Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

NAZİK BAĞIRSAĞIN CƏRRAHİ XƏSTƏLİKLƏRİ VƏ DİAQNOSTİK YANAŞMA

N.Y.Bayramov, Ə.Rüstəm, B.M.Zeynalov, X.N.Musayev

 

SİNDROMLAR

  • Kor ilgək (durğun bağırsaq) sindromu
  • Qısa bağırsaq sindromu
  • Bağırsaq keçməzliyi sindromu

XƏSTƏLİKƏR

  • Divertikul (divertikulyoz)
  • Travmalar
  • İltihab xəstəlikləri
    • Crohn xəstəliyi
    • Vərəm
    • İersinioz enteriti
    • Perforasiya
    • Digər iltihab xəstəlikləri
  • Fistul
  • Vaskulyar xəstəliklər
  • Sistoz xəstəlikləri (qaz sistləri)
  • Törəmələr
    • Xoşxassəli:
      • Poliplər
      • Leyomioma
      • Lipoma
      • Neyrofibroma
    • Bədxassəli:
      • Adenokarsinoma
      • Limfoma
      • Qastrointestinal stromalar
      • Metastatik törəmələr
      • Karsinoid törəmələr

 

MÜAYİNƏLƏR

  • Klinik
  • Ağrılar
  • Ürəkbulanma
  • Köp
  • Qusma
  • Diareya
  • Qaz və nəcisin xaric olmaması
  • Melena
  • Kütlə əllənməsi
  • Laborator
    • Genetik (Crohn xəstəliyi)
    • Anticisimlər (Çoliak xəstəliyi)
    • Absorbasiya testləri (Shilling testi, D-ksiloza testi və s.)
    • Möhtəviyyatın kulturası
    • Digər
  • Görüntüləmə
  • USM
  • Rentgenoloji
  • KT
  • MRT
  • Endoskopiya - intestinoskopiya, tək və ikibalonlu enteroskopiya, kapsul endoskopiyası
  • Videolaparoskopiya
  • Biopsiya

 

Nazik bağırsağın cərrahi xəstəliklərinə diaqnostik yanaşma

Prinsip

NB-ın müayinələrində  təcili və üzvi xəstəliklər ilk planda tutulmalı və digər cərrahi abdominal patologiyalarla differensial diaqnostikaya geniş yer ayrılmalıdır.

Şübhə

  • Qarında ağrılar, diareya, köp, qaz və nəcisin xaric olmaması,ürəkbulanma, qusma və melena şikayətləri ilə müraciət edən xəstələrdə NB-ın cərrahi xəstəliklərinə şübhə yaranmalıdır.

 

 

Şəkil 1. NB-ın I pillə müayinəsinin nəticələri

 

I pillə müayinələr

  • Bu mərhələdə məqsəd NB-ın kəskin cərrahi xəstəlikləri və böyük kütlələrin (törəmələr, divar qalınlaşması) olma(ma)sını araşdırmaqdır.
  • Bunun üçün geniş klinik müayinələr, kontrastlı KT və nəcisin ümumi analizi aparılmalıdır.
  • Bu müayinələrin nəticələri müxtəlif ola bilər (şək. 1.)

Birinci nəticə - NB mənşəli kəskin cərrahi xəstəlik aşkar edilir və səbəbi müəyyən olunur (məsələn, kəskin bağırsaq keçməzliyi, mezenterial tromboz, Mekkel divertikulu,  Crohn xəstəliyi, fistul(lar), qaz sistləri və b.). Bu zaman xəstəliyin ağırlıq dərəcəsi laborator müayinələrlə müəyyənləşdirilir və  müalicə qərarı verilir.

  • İkinci nəticə - NB patologiyası müəyyən olunur. Lakin xəstəliyin təbiəti və ağırlıq dərəcəsini dəqiqləşdirmək mümkün olmur (məsələn, mezenterial tromboza yüksək şübhə - NB-ın və çözünün lokal və ya diffuz qalınlaşması, KT zamanı səbəbi müəyyən edilməyən NB keçməzliyi, abdominal abses, NB-ın törəməsi və s.). Bu hallarda II pillə müayinələri zəruri olur.
  • Üçüncü nəticə - NB-ın patologiyası müəyyən edilmir. Lakin klinik şübhə  yüksəkdir (məsələn,  qastroduodenoskopiya və ya kolonoskopiya zamanı yeri tapılmayan qanaxmalar, səbəbi müəyyən edilməyən diareya, qusma və s.). Belə hallarda II pillə müayinələrə ehtiyac yaranır.

 

 

Şəkil 2. NB-ın II pillə müayinəsinin nəticələri

 

II pillə müayinələr

  • Bu mərhələdə məqsəd NB-ın xəstəliyinin təbiətinin dəqiqləşdirilməsi və ya inkar edilməsidir. Ilk seçim müayinəsi enteroskopiyadır.  O, tək və ya cüt balon enteroskopiyası və ya kapsul endoskopiyası ilə aparıla bilər. Enteroskopiya daha faydalıdır. Çünki biopsiya alınması imkanı var. 
  • Enteroskopiya müayinəsinin bir neçə nəticəsi ola bilər (Şəkil 2.)
  • Birinci nəticə - enteroskopiya ilə diaqnoz dəqiqləşir.
  • İkinci nəticə - enteroskopiyada patologiya müəyyən edilmir və ya mümkün olmur. Lakin əvvəlki müayinədə NB patologiyası aşkar edilmişdir. Bu halda invaziv III pillə müayinələri aparılmalıdır.
  • Üçüncü nəticə - endoskopiyada patologiya müəyyən edilmir və əvvəlki müayinədə NB-ın üzvi dəyişiklikləri görünməmişdir. Bu zaman müayinə prosesi davam etdirilməli və digər xəstəliklər araşdırılmalıdır.

 

III pillə müayinələr

  • Məqsəd əvvəlki mərhələlərdə NB-ın dəqiqləşdirilməyən patologiyasının diaqnozunu və ya onun ağırlıq dərəcəsini müəyyən etməkdir. Bunun üçün invaziv diaqnostika üsulları (diaqnostik laparoskopiya, diaqnostik laparotomiya, əməliyyatdaxili enteroskopiya) tətbiq olunmalıdır.
  • Xəstəliyin ağırlıq dərəcəsi (damar invaziyası, trombozun dərəcəsi və s.) və patologiyanın lokalizasiyasını (qanaxmanın mənbəyini) dəqiqləşdirmək üçün angioqrafiya aparıla bilər. Crohn xəstəliyi və Çeliak xəstəliyini spesifik genetik testlərlə təsdiq (inkar) etmək mümkündür.

   

NB-da icra olunan cərrahi əməliyyatlar

  • Rezeksiya
  • Perforasiya dəliyi və travmatik yaraların tikilməsi
  • İlesotoma
  • Peksiyalar
  • Transpozisiyalar
  • Transplantasiya

 

Əməliyyatdan sonrakı ağırlaşmalar

  • Qanaxma
  • Anastomoz tutarsızlığı
  • Striktur(lar)
  • Fistul(lar)
  • Qısa bağırsaq sindromu
  • Bitişmə xəstəliyi və bağırsaq keçməzliyi

 

Nazik bağırsağın müayinələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Qəhrəmanova

 

Suallar

Cavablar

Hansı əlamətlər nazik bağırsaq xəstəliyinə şübhə yaradır?

Qarında ağrı, diareya, köp, qaz və nəcisin çıxmaması, qusma və melena

Hansı sindromlarını bilirsiniz?

Keçməzlik, kor ilgək və qısa bağırsaq sindromları

Keçməzlik nə deməkdir?

Möhtəviyyat keçişinin çətinləşməsi

Kor ilgək nə deməkdir?

Bağırsaq seqmentində durğunluq və bakteriyaların artması

Qısa bağırsaq nə deməkdir?

Rezeksiya nəticəsində bağırsaq uzunluğunun minimum səviyyədən az qalması

İlk olaraq hansı xəstəlikləri axtarmaq lazımdır?

Təcili və üzvi xəstəlikləri

İlk olaraq hansı müayinələri aparmaq lazımdır?

Klinik, nəcis analizi və KT