Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Süd vəzinin digər xəstəlikləri - Özət və Suallar

Özət

Hamiləlikdə süd vəzində patoloji dəyişikliklərə ikinci və ya üçüncü trimestrdə baş verə bilən gilədən qanlı axıntı, süd vəzində kütlələr və süd vəzi xərçəngi aiddir. İkinci və ya üçüncü trimestrdə baş verə bilən gilədən qanlı axıntı hormonal təsirlər altında epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır. Kütlələr USM vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli halarda punksion biopsiya icra edilir. Kütlənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları aparılmalıdır. Süd vəzi xərçəngi 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir. Müalicə xərçəngin klinik mərhələsindən və hamiləliyin trimestrindən asılıdır və fərdi şəkildə aparılır. Kimyəvi terapiya ikinci trimestrin ortalarında, şüa terapiyası doğuşdan sonra aparıla bilər.

 

Hamiləlikdə süd vəzində patoloji dəyişikliklər üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Hamiləlikdə süd vəzində hansı patoloji dəyişikliklərə rastlanılır?

Gilədən qanlı axıntı, süd vəzində kütlələr və süd vəzi xərçəngi

Hamiləlikdə gilədən qanlı axıntının səbəbi nədir?

Hormonal təsirlər altında epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır.

Hamiləlikdə süd vəzində kütlələr necə qiymətləndirilir?

Kütlələr USM vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli halarda punksion biopsiya icra edilir. Kütlənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları aparılmalıdır.

Hamiləlikdə süd vəzində xərçəngin rastgəlmə tezliyi necədir?

Süd vəzi xərçəngi 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir