Özət
Qida borusu divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli kənara çıxması (qabarması) divertikul adlanır. Divertikulun iç səthi epitel toxuması ilə örtülü olur. Divar zəifliyi və distal hissədə maneə divertikulun əmələ gəlməsində mühüm rol oynayır. Divertikullar qida borusunun yuxarı (Zenker divertikulu), orta və aşağı (epifrenik divertikul) hissələrində çox rast gəlir. Xəstəlik erkən mərhələlərdə asimtomatik ola bilir, böyüdükdə disfagiya, requrgitasiya, ağızdan pis iy gəlməsi əlamətləri ilə büruzə verir. Uzunmüddətli divertikullar iltihab, böyüyüərək ətraf orqanları sıxma, hətta perforasiya törədə bilirlər. Diaqnoz kontrastlı müayinələrlə qoyulur. Müalicə əsasən cərrahidir (divertikulektomiya, distal miotomiya).
Divertikullar üzrə suallar
N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova
Suallar |
Cavablar |
Ezofaqus divertikulu nədir? |
Ezofaqus divarının bir qatının və ya bütün qatlarının kisəşəkilli bayıra qabarmasıdır. |
Hansı növləri var? |
Lokalizasiyasına görə:
Mexanizminə görə:
|
Ağırlaşmaları hansılarıdır? |
|
Zenker divertikulu nədir? |
Ezofaqusun boyun hissəsinin arxa divarından çıxan divertikul |
Səbəbi və ya risk faktorları hansılardır? |
Yuxarı sfinkterin spazmı və ya yuxarı sfinkter ilə udlaq əzələləri arasında koordinasiyanın pozulması |
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Yuxarıdakı klinik əlamətlər olan və boyunun palpasiyası zamanı xışıltı aşkar edilən xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Görüntlüləmə əlamətləri hansılardır? |
Kontrast məhlulunn divertikul nahiyəsində toplanması |
Digər müayinələrdə nə tapılır? |
Manometriyada üst sfinkterin tonusunun artması, udlaq və yuxarı sfinkterin diskoordinasiyası |
Diaqnostik kriteriyaları hansılardır? |
|
Müalicə üsulları hansıdır? |
Cərrahi |
Əməliyyata göstərişlər hansıdır? |
Simptomatik divertikul |
Əməliyyat üsulları hansılardır? |
|
Qida borusunun orta divertikulu nədir? |
Ezofaqusun döş hissəsinin traxeya bifurkasiyasına yaxın nahiyəsindən çıxan divertikuldur |
Rastəlmə tezliyi nə qədərdir? |
Ezofaqusun ən çox rast gələn divertikuludur |
Səbəbi və ya risk faktorları hansılardır? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Klinik əlamətləri olan və divararalığı xəstəlikləri keçirmiş xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Görüntlüləmə əlamətləri hansılardır? |
Kontrast məhlulun divertikul nahiyəsində toplanması |
Diaqnostik kriteriyaları hansılardır? |
|
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstəriş hansıdır? |
Simptomatik divertikul |
Əməliyyat üsulları hansıdır? |
Divertikulektomiya |
Epifrenik divertikul nədir? |
Ezofaqusun aşağı sfinkterinin üstündə divarın kənara kisəşəkilli qabarmasıdır |
Rastəlmə tezliyi nə qədərdir? |
Bütün ezofaqus divertikullarının 10 %-ni təşkil edir |
Patogenezi nədən ibarətdir? |
Axalaziya, diffuz spazm, hiatal yırtıq və striktura nəticəsində mənfəzdaxili təzyiq artması nəticəsində selikli və selikaltı qat kənara qabarır. |
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Klinik əlamətləri və distal ezofaqus strikturu olan xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Görüntlüləmə əlamətləri hansıdır? |
Kontrast məhlulun divertikul nahiyəsində toplanması |
Digər müayinələrdə nə tapılır? |
Manometriya – aşağı sfinkterin tonusunun artması və ya dismotorika |
Diaqnostik kriteriyaları hansılardır? |
|
Müalicə üsulları hansıdır? |
Cərrahi |
Əməliyyata göstəriş hansıdır? |
Simptomatik divertikul |
Əməliyyat üsulları hansılardır? |
|
Bir cümlə ilə divertikul? |
Divertikul malignizasiya törətmir, lakin əməliyyat tələb edir. |