Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QALXANABƏNZƏR VƏZİNİN DÜYÜNLƏRİ

DÜYÜNLÜ UR

Tərif

Düyünlü ur – Qalxanabənzər vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri əhatə edən klinik anlayışdır.

Təsnifatı

Sayı

Təksaylı, çoxsaylı

Klinik/ morfoloji

Xoş və bədxassəli

İncə iynə aspirasion biopsiyanın nəticəsinə görə

I – Az informativ

II – Xoşxassəli

III – Önəmi bilinməyən atipiya

IV – Folikulyar və Hürtle hüceyrəli neoplaziya

V – Bədxassəliliyə şübhəli

VI – Bədxassəli

Klinkasına görə

Asimtomatik, simptomatik

Düyünlərin ssintiqrafiya zamanı fuksiyasına görə

“hiperfunksional – isti”

“İzofunksional – ilıq”

“Non-funsional – soyuq”

Ətraf toxumalara münasibətinə görə

Ətraf toxumaları kompressiya edən;

Ətraf toxumaları kompressiya etməyən;

 

Rastgəlmə tezliyi

  • Ümumi populyasiyada palpasiya edilən QV düyünləri qadınlarda 10%, kişilərdə 2%-dir. Kliniki əlaməti olmayan QV düyünlərinin USM ilə aşkarlanması 20-76% təşkil edir.
  • Rastgəlmə tezliyi yaşla birgə artmaqdadır və qadınlarda kişilərə nisbətən daha çox olur. QV düyünlərində ən önəmli nöqtə bədxassəliliyidir.
  • Solid düyünlərin 80%-i  kolloid düyünlər, sistlər və tiroiditlərda – xoşxassəli, 10-15% -i folikulyar törəmələr və 5% isə bədxassəli olur.

Etiologiya və patogenezi

  • Etiologiyası dəqiq bilinmir.
  • Düyünün əmələ gəlməsində: orqanizmə yodun xronik az daxil olması, irsi faktorlar, follikulyar epi­te­lidə yüksək proliferasiya ,İnsu­linəbənzər böyümə faktoru mühüm rol oynayır.
  • Düyünün əmələ gəlməsində immun sisteminin əhəmiy­yəti çox böyükdür. Vəzinin düyünlü törəmələrinin histoloji müa­yinəsində 96% hallarda limfositar infiltrasiyanın möv­cudluğu immunitetin rolunu təsdiq edir. Bununla yanaşı düyünlü pato­lo­giyalar zamanı T-helper və T-supressorların dis­­balansı müəy­yən olunur.

Gedişi və ağırlaşmaları

  • QV düyünlərinin 90%-i xoşxassəli, 5-10%-i bədxassəli olur.
  • Düyündaxili qanaxma, maliqnazisiya, ətraf toxuma və orqanlara kompressiya törədə bilirlər.
  • Baş və boyun nahiyəsi radiasiyaya məruz qalanlarda bədxassəlilik riski artır.
  • Yaşın 14-dən kiçik, 70-dən böyük və kişi cinsiyyəti olması bədxassəlilik riskini artıran amillərdir.

Klinika

  • QV düyünləri əksər hallarda simptom törətmirlər, təsadüfi müayinələrdə tapılırlar.
  • Bəzi xəstələrin palpasiyası zamanı boyunda kütlə olduğu təsbir edilır.
  • Düyünlər böyük ölçüyə çatdıqda sıxılma və boğulma hissi verirlər.
  • Düyünlərin əsas klinik əhəmiyyəti onların bədxassəli olub –olmaması üçün fərqləndirilməsidir.

Diaqnostikası

Şübhə

  • Qalxanabənzər vəzidə düyün tapılan xəstədə onun bəd- və ya xoşxassəli olması müəyyənləşdirmək lazımdır;
  • USM zamanı bədxassəlilik düşündürən göstəriciləri: hipoexogenliyi, düyündaxili qanlanması, kənarının hamar olmaması, mikrokalsifikasiyalı, halo yoxluğu, ön-arxa ölçünün köndələn ölçüdən uzun olması, patoloji limfa düyünlərinin olmasını araşdırmaq lazımdır;
  • Ailə anamnezində QV xərçəngini qeyd edərsə bu şübhə daha da artır.

Dəqiqləşdirmə

  • Görüntüləmə üsulları qalxanabənzər vəzi düyünlərini 100% dəqiqləşdirməyə imkan verir.
  • Diaqnozu dəqiqləşdirmək üçün USM və İİAB müayinələri aparılır
  • Düyünlərin funksional fəliyyətini yoxlamaq üçün tiroid hormonları və ssintiqrafiya aparılması göstərişdir.
  • Larinqoskopiya həm xoş-, həm də bədxassəli  düyünlərin öncədən var olan səs dəyişikliklərini təsbit etmək üçün aparılır.

Diaqnostik kriteriyaları:

  • Palpasiya zamanı bərk və ya elastik konsistensiyalı düyünün əllənməsi;
  • USM-də vəzin parenximasında solid və ya sistoz düyünün aşkarlanması;
  • Eutiroid zamanı TSH, s.T3 və s.T4 normal olması;
  • Düyün sürətli böyüyərsə, ətraf toxumaları sıxarsa, sıxılma, boğulma və səsin karlaşması;

 

qalx img 1

 

Müalicə

Müalicə prinsipləri: Cərrahi, konservativ müalicə və izləmə

  • Cərrahi müalicə
  • Cərrahi əməliyyat öncəsi bədxassəlilik (İİAB) müəyyənləşərsə, total tiroidektomiya göstərişdir. Bədxassəli təsdiqlənərsə, ipsilateral mərkəzi limfadisseksiya tövsiyə olunur. Əgər sitoloji olaraq atipik düyündə aşağı malignizasiya riski varsa, düyün 3 sm-dən kiçiksə lobektomiya edilə bilər.
  • Cərrahi müalicəyə alternativ üsul kimi xoşxassəli düyünü olan xəstələrdə düyünlərin destruksiyası üçün etanol spirti ilə skleroterapiya, radiotezlikli dalğalarla və lazer şüaları ilə ablasiya istifadə oluna bilər.
  • Konservativ müalicənin iki seçimi vardır:
  • Levotiroksin müalicəsi ilə TSH-ın supressiyası və ya radioaktiv yod(Y131) ilə ablasiya
  • Qalxa­nabənzər vəzinin xoşxassəli düyünləri zamanı tiroid stimulyasiyanın səviyyəsi bilavasitə azaldılır, düyünlü törəmənin böyümə­si­nin qarşısı alınır. Bununla yanaşı, tiroid preparatlarla uzunmüddətli müa­licə osteoporo­zun və müxtəlif ürək patologiyalarının mey­da­na çıxmasına sə­bəb olur. L-tiroksinin dozası laborator təqib şərai­tində - qanda TSH-ın səviyyəsinə nəzarət edilməklə təyin olunur. Qanda TSH-ın səviyyəsinin 0,1-0,5 mED/l hədlərində sax­la­nılması tövsiyə edilir.
  • Yaşlı adamlarda, o cümlədən ürəyin işemik xəstəliyi zamanı müalicənin başlanğıcın­da ti­roid hormonları aşağı dozalarda istifadə edilməlidir (gündəlik optimal doza 12,5-25 mkq).
  • Y131 ilə müalicə hiperfunksiyaedici düyün və ya vəzi üçün aparılan bir üsuldur.

 

İzləmə

  • Qalxanabənzər vəzinin düyünlü törəməsinin ultrasonoqrafik və sitoloji diaqnostikasının nəticələri əsasında aktiv gözləmə və ya müaicə taktikası seçilməlidir.
  • Sitoloji müayinənin nəticələrinə görə xoşxassəli dəyişik­lik­lər təyin edilmiş xəstələr dinamiki müşahidədə (6-18ay) saxlanıl­malı­dır. Bu müddətdə düyündə böyümə olarsa, ikinci biopsiya aparılmalıdır. Düyündə böyümə həcminin 20%-dan çox artması qəbul edilir. Nəticə təkrar xoş gələrsə, yenə müəyyən müddətə USM ilə nəzarət aparılmalıdır
  • Düyünün ölçüləri 1 sm-ə qə­dər olduqda daimi müşahidə ön plana çıxmalıdır.
  • Bu göstərici 1,0-1,5 sm arasında olarsa və ya sistdə solid strukturlar müəy­yən edilərsə, punksion biopsiya aparılmalı, sitoloji mənzərə əsa­sında qərar qəbul olunmalıdır: şiş hüceyrələri müəyyən edil­dikdə və ya şişə şübhə hadisələrində xəstə cərrahi müalicəyə gön­dərilməlidir.
  • Materialın müayinəsi zamanı qaneedici məlu­mat əldə edilmədikdə punksion biopsiya təkrarlanmalı və nəti­cə­dən asılı olaraq müalicə taktikası seçilməldidir. Sitoloji müa­yi­nənin yalançı mənfi nəticələrinin payının azaldılması üçün kli­nik məlumatlara istinad etmək və “sist üçün qayda”ya ciddi ria­yət etmək vacibdir.
  • Sist punksion boşaldıqdan sonra qalıq düyün aşkar edil­dik­də o, punksiya olunmalıdır. Sistin punksiyasından sonra onun boşluğuna mayenin yenidən toplanmasının qarşısını al­maq üçün etil spirti yeridilməlidir.
  • QV xoşxassəli düyünlərində tiroid hormonları ilə supression müalicə mübahisəlidir, yod çatmazlığı olan bölgələrdə düyünün ölçüsünün azalmasını təsdiqləyən tədqiqatlar vardır.
  • Dü­­yünün həcmi və ölçüləri böyüməkdə davam edər­sə, cərrahi müalicə üsulu seçilməlidir.