Bayramov N.Y., Rzayev T.M.
SPLENEKTOMİYA
Tərifi
Müalicə və ya diaqnostika məqsədi ilə dalağın çıxarılma əməliyyatıdır, açıq və ya laparoskopik üsulla aparıla bilər
Təsnifatı
Göstərişlərə görə |
|
Göstərişin dərəcəsinə görə |
|
Texnikasına görə |
|
Splenektomiyaya göstərişlər (əsas məqsədlər)
Splenektomiya əməliyyatı müxtəlif məqsədlərlə aparıla bilir ki, bunları da aşağıdakı 5 qrupda cəmləşdirmək olar:
- Travmalarda qanaxmanı dayandırmaq üçün
- Xəstə qan hüceyrələrinin ömrünü uzatmaq üçün
- Sferositoz
- Autoimmun hemolitik anemiya
- İdiopatik trombositopenik purpura
- Trombotik trombositopenik purpura
- Talassemiya
- Oraq hüceyrəli anemiya
- Digər
- Splenomeqaliya ağırlaşmalarını aradan qaldırmaq üçün
- Sitopeniyanı düzəltmək
- Varikoz qanaxmanın müalicəsi
- Mexaniki təsiri aradan qaldırma
- Dalaqda yerləşən xəstəlik mənbəyi və kütlələri çıxarmaq üçün
- Leyşmaniya
- Malyariya
- Şişlər
- Kistlər
- Abses
- Hematoma
- Diaqnostik məqsədlə
- Səbəbi bilinməyən splenomeqaliya
- Limfomalar
- Dalaqda naməlum kütlə
Splenektomiyaya göstəriş dərəcələri və əks göstərişlər:
- Mütləq göstərişlər (splenektomiya ilk və ya yeganə seçimdir)
- Ağır dalaq travmaları (davam edən qanaxma, şok)
- İnvaziv şişlərdə en-blok splenektomiya
- Böyük exinokokk
- Dalaq venası trombozuna bağlı splenomeqaliya və mədə varikozu
- Dalağın birincili törəmələri
- Xəstə dalağın zədələnməsi
- Nisbi göstərişlər (splenektomiyaya yeganə seçim deyil, digər müalicələr fayda vermədikdə tövsiyə edilir)
- Sferositoz
- Autoimmun hemolitik anemiya
- Oraq hüceyrəli anemiya
- İdiopatik trombositopenik purpura
- Felty sindromu (immun neytropeniya)
- Dalaq absesi
- Birincili hipersplenizm
- Mübahisəli göstərişlər (slpenektomiyanın faydası mübahisəlidir)
- Qeyri-parazitar kistlər
- Talassemiya
- Limfomalar
- Trombotik trombositopenik purpura
- Mielofibrotik xəstəliklər
- Əks göstərişlər
- Kəskin leykemiya
- Aqranulositoz
- Asimptomatik hipersplenizm
Əməliyyatönü hazırlıq
Əməliyyat vaxtı və əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası üçün splenektomiyadan əvvəl ümumi hazırlıq tədbirləri ilə yanaşı 3-4 həftə əvvəl kapsullu bakteriyalara qarşı peyvənd tövsiyə edilir. Əgər əməliyyat təcili edilərsə 2 həftə sonra peyvənd edilməsi tövsiyə olunur.
Splenektomiyanın texnikası
Splenektomiya açıq və laparoskopik üsulla aparıla bilər. Təcrübə və imkan varsa laparoskopik üsul ilk seçimdir.
SPLENEKTOMİYA AĞIRLAŞMALARI
Soltərəfli plevral maye və ağciyər atelektazı
Ən çox rast gəlinən ağırlaşmadır (10%), ağrıya və diafraqma altı iltihaba bağlı meydana gəlir. Yetərli ağrısızlaşdırma, laparoskopik əməliyyat və erkən aktivləşdirmə, fizioterapiya əsas profilaktik tədbirlərdir. Davamlı hallarda diafraqma altı absesi yoxlamaq lazımdır.
Qonşu orqan yaralanması
Yetərsiz disseksiya və enerji qaynaqlarının orqan divarına yaxın istifadəsi yaralanma və yanıq nekrozlarına səbəb ola bilir. Ən çox pankreasın quyruğı (6-15%) və mədənin böyük əyriliyi zədələnir və nəticədə abses və ya fistullar əmələ gəlir. Bunlardan başqa diafraqma, kolon və digər orqanlar da zədələnə bilər. Əməliyyat vaxtı tapılan ağırlaşmalarda tikiş qoymaq və drenaj etmək lazımdır. Əməliyyatdan sonra tapılan zədələnmələrdə drenaj ilk seçimdir.
Qanaxma
Əməliyyatdaxili qanaxma adətən qapı diseksiyasında və kapsula zədələnməsi nəticəsində baş verir (2-6%). Əməliyyatdan sonrakı qanaxmalar ədətən yetərsiz hemostaza və ya hipokoaqulyasiyaya bağlı meydana gəlir, hematoma, massiv qanaxma və şok əlamətləri ilə biruzə verə bilər. Massiv qanaxmalarda təcili təkrar əməliyyat, asimptomatik hematomalarda izləmə, infektiv hematomalarda (abses) drenaj lazımdır.
Subdiafraqmatik abses
Splenektomiyalardan sonra 2-3% hallarda rast gəlinir, adətən hematomanın irinləməsi, pankreatik və ya mədə yaralanmasının nəticəsində əmələ gəlir. Əməliyyatdan sonrakı ilk həftələr və ya aylarda görünə bilər. Diaqnozu klinik (ağrı və sepsis) və görüntüləmə əlamətlərinə (KT-də yığıntı) görə qoyulur. Müalicəsi üçün perkutan drenaj və antibiotikoterapiya ilk seçimdir.
Trombositoz
Splenektomiyadan sonra trombositlərin eliminasiyasının azalması nəticəsində trombositlərin sayı artır. Splenomeqaliyalara və mielofibrozisə görə aparılan splenektomiyalar trobositoz üçün yüksək risk faktorudur. Trombosit sayı 1 milyonu keçərsə tromboz profilaktikası üçün aspirin istifadə edilir.
Dalaq venası trombozu
Splenektomiyalardan sonra 8-10% hallarda dalaq venası trombozu baş verir. Venada axının azalması, trombositoz və trombofiliya əsas mexanizmləri hesab edilir. Geniş splenik vena (splenomeqaliyalar), mileofibrozis və vena güdülünün tikişlə yox büzülərək bağlanması risk amilləridir. Dalaq venasının trombozu müalicə olunmadıqda portal və mezenterik venalara yayıla bilər. Klinik olaraq adətən ağrı və zəif hərartlə biruzə verir. Diaqnozu kontrastlı KT ilə dəqiqləşdirilir. Tromboz təyin edilərsə təcili antikoaqulyant müalicə başladılır. Profilaktikası üçün trombosit sayı 1 milyon/ml-dan çox olanlarda aspirin, trombofilik vəziyyətlərdə və böyük splenomeqaliyalarda antikoaqulyant tövsiyə edilir.
Splenoz
Splenoz dalaq toxumasının qarın daxilində diffuz implantasiyası və inkişafıdır. Adətən dalağın travmatik, spontan və ya yatrogen partlaması nəticəsində meydana gəlir. İmplantatlar autotransplantat kimi dalağın immun və digər funksiyalarını davam etdirirlər. Ona görə də postsplenik sepsis, trombositoz kimi ağırlaşmalar meydana gəlmir. Lakin bitişmələr və bağırsaq keçməzliyi, xəstəliklərin residivi kimi ağırlaşmalar da törədə bilirlər. Əksəriyyəti asimptomatik gedir, ağırlaşmalar meydana gəldikdə simptomlar ortaya çıxa bilir. Splenektomiyalardan və ya dalaq travmalarından sonra bağırsaq keçməzliyi, trombositozun olmaması, qanın hüceyrələrinin normal quruluşu, görüntüləmədə qarında çoxsaylı törəmələr splenozisə şübhə yaradır. Diaqnozu qanda Howel-Jolly cisimciklərinin olmaması (bu cisimlər eritrosit qalıntılarıdır və dalaq tərəfindən təmizlənirlər, splenektomiyalarda çox rastlanır), KT-də çoxsaylı dalaqşəkilli törəmələr, biopsiyada dalaq toxuması əlamətlərinə görə dəqiqləşdirilir. Profilaktikası üçün əməliyyat vaxtı dalağın bütövlüyünə diqqət etmək lazımdır. Ağırlaşma olmadıqda heç bir müalicəyə ehtiyac yoxdur. Ağırlaşma zamanı çıxarmaq və ya bitişmələri kəsmək lazım gəlir.
Postsplenektomik sepsis
Dalaq çıxarıldıqdan sonra meydana gələn nadir ağırlaşma olub, sürətlə inkişaf edən ağır bakterial sepsisdir. Kapsulalı bakteriyalar, xüsusən də pnevmokokk, hemofilius və meningokokklar ən çox rast gəlinən mikroorqanizmlərdir. Təxminən 80%-i ilk 2 ildə rast gəlinir. Xəstəlik əvvəlcə zəif qeyri-spesifik əlamətlərlə (halsızlıq, yorğunluq, burun axıntısı və s) başlayır, sürətlə proqressivləşərək yüksək hərarət, septik şok və yayğın damardaxili laxtalanma sindromu meydana gəlir, müalicə olunmazsa 12-48 saat ərzində ölümlə nəticələnə bilər. Müalicədə yüksək doza antibiotiklər verilir və dəstək müalicələri aparılır. Profilaktikası üçün:
- splenektomiyadan 2-3 həftə əvvəl və ya 2 həftə sonra kapsullu bakteriyalara qarşı polivalent vaksinasiya (Pneumovax)
- yüksək riskli qruplarda əlavə olaraq uzunmüddətli antibiotikoterapiya (2 yaşındakı uşaqlarda 6 yaşına qədər penisillin və ya ampisillin)
- dalaq travmalarında autotransplantasiya.
- Splenektomiya olunmuş xəstələrdə ilkin əlamətlər olarsa təcili antibiotikoterapiya.
Hiposplenizm
Hiposplenizm dalağın funksiyasında azalmanı ifadə edir, ölçüsü ilə düz mütənasib deyildir. Dalaq çıxarıldıqdan və total dalaq infarktından sonra müşahidə edilir. Hiposplenizmin xarakterik əlaməti qanda Howell-Jelly cisimciklərinin tapılmasıdır. Spesifik müalicəsi yoxdur.
Özət
Splenektomiya müalicə və ya diaqnostika məqsədi ilə dalağın çıxarılma əməliyyatıdır, açıq və ya laparoskopik üsulla aparıla bilər. Bu əməliyyat bəzi xəstəliklərdə birinci seçim müalicə tədbiri kimi (ağır travma, dalağın bəd xasssəli törəmələri, nekrozu, dalaq venası trombozu və varikoz qanama, böyük exinokokk və s.), bəzi xəstəliklərdə ikinci seçim müalicə tədbiri kimi (sferositoz, autoimmun hemolitik anemiya, oraq hüceyrəli anemiya, immun trombositopeniya, immun neytropeniya, abses, hipersplenizm, desensiblizasiya və s.) tətbiq edilir. Kəskin leykemiya, aqranulositoz və asimptomatik hipersplenizm spenektomiyaya əks göstəriş hesab edilir. Splenektomiyadan sonra plevral maye, qanaxma, hematoma, orqan zədələnməsi, abses dalaq venası trombozu, trombositoz, splenoz, postsplenektomik sepsis kimi ağırlaşmalar meydana gələ bilir. Əməliyyatdan əvvəl və ya sonrakı həftələrdə kapsullu bakteriyalara qarşı peyvənd, aztravmatik əməliyyat, trombositozlarda anti-aqerqant istifadəsi ağırlaşmaların profilaktikası üçün vacib tədbirlərdir.
Splenektomiya və ağırlaşmaları üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Cərrahi praktikada dalaq daha çox nə ilə məhşurdur? |
Küt travmalarda intraabominal ən çox zədələnən orqanlardandır |
Splenektomiya nədir? |
Dalağın çıxarılma əməliyyatıdır |
Mütləq göstərişlər hansılardır? |
|
Nisbi göstərişlər hansılardır? |
|
Mübahisəli göstərişlər hansılardır? |
|
Hansı bəd xassəli xəstəliklər splenektomiyaya göstərişdir? |
|
Əks göstərişlər hansılardır? |
|
Splenektomiyadan sonra hansı laborator testlər normal deyil? |
|
Postsplenektomik xəstələrdə qan yaxmasında nə tapılır? |
Periferik yaxmada:
|
Ağırlaşmaları nələrdir? |
|
Ən çox rast gəlinən ağırlaşma hansıdır? |
Soltərəfli plevral maye və ağciyər atelektazı |
Soltərəfli plevral mayenin toplanması və ağciyər atelektazının yaranmasının əsas səbəbi nədir? |
Ağrı və diafraqmaaltı abses |
Soltərəfli plevral mayenin toplanmaması və ağciyər atelektazının baş verməməsi üçün hansı profilaktik tədbirlər görülməlidir? |
|
Splenektomiyalarda ən çox zədələnən orqan hansıdır? |
Pankreas quyruğu |
Qonşu orqan zədələnmələri zamanı müalicə taktikası necədir? |
Tikiş qoymaq və drenaj etmək |
Qanaxmanın müalicə taktikası necədir? |
|
Postsplenektomik (subdiafraqmatik) absesin səbəbi nədir? |
Dalaq yatağında hematoma və yığıntının infeksiyalaşması, orqan zədələnmələri |
Rastgəlmə tezliyi nə qədərdir? |
Splenektomiyalardan sonra 2-3% hallarda |
Klinik əlamətləri hansılardır? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT – yığıntının aşkarlanması |
Müalicə üsulları hansılardır? |
perkutan drenaj və antibiotikoterapiya |
Splenektomiyadan sonra trombositozun səbəbi nədir? |
trombositlərin eliminasiyasının azalması
|
Risk faktoru nədir? |
Splenomeqaliyalara və mielofibrozisə görə aparılan splenektomiyalar |
Hansı hallarda trombozun profilaktkası aparılmalıdır? |
Trombosit sayı 1 milyonu keçərsə - aspirin |
Dalaq venası trombozunun rastgəlmə tezliyi nə qədərdir? |
Splenektomiyalardan sonra 8-10% hallarda |
Risk amilləri nələrdir? |
|
Patogenezi nədən ibarətdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Kontrastlı KT |
Müalicə üsulları hansılardır? |
Təcili antikoaqulyant müalicə |
Profilaktika üsulları hansılardır? |
|
Proqnozu nədir? |
Müalicə olunmadıqda portal və mezenterik venalara yayıla bilər |
Splenoz nədir? |
Dalaq toxumasının qarın daxilində kiçik parçalarla diffuz implantasiyası və inkişafıdır |
Səbəbi və ya risk faktorları nələrdir? |
Dalağın travmatik, spontan və ya yatrogen partlaması |
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Splenektomiyalardan və ya dalaq travmalarından sonra:
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Laborator əlamətləri nələrdir? |
qanda yaxmasında Howell-Jolly cisimciklərinin olmaması (bu cisimlər eritrosit qalıntılarıdır və dalaq tərəfindən təmizlənirlər, splenektomiyalarda çox rastlanır) |
Görüntüləmə əlamətləri nələrdir? |
KT-də çoxsaylı dalaqşəkilli törəmələr (biopsiyada - dalaq toxuması) |
Müalicə üsulları hansılardır? |
|
Profilaktika üsulları hansılardır? |
Əməliyyat vaxtı dalağın bütövlüyünə diqqət etmək lazımdır |
Postsplenektomik sepsis nədir? |
Dalaq funskiyasının itirilməsi nəticəsində bakteriyalara qarşı müqavimətin azalması və sürətlə inkişaf edən sepsis və septik şok |
Böyüklərdə postsplenektomik sepsis rastgəlmə tezliyi nə qədərdir? |
<1% |
Uşaqlarda rastgəlmə tezliyi və letallığı nə qədərdir? |
Rastgəlməsi 1%-2%, letallığı 50% |
Niyə 5-6 yaşlı uşaqlarda postsplenektomik sepsis daha çox rast gəlinir? |
Bu yaşda immun sistem tam formalaşmadığı üçün |
Ən çox hansı bakteriyalar postsplenektomik sepsisə səbəb olur? |
Kapsullu bakteriyalar: Streptococcus pneumaniae, Neiserria meningitis, H.influenza |
Patogenezi nədən ibarətdir? |
Dalağın immun funksiyasının aradan qalxması – opsoninin azalması, İgM sintezinin azalması, faqositozun və bakteriaların təmizlənməsinin azalması |
Postsplenektomik sepsisin tipik klinikası necədir? |
|
Postsplenektomik sepsisin profilaktikası nədən ibarətdir? |
|
Splenektomiyalı xəstələrdə immunizasiya üçün ən yaxşı vaxt nə zamandır? |
|
Splenoektomiya olunan xəstələr adətən hansı vaksinasiyaları almalıdırlar? |
Pneumococcus, Meningococcus, Haemophilius influenza tip B |
Müalicə üsulları hansılardır? |
|
Proqnozu nədir? |
Müalicə olunmazsa 12-48 saat ərzində ölümlə nəticələnir |
Hiposplenizm nədir? |
Dalağın funksiyasında azalması |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Qanın periferik yaxması |
Laborator əlamətləri nələrdir? |
qanda Howell-Jelly cisimciklərinin tapılması |
Müalicə üsulları hansılardır? |
Spesifik müalicəsi yoxdur |
Hiposplenizm hansı xəstələrdə olur? |
Xoralı koliti olan xəstələrdə |
Postsplenik hiposplenizmin ən effektiv profilaktikası hansıdır? |
Dalaq autotransplantasiyası |
Hansı hallarda dalaq autotransplantasiyası daha çox tövsiyə edilir? |
Durğunluğa və travmaya görə aparılan splenektomiyalarda |