Özət
Pankreas suluqları (sistlər) epitel qatı və ya birləşdirici toxuma ilə əhatə olunan maye tərkibli törəmələrdir. Divarının quruluşuna və mənşəyinə görə görə pankreas suluqlarının 4 əsas növü ayırd edilir: həqiqi, yalançı, neoplastik və parazitar suluqlar.
Həqiqi suluqların divarının daxili səthini epitel qatı təşkil edir, əmələ gəlmə səbəblərinə görə anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə sistlər inkişaf pozğunluğu nəticəsində, qazanılmış həqiqi sistlər isə, axacağının tıxanması nəticəsində distal hissəsinin genişlənməs ilə bağlı ortaya çıxır (retension sistlər). Bu sistlər simptom vermirsə izlənilir, simptomatik olarsa çıxarılır.
Psevdosistlərin -yalançı suluqların divarını ətraf orqanlar və iltihabi reaksiya nəticəsində əmələ gəlmiş birləşdirici toxuma təşkil edir. Yalançı sistlər adətən pankreatit və ya travma ilə əlaqadar axacaq zədələnməsi və pankreatik şirənin hüdudlanması nəticəsində meydana gəlir. Adətən zədələnmədən 4 həftə sonra davam edən maye yığıntıları psevdisistlər adlanır. Psevdosistlər asimptomatik ola bilər, ətraf orqanlara təzyiq və ağırlaşma (infeksiyalaşma, qanaxma, fistul və s) əlamətləri ilə biurzə verə bilirilər. Anamnezdə travma və pankreatit, sist mayesində amilazanın yüksək olması və divarında epitelin olmaması xarakterik əlamətləridir. Asimptomatik və kisçik sistlər müşahidə edilir, simptomatik və 6 sm-dən böyük kistlər müalicə tələb edir, drenaj (sisto-digestiv anastomozlar) ilk seçimdir.
Neoplastik suluqlar şiş təbiətli törəmələrdir, iç divarında şiş təbiətli epitel hüceyrələri olur, təbiətinə görə xoş və bədxassəli şişlər ola bilərlər. Epitel mənşəli neoplastik sistlər sistoadenoma, sistoadenokarsinoma adlanır. Bundan başqa endokrin və metastatik sistlər də ola bilər. Anamnezdə apnkreatitin olmaması, divarının qalın olması, arakəsmələr, kistik mayedə CA-19-9 səviyyəsinin yüksək olması neoplatik sistlər üçün xarkterikdir, diaqnozu piopsiya ilə dədiqləşdirilir. Müalicəsi radikal çıxarmaqdan ibarətdir.
Parazitar sistlərdən ən çox rast gələni exinokokk sistləridir. Exinokokk nadir hallarda tək pankreası tutur, adətən birincili orqanlarla (qaraciyər, ağciyər) birlikdə rast gəlir. Müalicəsi kistektomiyadır.
MƏDƏALTI VƏZİ SULUQLARI ÜZRƏ SUALLAR
N.Y.Bayramov, A.K.Səfiyeva, F.F.Əhmədov
Pankreatık psevdosist
Pankreatik psevdokist nə deməkdir? |
Kapsullaşmış peripankreatik maye toplantısıdır, yalançı kistdir |
Psevdokistlər nə vaxt formalaşır? |
Pankreatitlərdən 4 həftə sonra |
Nəyə görə yalançı kist deyilir? |
Divarını fibroz toxuma təşkil edir, epitelial qatı yoxdur |
Tərkibindəki maye nədir və haradan gəlir? |
Zədələnmiş MAV axacağından gələn pankreas şirəsidir |
Rastgəlmə tezliyi nə qədərdir? |
Kəskin pankreatitlərdə 20-30% hallarda rast gəlinir |
Ən çox rast gəlinən səbəbləri hansılardır? |
Xroniki və kəskin pankreatitlər. |
Pankreatik psevdokistlər necə əmələ gəlir? |
İki yolla:
|
Pankreatik psevdosist hansı ağırlaşmaları törədə bilir? |
İnfeksiyalaşma, qanaxma, obstruksiya, partlama – fistul və ya assit |
Klinik əlamətləri hansılardır? |
Epiqastral ağrı Arıqlama Kəskin pankreatitli xəstələrdə ağrının azalmaması Epiqastral kütlə |
Hansı laborator müayinələr aparılmalıdır? |
Amilaza/lipaza Bilirubin CA-19-9 Qanın ümumi analizi |
Görüntüləmə müayinələrində nə tapılır? |
Kist |
Diaqnostik əlmətləri hansılardır? |
anamnezdə pankreatit və ya travmanın olması görüntüləmədə arakəsməsiz və toxumasız kist mayedəki amilaza və lipazanın plazmadan yüksək olması, CA-19-9 normal |
Pesvdosisti hansı xəstəliklərlə differensiasiya etmək lazımdır? |
İlk növbədə neoplastik kistlərlə (sistoadenokarsinoma, sistoadenoma) və parazitar kistlərlə |
Müalicəsi nədən ibarətdir? |
Sistin drenajı və ya nəzarət |
Psevdosistin drenajından öncə nə qədər müddət gözləmək lazımdır? |
6 həftə gözləmək lazımdır ki, sist sorulsun və ya psevdosistin divarı tam formalaşsın |
Psevdosistlərin təxmini neçə faizi öz-özünə sorulur? |
Təqribən 50% |
Hansı psevdosist drenaj olunmalıdır? |
6 həftədən çox davam edən və 6 sm-dən böyük sistlər |
Pankreatik psevdosistin hansı drenaj üsulları var? |
perkutan drenaj cərrahi drenaj endoskopik drenaj |
Mədəyə birləşmiş psevdosistdə nə edərsiniz? |
Sisto-qastroanastomoz (mədə işərisinə drenaj) |
Duodenuma birləşmiş kistlərdə nə edərsiniz? |
Sisto-duodenoanastomoz |
Mədə və 12bb-a bitişməyən sistlərdə nə edərsiniz? |
Ru-Y tipli sisto-yeyunoanastomoz |
Pankreas quyruğunda yerləşən sistlərdə nə edərsiniz? |
Distal pankreatektomiya |
Psevdosistin digər hansı endoskopik müalicə üsulları var? |
Endoskopik sistoqastrostomiya, sisto-duodenostomiya, transduktal stend |
Pankreatik psevdosistin cərrahi müalicəsi zamanı nəyi mütləq etmək lazımdır? |
Sistik karsinomanı inkar etmək üçün divardan biyopsia almaq lazımdır? |
Pankreatik psevdosistdə ən çox ölüm səbəbi? |
Psevdosistə massiv qanaxma |
Neoplastik sistlər
Suallar |
Cavablar |
Neoplastik sistlər nədir? |
İç divarını şiş təbiətli vəzi və ya endokrin hüceyrələr təşkil edən şiş təbiətli törəmələridir. |
Hansi növləri var? |
Seroz, musinoz, sistoadenokarsinomalar. |
Seroz sistoadenoma nədir? |
Xoşxassəli sistoz törəmə |
Rastəlmə tezliyi nə qədərdir? |
Sistlər arasında 30% |
Gediş xüsusiyyəti necədir? |
Xoş xassəli |
Klinik əlamətləri hansılardır? |
Ağrı və təzyiq əlamətləri |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM, KT/MRT, sist mayesində CA-19-9 təyinibiopsiya |
Sistoadenokarsinoma nədir? |
Axacaq epitelindən inkişaf edən bədxassəli sistlərdir |
Klinik əlamətləri hansılardır? |
Ağrı və təzyiq əlamətləri |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM, KT/MRT, sist mayesində CA-19-9 təyini, biopsiya |
Laborator əlamətləri nələrdir? |
Mayedə CA-19-9 yüksək olur. |
Müalicəsi |
Radikal rezeksiya |
Parazitar sistlər
Suallar |
Cavablar |
Hansı parazitar sistlər çox rast gəlinir? |
Exinokokk, Tenia solium mənşəli |
Rast gəlmə tezliyi nə qədərdir? |
Mədəalti vəzi kistlərinin 75% |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM,KT, seroloji, lakin diaqnoz əməlyat vaxti təsdiqlənir |
Müalicə üsulları hansılardır? |
Cərrahi və antihelmint müalicə |