Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Süd vəzinin xoş xassəli xəstəlikləri - Özət və Suallar

Özət

Süd vəzinin xoş xassəli xəstəlikləri epitel və qeyri-epitel mənşəli olur. Epitel mənşəli xoş xassəli xəstəliklər patomarfologiyasına və xərçəng riskinə görə 3 qrupa ayrılır: xərçəng riski olmayan qeyri proliferativ epitelial xəstəlilər, epitel proliferasiyası olan, lakin atipiya görülməyən və xərçəngə çevrilmə ehtimalı aşağı olan atipiyasız proliferativ xəstəliklər və epitel proliferasiyası ilə yanaşı atipiya görünən və xərçəng riski olan atipik hperplaziyalar. Atipik hiperplaziyalarda 10-30% hallarda süd vəzi xərçəngi tapılır. Xərçəng riskini nəzərə alaraq bu qrupda cərrahi eksiziya göstəriş sayılır.

 

Süd vəzinin xoş xassəli xəstəlikləri üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Epitel mənşəli xoş xassəli xəstəliklər patomorfologiyasına və xərçəng riskinə görə neçə qrupa ayrılır və hansılardır?

3 qrupa ayrılır:

  1. Qeyri-proliferativ epitelial xəstəliklər 
  2. Atipiyasız proliferativ epitelial xəstəliklər
  3. Atipik hiperplaziyalar 

Qeyri-proliferativ epitelial xəstəliklər hansılardır?

 Xərçəng riski olmayan epitel mənşəli xəstəliklər: kistlər, fibroskitik xəstəlik,  apokrin metaplaziya, yüngül hiperplaziya.

Atipiyasız proliferativ epitelial xəstəliklər hansılardır?

Epitel proliferasiyası olan, lakin atipiya görülməyən və xərçəngə çevrilmə ehtimalı aşağı olan xəstəliklər: duktal papilloma, duktal hiperplaziya, skleroz adenoz, radial çapıqlar  və fibroadenoma aid edilir

Atipik hiperplaziya nədir və hansı xəstəliklərdə görülür?

Epitel proliferasiyası ilə yanaşı atipiya görünən və xərçəng riski olan xəstəliklər: atipik duktal hiperplaziya, atipik lobar hiperplaziya aid edilir.