Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qida borusunun xoşxəssəli törəmləri - Özət və Suallar

Özət

Barrett ezofaqusu QB-nun distal hissəsində, normal yastı epitelin sütünşəkilli intestinal  tipli epiteli ilə əvəz olunmasıdır  (metaplaziyasıdır). Uzunmüddətili reflükslə əlaqədar qida borusu epitelinin daimi zədələnməsi əsas patogenetik mexanizm hesab edilir. Xəstəlik tipik və atipik reflüks əlamətləri ilə büruzə verir, az hallarda stabil qalır, əksər hadisələrdə proqressivləşərək xora, qanaxma, daralma, displaziya və xərçəng kimi ağırlaşmaların inkişafına səbəb olur. Diaqnostikası üçün endoskopiya və biopsiya vacivdir. Reflüks əlamətləri, endoskopiyada QB-nun ağımıtıl epitelinin cəhrayı epiteli ilə əvəz olunması, biopsiyada isə intestinal metaplaziya xarakterikdir. Müalicə üsulları kimi patomorfoloji dəyişikliklərdən asılı olaraq, konservativ (antasid preparatı) və cərrahi (fundoplikasiya, ablasiya, hətta ezofaqoektomiya) üsullar seçilə bilər.

Qida borusunun digər xoş xassəli törəmələri çox az rast gəlir. Barrett ezofaqusundan sonra ən çox (~50%) qastrointestinal stromal tumorlar və leyomiomlar, daha sonra poliplər təsadüf edilir. Hemangiomlar və mioblastomlar nadir törəmələrdir. Qida borusunun kiçikölçülü xoşxassəli törəmələri adətən asimptomatik olur və təsadüfü müayinələrdə tapılırlar. Törəmələr böyüdükçə disfagiya əlaməti ortaya çıxır. Onların əkəsriyyəti böyüməyə meyllidir. Diaqnostika kontrastlı ezofaqoqrafiya, endoskopiya, KT/MRT və endoskopik USM ilə təmin edilir. Mənfəzin birtərəfli sıxılması və hamar divar xarakterikdir. Bədxassəli törəmələrdən fərqləndirmək üçün biopsiya vacibdir. Müalicəsi cərrahidir: intralüminal törəmələr adətən endoskopik, simptomatik və böyüyən intramural törəmələr torakoskopik, laparoskopik və ya açıq üsullardan biri ilə çıxarılır.

 

Qida borusunun xoş xəssəli törəmləri üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova

 

Suallar

Cavablar

Ezofaqusun xoş xassəli törəmələrinə hansılar aiddir?

  • Barrett ezofaqusu;
  • Qastrointestinal stromal şişlər;
  • Leyomiom;
  • Poliplər;
  • Hemangiom;
  • Qranulyar mioblastom;
  • Sistlər və s.

Barrett ezofaqusu nədir?

Ezofaqusun distal hissəsində yastı epitelin silindrik epitellə əvəz olunması

Hansı formaları var?

  • Metaplaziya;
  • Yüksək differensiasiya;
  • Aşağı differensiasiya;
  • Adenokarsinom

Səbəbi və ya risk faktorları hansıdır?

QERX

Patogenezi nədən ibarətdir?

Ezofaqusun yastı epitelinin vaxtaşırı mədə turşusu və ödlə zədələnməsi

Gediş xüsusiyyəti necədir?

Xəstələrin ⅓-də stabil gedişlidir, əksər hadisələrdə proqressivləşir

Ağırlaşmaları hansılardır?

  • Xora;
  • Striktur;
  • Displaziya;
  • Adenokarsinom

Klinik əlamətləri hansılardır?

  • Bəzən asimptomatik;
  • Reflüks əlamətləri

Hansı xəstələrdə şübhələnmək lazımdır?

QERX və hiatal yırtıq, striktur və xora olan xəstələrdə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya və biopsiya

Görüntlüləmə əlamətləri hansılardır?

Endoskopiyada ağımtıl epitelin çəhrayı epiteli ilə əvəz olunması

Digər müayinələrdə nə tapılır?

Patohistoloji müayinədə - intestinal tipli epiteli (Goblet hüceyrələri)

Diaqnostik kriteriyaları hansılardır?

  • Reflüks əlamətləri;
  • Endoskopiyada ağımtıl epitelin çəhrayı epiteli ilə əvəz olunması;
  • Biopsiyada intestinal metaplaziya;

Müalicə üsulları hansılardır?

  • Reflüksün müalicəsi;
  • Barrett epitelinin aradan qaldırılması
    • fotodinamik terapiya;
    • radiotezlikli destruksiya;
    • termal destruksiya;
    • mukozal rezeksiya;
    • arqon koaqulyatorlarla destruksiya;
    • digər fiziki üsullar
  • Ağırlaşmaların müalicəsi
    • dilatasiya;
    • rezeksiya;
    • destruksiya

Proqnoz necədir?

Əksər hallarda ağırlaşmalar inkişaf edir

Ezofaqusun digər xoş xassəli törəmələrinin rastəlmə tezliyi nə qədərdir?

Ən çox qastrointestinal stromal tumorlar və leyomiom, sonra poliplər, nadir hallarda isə hemangiom və mioblastom

Gediş xüsusiyyəti necədir?

Əksəriyyəti böyüməyə meylli, lakin bədxassəli törəməyə keçmə ehtimalı aşağıdır

Klinik əlamətləri hansılardır?

  • Intralüminal törəmələr (polip) obstruksiya, disfagiya, qusma, aspirasiya
  • Kiçik intramural törəmələr (GİST, leyomiom) simptomsuz, > 5 sm olarsa, disfagiya, retrosternal ağrılar

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Klinik əlamətləri olan xəstələrdə

Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı ezofaqoqrafiya;
  • Endoskopiya;
  • Endoskopik biopsiya (intramural törəmələr istisna);
  • KT/MRT;
  • Endoskopik USM;
  • Patohistoloji

Görüntlüləmə əlamətləri hansılardır?

  • Kontarstlı ezofaqoqrafiyada - dolma defekti;
  • Digər müayinələrdə - ezofaqusun divar dəyişiklikləri;
  • Endoskopik müayinədə selikli qişanın normal görünməsi;

Müalicə üsulları hansılardır?

  • Endoskopik – intralüminal törəmələr;
  • Cərrahi

Əməliyyata göstəriş nədir?

Törəmənin olması

Əməliyyat üsulları hansılardır?

Simptomatik, böyüyən intramural törəmələrdə - torakoskopik və ya açıq üsulla enukleasiya

Ezofaqusun sisti nədir?

Ezofaqusun divarında yerləşən maye möhtəviyyatlı patoloji boşluq

Rastəlmə tezliyi nə qədərdir?

Çox nadir

Hansı klinik formaları var?

  • Anadangəlmə (bronxogen, enterogen);
  • Qazanılma (retension)

Ağırlaşmaları hansılardır?

Böyüyərək ətraf orqanları sıxa bilərlər (disfagiya, təngənəfəslik)

Klinik əlamətləri hansılardır?

  • əksər hadisələrdə asimptomatik;
  • döş qəfəsində ağrılar;
  • disfagiya

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

  • Kontrastlı ezofaqoqrafiya;
  • KT/MRT;
  • Endoskopik USM;

Müalicə üsulları hansılardır?

  • Cərrahi

Əməliyyata göstəriş nədir?

Sistin simptomatik olması

Əməliyyat üsulu hansıdır?

Sistin enukleasiyası