Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Süd vəzi sindromları - Özət və Suallar

Özət

Süd vəzi  törəmələrinə müxtəlif əlamətlərlə özünü göstərən və ya asimptomatik olaraq təsadüfi müayinələrdə tapıla bilən,  90% hallarda xoşxassəli olan, palpator olaraq sərhəddi hiss edilən düyünlər və ya ətraf toxumalarla birlikdə konqlomerat şəkildə hiss edilən kütlələr aid edilir. Törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü müayinə yerinə yetirilməli, xərçəng inkar edilməlidir.

 

Süd vəzi törəmələrinə diaqnostik yanaşma üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Hansı əlamət olarsa süd vəzi törəmələrindən şübhələnmək lazımdır?

  • Xəstənin özü tərəfindən palpator olaraq hiss edilən düyün və ya kütlələr.
  • Süd vəzidə dəri dəyişikliyi, ağrı və deformasiya.
  • Skrinik müayinələrində USM və ya mammoqrafiyada süd vəzində törəmə .

Süd vəzində törəmə şübhəsi olan xəstələrdə ilkin müayinə hansılardır?

Süd vəzidə törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü müayinəni yerinə yetirmək lazımdır:

  • Klinik müayinə (anamnez və süd vəzinin obyektiv müayinəsi)
  • Görüntüləmə - mammoqrafiya və USM
  • Biopsiya

Süd vəzi xərçəngini istisna etmək mümükün olmayan xəstələrdə nə etmək lazımdır ?

Belə xəstələrdə biopsiyadan əvvəl MRT edilə bilər. Təcrübəli mütəxəsis varsa İİAB, yoxdursa kəsici iynə biopsiyası ilk seçimdir. İynə biopsiyası yetərsiz qalarsa cərrahi biopsiya (insizional və ya eksizional biopsiya) lazım gəlir.