Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qida borusu xəstəlikləri - Özətlər və Suallar

Qida borusunun hərəki funksiyasının pozulmaları - Özət və Suallar

Özət

QB əzələlərinin üzvi dəyişikliklərlə ələqadar olmayan funksional pozulmaları birincili funksional xəstəliklər adlanır. Onlara eninəzolaqlı əzələlərinin dismotorikası  (orofaringeal disfagiya) və saya əzələlərin dismotorikası (axalazıya, diffuz və seqmentar ezofageal spazm və “fındıqqıran” qida borusu) aid edilir. Funksional xəstəliklər kəskin və ya xroniki disfagiya, ağrı, requrgitasiya, aspirasiya əlamətləri ilə ortaya çıxır. Diaqnoz kardioloji və üzvi xəstəliklər inkar edildikdən  sonra funksional müayinələrlə dəqiqləşdirlilir. Ona görə də geniş müayinələr aparmaq lazım gəlir.  Müalicə konservativ (spazmolitiklər, dilatasiya) və cərrahi (miotomiya) üsullarla aparılır.

 

Qida borusunun dismotorikası üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqusun hərəki funksiyasının pozulmaları nədir?

Ezofaqusda peristaltikanın zəifləməsi

Hansı klinik formaları var?

  • Birincili:
    • eninəzolaqlı əzələlərin dismotorikası  (orofaringeal disfagiya);
    • saya əzələlərin dismotorikası (axalaziya, diffuz və seqmentar ezofageal spazm və “fındıqqıran” qida borusu);
  • İkincili – kollagen vaskulyar, neyrovaskulyar, endokrin, metabolik xəstəliklərin nəticəsində;

Klinik əlamətləri hansılardır?

  • Döş ağrıları;
  • Disfagiya;
  • Odinofagiya;
  • Qıcqırma;
  • Requrgitasiya;
  • Qanqusma;
  • Atipik əlamətlər

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan, lakin kardial səbəblər və ezofaqusun üzvi xəstəlikləri inkar edilən xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • Manometriya;
  • pH-metriya;
  • KT;
  • Endoskopik ultrasonoqrafiya (EUS);
  • Biopsiya;
  • Helicobacter pylori testi

Diaqnostik kriteriyalar hansılardır?

  • Klinik əlamətlər;
  • Üzvi dəyişikliklərin aşkar edilməməsi;
  • Funksional müayinələrdə dismotorika;

Axalaziya nədir?

Qida borusu peristaltikasının kəskin zəifləməsi və ya olmaması, aşağı sfinkterin tonusunun artması və udma prosesində boşalmaması ilə xarakterizə olunan birincili funksional xəstəlikdir.

Rastəlmə tezliyi nə qədərdir?

1/100000 – 6/1000 tezlikdə

Mərhələsinə görə təsnifatı:

I mərhələ - QB-da genişlənmə yoxdur

II mərhələ - QB-da boylama genişlənmə var

III mərhələ - QB-da bir diz var

IV dərəcə - QB-də bir neçə diz var (S-vari bağırsağa oxşar şəkil).

Səbəbi nədir?

Dəqiq məlum deyil

Patogenezi nədən ibarətdir?

Mienterik kələfdə (Auerbach kələfi) postqanqlion inhibitor neyronların destruksiyası

Gediş xüsusiyyəti necədir?

Proqressivləşən

Ağırlaşmaları hansılardır?

  • Ezofaqusun genişlənməsi – son mərhələdə S-vari bağırsaq şəkili;
  • Aspirasion pnevmoniya;
  • Kandida ezofagiti;
  • Xərçəng

Klinik əlamətləri hansılardır?

  • Paradoksal disfagiya;
  • Requrgitasiya;
  • Qıcqırma;
  • Döş ağrıları;
  • Ağızdan pis iy gəlməsi

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Klinik əlamətlər olan xəstələrdə;
  • Disfagiyaya baxmayaraq uzun müddət stabil çəkili xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • KT;
  • Endoskopik USM;
  • Manometriya;
  • pH-metriya

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrastlı Rh – qrafiya – distalda daralma (“quş dimdiyi” və ya “siçan quyruğu” simptomu) və proksimalda peristaltika etməyən genişlənmiş hissə,

Endoskopiya – genişlənmiş ezofaqus, köhnə qida qalıqları, kandida ezofagiti, aşağı sfinkter səviyyəsində daralma;

KT – distal sfinkter nahiyəsində qalınlaşma

Digər müayinələrdə nə müəyyən olunur?

Manometriya  - ezofaqus peristaltikasının olmaması və ya mənfəzi tam sıxmayan zəif dalğalar, aşağı sfinkterin tonusunun yüksək olması (> 40 mm Hg st.) və udma vaxtı onun yetərli boşalmaması;

pH-metriya – normal

Diaqnostik kriteriyalar hansılardır?

  • Disfagiya;
  • Görüntüləmədə distal ezofaqusun daralması və daralmadan əvvəl genişlənmə;
  • Manometriyada peristaltizmin olmaması və ya çox zəif dalğalar aşağı sfinkterin yüksək təzyiqi (> 40 mm Hg st), udma vaxtı aşagı sfinkterin az boşalması (mədədaxili təzyiqdən 10 mm Hg st. çox olması);
  • Endoskopik USM və ya KT-də törəmənin görünməməsi

Müalicə üsulları hansılardır?

  • Konservativ -  antihelikobakter müalicə, Ca kanalı blokatorları - dilatasiya və əməliyyata əks-göstəriş olduqda;
  • Endoskopik:
    • botulin inyeksiyası - əməliyyata və dilatasiyaya əks - göstəriş olduqda;
    • dilatasiya – əməliyyata əks - göstəriş olduqda və ya əməliyyatdan sonra residiv baş verdikdə;
  • Cərrahi müalicə

Əməliyyata göstərişlər hansılardır?

Dilatasiyanın effektsiz olması, S-vari dilatasiya və xərçəng şübhəsi

Əməliyyat üsulları hansılardır?

  • Laparoskopik miotomiya və fundoplikasiya (ilk seçim);
  • Ezofaqoektomiya

Diffuz və seqmentar ezofageal spazm nədir?

Qida borusunun bir neçə yerində eyni anda başlayan persitaltik yığılmaların ardıcıllığının pozulması ilə xarakterizə olunan funksional xəstəlikdir

Klinik əlamətlər hansılardır?

  • Asimptomatik;
  • Döş ağrıları – gecələr və spontan;
  • Disfagiya - həm duru, həm də bərk qida;
  • Requrgitasiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Fasiləli döş ağrıları və (və ya) disfagiya;
  • Endoskopiya və KT müayinələrində üzvi dəyişikliklərin olmaması;
  • Kontrastlı Rh-müayinədə koordinasiyasız üçüncülü dalğalar (“çərəkəşəkilli” ezofaqus)
  • Manometriyada:
    • Normal və ya zəif amplitudlu koordinasiyasız dalğalar;
    • Aşağı sfinkterin normal tonusu;
    • Normal Ph-metriya

Müalicə nədən ibarətdir?

Axalaziyada olduğu kimi

“Fındıqqıran” qida borusu nədir?

Güclü döş ağrıları, qida borusunda yüksək amplitudlu, təzyiqli (> 180 mm Hg st.) və uzun müddətli (> 6 san) peristaltik dalğaların olması ilə səciyyələnən hərəki pozulmadır

Diaqnostik kriteriyalar hansılardır?

  • Güclü döş ağrıları;
  • Kontrastlı müayinələrdə normal peristaltika;
  • Manometriyada:
    • Koordinasiyalı, lakin yüksək amplitudlu peristaltika (18 mm Hg st.);
    • Uzunmüddətli dalğalar (6 san);
    • Aşağı sfinkterin normal tonusu
  • Normal pH-metriya;
  • Endoskopik, KT/EndoUSM və kardioloji müayinələrdə patologiya müəyyən edilmir.

Müalicə üsulları hansılardır?

Effektiv müalicə metodu yoxdur

Əməliyyat üsulları hansılardır?

Miotomiya (50% hallarda ağrılar, 80% hallarda isə disfagiya azalır)

 

Qida borusunun bədxassəli törəmləri - Özət və Suallar

Özət

Qida borusunun bədxassəli törəmələrinə çox rast gələn yastı hüceyrəli xərçəng və metaplastik epitelidən inkişaf edən adenokarsinom, az rast gələn digərləri aiddir. Siqaret, alkohol, nitrozaminli qidalar, vitamin əksikliyi, qaynar (isti) qida qəbulu, human papilloma virusu, yanıqlar, axalaziya, Barrett ezofaqusu risk faktorları sayılır. Xəstəlik erkən mərhələdə asimptomatik gedişli ola bilər. İrəli mərhələlərdə disfagiya, odinofagiya, arıqlama, qanaxma, yeməkdən sonra öskürək, səs dəyişiklikləri ortaya çıxa bilir. Erkən mərhələlərdə kurativ müalicə kurslarından sonra 5-illik yaşam 20-30%, gec mərhələlərdə ortalama yaşam 6 ay -1 il təşkil edir. Qida qəbulunun azlığı, aspirasion pnevmoniya, traxeobronxial fistul çox rast gələn ağırlaşmalardır. Diaqnoz endoskopiya və biopsiya ilə dəqiqləşdirilir. Mərhələnin təyini üçün EUSM, KT vacivdir. PET-KT, laparoskopiya və torakoskopiya da gərəkli ola bilər. Müalicə prosesində histoloji tip və mərhələ nəzərə alınır. Erkən mərhələlərdə endoskopik mukozal rezeksiya, cərrahi rezeksiya, kimya- və radioterapiya kombinasiyaları tətbiq edilə bilir. Qeyri-rezekstabel törəmələrdə  stent, fotodinamik müalicə kseansları, kimya(radio)terpiya və s. istifadə edilir.

 

Qida borusunun bədxassəli törəmləri üzrə suallar

N.Y. Bayramov, A. Səfiyeva, Ş. Məmmədova

 

Suallar

Cavablar

Ezofaqusun bədxassəli törəmələri arasında hansı ən çox rast gəlir?

Yastı hüceyrəli xərçəng və  adenokarsinom

Rastəlmə tezliyi nə qədərdir?

Bütün kanserlərin 1-5%-i, QİS-in kanserlərinin 7%-i

Hansı klinik formaları var?

  • Yastı hüceyrəli xərçəng;
  • Adenokarsinom
  • Digər

Hansı mərhələləri var?

I - selikli qişaaltı qat

II - bütün qatlar+ regional limfa düyünləri

III - ətraf piy toxuması + limfa düyünləri

IV-– uzaq metastazlar

Risk faktorları hansılardır?

Adenokarsionamların risk faktorları:

  • Barrett ezofaqusu;
  • QERX;
  • Piylənmə;
  • Siqaret çəkmə

Yastı hüceyrəli xərçəngin risk faktorları:

  • Siqaret çəkmə;
  • Alkohol;
  • Nitrozaminli qidalar;
  • A, C, E vitamini, riboflavin və Zn çatmazlığı;
  • Daimi qaynar maye (çay, qəhvə, duru yeməklər) qəbulu;
  • İnsan papilloma virusu;
  • Plummer – Winson sindromu;
  • Tilozis (keratodermiya);
  • Axalaziya;
  • Yanıqlar

Patogenezi nədən ibarətdir?

Dəqiq məlum deyil

Gediş xüsusiyyəti necədir?

Selikli qişadan başlayaraq ətraf toxumalara qədər yayılır və proqressivləşir

Ağırlaşmaları hansılardır?

  • Qida qəbulunun azlığı (iştahsızlıq);
  • Aspirasion pnevmoniya;
  • Traxeobronxial fistul

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Disfagiya (proqressivləşən);
  • Odinofagiya;
  • Qıcqırma;
  • Requrgitasiya;
  • Qanqusma;
  • Atipik əlamətlər – öskürək, səsin dəyişməsi, daimi ağrı, qanaxma

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətlər, anamnezdə Barrett ezofaqusu, yanıq, striktur, axalaziya, Rh – qrafiya və ya KT-də QB-nin törəməsi, daralması, fistul olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Endoskopiya;
  • Biopsiya

Diaqnostik kriteriyaları hansılardır?

  • Disfagiya, odinofagiya, arıqlama, qanaxma, yeməkdən sonra öskürək, səs dəyişiklikləri;
  • Endoskopik müayinədə törəmə;
  • Biopsiya materilında bədxassəli törəmə aşkar edilməsi (histoloji)

Mərhələni təyin etmək üçün hansı müayinələr lazımdır?

  • Endoskopik USM;
  • KT;
  • PET

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Endoskopik mukozal rezeksiya (T1);
  • Kimyaterapiya - adenokarsinom;
  • Şüa müalicəsi - yastı hüceyrəli xərçəngdə (palliativ)
  • Palliativ:
    • Şüa- və kimyəvi dərman müalicəsi;
    • Yan – yol əməliyyatları (hazırda az istifadə olunur);
    • Ezofaqus stentləri (hazırda çox tətbiq edilir);
    • Lazer şüaları ilə rekanalizasiya

Əməliyyata göstərişlər hansılardır?

Rezektabel törəmə:

  • Törəmənin yaxın orqanlara yayılması yoxdur;
  • Törəmənin distant yayılmaları yoxdur;
  • Xəstədə ağır yanaşı xəstəliklər yoxdur;

Əməliyyat üsulları hansılardır?

  • Total ezofaqoektomiya və servikal anastomoz ;
  • Subtotal ezofaqoektomiya və intratorakal anastomoz;
  • Ezofaqoqastroektomiya və distal yarıda anastomoz qoyulması – distal adenokarsinomlarda

Proqnoz necədir?

Erkən mərhələlərdə 5-illik yaşam göstəricisi 20-30%, gec mərhələlərdə ortalama yaşam 6 ay-1 il

 

 
 

Qida borusunun xoşxəssəli törəmləri - Özət və Suallar

Özət

Barrett ezofaqusu QB-nun distal hissəsində, normal yastı epitelin sütünşəkilli intestinal  tipli epiteli ilə əvəz olunmasıdır  (metaplaziyasıdır). Uzunmüddətili reflükslə əlaqədar qida borusu epitelinin daimi zədələnməsi əsas patogenetik mexanizm hesab edilir. Xəstəlik tipik və atipik reflüks əlamətləri ilə büruzə verir, az hallarda stabil qalır, əksər hadisələrdə proqressivləşərək xora, qanaxma, daralma, displaziya və xərçəng kimi ağırlaşmaların inkişafına səbəb olur. Diaqnostikası üçün endoskopiya və biopsiya vacivdir. Reflüks əlamətləri, endoskopiyada QB-nun ağımıtıl epitelinin cəhrayı epiteli ilə əvəz olunması, biopsiyada isə intestinal metaplaziya xarakterikdir. Müalicə üsulları kimi patomorfoloji dəyişikliklərdən asılı olaraq, konservativ (antasid preparatı) və cərrahi (fundoplikasiya, ablasiya, hətta ezofaqoektomiya) üsullar seçilə bilər.

Qida borusunun digər xoş xassəli törəmələri çox az rast gəlir. Barrett ezofaqusundan sonra ən çox (~50%) qastrointestinal stromal tumorlar və leyomiomlar, daha sonra poliplər təsadüf edilir. Hemangiomlar və mioblastomlar nadir törəmələrdir. Qida borusunun kiçikölçülü xoşxassəli törəmələri adətən asimptomatik olur və təsadüfü müayinələrdə tapılırlar. Törəmələr böyüdükçə disfagiya əlaməti ortaya çıxır. Onların əkəsriyyəti böyüməyə meyllidir. Diaqnostika kontrastlı ezofaqoqrafiya, endoskopiya, KT/MRT və endoskopik USM ilə təmin edilir. Mənfəzin birtərəfli sıxılması və hamar divar xarakterikdir. Bədxassəli törəmələrdən fərqləndirmək üçün biopsiya vacibdir. Müalicəsi cərrahidir: intralüminal törəmələr adətən endoskopik, simptomatik və böyüyən intramural törəmələr torakoskopik, laparoskopik və ya açıq üsullardan biri ilə çıxarılır.

 

Qida borusunun xoş xəssəli törəmləri üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqusun xoş xassəli törəmələrinə hansılar aiddir?

  • Barrett ezofaqusu;
  • Qastrointestinal stromal şişlər;
  • Leyomiom;
  • Poliplər;
  • Hemangiom;
  • Qranulyar mioblastom;
  • Sistlər və s.

Barrett ezofaqusu nədir?

Ezofaqusun distal hissəsində yastı epitelin silindrik epitellə əvəz olunması

Hansı formaları var?

  • Metaplaziya;
  • Yüksək differensiasiya;
  • Aşağı differensiasiya;
  • Adenokarsinom

Səbəbi və ya risk faktorları hansıdır?

QERX

Patogenezi nədən ibarətdir?

Ezofaqusun yastı epitelinin vaxtaşırı mədə turşusu və ödlə zədələnməsi

Gediş xüsusiyyəti necədir?

Xəstələrin ⅓-də stabil gedişlidir, əksər hadisələrdə proqressivləşir

Ağırlaşmaları hansılardır?

  • Xora;
  • Striktur;
  • Displaziya;
  • Adenokarsinom

Klinik əlamətləri hansılardır?

  • Bəzən asimptomatik;
  • Reflüks əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

QERX və hiatal yırtıq, striktur və xora olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya və biopsiya

Görüntlüləmə əlamətləri hansılardır?

Endoskopiyada ağımtıl epitelin çəhrayı epiteli ilə əvəz olunması

Digər müayinələrdə nə tapılır?

Patohistoloji müayinədə - intestinal tipli epiteli (Goblet hüceyrələri)

Diaqnostik kriteriyaları hansılardır?

  • Reflüks əlamətləri;
  • Endoskopiyada ağımtıl epitelin çəhrayı epiteli ilə əvəz olunması;
  • Biopsiyada intestinal metaplaziya;

Müalicə üsulları hansılardır?

  • Reflüksün müalicəsi;
  • Barrett epitelinin aradan qaldırılması
    • fotodinamik terapiya;
    • radiotezlikli destruksiya;
    • termal destruksiya;
    • mukozal rezeksiya;
    • arqon koaqulyatorlarla destruksiya;
    • digər fiziki üsullar
  • Ağırlaşmaların müalicəsi
    • dilatasiya;
    • rezeksiya;
    • destruksiya

Proqnoz necədir?

Əksər hallarda ağırlaşmalar inkişaf edir

Ezofaqusun digər xoş xassəli törəmələrinin rastəlmə tezliyi nə qədərdir?

Ən çox qastrointestinal stromal tumorlar və leyomiom, sonra poliplər, nadir hallarda isə hemangiom və mioblastom

Gediş xüsusiyyəti necədir?

Əksəriyyəti böyüməyə meylli, lakin bədxassəli törəməyə keçmə ehtimalı aşağıdır

Klinik əlamətləri hansılardır?

  • Intralüminal törəmələr (polip) obstruksiya, disfagiya, qusma, aspirasiya
  • Kiçik intramural törəmələr (GİST, leyomiom) simptomsuz, > 5 sm olarsa, disfagiya, retrosternal ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı ezofaqoqrafiya;
  • Endoskopiya;
  • Endoskopik biopsiya (intramural törəmələr istisna);
  • KT/MRT;
  • Endoskopik USM;
  • Patohistoloji

Görüntlüləmə əlamətləri hansılardır?

  • Kontarstlı ezofaqoqrafiyada - dolma defekti;
  • Digər müayinələrdə - ezofaqusun divar dəyişiklikləri;
  • Endoskopik müayinədə selikli qişanın normal görünməsi;

Müalicə üsulları hansılardır?

  • Endoskopik – intralüminal törəmələr;
  • Cərrahi

Əməliyyata göstəriş nədir?

Törəmənin olması

Əməliyyat üsulları hansılardır?

Simptomatik, böyüyən intramural törəmələrdə - torakoskopik və ya açıq üsulla enukleasiya

Ezofaqusun sisti nədir?

Ezofaqusun divarında yerləşən maye möhtəviyyatlı patoloji boşluq

Rastəlmə tezliyi nə qədərdir?

Çox nadir

Hansı klinik formaları var?

  • Anadangəlmə (bronxogen, enterogen);
  • Qazanılma (retension)

Ağırlaşmaları hansılardır?

Böyüyərək ətraf orqanları sıxa bilərlər (disfagiya, təngənəfəslik)

Klinik əlamətləri hansılardır?

  • əksər hadisələrdə asimptomatik;
  • döş qəfəsində ağrılar;
  • disfagiya

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı ezofaqoqrafiya;
  • KT/MRT;
  • Endoskopik USM;

Müalicə üsulları hansılardır?

  • Cərrahi

Əməliyyata göstəriş nədir?

Sistin simptomatik olması

Əməliyyat üsulu hansıdır?

Sistin enukleasiyası

 

 
 
 
 

Qida borusunun yanıqları - Özət və Suallar

Özət

Qida borusunun yanıqları aşındırıcı qatı kimyəvi maddələrin (turşular və qələvilər) qəbulundan sonra meydana gəlir. Selikli qişanın epitelində yüngül dəyişikliklərdən divarın tam nekrozuna qədər hadisələr inkişaf edə bilər. Aşındırıcı maddənin içilməsindən dərhal sonra ağrılar, yanma, disfagiya, tüpürcəyin udula bilməməsi əlamətləri başlayır,  bir neçə saat ərzində SİRS əlamətləri ortaya çıxır. Ağır dərəcəli yanıq zədələnmələrində şok, perforasiya, sepsis, hətta ölüm baş verə bilər. Diaqnostikada endoskopiya vacibdir. Anamnezdə kimyəvi maddə qəbulu, ağrılar, disfagiya, dodaqlarda, dildə, yanaqlarda və damaqda yanıq izləri, endoskpiyada  udlaq, QB və mədədə müxtəlif dərəcəli yanıq zədələnmələri xarakterik əlamətlərdir. Müalicəsi üçün  stabilləşdirmə tədbirləri, yüngül dərəcəli yanıqlarda konservativ  müalicə həyata keçirilir. Perforasiya olduqda  təcili əməliyyat mütləq göstərişdir (ezofaqoektomiya, qidalandırıcı yeyunostomiya).

 

Qida borusu yanıqları üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqus yanığı nədir?

Ezofaqusun aşındırıcı kimyəvi maddələrlə zədələnməsi

Hansı klinik formaları var?

  • I dərəcəli - zədələnmə selikli qişa səviyyəsindədir;
  • II dərəcəli - zədələnmə selikli və selikli qişaaltı qat səviyyəsindədir, əzələ qatı ya sağlamdır, ya da hissəvi zədələnir;
  • III dərəcəli - bütün qatlar zədələnir (perforasiya)

Səbəbi  və ya risk faktorları hansılardır?

Turşu və ya qələvi tərkibli qatı maye və ya bərk maddələrin qəbulu

Patogenezi nədən ibarətdir?

  • Qatı turşular koaqulyasion nekroz törədir,  daha çox mədəni zədələyir;
  • Qatı qələvi maddələr kollikvasion nekroz törədir, daha çox ezofaqus zədələnir

Gediş xüsusiyyəti necədir?

3 mərhələ:

  • kəskin nekrotik mərhələ (ilk 4 gün);
  • xoralaşma və qranulyasiya mərhələsi (ilk 2 həftə);
  • orqanizasiya (izsiz sağlma, incə çapıqlşma; çapıqlaşma, daralma və b. ağırlaşmalar) mərhələsi

Ağırlaşmaları nələrdir?

  • Şok;
  • Perforasiya;
  • Qanaxma;
  • Sepsis;
  • Striktur və maliqnizasiya;

Klinik əlamətləri hansılardır?

  • Dodaqlarda, ağız boşluğunda və udlaqda hiperemiya, ödem;
  • Döş qəfəsində ağrı;
  • Disfagiya;
  • Şok və sepsis əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Anamnezində aşındırıcı maddə qəbul etmiş xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Endoskopiya;
  • Kontrast Rh-qrafiya;
  • Kontrastlı KT

Görüntlüləmə əlamətləri hansılardır?

Endoskopik - hiperemiya, ödem, səthi mukozal eroziyalar, selikli qişanın qopması, hemorragiyalar, xoralar, ərplər, gec dövrdə qranulyasiya ocaqları, nekroz və perforasiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Anamnezdə qatı aşındırıcı maye və ya bərk maddənin qəbulu;
  • Disfagiya və ağrılar;
  • Endoskopiyada müxtəlif dərəcəli zədələnmələr

Müalicə üsulları hansılardır?

  • İlkin stabilləşdirmə tədbirləri (kəskin travmalarda ardıcıllıqla YADDAŞ prinsipi)
  • Konservativ müalicə - I dərəcəli yanıqlarda;
  • Endoskopik müalicə – II dərəcəli yanıqlarda;
  • Cərrahi müalicə – III dərəcəli yanıqlarda;

Əməliyyata göstəriş hansıdır?

Perforasiya və strikturlar

Əməliyyat üsulları hansılardır?

  • Ezofaqoektomiya, ezofaqostomiya

Proqnoz necədir?

Əksər xəstələrdə pisdir

Qida borusu perforasiyası - Özət və Suallar

Özət

Ezofaqusun perforasiyası QB-nun divarının müxtəlif səbəblərdən deşilməsidir. Əksər hallarda yatrogen səbəblərlə əlaqədar baş verir (nazoqstral zond, endoskopiya, buj, stent yeridilməsi, əməliyyat zamanı və s.). Lakin barotravma, qida borusunun xəstəlikləri, yad cisimlərlə zədələnmələri və travmalar da perforasiyaya səbəb ola bilərlər. Xəstəlik kəskin şəkildə, ağrılar və disfagiya əlamətləri ilə təzahür edir, qısa zamanda təngənəfəslik və sepsis meydan çıxıir. Adətən ağır gedişlidir, erkən və yetərli müalicə olunmazsa ölüm ehtimalı artır. Diaqnozu dəqiqləşdimək üçün kontrastlı müayinələr, KT və endoskopiya edilir. Klinik əlamətlərlə yanaşı kontrastın ekstravazasiyayası, KT-də ezofaqusətrafı maye və (və ya) hava, endoskopiyada iltihab və perforasiya patoqnolik əlamətlərdir. Erkən cərrahi müalicə əsas yer tutur (birincili tikiş, perkutan drenaj, izolyasiya, ezofaqoektomiya və digər). Dəstək müalicəsi və antibiotikoterapiya lazım gəlir. Göstərişə görə stent qoyula bilər.

 

Qida borusu perforasiyası üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqus perforasiyası nədir?

Ezofaqusun divarının deşilməsidir

Rastəlmə tezliyi nə qədərdir?

Servikal - 40-60%, torakal - 40-50%, abdominal - 10%

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Yatrogen;
  • Barotravma;
  • Ezofaqus xəstəlikləri;
  • Posttravmatik;
  • Yad cisimlə zədələnmə

Patogenezi nədən ibarətdir?

  • Xarici – posttravmatik və əməliyyat zamanı;
  • Daxili – yatrogen, barotravma, ezofaqusun üzvi xəstəlikləri ilə əlaqəli, yad cisimlə zədələnmə

Gediş xüsusiyyəti necədir?

Ağır gedişlidir, müalicə olunmazsa letallığa səbəb olur

Ağırlaşmaları hansılardır?

  • Abses;
  • Fleqmona;
  • Kəskin plevrit, kəskin peritonit;
  • İrinli mediastenit;
  • Piopnevmotoraks (empiema);
  • Sepsis

Klinik əlamətləri hansılardır?

  • Ağrılar;
  • Disfagiya;
  • Təngnəfəslik;
  • Yüksək hərarət;
  • Obyektiv müayinədə krepitasiya, emfizema, şişkinlik

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Müdaxilə, travma və əmliyyatlardan sonra ağrılar və disfagiya olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Ezofaqoskopiya;
  • Kontrastlı KT

Görüntlüləmə əlamətləri nələrdir?

  • Ezofaqusun ətrafında sərbəst hava (maye) görünməsi;
  • Kontrastın ekstravazasiyası

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Kontrastlı müayinələrdə ekstravazasiya;
  • KT-də ezofaqusətrafı maye və (və ya) hava;
  • Endoskopik müayinədə perforasiya və iltihab;

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Endoskopik (stent yerləşdirilməsi);
  • Perioperativ konservativ - oral qidalanmanın dayandırılması, geniş spektrli antibiotik, su-elektrolit balansına nəzarət, kardiorespirator dəstək

Əməliyyata göstəriş hansıdır?

  • Perforasiyanın olması

Əməliyyat üsulları hansılardır?

  • Dəliyin tikilməsi;
  • Drenaj;
  • Rezeksiya;
  • İzolyasiya (diversiya, defunksiya)

Proqnoz necədir?

Cərrahi əməliyyat edilməsə pisdir

 

 
 

Qida borusunun daralmaları - Özət və Suallar

Özət

Qida borusunun daralmaları qida borusunun mənfəzinin kiçilməsi və keçiriciliyinin pozulması ilə nəticələnən sindromdur. Daralmaya müxtəlif bədxassəli (qida borusu xərçəngi) və  xoşxassəli xəstəliklər (anadangəlmə  qəlsəmələr, zədələnmələr, yanıqlar, peptik, xoralar, anastomoz nahiyəsi və s.) səbəb ola bilir. Səbəbindən asılı olaraq daralma kəskin və ya xroniki disfagiya ilə büruzə verir. Arıqlama, aspirasyon pnevmoniya ilə nəticələnir. Diaqnoz kontrastlı müayinələr və endoskopiya ilə dəqiqləşdirlir. Səbəbi müəyyən etmək üçün biopsiya, KT, EUSM, funksional müayinələr lazım gəlir. Müalicə səbəbin aradan qaldırılmasındaın ibarətdir. Bu mümkün olmadıqda palliativ üsullar – dilatasiya, stent qoyulması, qastrostomiya və b. istifadə edilir. 

 

Qida borusu daralmaları üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

 

Suallar

Cavablar

Strikturanədir?

Ezofaqusun mənfəzinin daralması və keçiriciliyinin azalması

Rastəlmə tezliyi nə qədərdir?

QERX-li xəstələrin 7-23%-də müşahidə olunur

Hansı klinik formaları var?

  • Bədxassəli;
  • Xoşxassəli;

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Bədxassəli törəmələr;
  • Fibrotik daralmalar – zədələnmə, yanıq və s.;
  • Anadangəlmə - qəlsəmələrin tam və ya hissəvi deşilməməsi;
  • Xoşxassəli törəmələr

Ağırlaşmaları hansılardır?

  • Aspirasiya;
  • Fistul

Klinik əlamətləri hansılardır?

  • Disfagiya - əvvəl bərk, sonra duru qida qəbulu zamanı;
  • Odinofagiya;
  • Requrgitasiya;
  • Arıqlama;
  • Ağırlaşma əlamətləri;
  • Fistul əlamətləri – qida qəbulu zamanı öskürək

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətlər olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • Endoskopik USM;
  • KT;
  • Biopsiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Disfagiya;
  • Anamnezdə ezofaqus xəstəliyi;
  • Kontrastlı müayinələrdə striktur;
  • Endoskopiyada striktur

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Dilatasiya;
  • Stent;
  • Radioterapiya;
  • Kimyaterapiya;
  • Endoskopiya üsulları

Əməliyyata göstəriş hansıdır?

Ezofaqusun diametrinin 10-12 mm və daha çox daralması

Əməliyyat üsulları hansılardır?

Rezeksiya, ezofaqoektomiya

 

Qida borusunun divertikulları - Özət və Suallar

Özət

Qida borusu divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli kənara çıxması (qabarması) divertikul adlanır. Divertikulun iç səthi epitel toxuması ilə örtülü olur. Divar zəifliyi və distal hissədə maneə divertikulun əmələ  gəlməsində mühüm rol oynayır. Divertikullar qida borusunun yuxarı (Zenker divertikulu), orta və aşağı  (epifrenik divertikul) hissələrində çox rast gəlir. Xəstəlik erkən mərhələlərdə asimtomatik ola bilir, böyüdükdə disfagiya, requrgitasiya, ağızdan pis iy gəlməsi əlamətləri ilə büruzə verir. Uzunmüddətli divertikullar iltihab, böyüyüərək ətraf orqanları sıxma, hətta perforasiya törədə bilirlər. Diaqnoz kontrastlı müayinələrlə qoyulur. Müalicə əsasən cərrahidir (divertikulektomiya, distal miotomiya).

 

Divertikullar üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqus divertikulu nədir?

Ezofaqus divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli bayıra qabarmasıdır.

Hansı növləri var?

Lokalizasiyasına görə:

  • Farinqoezogeal (Zenker);
  • Midezofageal (parabronxial);
  • Epifrenik;

Mexanizminə görə:

  • Həqiqi və ya traksion;
  • Yalançı və ya pulsion

Ağırlaşmaları hansılarıdır?

  • Ətraf orqanları sıxmır;
  • Divertikulit;
  • Perforasiya;
  • Fistul;

Zenker divertikulu nədir?

Ezofaqusun boyun hissəsinin arxa divarından çıxan divertikul

Səbəbi  və ya risk faktorları hansılardır?

Yuxarı sfinkterin spazmı və ya yuxarı sfinkter ilə udlaq əzələləri arasında koordinasiyanın pozulması

Klinik əlamətləri hansılardır?

  • Disfagiya;
  • Requrgitasiya;
  • Boyunda udma səsi;
  • Ağızdan kif iyi gəlməsi;
  • Reflüks əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Yuxarıdakı klinik əlamətlər olan və boyunun palpasiyası zamanı xışıltı aşkar edilən xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • KT;
  • Endoskopiya (çox ehtiyatla)

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrast məhlulunn divertikul nahiyəsində toplanması

Digər müayinələrdə nə tapılır?

Manometriyada üst sfinkterin tonusunun artması, udlaq və yuxarı sfinkterin diskoordinasiyası

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Divertikulun Rentgenoqrafik görünməsi;
  • Manometriyada hipertonus və ya diskordinasiya

Müalicə üsulları hansıdır?

Cərrahi

Əməliyyata göstərişlər hansıdır?

Simptomatik divertikul

Əməliyyat üsulları hansılardır?

  • Miotomiya;
  • Divertikulektomiya və miotomiya;
  • Endoskopik stapler;
  • Reflüks əməliyyatı

Qida borusunun orta divertikulu nədir?

Ezofaqusun döş hissəsinin traxeya bifurkasiyasına yaxın nahiyəsindən çıxan divertikuldur

Rastəlmə tezliyi nə qədərdir?

Ezofaqusun ən çox rast gələn divertikuludur

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Divararalığının qranulomatoz xəstəlikləri – vərəm, histoplazmoz;
  • Divararalığı limfoadenopatiyaları;
  • Sarkoidoz;

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Disfagiya;
  • Requrgitasiya;
  • Döş qəfəsində ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan və divararalığı xəstəlikləri keçirmiş xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • KT;
  • Endoskopiya (xüsusi ehtiyatla)

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrast məhlulun divertikul nahiyəsində toplanması

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Rentgenoqrafik və ya KT müayinəsində divertikulun görünməsi;
  • Manometriyada aşağı sfinkterin normal tonusu

Müalicə üsulları hansılardır?

  • Müşahidə;
  • Cərrahi

Əməliyyata göstəriş hansıdır?

Simptomatik divertikul

Əməliyyat üsulları hansıdır?

Divertikulektomiya

Epifrenik divertikul nədir?

Ezofaqusun aşağı sfinkterinin üstündə divarın kənara kisəşəkilli qabarmasıdır

Rastəlmə tezliyi nə qədərdir?

Bütün ezofaqus divertikullarının 10 %-ni təşkil edir

Patogenezi nədən ibarətdir?

Axalaziya, diffuz spazm, hiatal yırtıq və striktura nəticəsində mənfəzdaxili təzyiq artması nəticəsində selikli və selikaltı qat kənara qabarır.

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik;
  • Disfagiya;
  • Requrgitasiya;
  • Döş qəfəsində ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri və distal ezofaqus strikturu olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • KT;
  • Endoskopiya (xüsusi ehtiyatla)

Görüntlüləmə əlamətləri hansıdır?

Kontrast məhlulun divertikul nahiyəsində toplanması

Digər müayinələrdə nə tapılır?

Manometriya – aşağı sfinkterin tonusunun artması və ya dismotorika

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Rentgenoqrafiya və ya KT müayinələrində divertikulun görünməsi;
  • Manometriyada hipertenziv dismotorika

Müalicə üsulları hansıdır?

Cərrahi

Əməliyyata göstəriş hansıdır?

Simptomatik divertikul

Əməliyyat üsulları hansılardır?

  • Divertikulektomiya;
  • Miotomiya;
  • Hissəvi fundoplikasiya

Bir cümlə ilə divertikul?

Divertikul malignizasiya törətmir, lakin əməliyyat tələb edir.

 

Qastroezofageal reflüks xəstəliyi - Özət və Suallar

Özət

Qastroezofageal reflüks xəstəliyi – mədənin və ya duodenumun möhtəviyyatının qida borusuna qayıtması nəticəsində meydana çıxan kimyəvi iltihab prosesidir. Xəstəlik adətən döş sümüyü arxasında təkrarlayan yanma, qıcqırma, regurgitasiya əlamətləri ilə büruzə verir, ağrı, faringit və öskürək də ola bilir. Uzun müddət davam edən və müalicə olunmayan hallarda xoralar, qanaxma, daralma və Barrett metaplaziyası inkişaf edə bilir. Diaqnoz endoskopiya ilə qoyulur. Müalicə dərmanlarla (HKB) və cərrahi üsullarladır (fundoplikasiya).

 

QERX üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

QERX nədir?

Mədə və ya qastroduodenal möhtəviyyatın ezofaqusa keçməsi nəticəsində yaranan kimyəvi iltihabdır

Rastəlmə tezliyi nə qədərdir?

Ümumi əhalinin arasında 20-30%-ni, ezofaqus xəstəlikləri arasında  75%

Hansı klinik formaları var?

Qeyri-eroziv və eroziv

Səbəbi  və ya risk faktorları hansılardır?

Hiatal yırtıqlar;

Piylənmə;

Antixolinergik preparatlar, kofein, nikotin qəbulu;

Sklerodermiya, kollagen, vaskulyar xəstəliklər və s.;

Ezofaqusun travması;

Hamiləlik

Patogenezi nədən ibarətdir?

Antireflüks mexanizmlərin zəifləməsi (şağı ezofageal sfinkterin zəifləməsi, diafraqma ayaqcıqlarının boşalması, Hiss bucağının açılması, peristaltikanın zəifləməsi və mədədaxili hipertenziya)

Gediş xüsusiyyəti necədir?

Xroniki təkrarlanan

Ağırlaşmaları hansılardır?

Barrettt ezofaqusu;

Xora;

Striktur;

Aspirasion pnevmoniya;

Faringit;

Bronxial astma;

Dəmir defisitli anemiya

Klinik əlamətləri hansılardır?

Tipik əlamətlər (qıcqırma və requrgitasiya);

Atipik əlamətlər (qeyri-kardial retrosternal ağrılar, təngnəfəslik, boğulma, astma, xroniki öskürək, səs dəyişiklikləri, qanqusma, anemiya, odinofagiya, disfagiya)

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Qıcqırma və hiatal yırtığı olan xəstələr

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

EKQ;

Endoskopik müayinə;

24 saatlıq pH-metriya;

Manometriya;

Proton körüyü inhibitorları testi

Görüntlüləmə əlamətləri hansılardır?

Eroziv formada – endoskopik müayinədə eroziv ezofagit;

Qeyri-eroziv formada – endoskopik müayinə normal, hidrogen körüyü blokatorları testi (4 həftə ərzində əlamətlərin itməsi) və 24 saatlıq pH-metriya

QERX simptomları olanlarda ilk növbədə hansı xəstəlikləri inkar etmək lazımdır?

Koronar arteriya xəstəliklərini

Diaqnostik kriteriyalar hansılardır?

Klinik əlamətlərin həftədə ən azı 2-3 dəfə təkrarlanması və son 2-3 ayda davam edirsə;

Endoskopik ezofagit və ya pH-metriyada reflüks aşkarlanması;

Digər xəstəliklərin inkar edilməsi;

Müalicə üsulları hansılardır?

Konservativ - müalicəvi həyat tərzi, HKB və H2-  blokator;

Endoskopik;

Cərrahi;

Əməliyyata göstərişlər nələrdir?

Konservativ müalicənin effektsizliyi və gənc xəstələr;

Hiatal yırtıq;

Barrettt ezofaqusu;

Ağırlaşmalar: striktur, qanaxma, perforasiya;

Əməliyyat üsulları hansılardır?

Fundoplikasiya – Nissen, Toupet;

Ezofaqusun rezeksiyası;

Nissen əməliyyatı nədir?

360° fundoplikasiya

Belsey Mark IV əməliyyatı nədir?

240° -270° fundoplikasiya,  toraksdaxili aparılır.

Hill əməliyyatı nə deməkdir?

Qövsvari bağın bərpası və qastropeksiya (mədənin diafraqmaya tikilməsi)

Toupet əməliyyatı nə deməkdir?

Arxa divarın natamam (200°) fundoplikasiyasıdır. Əvvəllər qida borusu peristaltikası zəifləmiş xəstələrdə istifadə edilirdi. Hazırda ən çox tətbiq edilən fundoplikasiya üsuludur.

Fundoplikasiya əməliyyatlarından sonra ən çox rast gəlinən ağırlaşmalar hansılardır?

Qaz balonu simptomu

Striktur

Disfagiya

Dalağın zədələnmələri

Ezofaqusun perforasiyası

Pnevmatoraks

Qaz balonu simptomu nədir?

Qusma və gəyirə bilməmək

QERX-in proqnozu necədir?

Müalicə olunmasa Barrettt ezofaqusu, adenokarsinom inkişaf edə bilər.

Tək cümlə ilə QERX?

Qida borusunun ən çox rast gələn xəstəliyidir.