Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

MAV CƏRRAHİ XƏSTƏLİKLƏRİ VƏ DİAQNOSTİK YANAŞMA

N.Y.Bayramov, T.İ. Ömərov

 

Mədəaltı vəzin cərrahi xəstəlikləri

 

  • MAV anomaliyaları
  • Kəskin pankreatit
  • Xroniki pankreatit
  • Pankreas kistləri
  • MAV xərçəngi
  • Adacıq şişləri
  • Travmaları

 

Müayinələr

 

Klinik

  • Ağrı
  • Qusma
  • Diarreya
  • Sarılıq
  • Arıqlama
  • Qarın əlamətləri

 

Laborator

  • Zədələnmə göstəriciləri
    • Amilaza
    • Lipaza
  • Enzim yetməzliyi göstəriciləri
    • Nəcisdə yağlar
  • Hormonlar
  • Şiş markerləri

 

Görüntüləmə

  • USM (transabdominal, laparoskopik, endoskopik)
  • KT
  • MRT
  • PET
  • ERXPQ
  • Pankreatoskopiya
  • Biopsiya
  • Laparoskopiya

 

MAV xəstəliklərinə diaqnostik yanaşma

 

Prinsip

MAV xəstəliklərinin əksəriyyəti parenximada və ya axcaqda üzvi dəyişiklik törətdiyini nəzərə alaraq diqnostikada görüntüləmə müayinələri həlledici yer tutur.

 

Şübhə

Aşağıdakı əlamətlərin hər hansı biri varsa MAV xəstəliklərinə şübhə yaranır.

  • Daimi, güclü, postbrandial ağrı
  • Sarılıq
  • Qusma
  • Diareya
  • Arıqlama
  • Hiperqlikemiya
  • Hipoqlikemiya
  • Mədə və 12bb-da çoxsaylı xoralar
  • Epiqastral kütlə

 

Dəqiqləşdirmə

Birinci pillə müayinələri

Bu mərhələdə məqsəd təcili xəstəliyi, MAV parenximasında üzvi dəyişikliyi və xarakterini, endokrin və ekzokrin funksiyaları araşdırmaqdır. Geniş klinik müayinə, USM, amilaza və ya lipaza, qanda şəkər, nəcisdə yağ birinci pillə müayinələrinə aiddir. USM mədəaltı vəzi parenximasında dəyişiklik göstərirsə var deməkdir, göstərmirsə yox demək deyil. İlkin müayinələrdən bir neçə nəticə ortaya çıxa bilər.

 

 

  • Birinci nəticə - təcili xəstəlik və ya təcili xəstəliyə yüksək şübhə yaranır. Kəskin pankreatit MAV-ın ən çox rast gəlinən təcili xəstəliyidir. Bu xəstəliyin diaqnozunu əksər hallarda ilkin müayinələrlə təyin etmək mümkün olur (kəskin başlayan və davam edən güclü ağrılar, amlizanın 3 dəfədən çox artması, USM-də MAV-ödemi). Digər kəskin cərrahi xəstəliklərdən differensiasiya çətinliyi olarsa KT, hətta laparoskopiya və ya laparotomiya edilə bilir
  • İkinci nəticə - lokal dəyişiklik –törəmə (lər) tapılır. USM-ə görə törəmələr iki növü ayrıd edilir: kistik və toxumalı. Kistlərin və toxumalı törəmələrin təbiətini müəyyənləşdirmək üçün növbəti pillədə tomoqrafiya aparılır.
  • Üçüncü nəticə - MAV-da diffuz dəyişilik tapılır. Bunlara diffuz ödem, böyümə, kiçilmə və yağlı dəyişiklik aiddir. Belə halda klinik və laborator göstəriciləri də nəzərə alaraq kəskin pankreatit, xroniki pankreatit, ödem törədən digər vəziyyətlər (sepsis, vərəm, hipoalbuminemiya və ürək yetməzliyi, böyrək yetməzliyi və s), yaşa bağlı atrofiya araşdırılır.
  • Dördüncü nəticə - USM-də üzvi dəyişiklik tapılmır, lakin laborator və klinik əlamətlər MAV xəstəliyinə ciddi şübhə yaradır (kəskin və ya xroniki pankreatit şübhəsi, hipoqlikemiyalar, mədə və 12bb-da çoxsaylı xoralar). Belə halda növbəti mərhələ müayinələr aparılır.

 

İkinci pillə müayinələr

Bu mərhələdə məqsəd MAV-dakı üzvi dəyişikliyin təbiətini dəqiqləşdirmək və ətraf orqanlardakı patologiyanı araşdırmaqdır. Kontrastlı KT ilk seçimdir. Bu mərhələdə bir neçə nəticə ola bilər

  • Birincisi, diffuz dəyişikliyin kəskin (ödem) yoxsa xroniki pankreatit olduğu (fibroz və kalsifikasiya) dəqiqləşdirilir, ətraf orqanlarda infiltrat, maye və sairə olduğu müəyyənləşdirilir. Xroniki pankreatit təyin olunarsa duktoqrafiya gərəkir.
  • İkincisi, kistik törəmənin təbiəti müəyyən olunur. Yalançı, neoplastik, parazitar kistlər arasında differensiasiya aparılır. Birinci və ikinci pillə müayinələri kistik törəmənin təbiətini əksər hallarda dəqiqləşdirir. Əks halda növbəti pillə müayinələr edilir.
  • Üçüncüsü, toxumalı və qarışıq törəmələrin təbiəti dəqiqləşdirilir. Xüsusilə adenokarsinoma, pankreatik nekroz, adacıq törəmələri, metastatik törəmələr, induratif pankreatit arasında differensiasiya aparılır. Kontrast tutmayan lokal dəyişiklik nekrozlar üçün, arterial fazada kontrast tutma, venoz fazada yuyulma bəd xassəli törəmələr üçün, hipervaskulyar törəmələr adacıq şişləri üçün, kalsifikasiyalı törəmələr indurativ pankreatit üçün xarakterikdir. Törəmənin təbiəti dəqiqləşmirsə üçüncü pillə müayinələr edilir.

 

 

Üçüncü pillə müayinələri

Bu mərhələdə xəstəliyin ağırlıq dərəcəsini, mərhələsini, bəzən də növünü dəqiqləşdirmək üçün və differensiasiya məqsədli müayinələr aparılır:

  • Şiş markerləri
  • MRT
  • Endoskopik USM
  • PET
  • Duktoqrafiya
  • Biopsya
  • Laparoskopiya
  • Laparotomiya
  • Digər

 

Müdaxilələr

Perkutan drenaj

 

Laparoskopik və açıq drenajlar

 

Pankreato-digestiv anastomozlar

Pankreato-duodenal rezeksiyalar

Distal pankreas rezeksiyası

 

Adacıq törəmələrində enukleasiya, rezeksiya

 

Axacaq stendi və s.

 

 

Əməliyyatdan sonrakı ağırlaşmalar

  • Pankreato-yeyunoazastomoz buraxması
  • Qanaxmalar
  • Şəkərli diabet