborator müayinələr edilir?

Qanın ümumi analizi

Qaraciyərin funksional  testləri

Amilaza/lipaza

Qan qrupu

Arterial qan qazları

Ca

Kreatinin

Qlükoza

Koaquloqramma

Lipidlər (xüsusən triqliseridlər)

Hansı laborator dəyişikliklər xarakterikdir?

Amilazanın 3 dəfədən çox artması, lipazanın artması, Ca azalması, şəkərin artması, leykositoz, orqanların disfunksiya əlamətləri

Kəskin pankreatitdə Ca niyə azalır?

Yağ nekrozu nəticəsinə meydana gələn yağ turşuları Ca ilə birləşir.

Hansı görüntüləmə müayinələri aparılır?

USM, KT/MRT, EUS

Ən informativ görüntüləmə müayinəsi hansıdır?

KT qızıl standartdır.

USM-də nə görünür?

MAV böyüməsi və ətrafında maye, bəzən kistlər

KT/MRT-də nə görünür?

Böyümə, ödem, destruksiya, vəzi ətrafında maye, infiltrasiya, qarında maye

KT nə zaman aparılarsa daha informativ olur?

Xəstəliyin başlanmasından 24-48 saat sonra

MRT hansı hallarda ilk seçimdir?

Öd yollarında patologiyaya şübhə olarsa

Kəskin pankreatitin diaqnostik kriteriyaları hansılardır?

Klinik: şiddətli və davamlı epiqastral və ya kəmərvari ağrı, ağrılı qarın və ya epiqstral kütlə

Laborator: amilazada 3 dəfədən çox artma

Görüntüləmə: vəzi ölçüsünün böyüməsi, vəziətrafı ödem, maye, qanaxma , vəzidaxilində və ya ətrafında destruksiya, abses.

Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün hansı üsulları bilirsiniz?

Ranson kriteriyaları

KT-ağırlıq indeksi

Glasgow şkalası

APACHE II şkalası

Sadə klinik qiymətləndirmə

Ağırlıq dərəcəsinin təyinində amilazanın rolu varmı?

Xeyr

Sadə klinik üsula görə (Atlanta klasssifikasiyası)  ağırlıq dərəcələri hansılardır?

Yüngül dərəcə - orqan yetməzlikləri, destruksiya, yerli və ümumi ağırlaşmalar yoxdur.

Ağır dərəcə -  müvəqqati orqan yetməzlikləri (48 saat ərzində aradan qalxır), vəzidə destruksiya və ya yerli ağırlaşmalar var (pankreatik nekroz, peripankreatik yığıntı, fleqmona, perforasiya və s), ümumi ağırlaşmalar var

Çox ağır dərəcə - vəzidə ilk saatlarda sürətlə proqressivləşən orqan-sistem yetməzliyi 48 saatdan çox davam edir, yerli və ümumi ağırlaşmalar var.

Ranson kriteriyaları nə deməkdir?

Daxil olarkən

Yaş >55

Leykosit >16 000

Qlükoza >200

LDH >350

AST >250

48 saat sonra

Hematokrit 10% az

Nitrogen >5 mg/dl

Ca++ < 8 mg/dl

pO2 <60 mmHg

Əsas defisit 4 mEq/l

Maye sekvestr. >6L

Ranson kriteriyaları necə hesablanır?

Yuxarıdakı hər göstəriciyə 1 bal verilir,  ballar toplanır və nəticəyə görə letallıq təxmin edilir:

  • 0-2 bal - letallıq 5%
  • 3-4 bal – letallıq 15%
  • 5-6 bal – letallıq 40%
  • 7-8 bal -  letallıq 100%

Müalicə prinsipi necədir?

Əsasən konservativ, göstərişə görə cərrahi

Hansı müalicələr özünü doğrultmuşdur?

 

İnfuzion terapiya, ağrıkəsicilər, antisekretor, NQZ, müvəqqəti ac saxlama, göstərişə görə antibiotiklər, ERXPQ, perkutan drenaj cə cərrahi əməliyyatları

Dalaq venasının trombozu hansı ağırlaşma ilə müşayət olunur?

Qastrik varikozlar

Pankreatiti olan xəstəyə TPN ilə bərabər lipid verilə bilərmi?

Əgər xəstədə hiperlipidemiya yoxdursa  (triqliserid <300)

Kəskin pankreatitdə təcili əməliyyata göstərişlər hansılardır?

Digər kəskin cərrahi xəstəliklərdən differensiasiya çətinliyi

İntensiv terapiyaya baxmayaraq vəziyyətin pisləşməsi: kompartman, peritonit, kolon nekrozu və s.

Xoledox obstruksiyası və xolangit

Kəskin pankreatitlərdə planlı əməliyyata göstərişlər hansılardır?

İnfeksiyalaşmış nekroz

Xoledoxolitiaz

Öd daşı xəstəliyi

Böyük və simptomatik psevdokistlər

 

Biliar pankreatit

Biliar pankreatit nə deməkdir?

Öd yolları xəstəlikləri, xüsusən də öd daşı nəticəsində baş verən pankreatit

Öd daşı pankreatiti hansı yolla törədir?

Öd daşı papilla Vaterdə tıxanma törətdikdə və ya ondan keçərkən zədələyərək pankreatitin baş verməsinə səbəb olur

Diaqnozu necə qoyulur?

Kəskin pankreatiti olanda xolelitiazis və ya xoledoxolitiaz var, pankreatitin digər səbəbləri yoxdur

Hansı  görüntüləmə müayinələri aparılmalıdır?

USM - kisədə daşı müəyyən etmək üçün

KT  - pankreası qiymətləndirmək üçün

MRT – xoledoxu qiymətləndirmək üçünm

Müalicəsi nədən ibarətdir?

3-5 gün konservativ müalicə ilə pankreatitin kəskin fazasını söndürmə, sonra xolesistektomiya (laparoskopik və ya açıq xolesistektomiya) və intraoperativ xolangioqrafiya

Biliar pankreatitlərdə niyə erkən xolesistektomiya aparılır?

Xəstələrin təxminən 1/3-ündə 8 həftə ərzində pankreatit təkrarlayır.

ERXPQ hansı hallarda aparılmalıdır?

Xolangitdə

 

Hemorragik pankreatit

Hemorragik pankreatit nə deməkdir?

Pankreatik nekrozla yanaşı parenximaya və ətraf orqanlara qanaxma

Əlamətləri hansılardır?

Pankreatit əlamətləri (qarın ağrısı, şok,  sepsis, respirator distress və s)

Culles əlaməti, Grey Turner əlaməti/Fox əlaməti

Cullen əlaməti nədir?

Göbəkətrafı nahiyyədə dərialtı qanaxm əlamətləri (eximoz)

Grey Turner əlaməti nədir?

Bel nahiyyəsində eximoz

Fox əlaməti nədir?

Qasıq nahiyyəsində eximoz

Qanaxma diaqnozu necə dəqiqləşdirilir?

KT –də hematomanın görünməsi və  hemoqlobində düşmə ilə

 

Pankreatik nekroz

Pankreatik nekroz nə deməkdir?

Kəskin pankreatit nəticəsində meydana gələn nekrozdur.

Aqibəti necə ola bilər?

Kalsifikasiya, psevdokist, infeksiyalaşma

Diaqnozu necə qoyulur?

Kontrastlı KT-də pankreas toxumasında kontrast tutmayan sahələr görünür

Müalicəsi dədən ibarətdir?

İnfeksiyalaşma varsa drenaj (cərrahi və ya perkutan), infeksiyalaşma yoxdursa izləmə və pankreatitin müalicəsi

 

Pankreatik abses

Pankreatik abses nə deməkdir?

Pankreatik nekrozun və ya pankreasətrafı yığıntıların infeksiyalaşması nəticəsində əmələ gələn irinlikdir

Hansı əlamətləri  var?

Hərarət, sorulmayan pankreatit, epiqastrik kütlə

Hansı görüntüləmə müayinələri aparılmalıdır?

Qarın KT

Hansı laborator əlmətləri var?

Leykositoz, CRP artması, müsbət kültür nəticəsi

Pankreatik abseslərdə hansı orqanizmlər tapılır?

Qram neqativ(ən çox tapılan) - Escherichia coli, Pseudomonas, Klebsiella

Qram pozitiv: Staphylococcous aureus, Candida

Diaqnozu necə dəqiqləşdirilir?

Sepsis və pankreatit əlamətləri

KT-də yığıntı və abses əlamətləri

Aspirasiyada pozitiv kültür

Müalicəsi nədən ibarətdir?

İnfuziya, antibiotik, perkutan  və ya cərrahi drenaj

Cərrahi əməliyyat hansı hallarda aparılır?

Perkutan drenaj faydasız olarsa və ya mümkün olmadıqda, böyük nekrotik kütlələr olarsa

Cərrahi əməliyyat nə vaxt aparılarsa daha faydalı olur?

Abes divarı formalaşdıqdan sonra (adətən 4 həftə sonra)