Bayramov N.Y., Rzayev T.M.
Dalağın ən çox rast gəlinən damar xəstəliklərinə aşağıdakılar aid edilir:
- dalaq infarktı
- dalaq arteriyası anevrizması
- dalaq venası trombozu.
DİAQNOSTİK YANAŞMA
Şübhə
Dalağın damar xəstəlikləri asimptomatik ola bilər və ya müxtəlif əlamətlərlə biruzə verə bilər. Qarının sol tərəfində ağrı, bəzən hərarət, splenomeqaliya, USM-də dalaqda, dalaq qapısında və ya arteriya proyeksiyasında kütlə görünməsi, hamilələrdə isə hemorragik şok əlamətləri, endoskopiyada mədə varikozları dalağın damar xəstəliklərinə şübhə yaradır.
Dəqiqləşdirmə
Dalağın damar xəstəliklərini dəqiqləşdirmək üçün əsas müayinə angioqrafiyadır və KT-angioqrafiya ilk seçimdir.
Dalaq infarktı üçün kontrast tutmayan piramidşəkilli bölgənin görünməsi xarakterikdir. Bu xəstələrdə infarktın aşağıdakı səbəblərini səbəbini axtarmaq lazımdır:
- trombofilik vəziyyətlər (bəd xassəli xəstəliklər, antifosfolipid sindromu və s)
- embologen səbəblər: atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya
- mileoproliferativ xəstəliklər (polisitemiya vera, mielofibroz, trombositemiya və s)
- hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya)
- böyük splenomeqaliyalar
- dalaq burulması
- dalaq travması
Dalaq arteriyası anevrizması üçün KT angioqrafiyada anevrizmanın görünməsi xarakterikdir. Hamilələrdə partlama və hemorragik şok əlamətləri də ola bilər.
Dalaq venası trombozu KT angioqrafiyada venanın trombozu və ya görünməməsi şəkilində ortaya çıxır. Bu xəstələrdə trombozun səbəbini təyin etmək lazım gəlir (pankreatit, pankreas xərçəngi, mədənin arxa divar xorası, retroperitoneal fibroz və splenektomiya).
MÜALİCƏ YANAŞMASI
Dalaq infarktında asimptomatik və ağırlaşmamış hallarda izləmə, ağırlaşmalarda (qanaxma, infeksiya) isə cərrahi müdaxilə lazım gəlir (adətən splenektomiya).
Dalaq arteriyası anevrizmasında ölçüsü, simptomları və hamiləlik nəzərə alınır:
- hamiləlik planlaşdırılan xəstələrdə müalicə lazımdır(partlama ehtimalı yüksək olduğu üçün)
- ölçüsü 2 sm-dən kiçik və asimptomatik anevrizmalarda müşahidə tövsiyə olunur.
- ölçüsü 2 sm-dən böyük və ya simptomatik və ya ətrafında iltihabı olan anevrizmalarda müalicə lazımdır.
- İlk seçim anevrizmanın distal və proksimalının bağlanmasıdır. Bu mümkün olmayanda splenektomiya ilə birlikdə eksiziya və ya endovaskulyar embolizasiya edilə bilər (embolizasiylarda dalaq infarktı inkişaf edə bilir)
Dalaq venası trombozu xoşxassəli xəstəlik mənşəlidirsə splenektomiya tövsiyə edilir, bəd xassəli xəstəlik mənşəli trombozlarda isə splenektomiya faydasızdır.
DALAQ İNFARKTI
Tərifi
Dalaq infarktı dalaq arteriyasının və ya şaxələrinin trombla, emolla tutulmsı və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur.
Səbəbləri
Dalaq infarktı aşağıdakı xəstəliklərin ağırlaşması kimi ortaya çıxa bilər:
- trombofilik vəziyyətlər (bəd xassəli xəstəliklər, antifosfolipid sindromu və s)
- embologen səbəblər: atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya
- mileloproliferativ xəstəliklər (polisitemiya vera, mielofibroz, trombositemiya və s)
- hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya)
- böyük splenomeqaliyalar
- dalaq burulması
- dalaq travması
Gedişi
Dalaq infarktı əksər hallarda dalaqda fibroz və ya psevdokistlə nəticələnir. Lakin, qanaxma və absesləşmə kimi ağırlaşmalar da törədə bilər.
Klinikası
İnfarkt xəstələrin təxminən yarısında simptomsuz və ya zəif əlamətlərlə biruzə verir, yarısında isə aşağıdakı əlamətlərlə ortaya çıxır:
- qarının sol tərəfində ağrı
- ürəkbulanma və qusma
- sol qabırğaaltında palpator ağrı
- hərarətin artması
- leykositoz
- LDH artması
Diaqnostikası
Diaqnozu kontrastlı KT ilə qoyulur: kontrast tutmayan piramidşəkilli bölgənin görünməsi xarakterikdir.
Müalicəsi
Müalicəsi üçün asimptomatik və ağırlaşmamış hallarda izləmə tövsiyə edilir, ağırlaşmalarda (qanaxma, infeksiya) isə cərrahi müdaxilə lazım gəlir (adətən splenektomiya).
DALAQ ARTERİYASI ANEVRİZMASI
Dalaq arteriyasının anevrizması az rast gəlinən patologiyalardandır, qarın boşluğu damarlarının anevrizması arasında aorta və qalça arteriyaları anevrizmalarından sonra üçüncü yerdə durur.
Klinikası və diaqnostikası
Ağrı və dalaq infarktı əlamətləri ilə ortaya çıxa bilir, hamiləlikdə isə partlama ehtimalı çox yüksəkdir.
Adətən təsadüfü USM və KT müayinələrində arteriya proeksiyasında kütlə kimi görünür. Diaqnozu KT angioqrafiya ilə dəqiqləşdirilir.
Müalicəsi
Müalicəsində ölçüsü, simptomları və hamiləlik nəzərə alınır:
- hamilələlik planlaşdırılan xəstələrdə müalicə lazımdır(partlama ehtimalı yüksək olduğu üçün)
- ölşüsü 2 sm-dən kiçik və asimptomatik anevrizmalarda müşahidə tövsiyə olunur.
- ölçüsü 2 sm-dən böyük və ya simptomatik və ya ətrafında iltihabı olan anevrizmalarda müalicə lazımdır.
- İlk seçim anevrizmanın distal və proksimalının bağlanmasıdır. Bu mümkün olmayanda splenektomiya ilə birlikdə eksiziya və ya endovaskulyar embolizasiya edilə bilər (embolizasiylarda dalaq infarktı inkişaf edə bilir)
DALAQ VENASI TROMBOZU
Dalaq venasının izolə trombozu və ya soltərəfli portal hipertenziya qarındaxili venaların ən çox rast gəlinən trombozudur.
Səbəbi
Səbəbini adətən dalaq xəstəliyi yox, dalaq ətrafı orqanların iltihabi və neoplastik xəstəlikləri təşkil edir. Ən çox rastgəlinən səbəbi pankreatitdir, ikinci yerdə pankreas xərçəngi və mədənin arxa divar xorası durur, retroperitoneal fibroz və splenektomiya digər səbəbləri arasındadır.
Gedişi və ağırlaşmaları
Dalaq venası trombozu mədə dibi varikozlarını və varikoz qanaxma (15-20%), splenomeqaliya və hipersplenizm törədə bilir. Dalaq venası trombozunda venoz drenaj kiçik venalar vasitəsi ilə mədə damarlarına drenaj olduğu üçün izole mədə varikozları meydana gəlir.
Klinikası və diaqnostikası
Dalaq venası trombozu asimptomatik ola bilər və ya splenomeqaliya, hipersplenizm və mədə varikozları ilə biruzə verə bilər. Qastroskopiyada izole mədə varikozları tapılması dalaq venası trombozuna yüksək şübhə yaradır. Diaqnozunu dəqiqləşdirmək üçün KT/MRT angioqrafiya lazımdır.
Müalicəsi
Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda ilk seçim splenektomiyadır. Bəd xassəli xəstəlik mənşəli trombozlarda isə splenektomiya faydasızdır.
Özət
Dalağın ən çox rast gəlinən damar xəstəliklərinə dalaq infarktı, dalaq arteriyası anevrizması və dalaq venası trombozu aid edilir.
Dalaq infarktı dalaq arteriyasının və ya şaxələrinin trombla, embolla tutulması və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur. Trombofilik vəziyyətlər (bəd xassəli xəstəliklər, antifosfolipid sindromu və s), emboliyalar (atrial fibrilyasiya, açıq oval dəlik, atereskleroz, müalicəvi embolizasiya), mileloproliferativ xəstəliklər (polisitemiya vera, mielofibroz, trombositemiya və s.), hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya), böyük splenomeqaliyalar, dalaq burulması və dalaq travması infarkta səbəb ola bilər. İnfarkt xəstələrin təxminən yarısında simptomsuz və ya zəif əlamətlərlə biruzə verir, yarısında isə qarının sol tərəfində ağrı, ürəkbulanma və qusma, hərarətin artması, leykositoz ilə biruzə verir, əksər hallrda fibrozla nəticələnir, az hallrda isə absesə və qanaxmaya səbəb olur. Diaqnozu kontrastlı KT ilə qoyulur: kontrast tutmayan piramidşəkilli bölgənin görünməsi xarakterikdir. Asimptomatik hallarda izləmə, ağırlaşmalarda (qanaxma, infeksiya) isə cərrahi müdəxilə lazım gəlir (adətən splenektomiya).
Dalaq arteriyasının anevrizması qarın boşluğu damarlarının anevrizması arasında aorta və qalça areteriyaları anevrizmalarından sonra üçüncü yerdə durur. Ağrı və dalaq infarktı əlamətləri ilə ortaya çıxa bilir, hamiləlikdə isə partlama ehtimalı çox yüksəkdir. Diaqnozu KT angioqrafiya ilə dəqiqləşdirilir. Müalicəsində ölçüsü, simptomları və hamiləlik nəzərə alınır: hamilələlik planlaşdırılanlarda, ölçüsü 2 sm-dən böyük, simptomatik anevrizmalarda müalicə lazımdır ( distal və proksimalının bağlanması, splenektomiya, embolizasiya); ölşüsü 2 sm-dən kiçik və asimptomatik anevrizmalarda müşahidə tövsiyə olunur.
Dalaq venasının tombozu və ya soltərəfli portal hipertenziya qarındaxili venaların ən çox rast gəlinən trombozudur. Ən çox rastgəlinən səbəbi pankreatitdir, ikinci yerdə pankreas xərçəngi və mədənin arxa divar xorası durur, retroperitoneal fibroz və splenektomiya digər səbəbləri arasındadır. Xəstəlik mədə dibi varikozlarını və varikoz qanaxma (15 – 20%), splenomeqaliya və hipersplenizm törədə bilir. Diaqnozu KT/MRT angioqrafiya ilə dəqiqləşdirilir. Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda splenektomiya tövsiyə edilir, bəd xassəli xəstəlik mənşəli trombozlarda isə splenektomiya faydasızdır.
Dalağın damar xəstəlikləri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Dalaq infarktı nədir? |
Dalaq arteriyasının və ya şaxələrinin trombla, embolla tutulması və ya sıxılması nəticəsində meydana gələn işemik nekrozdur |
Səbəbi və ya risk faktorları nələrdir? |
Aşağıdakı xəstəliklərin ağırlaşması kimi ortaya çıxa bilər:
|
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Kontrastlı KT |
Görüntüləmə əlamətləri nələrdir? |
Kontrastlı KT-də - kontrast tutmayan piramidşəkilli bölgə |
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Ağırlaşmaların olması |
Əməliyyat üsulları hansılardır? |
Splenektomiya |
Proqnozu nədir? |
Əksərən dalaqda fibroz və ya psevdokistlə nəticələnir. |
Dalaq arteriyasının anevrizması nədir? |
Dalaq arteriyasının divarının kisəşəkilli genişlənməsi |
Rastgəlmə tezliyi nə qədərdir? |
Az rast gəlinən patologiyadır |
Ağırlaşmaları nələrdir? |
Partlama, qanama, dalaq infarktı |
Klinik əlamətləri hansılardır? |
Ağrı və dalaq infarktı əlamətləri |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
USM və KT müyinələrində arteriya proyeksiyasında kütlə kimi görüntü olan xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT angioqrafiya |
Görüntüləmə əlamətləri nələrdir? |
Damarın seqmentar genişlənməsi |
Müalicə üsulları hansılardır? |
|
Əməliyyat üsulları hansılardır? |
|
Embolizasiya zamanı baş verə biləcək ağırlaşmalar hansılardır? |
Dalaq infarktı inkişaf edə bilər |
Proqnozu nədir? |
Hamiləlikdə partlama ehtimalı çox yüksəkdir. |
Dalaq venası trombozunda splenektomiyaya göstəriş hansıdır? |
Hipersplenizm və mədə varikozu |
Dalaq venasının izole trombozu və ya soltərəfli portal hipertenziyanın rastgəlmə tezliyi nə qədərdir? |
Qarındaxili venaların ən çox rast gəlinən trombozudur. |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Dalaq venası trombozunun ən çox rastlanan səbəbi? |
Pankreatitlər |
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Qastroskopiyada izolə mədə varikozları tapılan xəstələrdə |
Izolə qastrik varikozlara ən çox nə səbəb olur? |
Dalaq venası trombozu |
Dalaq venası trombozunda izolə mədə varikozlarının əmələ gəlmə səbəbi nədir? |
Venoz drenaj kiçik venalar vasitəsi ilə mədə damarlarına drenaj olduğu üçün |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT/MRT angioqrafiya |
Müalicə üsulları hansılardır? |
Splenektomiya |
Əməliyyata göstərişlər nələrdir? |
Xoşxassəli xəstəlik mənşəli dalaq venası trombozunda |
Bəd xassəli xəstəlik mənşəli trombozlarda splenektomiya faydalıdırmı? |
Xeyr |
Splenik vena trombozundan əmələ gəlmiş qastrik varikozların müalicəsi nədir? |
Splenektomiya |