Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qida borusunun daralmaları - Özət və Suallar

Özət

Qida borusunun daralmaları qida borusunun mənfəzinin kiçilməsi və keçiriciliyinin pozulması ilə nəticələnən sindromdur. Daralmaya müxtəlif bədxassəli (qida borusu xərçəngi) və  xoşxassəli xəstəliklər (anadangəlmə  qəlsəmələr, zədələnmələr, yanıqlar, peptik, xoralar, anastomoz nahiyəsi və s.) səbəb ola bilir. Səbəbindən asılı olaraq daralma kəskin və ya xroniki disfagiya ilə büruzə verir. Arıqlama, aspirasyon pnevmoniya ilə nəticələnir. Diaqnoz kontrastlı müayinələr və endoskopiya ilə dəqiqləşdirlir. Səbəbi müəyyən etmək üçün biopsiya, KT, EUSM, funksional müayinələr lazım gəlir. Müalicə səbəbin aradan qaldırılmasındaın ibarətdir. Bu mümkün olmadıqda palliativ üsullar – dilatasiya, stent qoyulması, qastrostomiya və b. istifadə edilir. 

 

Qida borusu daralmaları üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

 

Suallar

Cavablar

Strikturanədir?

Ezofaqusun mənfəzinin daralması və keçiriciliyinin azalması

Rastəlmə tezliyi nə qədərdir?

QERX-li xəstələrin 7-23%-də müşahidə olunur

Hansı klinik formaları var?

  • Bədxassəli;
  • Xoşxassəli;

Səbəbi  və ya risk faktorları hansılardır?

  • Bədxassəli törəmələr;
  • Fibrotik daralmalar – zədələnmə, yanıq və s.;
  • Anadangəlmə - qəlsəmələrin tam və ya hissəvi deşilməməsi;
  • Xoşxassəli törəmələr

Ağırlaşmaları hansılardır?

  • Aspirasiya;
  • Fistul

Klinik əlamətləri hansılardır?

  • Disfagiya - əvvəl bərk, sonra duru qida qəbulu zamanı;
  • Odinofagiya;
  • Requrgitasiya;
  • Arıqlama;
  • Ağırlaşma əlamətləri;
  • Fistul əlamətləri – qida qəbulu zamanı öskürək

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətlər olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • Endoskopik USM;
  • KT;
  • Biopsiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Disfagiya;
  • Anamnezdə ezofaqus xəstəliyi;
  • Kontrastlı müayinələrdə striktur;
  • Endoskopiyada striktur

Müalicə üsulları hansılardır?

  • Cərrahi;
  • Dilatasiya;
  • Stent;
  • Radioterapiya;
  • Kimyaterapiya;
  • Endoskopiya üsulları

Əməliyyata göstəriş hansıdır?

Ezofaqusun diametrinin 10-12 mm və daha çox daralması

Əməliyyat üsulları hansılardır?

Rezeksiya, ezofaqoektomiya