Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qida borusunun hərəki funksiyasının pozulmaları - Özət və Suallar

Özət

QB əzələlərinin üzvi dəyişikliklərlə ələqadar olmayan funksional pozulmaları birincili funksional xəstəliklər adlanır. Onlara eninəzolaqlı əzələlərinin dismotorikası  (orofaringeal disfagiya) və saya əzələlərin dismotorikası (axalazıya, diffuz və seqmentar ezofageal spazm və “fındıqqıran” qida borusu) aid edilir. Funksional xəstəliklər kəskin və ya xroniki disfagiya, ağrı, requrgitasiya, aspirasiya əlamətləri ilə ortaya çıxır. Diaqnoz kardioloji və üzvi xəstəliklər inkar edildikdən  sonra funksional müayinələrlə dəqiqləşdirlilir. Ona görə də geniş müayinələr aparmaq lazım gəlir.  Müalicə konservativ (spazmolitiklər, dilatasiya) və cərrahi (miotomiya) üsullarla aparılır.

 

Qida borusunun dismotorikası üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqusun hərəki funksiyasının pozulmaları nədir?

Ezofaqusda peristaltikanın zəifləməsi

Hansı klinik formaları var?

  • Birincili:
    • eninəzolaqlı əzələlərin dismotorikası  (orofaringeal disfagiya);
    • saya əzələlərin dismotorikası (axalaziya, diffuz və seqmentar ezofageal spazm və “fındıqqıran” qida borusu);
  • İkincili – kollagen vaskulyar, neyrovaskulyar, endokrin, metabolik xəstəliklərin nəticəsində;

Klinik əlamətləri hansılardır?

  • Döş ağrıları;
  • Disfagiya;
  • Odinofagiya;
  • Qıcqırma;
  • Requrgitasiya;
  • Qanqusma;
  • Atipik əlamətlər

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan, lakin kardial səbəblər və ezofaqusun üzvi xəstəlikləri inkar edilən xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • Manometriya;
  • pH-metriya;
  • KT;
  • Endoskopik ultrasonoqrafiya (EUS);
  • Biopsiya;
  • Helicobacter pylori testi

Diaqnostik kriteriyalar hansılardır?

  • Klinik əlamətlər;
  • Üzvi dəyişikliklərin aşkar edilməməsi;
  • Funksional müayinələrdə dismotorika;

Axalaziya nədir?

Qida borusu peristaltikasının kəskin zəifləməsi və ya olmaması, aşağı sfinkterin tonusunun artması və udma prosesində boşalmaması ilə xarakterizə olunan birincili funksional xəstəlikdir.

Rastəlmə tezliyi nə qədərdir?

1/100000 – 6/1000 tezlikdə

Mərhələsinə görə təsnifatı:

I mərhələ - QB-da genişlənmə yoxdur

II mərhələ - QB-da boylama genişlənmə var

III mərhələ - QB-da bir diz var

IV dərəcə - QB-də bir neçə diz var (S-vari bağırsağa oxşar şəkil).

Səbəbi nədir?

Dəqiq məlum deyil

Patogenezi nədən ibarətdir?

Mienterik kələfdə (Auerbach kələfi) postqanqlion inhibitor neyronların destruksiyası

Gediş xüsusiyyəti necədir?

Proqressivləşən

Ağırlaşmaları hansılardır?

  • Ezofaqusun genişlənməsi – son mərhələdə S-vari bağırsaq şəkili;
  • Aspirasion pnevmoniya;
  • Kandida ezofagiti;
  • Xərçəng

Klinik əlamətləri hansılardır?

  • Paradoksal disfagiya;
  • Requrgitasiya;
  • Qıcqırma;
  • Döş ağrıları;
  • Ağızdan pis iy gəlməsi

Hansı xəstələrdə şübhələnmək lazımdır?

  • Klinik əlamətlər olan xəstələrdə;
  • Disfagiyaya baxmayaraq uzun müddət stabil çəkili xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı Rh-qrafiya;
  • Endoskopiya;
  • KT;
  • Endoskopik USM;
  • Manometriya;
  • pH-metriya

Görüntlüləmə əlamətləri hansılardır?

Kontrastlı Rh – qrafiya – distalda daralma (“quş dimdiyi” və ya “siçan quyruğu” simptomu) və proksimalda peristaltika etməyən genişlənmiş hissə,

Endoskopiya – genişlənmiş ezofaqus, köhnə qida qalıqları, kandida ezofagiti, aşağı sfinkter səviyyəsində daralma;

KT – distal sfinkter nahiyəsində qalınlaşma

Digər müayinələrdə nə müəyyən olunur?

Manometriya  - ezofaqus peristaltikasının olmaması və ya mənfəzi tam sıxmayan zəif dalğalar, aşağı sfinkterin tonusunun yüksək olması (> 40 mm Hg st.) və udma vaxtı onun yetərli boşalmaması;

pH-metriya – normal

Diaqnostik kriteriyalar hansılardır?

  • Disfagiya;
  • Görüntüləmədə distal ezofaqusun daralması və daralmadan əvvəl genişlənmə;
  • Manometriyada peristaltizmin olmaması və ya çox zəif dalğalar aşağı sfinkterin yüksək təzyiqi (> 40 mm Hg st), udma vaxtı aşagı sfinkterin az boşalması (mədədaxili təzyiqdən 10 mm Hg st. çox olması);
  • Endoskopik USM və ya KT-də törəmənin görünməməsi

Müalicə üsulları hansılardır?

  • Konservativ -  antihelikobakter müalicə, Ca kanalı blokatorları - dilatasiya və əməliyyata əks-göstəriş olduqda;
  • Endoskopik:
    • botulin inyeksiyası - əməliyyata və dilatasiyaya əks - göstəriş olduqda;
    • dilatasiya – əməliyyata əks - göstəriş olduqda və ya əməliyyatdan sonra residiv baş verdikdə;
  • Cərrahi müalicə

Əməliyyata göstərişlər hansılardır?

Dilatasiyanın effektsiz olması, S-vari dilatasiya və xərçəng şübhəsi

Əməliyyat üsulları hansılardır?

  • Laparoskopik miotomiya və fundoplikasiya (ilk seçim);
  • Ezofaqoektomiya

Diffuz və seqmentar ezofageal spazm nədir?

Qida borusunun bir neçə yerində eyni anda başlayan persitaltik yığılmaların ardıcıllığının pozulması ilə xarakterizə olunan funksional xəstəlikdir

Klinik əlamətlər hansılardır?

  • Asimptomatik;
  • Döş ağrıları – gecələr və spontan;
  • Disfagiya - həm duru, həm də bərk qida;
  • Requrgitasiya

Diaqnostik kriteriyalar hansılardır?

  • Fasiləli döş ağrıları və (və ya) disfagiya;
  • Endoskopiya və KT müayinələrində üzvi dəyişikliklərin olmaması;
  • Kontrastlı Rh-müayinədə koordinasiyasız üçüncülü dalğalar (“çərəkəşəkilli” ezofaqus)
  • Manometriyada:
    • Normal və ya zəif amplitudlu koordinasiyasız dalğalar;
    • Aşağı sfinkterin normal tonusu;
    • Normal Ph-metriya

Müalicə nədən ibarətdir?

Axalaziyada olduğu kimi

“Fındıqqıran” qida borusu nədir?

Güclü döş ağrıları, qida borusunda yüksək amplitudlu, təzyiqli (> 180 mm Hg st.) və uzun müddətli (> 6 san) peristaltik dalğaların olması ilə səciyyələnən hərəki pozulmadır

Diaqnostik kriteriyalar hansılardır?

  • Güclü döş ağrıları;
  • Kontrastlı müayinələrdə normal peristaltika;
  • Manometriyada:
    • Koordinasiyalı, lakin yüksək amplitudlu peristaltika (18 mm Hg st.);
    • Uzunmüddətli dalğalar (6 san);
    • Aşağı sfinkterin normal tonusu
  • Normal pH-metriya;
  • Endoskopik, KT/EndoUSM və kardioloji müayinələrdə patologiya müəyyən edilmir.

Müalicə üsulları hansılardır?

Effektiv müalicə metodu yoxdur

Əməliyyat üsulları hansılardır?

Miotomiya (50% hallarda ağrılar, 80% hallarda isə disfagiya azalır)