Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qida borusu perforasiyası - Özət və Suallar

Özət

Ezofaqusun perforasiyası QB-nun divarının müxtəlif səbəblərdən deşilməsidir. Əksər hallarda yatrogen səbəblərlə əlaqədar baş verir (nazoqstral zond, endoskopiya, buj, stent yeridilməsi, əməliyyat zamanı və s.). Lakin barotravma, qida borusunun xəstəlikləri, yad cisimlərlə zədələnmələri və travmalar da perforasiyaya səbəb ola bilərlər. Xəstəlik kəskin şəkildə, ağrılar və disfagiya əlamətləri ilə təzahür edir, qısa zamanda təngənəfəslik və sepsis meydan çıxıir. Adətən ağır gedişlidir, erkən və yetərli müalicə olunmazsa ölüm ehtimalı artır. Diaqnozu dəqiqləşdimək üçün kontrastlı müayinələr, KT və endoskopiya edilir. Klinik əlamətlərlə yanaşı kontrastın ekstravazasiyayası, KT-də ezofaqusətrafı maye və (və ya) hava, endoskopiyada iltihab və perforasiya patoqnolik əlamətlərdir. Erkən cərrahi müalicə əsas yer tutur (birincili tikiş, perkutan drenaj, izolyasiya, ezofaqoektomiya və digər). Dəstək müalicəsi və antibiotikoterapiya lazım gəlir. Göstərişə görə stent qoyula bilər.

 

Qida borusu perforasiyası üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqus perforasiyası nədir?

Ezofaqusun divarının deşilməsidir

Rastəlmə tezliyi nə qədərdir?

Servikal - 40-60%, torakal - 40-50%, abdominal - 10%

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Yatrogen;
  • Barotravma;
  • Ezofaqus xəstəlikləri;
  • Posttravmatik;
  • Yad cisimlə zədələnmə

Patogenezi nədən ibarətdir?

  • Xarici – posttravmatik və əməliyyat zamanı;
  • Daxili – yatrogen, barotravma, ezofaqusun üzvi xəstəlikləri ilə əlaqəli, yad cisimlə zədələnmə

Gediş xüsusiyyəti necədir?

Ağır gedişlidir, müalicə olunmazsa letallığa səbəb olur

Ağırlaşmaları hansılardır?

  • Abses;
  • Fleqmona;
  • Kəskin plevrit, kəskin peritonit;
  • İrinli mediastenit;
  • Piopnevmotoraks (empiema);
  • Sepsis

Klinik əlamətləri hansılardır?

  • Ağrılar;
  • Disfagiya;
  • Təngnəfəslik;
  • Yüksək hərarət;
  • Obyektiv müayinədə krepitasiya, emfizema, şişkinlik

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Müdaxilə, travma və əmliyyatlardan sonra ağrılar və disfagiya olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Ezofaqoskopiya;
  • Kontrastlı KT

Görüntlüləmə əlamətləri nələrdir?

  • Ezofaqusun ətrafında sərbəst hava (maye) görünməsi;
  • Kontrastın ekstravazasiyası

Diaqnostik kriteriyaları hansılardır?

  • Klinik əlamətlər;
  • Kontrastlı müayinələrdə ekstravazasiya;
  • KT-də ezofaqusətrafı maye və (və ya) hava;
  • Endoskopik müayinədə perforasiya və iltihab;

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Endoskopik (stent yerləşdirilməsi);
  • Perioperativ konservativ - oral qidalanmanın dayandırılması, geniş spektrli antibiotik, su-elektrolit balansına nəzarət, kardiorespirator dəstək

Əməliyyata göstəriş hansıdır?

  • Perforasiyanın olması

Əməliyyat üsulları hansılardır?

  • Dəliyin tikilməsi;
  • Drenaj;
  • Rezeksiya;
  • İzolyasiya (diversiya, defunksiya)

Proqnoz necədir?

Cərrahi əməliyyat edilməsə pisdir