Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

DALAQ KÜTLƏLƏRİ

Bayramov N.Y., Rzayev T.M.

 

Tərifi

Dalaq kütlələri  dalaqda yerləşən neoplastik və ya digər mənşəli kistik, toxumalı və ya qarışıq tərkibli yerli xəstəliklərə verilən ümumi addır.

Təsnifatı

Klinik-morfoloji cəhətlərinə görə

  • Kistlər
  • Toxumalı və qarışıq
    • Neoplastik törəmələr
    • Hematoma
    • İnfarkt
    • Kalsifikasiyalar
  • Abses

 

Səbəbləri

  • Kistlər
  • Toxumalı və qarışıq
    • Neoplastik törəmələr
    • Hematoma
    • İnfarkt
  • Kalsifikasiyalar
  • Abses
  • Dalaq kütlələrinin 60%-i bəd xassəli, 40% isə xoşxasssəli törəmələrdir.
  • Bədxassəli törəmələr arasında ən çox rast gəlinəni limfoma və metastatik adenokarsinomadır.
  • Xoşxassəli törəmələrin təxminən yarısı kistlərdir və bunların da əksəriyyətini parazitar kistlər təşkil edir.

 

Dalaq kütlələri

Kistlər

  • Parazitar (exinokokk)
  • Sadə sist
  • Psevdosist - postrvmatik
  • Neoplastik
    • Dermoid
    • Musinoz adenokarsinoma
    • Peritonal karsinomatoz
  • Digər

Abes

  • Dalağın birincili absesi
  • Dalağa aşılan abses
  • Dalağı əhatə edən abses

Neoplastik törəmələr

  • Birincili xoşxassəli
    • Hemangioma
    • Hamartoma
    • Fibroma
    • Angioma
    • İltihabi psevdutumor
    • Digər
  • Birincili bədxasəli
    • Limfoma
    • Plazmositoma
    • Fibrosarkoma
    • Angiosarkoma
    • Digər
  • Metastatik
    • Ağciyər xərçəngi
    • Süd vəzi xərçəngi
    • Melanoma
    • Digər

Hematoma

İnfarkt

 

Klinikası

Dalaq kütlələri təbiətcə müxtəlif olduqları kimi klinik olaraq da müxtəliflik göstərə bilirlər. Kiçik (5 sm-dən kiçik) xoşxassəli kistik və toxumalı tərəmələr adətən asimptomatik olurlar. Böyük kütlələr ətrafa təzyiq, hipersplenizm və digər ağırlaşmalarla biruzə verə bilirlər. Metastatik törəmələrda adətən əsas xəstəliyin ələmətləri ön planda olur.

Dianostikası

Prinsipi

Dalaqda kütlə tapılan xəstələrdə ilk növbədə abses, kistik və ya toxumalı olduğu müəyyən edilir və sonra səbəbi dəqiqləşdirilir

Şübhə

Aşağıdakı əlamətlər olduqda dalaqda kütlədən şübhələnmək olar

  • Tez doyma
  • Epiqastral və ya sol qabırğaaltı palpator kütlə (dalaq əllənməsi)
  • Sol qabırğa altında ağrı
  • Qaraciyərdə exinokokk
  • Limfoma
  • Yüksək hərarət

Dalaq kütlələri əksər hallarda qarın boşluğunun USM və ya KT ilə müayinəsində ortaya çıxır.

Dəqiqləşdirmə

Dalaqda kütlə olub olmadığını dəqiqləşdirən müayinə USM və/və ya venoz  faza  KT-dir. Kütlənin təyini üçün erkən arterial faza KT məsləhət deyil. Çünki, bu fazada dalaq mozaik boyanır (“zebra görüntüsü”).

Səbəbin təyini

İlkin görüntüləmə müayinəsi, xüsusən də USM törəmənin kistik, toxumalı və qarışıq olduğunu müəyyənləşdirə bilir.

Abses

Abses üçün ağrı, sepsis əlamətləri və USM-də mayeli və ya qarışıq törəmə, KT-də hipodens kütlə və tərkibində hava qabarcıqları xarakterikdir.

Kistik törəmələr

Sistik törəmələr USM-də anekoik görünür və kontrastlı KT-də kontrast tutmur və oval görünür. Sistin təbiətini müəyyənləşdirmək üçün  exinokok, sadə sist (anadangəlmə epitelial sist),  psevdosistlər (post-travmatik və ya postinfarkt) və digər sistlər arasında differensiasiya aparmaq lazımdır. USM-də sist tapılan xəstələrdə KT edilir və ilk növbədə exinokokk sisti təsdiq və ya inkar edilir.

  • Exinokokk sisti üçün xarakterik əlamətlər:
    • ikiqat divar
    • qız qovucuqları və ya arakəsmələr, partlamış sist əlaməti
    • divarda kalsifikasiya
    • anamnezdə exinokokk və ya hazırda digər orqanlarda, xüsusən də qaraciyərdə exinokokk.
  • Görüntüləmədə exinokokk kistlərinə məxsus əlamət tapılmırsa digər kistlər arasında differensiasiya aparılır.
  • Nadir də olsa rast gəlinən dermoid sistlər üçün qalın divar, tərkibində sümük, diş qalıntıları görünür (KT-də).
  • Metastatik sistlərdə digər orqanlarda ilkin ocaq tapılır (peritonal karsinomatoz, musinoz adenokarsinoma və s).
  • Görüntüləmə üsulları ilə epitelial, psevdosist  və incə divarlı exinokok kistlərini bir-birindən ayırmaq çətin olur. Belə hallarda asimptomatik və kiçik sistlərdə (5 sm-dən kiçik) izləmə, simptomatik və böyük kistlərdə isə cərrahi müdaxilə məsləhət görülür.

 

Şəkil 4. Dalaq sistində diaqnostik yanaşma

 

Toxumalı törəmələr

Toxumalı törəmələr USM-də izo, hiperexoyen və ya heterogen , KT-də isə adətən kontrast tutur (bəzi törəmələr istisnadır). Dalaqda USM –də toxumalı törəmə tapılarsa kontrastlı KT və ya MRT edilir. Kütlənin xarakterini təyin etmək üçün klinik və görüntüləmə nəticələri birlikdə qiymətləndirlir və aşağıdakı ardıcıllıqla differensiasiya aparılır (diaqnostik asanlığa görə):

  • infarkt
  • hematoma
  • hemangioma
  • bədxassəli törəmələr
  • xoşxassəli törəmələr
  • digər

İnfarkt üçün aşağıdakı əlamətlər xarakterikdir:

  • sol qabərğaaltında güclü ağrılar
  • fon xəstəliyi (digər orqanlarda tromboz, trombofilik vəziyyətlər və s)
  • kontrastlı KT-də piramidşəkilli kontrastlaşmayan sahə

Hematoma üçün xarakterik əlamətlər

  • anamnezdə travma
  • KT-də kontrast tutmayan hiperdens (parlaq sahə)

Hemangioma üçün xarakterik əlamətlər:

  • kontrastlı KT və ya MRT-də arterial fazada periferik düyünşəkilli kontrastlaşma, venoz və gec fazalarda kontrastı buraxmama

Klinik və USM+KT müayinələri ilə  infarkt, hematoma və hemangioma əlamətləri görünməyən xəstələrdə neoplastik xəstəliklər araşdırılır və bu məqsədlə limfomalar və metastatik törəmələr ilk planda tutulur. Bu xəstəliklər üçün dalaqda çoxsaylı kontrastlaşan kütlələrin olması xarakterikdir.

Əgər dalaqdakı kütlənin bəd və ya xoşxassəli törəmə olduğu müəyyən edilə bilmirsə diaqnostik məqsədlə splenektomiya aparıla bilir.

 

Şəkil 5. Dalağın toxumalı törəmələrində diaqnostik yanaşma

 

Müalicə prinsipləri

Dalaq kütləsində müalicə yanaşması kütlənin səbəbindən asılıdır:

  • Abseslərdə drenaj lazımdır.
  • Kalsifikasiyalarda, hamartomalarda, infarktda, hematomalarda, asimptomatik və kiçik qeyri-parazitar kistlərdə və hemangiomalarda izləmə tövsiyə olunur.
  • Parazitar, simptomatik və ya böyük ölçülü epitelial və psevdokistlərdə və səbəbi bilinməyən kistlərdə əməliyyat lazım gəlir.
  • Simptomatik xoşxassəli neoplastik və ya xarakteri məlum olmayan toxumalı törəmələrdə splenektomiya edilə bilər.
  • Metastatik törmələrdə splenektomiya palliativ məqsədlə aparıla bilər.

 

BƏZİ DALAQ KÜTLƏLƏRİNİN QISA XARAKTERİSTİKASI

 

Dalaq absesi

 Etiologiya

  • Uzaq infeksion ocaqdan hematogen yayılması (endokardit, intra-abdominal infeksiyalar, sidik yolu infeksiyaları), təxminən 2/3-ində
  • ətrafdakı infeksion ocaqdan birbaşa yayılması (perinefrik abses, pankreatit, divertikulit, mədə və ya kolon perforasiyasi və s.)
  • kistlərin, dalaq infarktının və ya hematomasının infeksiyalaşması.

Ağırlaşma

  • Spontan absesin açılması və peritonit
  • Sepsis və ağırlaşmaları

Klinika

  • Qarın ağrısı
  • Hərarət
  • Sol qabırğaaltı nahiyyədə ağrı
  • Palpasiya olunan dalaq
  • Peritonitə bağlı əzələ gərginliyi

Diaqnostika

  • Laborator – leykositoz və CRP artması ola bilər
  • KT- də dalaqda hipodens sahə, maye və qaz səviyyəsi

Müalicə

  • Geniş spektrli antibiotiklər və splenektomiya dalaqda lokalizasiya olunan abseslərdə radikal müalicədir.
  • Splenektomiyaya alternativlər (ikinci seçimlər):
  • təksaylı və periferik abseslərdə perkutan drenaj edilə bilər, lakin residiv və ağırlaşmaları yüksəkdir.
  • absesin laparoskopik drenajı
  • dalağın hissəvi rezeksiyası (açıq və ya laparoskopik)

 

Dalaq kistləri

Dalaq kistləri parazitik (əsasən exinokokk) və qeyri-parazitar mənşəli (epitelial, yalançı, dermoid və neoplastik).

Parazitar kistlər

  • Dalaqda rast gəlinən kistik törəmələrin təxminən 2/3-ni parazitar kistlər təşkil edir ki, bunların da əksəriyyət exinokokk kisstləridir.
  • Exinokok kistləri adətən böyüməyə və partlayaraq peritonitə və digər orqanlara yayıla bilərlər.
  • Klinik olaraq əksəriyyəti asimptomatikdir, lakin böyüdükdə və partladıqda simptomlar ortaya çıxır
  • Diaqnozu adətən USM və KT-də xarakterik əlmətlərinə görə dəqiqləşdirilir:
  • ikiqat divar
  • qız qovucuqları və ya arakəsmələr, partlamış kist əlaməti
  • divarda kalsifikasiya
  • anamnezdə exinokokk və ya hazırda digər orqanlarda, xüsusən də qaraciyərdə exinokokk.
  • Radikal müalicəsi splenektomiyadan ibarətdir. Əməliyyatətrafı dövrdə antihelmint müalicəsi (albendazol) istifadə edilir. Bəzi hallarda parsial kistektomiya və ya dalaq rezeksiyası edilə bilər.

 

Qeyri-parazitar kistlər

  • Qeyri-parazitar kistlərə həqiqi, yalançı və neoplastik kistlər aid edilir.
  • Həqiqi kistlərin divarı epitellə örtülüdür və əksər hallarda anadangəlmə mənşəlidir. Dermoid və epidermal kistlər nadir də olsa rast gəlinir.
  • Yalançı kistlərin divarında epitel qatı olmur. Bu kistlər adətən travma və infarktan sonra əmələ gəlir.
  • Həqiqi və yalançı kistlər adətən kiçik olur (5 sm-dən kiçik), əlamət və ağırlaşma törətmir. Böyük kistlərdə infeksiyalaşma, partlama və qanaxma kimi ağırlaşma ehtimalı artır.
  • Həqiqi və yalançı kistlər əksər hallarda asimptomatikdir, böyüdükdə və ya ağırlaşma törətdikdə (infeksiyalaşma, qanaxma, partlama) əlamətlər ortaya çıxa bilir.
  • Yalançı və həqiqi kistləri klinik və görüntüləmə ilə bir-birindən fərqləndirmək mümkün olmur və diaqnozları histoloji müayinə ilə dəqiqləşdirilir.
  • Asimptomatik və kiçik kistləri izləmək məsləhət görülür.
  • Simptomatik və 5 sm-dən böyük həqiqi və ya yalançı kistlərdə splenektomiya və ya laparoskopik hissəvi kistektomiya (fenestrasiya) lazımdır. Perkutan drenaj ağırlaşma və residiv törətdiyi üçün tövsiyə edilmir.
  • Dalaqda birincili neoplastik kistlər çox nadirdir, metastatik kistlər isə peritoneal karsinomatozda, musinoz adenokarsinomlarda rast gəlinir.

 

Özət

Dalaq kütlələri dalaqda yerləşən neoplastik və ya digər mənşəli sistik, toxumalı və ya qarışıq tərkibli yerli xəstəliklərə verilən ümumi addır. Dalaq törəmələrinin yarısından çoxu bəd xassəlidir və bunların arasında ən çox rast gəlinəni limfoma və metastatik adenokarsinomadır. Xoşxassəli törəmələrin təxminən yarısı kistlərdir və bunların da əksəriyyətini parazitar kistlər təşkil edir. Dalaq kütlələri klinik olaraq müxtəliflik göstərə bilirlər: kiçik (5 sm-dən kiçik) xoşxassəli kistik və toxumalı törəmələr adətən asimptomatik olurlar, böyük kütlələr ətrafa təzyiq, hipersplenizm və digər ağırlaşmalarla biruzə verə bilirlər, metastatik törəmələrda adətən əsas xəstəliyin ələmətləri ön planda olur. Diaqnostikası üçün əvvəlcə klinik və USM müayinələri aparılır, törəmənin ilk növbədə abses, kistik və ya toxumalı olduğu müəyyən edilir, sonra isə səbəbi dəqiqləşdirmək üçün KT  və digər müayinələr aparılır. Bu müayinələrlə səbəb dəqiqləşdirilmirsə və bəd xassəlilik inkar edilmirsə biopsiya və ya splenektomiya edilə bilər. Dalaq törəmələrində səbəbinə uyğun müalicə aparılır. 

 

Dalaq kütlələri üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Dalaq kütlələri

Suallar

Cavablar

Dalaq kütlələrinin klinik-morfoloji cəhətlərinə görə təsnifatı:

  • Kistlər;
  • Toxumalı və qarışıq:
    • Neoplastik törəmələr;
    • Hematoma;
    • İnfarkt;
    • Kalsifikasiyalar;
  • Abses;

Dalağın ən çox rast gəlinən bədxassəli törəməsi hansıdır?

Limfoma və metastatik adenokarsinoma

Dalağın ən çox rast gəlinən xoşxassəli törəməsi hansıdır?

Kistlər (parazitar kist)

Klinik əlamətləri hansılardır?

  • Kiçik (<5 sm) xoşxassəli kistik və toxumalı törəmələr – asimptomatik;
  • Böyük kütlələr – ətrafa təzyiq, hipersplenizm və s;
  • Metastatik törəmələr – əsas xəstəliyin ələmətləri;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Aşağıdakı əlamətlər olduqda:
    • Tez doyma;
    • Epiqastral və ya sol qabırğaaltı palpator kütlə (dalaq əllənməsi);
    • Sol qabırğa altında ağrı;
    • Qaraciyərdə exinokokk;
    • Limfoma;
    • Yüksək hərarət;

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

USM və/və ya venoz  faza  KT

Erkən arterial faza KT müayinəsi dalaq kütlələrinin təyini üçün niyə məsləhət deyil?

Dalaq mozaik boyandığı üçün (“zebra görüntüsü”)

Dalağın kistik törəmələrinin diaqnostikası üçün hansı müayinə lazımdır?

USM

Dalağın toxumalı törəmələrini dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • USM, kontrastlı KT və ya MRT;
  • Diaqnostik splenektomiya;

Görüntüləmə əlamətləri nələrdir?

USM-də izo, hiperexogen və ya heterogen törəmə;

KT-də isə adətən kontrast tutan törəmə;

Hematoma üçün xarakterik əlamətlər hansılardır?

  • Anamnezdə travma;
  • KT-də kontrast tutmayan hiperdens (parlaq sahə);

Dermoid kistlərdə xarakterik Görüntüləmə əlamətləri nələrdir?

KT-də:

  • Qalın divar;
  • Tərkibində sümük, diş qalıntıları;

Hemagioma üçün xarakterik görüntüləmə əlamətləri hansılardır?

Kontrastlı KT və ya MRT-də arterial fazada periferik düyünşəkilli kontrastlaşma, venoz və gec fazalarda kontrastı buraxmama

Dalq kütlələrində müalicə üsulları hansılardır?

Səbəb uyğun

Əməliyyata göstərişlər nələrdir?

Parazitar, simtomatik və ya böyük ölçülü epitelial və psevdokistlərdə və səbəbi bilinməyən kistlər

 

Dalaq absesi

Suallar

Cavablar

Dalaq absesi nədir?

Dalağın parenximasının məhdud irinliyidir.

Rastgəlmə tezliyi nə qədərdir?

Əhalinin 0.05-0.7%-də rast gəlinir

Hansı klinik formaları var?

  • Dalağın birincili absesi;
  • Dalağa açılan abses;
  • Dalağı əhatə edən abses;

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Digər orqanların iltihabi xəstəlikləri;
  • Dalaq parenximasının zədələnməsi;
  • Mədə və ya kolon perforasiyası;
  • Immunsupressiv vəziyyət;
  • Bakteriemiya və s;

Patogenezi nədən ibarətdir?

  • Uzaq infeksion ocaqdan hematogen yayılma;
  • Ətraf infeksion ocaqdan yayılma;
  • Kist, dalaq infarktı və ya hematomanın infeksiyalaşması;

Ağırlaşmaları nələrdir?

  • Spontan absesin açıması və peritonit;
  • Sepsis və ağırlaşmaları;

Klinik əlamətləri hansılardır?

  • Sol qabırğaaltı nahiyədə ağrı;
  • Hərarət;
  • Palpasiya olunan dalaq;
  • Peritonitlə əlaqədar qarında gərginlik;

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri və USM müayinəsində əlamətlər olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Laborator;
  • KT;
  • USM;

Laborator əlamətləri nələrdir?

  • Leykositoz;
  • CRP artması;

Görüntüləmə əlamətləri nələrdir?

KT – Dalaqda hipodens sahə, maye və qaz səviyyəsi

Diaqnostik kriteriyalarını sadala?

Dalaqda kistik və ya qarışıq törəmə, SİRS və ya sepsis əlamətləri

Müalicə üsulları hansılardır?

Konservativ (antibiotik) və cərrahi

Əməliyyata göstərişlər nələrdir?

  • Təksaylı və periferik abseslər perkutan drenaja göstərişdir;
  • Çoxsaylı abseslər, drenajın mümkün olmaması splenektomiyaya və hissəvi rezeksiyaya göstərişdir;

Əməliyyat üsulları hansılardır?

  • Splenektomiya;
  • Perkutan drenaj – residiv və ağırlaşma yüksək;
  • Laparoskopik drenaj;
  • Dalağın hissəvi rezeksiyası;

Proqnozu nədir?

10-47% hallarda ölümlə nəticələnir.

 

Dalaq kistləri

Suallar

Cavablar

Yalançı kist nədir?

Travma və infarktan sonra əmələ gələn divarında epitel qatı olmayan kistlərdir

Həqiqi kist nədir?

Divarı epitellə örtülü, əksər hallarda anadangəlmə mənşəli kistlərdir

Rastgəlmə tezliyi nə qədərdir?

Dermoid və epidermal kistlər  nadir rast gəlinir

Hansı klinik formaları var?

  • Parazitar - exinokok;
  • Qeyri-parazitar:
    • Epitelial;
    • Yalançı;
    • Dermoid;
    • Neoplastik;

Səbəbi  və ya risk faktorları nələrdir?

  • Parazitlər – exinokok;
  • Anadangəlmə - həqiqi – dermoid və epitelial;
  • Travma və infarkt – yalançı kistlərdə;

Gediş xüsusiyyəti necədir?

  • Exinokok kistləri böyüməyə və partlayaraq yayılmağa meyillidirlər;

Ağırlaşmaları nələrdir?

  • Infeksiyalaşma;
  • Partlama;
  • Qanaxma;

Klinik əlamətləri hansılardır?

Əksərən asimptomatikdir, böyüdükdə (>5 sm) və ya partladıqda simptomlar üzə çıxır

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Exinokok və ya travma anamnezi olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • USM və KT;
  • Histoloji müayinə -  yalançı və həqiqi kistləri fərqləndirmək üçün;

Görüntüləmə əlamətləri nələrdir?

USM-də - anexoik görüntü;

Kontrastlı KT-də - kontrast tutmur və oval görünür;

Exinokok kistlərində xarakterik görüntüləmə əlamətləri nələrdir?

  • Ikiqat divar;
  • Qız qovuqcuqları və ya arakəsmələr, partlamış kist əlamətləri;
  • Divarda kalsifikasiya;
  • Digər orqanlarda, xüsusən qaraciyərdə exinokok;

Müalicə üsulları hansılardır?

  • Asimptomatik və kiçik sistlərdə (<5 sm) izləmə;
  • Konservativ (antihelmint);
  • Cərrahi – simptomatik və böyük kistlər;

Əməliyyata göstərişlər nələrdir?

Simptomatik və böyük kistlər

Əməliyyat üsulları hansılardır?

  • Splenektomiya;
  • Hissəvi kistektomiya (fenestrasiya);
  • Dalaq rezeksiyası;