N.Y.Bayramov, F.M.Qapaqov
“Travmanın nəticəsi = anatomik zədələnmə + funksional pozulma + xəstənin rezervi”
Travmalarda döş qəfəsi ən çox zədələnmə bölgələrindən biridir və travmalara bağlı ölümlərin təxminən yarısı döş qəfəsi zədələnmələri ilə əlaqədar baş verir (hava yolları tıxanması, gərgin pnevmotoraks, açıq hemotoraks, yelkən döş qəfəsi, massiv hemotoraks, ürək tamponadası).
Təsnifatı
Mexanizminə görə |
|
Yerinə görə |
|
Ağırlıq dərəcəsinə görə |
hər orqan üçün ayrılıqda verilir |
Döş qəfəsi travmasına ümumi yanaşma
Döş qəfəsi travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanaraq stabillik qiymətləndirilir və gərəkərsə stabilləşdirmə tədbirləri həyata keçirilir (Şəkil 1). Döş qəfəsi travmalarında ilk növbədə aşağıdakı həyatı təhlükəli zədələnmələr yoxlanılmalı və aradan qaldırılmalıdır:
- hava yolları tıxanması – endotraxeal intubasiya
- gərgin pnevmotoraks – plevral drenaj
- açıq pnevmotoraks – plevral drenaj
- yelkən döş qəfəsi – mexaniki ventilyasiya
- massiv hemotoraks – torakotomiya
- ürək tamponadası – perikardiosentez və torakotomiya
- böyük damar zədələnmələri – torakotomiya, angioqrafik müadaxilələr
- ağciyər əzilməsi – mexaniki ventilyasiya
Xəstə stabildirsə zədələnmələri dəqiqləşdirmək və gözdən qaçırmamaq üçün ikinci yoxlama (“təpədən dırnağa”) yenidən təkrarlanır (üçüncü yoxlama). Bundan sonra döş qəfəsi travmasının xarakteri, zədələnən orqan və ağırlıq dərəcəsi müəyyənləşdirilir. Bu məqsədlə klinik müayinə və stabil xəstələrdə KT edilir. Bu iki standart müayinəyə əlavə olaraq EKQ, exokardioqrafiya, ezofaqoskopiya, bronxoskopiya, laborator və digər müayinələr aparıla bilər. Döş qəfəsi zədələnmələrində digər orqanlarda, xüsusən də abdominal və boyun orqanlarında zədələnmə ehtimalı yüksəkdir. Ona görə də belə xəstələrdə qarın və boyun diqqətli klinik müayinə və KT edilməlidir.
Şəkil 1. Döş qəfəsi travmasında yanaşma
Döş divarı zədələnmələri
Təsnifatı
Mexanizminə görə |
|
Morfologiyasına görə |
|
Zədələnən orqana görə |
|
Unutmamaq lazımdır ki, döş divarı zədələnmələrində döşdaxili və qarındaxili orqanların zədələnmə ehtimalı və hipoksiya çox yüksəkdir. Ona görə də bütün xəstələrdə, döşdaxili orqanlar yoxlanılmalıdır.
Döş divarı travmalarının ağırlıq dərəcələri (Amerika Travma Cərrahiyyəsi Cəmiyyətininin və AİS-90 təsnifatı)
Dərəcə |
Morfologiyası |
Açıqlama |
Letallıq ehtimalı (%) |
I |
Əzilmə |
İstənilən ölçüdə |
0% |
|
Yara |
Dəri və darialtı toxuma |
0% |
|
Sınıq |
3-dən az qabırğa sınığı |
0-2% |
|
|
Yerdəyişməmiş körpücük sınığı |
0-2% |
|
|
|
|
II |
Yara |
Dəri, dərialtı və əzələni əhatə edən |
0% |
|
Sınıq |
3-dən çox qabırğanın qapalı sınığı |
1-10% |
|
|
Körpücüyün açıq və ya yerdəyişmiş sınığı |
1-2% |
|
|
Döş sümüyünün qapalı yerdəyişməmiş sınığı |
1-2% |
|
|
Kürək sümüyünün cismində qapalı sınıq |
1-2% |
|
|
|
|
III |
Yara |
Plevraya keçən |
1-2% |
|
Sınıq |
Döş sümüyünün açıq və ya yerdəyişmiş sınığı |
1-2% |
|
|
Yelkən döş sümüyü |
5-50% |
|
|
Təktərəfli yelkən seqment (3 dən az qabırğa) |
5-50% |
|
|
|
|
IV |
Yara |
Döş divarının qopması (defekti) |
5-50% |
|
Sınıq |
Təktərəfli yelkən döş qəfəsi (3-dən çox qabırğanın 2 dən çox yerdə sınığı) |
5-50% |
|
|
|
|
V |
Sınıq |
İkitərəfli yelkən döş qəfəsi |
8-50% |
Diaqnozu və müalicəsi
Döş divarı yaraları
Döş divarı yaralanmalarında yara təftiş edilir, daxilə keçmirsə birincili işlənilir və tikilir. Plevraya keçən yaralarda plevral denaj qoyulur, yara işlənilir, tikilir və döşdaxili orqan zədələnməsinə uyğun müalicə edilir. Döş divarının böyük defektlərdə muskulo-kutan dilçəklər və ya prostetik torlar istifadə edilir.
Yumşaq toxuma əzilmələri
Döş divarı hematomalarında əsasən nəzarət edilir. Böyüyən hematomalarda cərrahi müdaxilə və qanayan damarın liqasiyası lazım gəlir. Hematomalar irinləyərsə drenaj edilir.
Qabırğa sınıqları
Qabırğa sınıqları ağrı törədir, plevra, ağciyər və damar zədələnməsinə səbəb ola bilir, atelektaz və pnevmoniya kimi ağırlaşmalara gətirib çıxara bilir.
Qabırğa sınıqları klinik olaraq nəfəsalmada ağrı, palpator xırıltı əlamətləri ilə büruzə verir, yanaşı olaraq plevra, ağciyər və damar zədələnmə əlamətləri də ola bilir (pnevmotoraks, emfizema, hemotoraks). Diaqnozu rentgenlə və ya KT ilə dəqiqləşdirilir. Ağrıkəsici əsas müalicədir. Bu məqsədlə analgetiklər və interkostal və ya epidural blokada lazım gəlir. Atelektazın və pnevmoniyanın profilaktikası üçün bronxial tualet unudulmamalıdır.
Döş sümüyü sınığı
Döş sümüyünün sınığı klinik olaraq tənəffüs aktında və palpator ağrı ilə büruzə verir. Diaqnozu KT ilə dəqiqləşdirilir. Yerdəyişməyən sınıqlarda konservativ müalicə (ağrıkəsici), yerdəyişən sınıqlarda isə cərrahi korreksiya edilə bilər.
Kürək sümüyü sınıqlarının diaqnozu KT və ya rentgenlə qoyulur. Müalicəsi əsasən konservativdir.
Körpücük sümüyü sınığı
Körpücük sümüyü sınığı təhlükəli zədələnmələrdən sayılır, çünki damar və ağciyər zədələnmələrinə səbəb ola bilir. Klinik olaraq ağrı və çiyində deformasiya ilə büruzə verir. Rentgen və KT diaqnozu dəqiqləşdirir. Müalicəsi üçün cərrahi korreksiya ilk planda tutulur.
Yelkən döş qəfəsi barədə məlumat əvvəlki bölümdə verilmişdir.
Ağciyər travmaları
Təsnifatı
Mexanizminə görə |
|
Morfologiyasına görə |
|
Ağciyər zədələnmələrinin ağırlıq dərəcələri (Amerika Travma Cərrahiyyəsi Cəmiyyətininin və AIS-90 təsnifatları)
Dərəcə |
Zədələnmə tipi |
Açıqlama |
Letallıq ehtimalı (%) |
I |
Əzilmə |
Təktərəfli, 1 paydan az sahədə |
8-10% |
|
|
||
II |
Əzilmə |
Təktərəfli, bir payı əhətə edən |
8-10% |
Yara |
Sadə pnevmotoraks |
8-10% |
|
|
|
|
|
III |
Əzilmə |
Təktərəfli, bir paydan çox |
8-10% |
Yara |
Davamlı (>72 saat) hava qaçağı |
8-50% |
|
Hematoma |
Böyüməyən intraparenximal |
8-50% |
|
|
|
|
|
IV |
Yara |
Böyük (seqmentar və ya pay bronxundan) hava qaçağı |
8-50% |
Hematoma |
Böyüyən intraparenximal |
8-50% |
|
Vaskulyar |
İntrapulmonar damar yaralanması |
8-50% |
|
|
|
||
V |
Damar |
Qapı damar zədələnməsi |
8-50% |
|
|
||
VI |
Damar |
Ağciyər qapısının total zədələnməsi |
8-50% |
Diaqnostika və müalicə
Ağciyər əzilməsi
Kiçik ölçülü əzilmə və hematomalar klinik asimptomatik ola bilər, ağciyəri geniş əhatə edən böyük əzilmələr isə klinik olaraq hipoksiya əlamətləri ilə büruzə verir. Diaqnozu rentgenlə və KT ilə dəqiqləşdirilir. Hipoksiya əlamətləri olanlarda mexaniki ventilyasiya və bronxial tualet tövsiyə olunur (Şəkil 2).
Şəkil 2. Ağciyər əzilməsi
Ağciyər yaralanması
Diaqnoz. Periferik ağciyər zədələnmələri adətən plevral drenajla müalicə olunan kiçik pnevmotoraks və hemotoraks əlamətləri ilə büruzə verir. Böyük bronx və damar zədələnmələri davam edən pnevmotoraks, massiv hemotoraks və endobronxial qanaxma törədə bilər. Diaqnostikada KT önəmlidir, bronx zədələnməsini dəriqləşdirmək üçün bronxoskopiya lazım gəlir.
Müalicə. Pnevmotoraksda plevral drenaj ilkin müalicədir. Plevral drenaja baxmayaraq ağciyər açılmırsa ikinci drenaj qoyulur və bronxoskopiya edilərək traxeya və böyük bronxlar yoxlanır. İkinci drenaja baxmayaraq davam edən hava qaçağında və pay bronxlarının zədələnməsində cərrahi əməliyyat lazım gəlir - bronxun bərpası, lobektomiya, hətta pulmonektomiya edilə bilər. Orta və böyük bronxların zədələnməsində stend tətbiq edilə bilər (Şəkil 3).
Şəkil 3. Bronxial stentləmə
Hemotoraksda ilk seçim plevral drenajdır. Cərrahi müdaxilə az hallarda – massiv hemotoraksda və laxtalanmış hemotoraksda göstəriş sayılır. Drenaj edilən anda ilkin olaraq 1,5 litrdən çox qan gəlməsi və ya 6 saatlıq müşahidədə saatda 200 ml-dən çox qan gəlməsi torakotomiyaya göstəriş sayılır. Əməliyyat vaxtı pulmonotomiya edərək qanayan damarın tapılıb tikilməsi ilk seçimdir. Lakin lobektomiya, hətta pulmonektomiya da edilə bilinər. Bəzi hallarda damar embolizasiyası fayda verə bilir. Laxtalanmış hemotoraksın 5 gün ərzində əməliyyatla aradan qaldırılması məsləhətdir.
Endobronxial qanaxma bronx və damar zədələnməsinin nəticəsində meydana gəlir, birtərəfli və ya ikitərəfli hemo-broxoobstruksiya törədə bilir. Diqanostikasında bronxoskopiya vacibdir. Hipoksiya əlamətləri olanlarda təcili bronxoskopik sanasiya və əks tərəfdəki ağciyər bronxunun intubasiyası lazımdır. Bundan sonra təcili əməliyyat, bronxial stend və ya damar embolizasiyası tətbiq edilə bilər.
Traxeobronxial travma
Diaqnozu
Traxeya və böyük bronxların zədələnmələri massiv dərialtı emfizema ilə büruzə verir. Zədələnmənin xarakterini və yerini KT və bronxoskopiya ilə dəqiqləşdirmək mümkün olur.
Müalicəsi
Stabilizasiya üçün traxeal və ya bronxial intubasiya lazımdır. Ardınca təcili əməliyyat edərək bronxu və ya traxeyanı cərrahi bərpa etmək məsləhətdir. Traxeya zədələnmələrində sternotomiya, bronx zədələnmələrində eynitərəfli torakotomiya edilir. Traxeya və bronxların kəsilmiş yaralarında işlənmə və tikişlər tövsiyə edilir. Küt travmalarda traxeya və bronxun 2-3 həlqəsinin rezeksiyası və reanastomoz lazım gəlir. Traxeya və bronxlara stend, pulmonektomiya və digər rekonstruksiyalar az hallarda lazım gəlir.
Qida borusu travması
Qida borusu travmaları az rast gəlinən, lakin həyatı təhlükəli zədələnmələrdir. Qida borusu açıq travmalara nisbətən qapalı travmalarda daha çox zədələnir (1:10).
Təsnifatı
Yerinə görə |
|
Morfologiyasına görə |
|
Qida borusu travmalarının ağırlıq dərəcələri (Amerika Travma Cərrahiyyəsi Cəmiyyətininin və AIS-90 təsnifatları)
Dərəcə |
Açıqlama |
Letallıq ehtimalı (%) |
I |
Əzilmə/hematoma |
1-2% |
|
Yaralanma – qeyri-tam qat |
8-10% |
|
|
|
II |
Yaralanma – çevrəsinin <50% |
5-50% |
|
|
|
III |
Yaralanma – çevrəsinin >50% |
5-50% |
|
|
|
IV |
Seqmentar defekt və ya devaskulyarizasiya <2 sm |
5-50% |
|
|
|
V |
Seqmentar defekt və ya devaskulyarizasiya >2 sm |
5-50% |
Diaqnozu
Qida borusu zədələnmələrinin erkən klinik əlamətləri zəifdir, ona görə də diaqnozu gecikə bilir. Boyunda emfizema, divararalığında hava, qanqusma erkən əlamətləri ola bilər. Boyun fleqmonası, mediastinit peritonit və sepsis adətən gec əlamətləridir. Diaqnozunu dəqiqləşdirmək üçün KT yetərli olmaya bilir, ona görə də suda həll olan kontrastla ezofaqoqrafiya və endoskopik müayinə lazımdır. Diaqnostikada gecikməmək üçün boyun, döş qəfəsi və abdominal travması olanlarda ezofaqoqrafiya və ya endoskopik müayinə tövsiyə edilir.
Müalicəsi
Təcili müdaxilə vacib şərtdir. Zədələnmənin xarakterindən, yerindən və müddətindən asılı olaraq birincili tikiş, izolyasiya (yöndəyişmə, diversiya), rezeksiya, stend və sadə drenaj əməliyyatları seçilə bilər (Şəkil 4).
Şəkil 4. Qida borusu tikişi
Yaralanmalarda (I-III dərəcəli yaralanmalar) ilk seçim birincili tikişdir. Tikişləri əlavə toxumalarla möhkəmləndirmək (plevral və diafraqmal dilçəklər, fundoplikasiya) və ya stend qoymaq olar. Seqmentar defektlərdə və devaskulyarizasiyalarda stabil xəstələrdə qida borusu rezeksiyası və proksimal stoma, qeyri-stabil xəstələrdə isə yöndəyişmə (servikal ezofaqostoma, qastro-ezofageal birləşmənin bağlanası və qidalandırıcı yeyunostomiya) və ya sadə drenaj tətbiq edilə bilər. Gec dövrlərdə (24-48 saatdan sonra) əsas məsələ medastinitin müalicəsi və kirlənmənin qarşısını almaqdır. Bu məqsədlə mediastinumun geniş drenajı, yöndəyişmə və ya stend tətbiq edilər bilər. Qida borusunun total rezeksiyası patoloji qida borusunda ilk seçimdir (Şəkil 5).
Şəkil 5. Qida borusu zədələnmələrində taktika
Ürək travmaları
Təsnifatı
Mexanizminə görə |
|
Morfologiyasına görə |
|
Ürək travmalarının ağırlıq dərəcələri (Amerika Travma Cərrahiyyəsi Cəmiyyətinin və AIS-90 təsnifatları)
Dərəcə |
Açıqlama |
Letallıq ehtimalı (%) |
I |
Kiçik EKQ dəyişikliyi ilə müşayiət olunan küt zədələnmə (qeyri-spesifik ST və ya T dəyişikliyi, ekstrasistoliyalar və ya sinus taxikardiyası) |
8-10% |
Küt və ya açıq perikard zədələnməsi var, ürək zədələnməsi, tamponada və ya ürək yırtığı yoxdur |
8-10% |
|
|
|
|
II |
Blokada və ya işemik əlamətlərlə müşayiət olunan küt zədələnmə var, ürək yetməzliyi yoxdur. |
8-10% |
Miokard zədələnməsi var, endokard zədələnməsi və tamponada yoxdur. |
8-10% |
|
|
|
|
III |
Ventrikulyar kontraksiyalarla (dəqiqədə 6-dan çox) müşayiət olunan küt zədələnmə |
5-50% |
Arakəsmə yırtılması, atrio-ventikulyar qapaq yetməzliyi, məməyəbənzər əzələ disfunksiyası və ya distal koranar damar okkluziyası ilə müşayiət olunan küt və ya açıq zədələnmə, ürək yetməzliyi yoxdur. |
5-50% |
|
Perikard yırtığı |
5-50% |
|
Ürək yetməzliyi ilə müşayiət olunan küt zədələnmə |
5-50% |
|
|
|
|
IV |
Miokard yaralanması və tamponada |
5-50% |
Ürək yetməzliyi ilə müşayiət olunan arakəsmə yırtılması, qapaq yetməzlikləri, məməyəbənzər əzələ disfunksiyası, koronar arteriya tıxanması |
5-50% |
|
|
|
|
V |
Ürəyin avulsiyası və ya kamera divarının 50%-dən çoxunun defekti |
5-50% |
Ürək yaralanmaları
Diaqnozu
Ürək yaralanmaları adətən kəsici alət, odlu silah və ya sümük sınıqları nəticəsində meydana gəlir. Klinik olaraq kiçik perikardial qanaxma və ya ürək tamponadası əlamətləri ilə (Beck triadası – şok, ürək tonlarının zəifləməsi və boyun venalarının şişməsi) büruzə verir. Ağciyər səslərinin eşidilməsi gərgin pnevmotoraksı inkar edə bilir. Lakin diaqnozu dəqiqləşdirmək üçün exokardioqrafiya etmək lazımdır.
Müalicəsi
Ürək tamponadasında ilkin olaraq perikardiosentez və ya subksifoid perikardiotomiya edərək hemodinamik stabilizasiyaya çalışmaq, intubasiyaya şərait yaratmaq və təcili torakotomiya etmək lazımdır (ürək tamponadasında və gərgin pnevmotoraksda mexaniki ventilyasiya hipotenziyanı ağırlaşdıraraq kollaps törədə bilər). Sternotomiya ilk seçimdir. Əməliyyat vaxtı yaradan qanaxmanı dayandırmaq üçün barmaqla zəif sıxma və ya Foley kateteri tətbiq edilir. Yaraları tikmək üçün əvvəlcə dəri stapleri istifadə etmək olar. Stablizasiya əldə etdikdən sonra və ya birbaşa olaraq yorğan tikişləri qoyulur və üzərinə fibrin yapışqan əlavə edilə bilir. Tikişləri qoyarkən koranar damarlara diqqət etmək olar. Koranar damarların periferik şaxələri bağlana bilər, lakin proksimal hissəni qorumaq lazımdır. Qapaqların, arakəsmələrin və məməyəbənzər əzələlərin zədələnmələrinin bərpası mütəxəssis tərəfindən planlı şəkildə aparılır. Bu üsullarla bıçaq yaralanmalarının 70%-ni, güllə yaralanmalarının 35%-ni qurtarmaq olar. Lakin güllə yaralanmalarının 80-90%-i xəstəxanaya çatana qədər həyatlarını itirirlər.
Küt zədələnmələr
Diaqnozu
Ürəyin küt zədələnmələrinin klinikası asimptomatik formadan tutmuş ürək tamponadası və kardiogen şoka qədər dəyişə bilər. Ürək zədələnməsində ilk müayinə EKQ-dir, enzimlərin böyük klinik əhəmiyyəti yoxdur. EKQ-də dəyişiklik yoxdursa, zədələnmə ehtimalı çox azdır. EKQ-də hər hansı dəyişiklik varsa exokardioqrafiya etmək lazımdır. Transtorakal exokardioqrafiya diaqnozu dəqiqləşdirə bilmirsə transezofageal müayinə lazımdır.
Müalicəsi
Miokard yırtılması və ya qapaq zədələnmələri varsa bərpa əməliyyatı lazım gəlir. Aritmiyalar antiaritmik tədbirlərlə, əzilmələr isə miokard infarktı kimi müalicə edilir.
Döşdaxili damarların travmaları
Döşdaxili damarlar dedikdə ürəyə daxil olan və çıxan böyük damarlar və orqanlara məxsus arteriya və venalar nəzərdə tutulur. Döş qəfəsi damarlarının zədələnmələri açıq travmalarda daha çox rast gəlinir. Lakin küt travmalarda da damar zədələnmələri baş verə bilər.
Təsnifatı
Döş qəfəsi damarlarının travmaları mexanizminə, yerinə və ağırlıq dərəcəsinə görə təsnif edilə bilər.
Döş qəfəsi damarları travmalarının ağırlıq dərəcələri (Amerika Travma Cərrahiyyəsi Cəmiyyətininin və AIS-90 təsnifatları)
Dərəcə |
Açıqlama |
Letallıq ehtimalı (%) |
I |
Qabırğaarası arteriya, vena |
1-10% |
|
Daxili döş arteriyası, venası |
1-10% |
|
Bronxial arteriya,vena |
1-10% |
|
Ezofagelar arteriya, vena |
1-10% |
|
Hemiazygos vena |
1-10% |
|
|
|
II |
Azygos vena |
1-10% |
|
Daxili vidaci vena |
1-10% |
|
Körpücükaltı vena |
8-50% |
|
Adsız vena |
8-50% |
|
|
|
III |
Yuxu arteriyası |
8-50% |
|
Adsız arteriya |
8-50% |
|
Körpücükaltı arteriya |
8 - 50% |
|
|
|
IV |
Enən döş aortası |
5 – 50% |
|
Aşağı boş vena |
8 - 50% |
|
Pulmonar arteriya şaxəsi |
8 - 10% |
|
Pulmonar vena şaxəsi |
8 - 10% |
|
|
|
V |
Qalxan aorta və ya aorta qövsü |
5 – 50% |
|
Yuxarı boş vena |
8 - 50% |
|
Pulmonar arteriya |
5 – 50% |
|
Pulmonar vena |
5 – 50% |
|
|
|
VI |
Aorta və ya ağciyər qapısının total trasnseksiyası |
5 – 50% |
Diaqnostikası
Döşdaxili böyük damarlarının zədələnmələrinin əksəriyyəti xəstəxanayaqədərki dövrdə ölümlə nəticələnir. Xəstəxanaya çatdırılan xəstələrdə massiv hemotoraks, ürək tamponadası, şok və genişlənmiş mediastinum əlamətləri (rentgenoloji olaraq) döşdaxili damar zədələnmələrinə şübhə yaradır. Stabil xəstələrdə KT, angioqrafiya diaqnozu dəqiqləşdirə bilər. Bəzən exokardioqrafiya da faydalı ola bilir. Lakin qeyri-stabil xəstələrdə damar zədələnməsi adətən əməliyyat vaxtı müəyyənləşdirilir.
Müalicəsi
Stabil xəstələrdə və təcrübəli klinikalarda angioqrafik müalicələr tətbiq edilə bilir, lakin əksər xəstələrdə cərrahi müdaxilə lazım gəlir. Döşdaxili böyük damarlara müdaxilə üçün orta sternotomiya ilk seçimdir. Böyük arteriya və venaların (aorta, boş venalar, pulmonar arteriya və vena) zədələnmələrində birincili bərpa ilk seçimdir. Bu mümkün olmayanda damar qreftləri istifadə edilə bilər. Körpücükaltı və yuxu arteriyalarının zədələnmələrində də bərpa ilk seçimdir. Qabırğaarası arteriya və venalarını, daxili döş arteriya və venalarını, adsız arteriya və venaları, körpücükaltı, vidaci, aziqos və hemiaziqos venalarını bağlamaq olar.
Döş axacağının zədələnməsi
Döş axacağı zədələnmələri adətən açıq travmalarda çox rast gəlinir. Bu zədələnmələr adətən travmadan sonra drenajdan davamlı limfa axıntısı şəkilində büruzə verir və mayedə triqliseridlərin yüksək konsentrasiyası diaqnozu dəqiqləşdirir.
Müalicəsi üçün ilk növbədə konservativ tədbirlər həyata keçirilir. Əvvəl yağsız diet verilir. Bu effektiv olmadıqda parenteral qidalanma və oktreotid başladılır. Adətən 4 həftəlik konservativ müalicə faydalı olur. Əgər 4 həftəlik konservativ müalicəyə baxmayaraq limfa ifrazı 1500 ml-dən çox olarsa cərrahi müalicə tövsiyə olunur. Cərrahi müalicə axarın bağlanılmasından ibarətdir. Əməliyyatdan əvvəl yağlı qida verilməsi əməliyyat vaxtı limfa axarının tapılmasını asanlaşdırır.
Diafraqma travmaları
Diafraqma zədələnmələri döş qəfəsinin və qarının həm açıq həm də küt travmalarında meydana gələ bilir. Döş qəfəsinin açıq yaralanmalarında 10-15% hallarda diafraqmal zədələnmə rast gəlinir, bunların da 40%-i soltərəfli olur.
Təsnifatı
Mexanizminə görə |
|
Morfologiyasına görə |
|
Yerinə görə |
|
Müddətinə görə |
|
Diafraqma travmalarının ağırlıq dərəcələri (Amerika Travma Cərrahiyyəsi Cəmiyyətininin və AIS-90 təsnifatları) - http://www.aast.org
Dərəcə |
Açıqlama |
Letallıq ehtimalı (%) |
I |
Əzilmə |
1-2% |
|
|
|
II |
Yaralanma <2 sm |
8-10% |
|
|
|
III |
Yaralanma 2-10 sm |
8-10% |
|
|
|
IV |
Yaralanma >10 sm, toxuma defekti < 25 sm2 |
8-10% |
|
|
|
V |
Yaralanma, toxuma defekti > 25 sm2 |
8-10% |
Diaqnostikası
Döş qəfəsi və qarın travmalarında diafraqma zədələnməsindən mütləq şübhələnilməlidir. Diafraqma zədələnmələri erkən mərhələdə adətən zəif əlamətlərlə büruzə verir, ona görə də gözdən qaça bilir. Travmadan sonrakı ilk günlərdə hemotoraks əlamətləri ola bilər(50%). Diafrqama yaralanmaları xüsusən soltərəfli yaralar spontan sağala bilmirlər, çünki döşdaxili mənfi təzyiq qarın orqanlarını yaraya sorur. Ona görə də, belə xəstələrdə erkən və gec dövrlərə “yırtıq” əmələ gəlir. Rentgenoloji olaraq xəstələrin təxminən 40%-də normal görüntü olur. Nazoqastrik zondun döş qəfəsi proyeksiyasında görünməsi yüksək şübhə əlaməti sayılır. Diafraqma zədələnmələri KT və əməliyyat vaxtı (laparotomiya, laparoskopiya, torakotomiya, torakoskopiya) dəqiqləşdirilir. KT-də qarındaxili orqanların döş boşluğuna yırtılması xarakterik əlamətdir.
Müalicəsi
Hemo- və pnevmotoraksı olan xəstələrə plevral drenaj qoyarkən, xüsusən də soltərəfli formalarda diafraqmal zədələnmə və qarındaxili orqanların herniasiyası unudulmamalıdır. Bunu nəzərə alaraq drenaj barmağın nəzarəti altında qoyulmalıdır. Diafraqma yaralanmalarında defekti bərpa etmək lazımdır. Kiçik yaralanmalarda birincili tikiş kifayət edir. Böyük yaralarda, toxuma defektlərində və gec dövrdəki diafraqmal yırtıqlarda yamaqla bərpa tətbiq edilə bilər. Erkən dövrdə tapılan diafraqmal yaralanmalarda qarındaxili orqanların geniş təftişi lazım gəldiyi üçün qarından yanaşma ilk seçimdir, gec dövrlərdə tapılan zədələnmələrdə (diafraqmal yırtıqlarda) isə ağciyərin dekortikasiyası da lazım gələ bildiyi üçün torakoskopik giriş seçilə bilər.
Özət
“Travmanın nəticəsi = anatomik zədələnmə + funksional pozulma + xəstənin rezervi”
Döş qəfəsi travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanaraq stabillik qiymətləndirilir və gərəkərsə stabilləşdirmə tədbirləri həyata keçirilir. Döş qəfəsi travmalarında ilk növbədə aşağıdakı həyati təhlükəli zədələnmələr yoxlanılmalı və aradan qaldırılmalıdır:
- hava yolları tıxanması – endotraxeal intubasiya
- gərgin pnevmotoraks – plevral drenaj
- açıq pnevmotoraks – plevral drenaj
- yelkən döş qəfəs – mexaniki ventilyasiya
- massiv hemotoraks – torakotomiya
- ürək tamponadası – perikardiosentez və torakotomiya
- böyük damar zədələnmələri – torakotomiya, angioqrafik müadaxilələr
- ağciyər əzilməsi – mexaniki ventilyasiya
Xəstə stabildirsə zədələnmələri dəqiqləşdirmək və gözdən qaçırmamaq üçün ikinci yoxlama (“təpədən dırnağa”) yenidən təkrarlanır (üçüncü yoxlama). Bundan sonra döş qəfəsi travmasının xarakteri, zədələnən orqan və ağırlıq dərəcəsi müəyyənləşdirilir. Bu məqsədlə klinik müayinə və stabil xəstələrdə KT edilir. Bu iki standart müayinəyə əlavə olaraq EKQ, exokardioqrafiya, ezofaqoskopiya, bronxoskopiya, laborator və digər müayinələr aparıla bilər.
Zədələnən orqana və ağırlıq dərəcəsinə uyğun müalicə tədbiri seçilir.
Döş qəfəsi travmaları üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Döş divarı yaralanmalarında xəstəyə yanaşma necə olmalıdır? |
|
Döş divarı hematomalarında xəstəyə yanaşma necə olmalıdır? |
|
Qabırğa sınıqlarında klinik əlamətlər hansılardır? |
|
Döş sümüyünün sınıqlarında klinik əlamətlər nələrdir? |
Tənəffüs aktında və palpator ağrı |
Döş sümüyünün sınıqlarında ilk yardım üsulları hansılardır? |
|
Kürək sümüyü sınıqlarının müalicə üsulları hansılardır? |
Konservativ |
Körpücük sümüyü sınıqlarında klinik əlamətlər hansılardır? |
Ağrı və çiyində deformasiya |
Körpücük sümüyü sınıqlarında müalicə üsulları hansılardır? |
Cərrahi korreksiya |
Döş qəfəsi sümüklərinin sınıqlarında diaqnostika üsulları hansılardır? |
Rentgen və ya KT |
Ağciyər əzilməsinin klinik əlamətləri hansılardır? |
|
Ağciyər əzilməsinin diaqnostika üsulları hansılardır? |
Rentgen və KT |
Ağciyər əzilməsinin müalicə üsulları hansılardır? |
Mexaniki ventilyasiya və bronxial tualet - hipoksiya əlamətləri olanlarda |
Ağciyər yaralanmasının klinik əlamətləri hansılardır?
|
|
Ağciyər yaralanmasının diaqnostika üsulları hansılardır? |
KT, bronxoskopiya |
Ağciyər yaralanmasının müalicə üsulları hansılardır? |
|
Ağciyər yaralanmalarında cərrahi əməliyyata göstərişlər nələrdir? |
|
Hemotoraksda müalicə üsulları hansılardır? |
|
Hemotoraksda cərrahi müdaxiləyə göstərişlər nələrdir? |
Massiv və laxtalanmış hemotoraksda (5 gün ərzində) |
Hemotoraksda torakotomiyaya göstərişlər nələrdir? |
Drenaj edilən anda ilkin olaraq 1,5 litrdən çox qan gəlməsi və ya 6 saatlıq müşahidədə saatda 200 ml-dən çox qan gəlməsi |
Endobronxial qanaxmanın diaqnostika üsulları hansılardır? |
Bronxoskopiya |
Endobronxial qanaxmanın müalicə üsulları hansılardır? |
|
Traxeobronxial travmanın klinik əlamətləri hansılardır? |
Massiv dərialtı emfizema |
Traxeobronxial travmanın diaqnostika üsulları hansılardır? |
KT və bronxoskopiya |
Traxeobronxial travmanın müalicə üsulları hansılardır? |
|
Traxeobronxial travmanın müalicəsində əməliyyat üsulları hansılardır? |
|
Qida borusu zədələnmələrinin klinik əlamətləri hansılardır? |
|
Qida borusu zədələnmələrinin diaqnostika üsulları hansılardır? |
|
Qida borusu zədələnmələrinin müalicə üsulları hansılardır? |
|
Qida borusu zədələnmələrinin müalicə üsulları hansılardır? |
|
Ürəyin zədələnmələrinin diaqnostika üsulları hansılardır? |
Exokardioqrafiya |
Ürəyin zədələnmələrinin müalicə üsulları hansılardır? |
Ürək tamponadasında perikardiosentez və ya subksifoid perikardiotomiya və təcili torakotomiya |
Ürəyin küt zədələnmələrinin klinik əlamətləri hansılardır? |
Asimptomatik formadan tutmuş ürək tamponadası və kardiogen şoka qədər |
Ürəyin küt zədələnmələrinin diaqnostika üsulları hansılardır? |
|
Ürəyin küt zədələnmələrinin müalicə üsulları hansılardır? |
|
Döşdaxili böyük damarlarının zədələnmələrinin klinik əlamətləri hansılardır? |
|
Döşdaxili böyük damarlarının zədələnmələrinin diaqnostika üsulları hansılardır? |
|
Döşdaxili böyük damarlarının zədələnmələrinin müalicə üsulları hansılardır? |
Cərrahi – birincili bərpa və ya damar qreftləri |
Döş axacağı zədələnmələrinin klinik əlamətləri hansılardır? |
Drenajdan davamlı limfa axıntısı |
Döş axacağı zədələnmələrinin diaqnostika üsulları hansılardır? |
Mayedə triqliseridlərin yüksək konsentrasiyası |
Döş axacağı zədələnmələrinin müalicə üsulları hansılardır? |
|
Döş axacağı zədələnmələrində cərrahi əməliyyata göstərişlər nələrdir? |
4 həftəlik konservativ müalicəyə baxmayaraq limfa ifrazı 1500 ml-dən çox olması |
Diafraqma zədələnmələrinin klinik əlamətləri hansılardır? |
|
Diafraqma zədələnmələrinin diaqnostika üsulları hansılardır? |
|
Diafraqma zədələnmələrinin müalicə üsulları hansılardır? |
|