Özət
Nazik bağırsağın işemik xətəliklərinə kəskin arterial tıxanma, kəskin qeyri-okkluziv işemiya, kəskin venoz tromboz və xronik arterial işemiya aid edilir.
Kəskin arterila tıxanma tromboemboliya və ya tromboz nəticəsində meydana çıxır, kəskin və saatlarla davam edən şiddətli qarın ağrıları ilə başlayır, bağırsağın nekrozu, proqressiv pisləşmə (şok, peritonit, sepsis) baş verir, yüksək letallıqla nəticələnir. Diaqnoz KT-angioqrafiya və ya laparoskopiya ilə dəqqqiləşdilir. Təcili əməliyyat mütləq göstərişdir.
Kəskin qeyri-okluziv işemiya adətən şok, aritmiya və septik xəstələrdə rast gəlir. Kiçik damarların spazmı işemiyanın əsas inkişaf mexanizm hesab edilir. Gedişi çox ağırdır, letallıq yüksəkdir.
Mezenterial venaların trombozu qaraciyərin sirrozunda, bədxassəli şişlərdə və hiperkoaqulyasiyon xəstələrdə rast gəlir. Gedişi nisbətən qənaətbəxşdir. Diaqnoz KT- angioqrafiya ilə qoyulur. Cərrahi müalicə az hallarda - nekroz olduqda göstərişdir.
Xronik arterial işemiya yuxarı çöz arteriyasının və ya böyük şaxələrinin xronik tıxanması nəticəsində meydana gəlir. Qida qəbulundan sonra başlayan qarın ağrıları xarakterikdir. Diaqnoz KT - angioqrafiya ilə qoyulur. Revaskulyarizasiya əməliyyatı göstərişdir.
Nazik bağırsağın işemik xəstəlikləri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.A.Qəhrəmanova
Nazik bağırsağın işemiyası nədir? |
Bağırsağın arterial və ya venoz qan təchizatının pozulması nəticəsində baş verən işemiya və qanqrenadır. |
Nazik bağırsağın işemiyasının hansı formaları var? |
Səbəbinə və gedişinə görə 4 klinik forması var:
|
Ən çox rast gələn kəskin forma hansıdır? |
Kəskin arterial tıxanma (60-70%) |
Kəskin okkluziv forma ilə qeyri-okkluziv forma arasında fərq nədir? |
Okkluziv formada işemiyanı magistral damarlarda tıxanma, qeyri - okkluziv formada isə damar spazmı törədir. |
Kəskin arterial tıxanmanı ən çox tromboz, yoxsa trombemboliya törədir? |
Tromboemboliya |
Trombemboliyanın mənbəyi haradır? |
Adətən sol mədəcikdir, infarkt və ya aritmiyalarda əmələ gələn mural tromblardır. |
Yuxarı mezenterik arteriyanın hansı arterial sistemlərlə kollateral əlaqəsi var? |
Günəş kötüyü və aşağı müsariqə arteriyası ilə |
Kəskin mezenterial trombozda letallıq nə qədərdir? |
50-90% |
Kəskin mezenterial trombozun xarakterik əlaməti nədir? |
Şiddətli qarın ağrıları |
Bu ağrının xüsusiyyəti necədir? |
Ani başlayır, davam edir, narkotiklərlə keçmir, pankreatit və stranqulyasiya ağrıları qədər şiddətli olur. |
Kəskin arterial trombozda “ağrı-qarın uymazlığı” nə deməkdir? |
Erkən mərhələlərdə qarında şiddətli ağrılara baxmayaraq kəskin qarın əlamətləri (peritonizm, bağırsaq keçməzliyi) olmur. |
Ağrılar nə zaman keçir? |
Heç vaxt. İşemik ağrılardan sonra nekroz və peritonitə bağlı ağrılar başlayır. |
Kəskin arterial tıxanma diaqnozu necə qoyulur? |
İlk saatlarda yüksək şübhə əlamətlərinə görə və angioqrafiya ilə, gec mərhələlərdə isə peritonitə görə əməliyyat vaxtı |
Yüksək şübhə əlamətləri hansılardır? |
|
Diaqnozu dəqiqləşdirmək üçün ilk seçim nədir? |
KT - angioqrafiya |
Hansı xəstəliklərlə differensiasiya edilir? |
Kəskin pankreatit, stranqulyasiya, perforasiya, aorta anevrizminin partlaması |
Kəskin arterial trombozun müalicəsi necədir? |
Təcili əməliyyat - nekroza görə rezeksiya, anastomoz və təkrar yoxlama və ya stoma. Nekroz yoxdursa revaskulyarizasiya və ciddi nəzarət |
Qeyri-okkluziv işemiya ən çox kimlərdə təsadüf edir? |
Şok olan və septik xəstələrdə |
Qeyri-okkluziv işemiyanın mexanizmi necədir? |
Bağırsaq damarlarının spazmı əvvəl xovlarda, sonra bütün qatlarda işemiya və nekroz törədir. |
Nə üçün işemiya ilk olaraq xovlarda başlayır? |
Xovlarda fizioloji arteriovenoz şuntlar var (prekapilyar sfinkterləri olmayan kapilyar damarlar). Hipotenziya zamanı ilk olaraq prekapilyar sfinkterlərdə spazm baş verir və arterial qan bu şuntlardan birbaşa venoz sistemə gedir, nəticədə xovlarda işemiya başlayır. |
Xovlarda arterio-venoz şuntların fizioloji rolu nədir? |
Xovların qan təchizatını tənzimləyir: qida qəbulu vaxtı sorulmanı və sekresiyanı təmin etmək üçün xovların qan təchizatı artırır, qidalanmadan kənar istirahət vaxtı isə azaldır. |
Şübhə əlamətləri hansılardır? |
Riskli xəstələrdə qarın əlamətləri ortaya çıxdıqda, amilaza, asidoz, leykositoz olduqda |
Diaqnoz necə dəqiqləşdirilir? |
KT-angioqrafiyada magistral damarlarda tıxanma tapılmır. Endoskopiyada və ya əməliyyatda işemiya-nekroz görünür. |
Qeyri-okkluziv işemiyanın müalicəsi necədir? |
İntraarterial papaverin, rezeksiya. Lakin letallıq çox yüksəkdir (90%) |