ANATOMİYASI
Forması və yerləşməsi
- Qalxanabənzər vəzi formasına görə kəpənəyə bənzəyir, eyniadlı qığırdağın altında traxeyanın önündə yerləşir.
- Vəzi 2 pay və onları bir-biri ilə birləşdirən boyun hissədən ibarətdir. Yan payların arxa səthləri udlaq, traxeya, qırtlaq və qida borusuna söykənir. Bu hissədən boyunun sinir-damar dəstəsi, arxa-yan səthdə yerləşən boylama yarıqdan yuxu arteriyası keçir.
- 30-35% hallarda boyun hissənin yuxarı tərəfində əlavə çıxıntı – piramid çıxıntı və ya piramid pay yerləşir.
- Gənclərdə vəzi qırmızımtıl çəhrayı, yaşlı şəxslərdə isə piy toxumasının parenximaya və kapsula toplanması hesabına tutqun sarımtıl rəngli olur.
- Qalxanabənzər vəzinin çəkisi 25-35 q, yenidoğulmuşlarda 1-2 q-dır. Cinsi yetkinlik dövründə vəzi sürətlə böyüyür, 50 yaşdan sonra geriyə inkişaf başlayır.
Embriogenezi
- Qalxanabənzər vəziyə çevriləcək toxuma udlaq əsasının orta xəttində bir divertikul olaraq ortaya çıxar. Bu toxuma bağırsaq mənşəlidir və endodermal hücəyrələrdən inkişaf edir.
- Udlaqdakı ilk əmələ gəlmə nöqtəsi ağız boşluğundakı foramen cecumdur; bu da doğuşdan 6 həftə sonra bağlanaraq tiroqlossal kanala çevrilir.
- Döl 6 sm olanda bu folikullarda kolloid toplanır; 3-cü ayda isə yod tutmağa və tiroid hormonu sintez etməyə başlayır. Kalsitonin sintez edən C hüceyrələri IV udlaq qovuğundan inkişaf edir və sinir qabarından tiroid vəzinin yan paylarına miqrasiya edirlər. Bu hüceyrələr vəzinin yuxarı 2/3 hissəsində yan və arxa səthlərinə doğru istiqamətlənərək folikullar arasına səpələnirlər.
Qan təchizatı
Vəziyə 2 cüt qalxanabənzər arteriyalar daxil olur:
- Körpücükaltı arteriyalardan çıxan truncus thyrocervicalis-in sağ və sol aşağı qalxanabənzər arteriya
- Xarici yuxu arteriyalarından çıxan sağ və sol yuxarı qalxanabənzər arteriya
- 10-15% hallarda aorta qövsündən ayrılan adsız arteriya (a. thyreoidea ima) da iştirak edir.
Venoz qan axını
- V. jugularis interna-ya açılan V. thyroidea superior;və V. thyroidea media, V. brachiocephalica-ya açılan V. thyroidea inferior’dur.
Limfa damarları
- Qalxanabənzər vəzi çox zəngin limfa toruna malikdir.
- Yuxarı limfa damarları boyunun dərin limfa düyünlərinə;
- Aşağı limfa damarları isə ön traxeal və körpücüküstü limfa düyünlərinə açılır.
Quruluşu
- Hər paycıq 20-40 follikuldan ibarətdir. Follikulun diametri orta hesabla 20-40 mkm-dir, divarları daxildən kubşəkilli vəzi epiteli ilə örtülmüşdür. Follikullar zəngin kapilyar kələfi ilə əhatə olunmuş, mənfəzində epitel hüceyrələrinin sintez etdiyi kolloid maye toplanır.
- Kolloidin əsas komponenti yodtərkibli qlikoproteid – tiroqlobulindir. Kolloidin tərkibinə həmçinin ribonuklein turşusu, dezoksiribonuklein turşusu, sitoxromoksidaza və digər fermentlər daxildir. Vəzinin funksional aktivliyi zamanı follikul hüceyrələri silindirik forma alırlar.
İnnervasiyası
Qalxanabənzər vəzinin innervasiyası 3 qanqlion ilə təmin olunur.
- Truncus sympaticus: gan.servicalis superior, medium et inferior (simpatik innervasiya) ilə təmin olunur.
- Azan sinirin şaxələri - n. laryngeus superior, n. laryngeus inferior (n. Recurrens).
- Sağ tərəfdə qayıdan qırtlaq siniri – əsasən aşağı tiroid arteriyasının əsas şaxələrinin ya önündə, ya da arxasında yerləşir.
- İnsanların 0,5-1,5% -ında aşağı qırtlaq siniri non-rekurrendir, yəni azan sinirdən ayrılıb düz qırtlağa daxil olur.
- Sol tərəfdə qayıdan qırtlaq siniri – traxeya–ezofageal şırım boyunca yerləşir
- Hər iki tərəfdə QQS qırtlağa girmədən öncə son 2,5 sm-lik hissəsi traxeya-ezofageal şırımda yer alır.
- Yuxarı qırtlaq siniri azan sinirdən kəllə əsası səviyyəsində ayrılır və daxili yuxu arteriyası boyunca qalxanabənzər vəzinin yuxarı qütbünə doğru istiqamətlənir. Dilaltı sümük səviyyəsində iki şaxəyə ayrılır.
FİZİOLOGİYASI
Yod metobolizmi: Qalxanabənzər vəzinin tərkibində yod olan 2 hormon – tiroksin (tetrayodtironin (T4)) və tironin (triyodtironin (T3)), həmçinin yodsuz kalsitonin sintez edir. Tiroid hormonların əsas komponenti yod və tirozindir.
- Yod orqanizmə qida və su ilə üzvi və qeyri-üzvi birləşmələr şəklində daxil olur. İnsanın yoda olan gündəlik fizioloji tələbatı 110-140 mkq-dır. Utilizə edilməyən yod sidik (98%) və ödlə (2%) xaric olur.
- T4-ün 0,04%-i, T3–ün isə 0,4%-i zülallarla birləşmir, qanda sərbəst halda dövr edirlər. Bu konsentrasiyalar həmin hormonların bioloji effektivliyi üçün kifayətdir.
Suallar |
Cavablar |
Xəstələrin neçə faizində piramidəbənzər pay vardır? |
Təxminən 30 – 35% |
Aşağıdakı strukturları identifikasiya edin. |
|
Qalxanabənzər vəzinin qan təchizatını deyin |
İki arteriya
|
Qalxanabənzər vəzinin venoz drenajı necədir? |
3 vena
|
Qırtlağın ön səthi ilə yuxarıya doğru qalxaraq qalxanabənzər qığırdağın ön səthinə söykənən payın adı nədir? |
Piramidəbənzər pay |
Qalxanabənzər vəzinin istmusu nədir? |
Sağ və sol pay arasında olan toxuma |
Neçə faiz xəstədə İMA arteriyası vardır? |
Təxminən 10 – 15% |
Qalxanabənzər vəzinin əməliyyatında hansı siniri ehtiyatla identifikasiya etmək lazımdır? |
Qayıdan qırtlaq siniri. Traxeoezofagial çuxurda tapılır və krikotiroid əzələsinin boyunca uzanır. Bu sinirin zədələnməsi qırtlaq əzələlərinin iflicinə səbəb olur, əgər zədələnmə bir tərəflidirsə səs karlaşması, ikitərəfli olduqda isə havayolu obstruksiyası yaranır. |
Tiroidektomiya zamanı daha hansı sinir risk altında olur və simptomları nədir? |
Yuxarı qırtlaq siniri. Zədələnərsə, xəstənin səsi daha dərin və sakit olur. Xəstə səsini hündürə qaldıra bilmir. |
TRH nədir? |
Hipotalamusdan ifraz olan Tirotropin TSH releasing hormon. TSH-ın sintezini stimulə edir |
TSH nədir? |
Tiroid Stimulə edici Hormon olaraq hipofizin ön payından ifraz olunur, tiroiddə tiroid hormonlarının ifrazını stimulə edir. |
Tiroid hormonları nədir? |
T3 və T4 |
Tiroid hormonlarında ən aktiv olanı hansıdır? |
T3 |
Neqativ geridönən ilgək nə deməkdir? |
T3 və T4 hipofizin ön payından geri dönən mənfi ilgəkdir. (TRH-a cavab olaraq TSH aşağı salır). |
T4-ün T3-ə keçid yeri ən çox harda olur? |
Perifer (qaraciyər) |
Sintroidin yarımparçalanma dövrü nə qədərdir? |
7 gün |
Parafollikulyar hüceyrə seksresiyası nə edir? |
Kalsitonin |