Özət
Yüksək riskli və ya xərçəngönü xəstəliklərə atipik duktal hiperplaziya, atipik lobulyar hiperplaziya lobulyar və duktal karsinoma in situ aiddir. Bu hallar qeyri-invaziv, əlaməti olmayan, bopsiya zamanı təsadüfən aşkarlanan lakin, süd vəzinin invaziv bədxassəli xəstəliyinin yaranması riskini artıran törəmlərdir. Müalicəsi sıx təqib, müalicə və cərahidir.
Yüksək riskli və ya xərçəngönü vəziyyət üzrə suallar
N.Y.Bayramov, A.Ə.İbrahimova
DCİS (Ductal Carcinoma In Situ)
Suallar |
Cavablar |
In situ ductal karsinoma nə deməkdir? |
Axacaqda kanser hüceyrələri olur, lakin invaziya olmur, yəni kanser hüceyrələri bazal membrane keçmir. |
Simptom və əlamətləri nələrdir? |
Adətən yoxdur, adətən əllənmir |
Mammoqrafiyada nə tapılır? |
Mikrokalsifikatlar |
Diaqnoz necə qoyulur? |
Kəsici iynə və ya açıq biopsiya ilə |
DCİS də limfa metastazı riski nə qədərdir? |
25%-dən aşağı (adətən mikroinvaziya görüləndə olur) |
DCİS ən böyük təhlüksəi nədir? |
Eyni süd vəzində infiltrativ ductal karsinoma inkişafı |
Törəmə 1 cm-dən kiçikdirsə necə müalicə olunur? |
1 cm marginlə şişi kəsib götürmək (kimyayardioterapiya əlavə edilə bilər) |
Törəmə 1 cm-dən böyükdürsə necə məalicə olunur? |
1 cm marginlə lampektomiya + radioterapiya və ya total mastoektomiya (aksilyar disseksiya olmadan) |
Total mastoektomiya (sadə) nədir? |
Süd vəzini və giləsinin tam çıxarılması (aksilyar disseksiya olmadan) |
İn situ karsinomada nə zaman sadə mastoektomiya edilməlidir? |
Process diffuz olaraq süd vəzini əhatə edirsə (diffuz mikrokasifikatlar), ˃1cm və radioterapiyaya əks-göstəriş varsa |
DCİS üçün aksilyar disseksiyanin nə kimi rolu var? |
Həqiqi DCİS-də heç bir rolu yoxdur. |
DCİS üçün adjuvant terapiyasi nədən ibarətdir?
|
|
İn situ karsinomanı bir cümlə ilə ifadə et |
Xərçəngönü vəziyyətdir, müalicə olunmasıa invaziv xərçəngə çevrilə bilir. |
LCİS (Lobular Carcinoma In Situ)
Suallar |
Cavablar |
Lobular Carcinoma in situ nədir? |
Süd vəzində paycığında karsinoma hüceyrələri var, lakin invaziya yoxdur |
Əlamət və simptomlari nələrdir? |
yoxdur |
Mammoqrafik tapıntı? |
yoxdur |
Diaqnozu necə qoyulur? |
Biopsiya zamani təsadüfən tapılır |
Ən böyuk təhlükəsi nədir? |
Hər iki süd vəzidə invaziv karsinoma ehtimalı 20 il ərzində 30% |
Hansı süd vəzində daha çox invaziv karsinoma olmaq riski var? |
Hər ikisində eyni |
LCİS olan xəstələrdə hansı kanser növü inkişaf edir? |
Daha çox infiltrativ duktal karsinoma, bir tərəfli və ya hər iki tərəfli |
LCİS müalicə nədir? |
Six təqib, yüksək riskli xəstələrdə bilateral sadə mastoektomiya. |
DCİS və ya LCİS olan xəstələrdə invaziv karsinomanin fərqi? |
LCİS kanser hər ikisindən birində inkişaf edir, DCİS kanser ipsilateral inkişaf edir. |
Gənc qadinlarda gilədən qanlı ifrazat səbəbi nədir? |
İntraductal papilloma |
30 yaşin altinda olan gənc qadinlarda süd vəzində ən çox rastlanan törəmə hansıdir? |
Fibroadenoma |
Süd vəzinin Paget xəstəliyi nədir? |
Ductal karsinomadan inkişaf edən dərini əhatə edən, dəridə qaşinma , dermatit yaradan törəmə |