N.Y.Bayramov, S.A.Əliyev
Tərifi
Sağ ağciyərin orta pay bronxunun obstruksiyası nəticəsində meydana gələn və təkrarlanan lobar pnevmoniya orta pay sindromu adlanır.
Etiologiyası və patogenezi
Orta pay bronxunda obstruksiya törədən səbəblər (böyümüş peribronxial limfa düyünü, bronxial fibroz, bronx daşları, bronxoektaziya, törəmələr, yad cisim və s) orta payda durğunluğa, atelektaza və pnevmoniyaya səbəb olur.
Gedişi
Orta pay sindromu üçün təkrarlanan pnevmoniya xarakterikdir. Təkrarlanan infeksion iltihab payda və bronxlarda fibroza, absesə, bronxoektaziyaya səbəb ola bilir.
Klinikası
Klinik olaraq təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir (hərarət, öskürək, tərləmə, halsızlıq, leykositoz və s.).
Diaqnostikası
Təkrarlanan və sağ payda yerləşən pnevmoniyalarda orta pay sindromundan şübhələnmək lazımdır. Rentgen müayinədə orta payda pnevmoniya infiltrasiyası görünə bilir.
Diaqnozu dəqiqləşdirmək üçün KT lazım gəlir. KT orta pay sindromunu dəqiqləşdirməklə yanaşı differensasiya və səbəbi təyin etmək üçün də vacibdir.
Orta pay sindromunun səbəbini təyin etmək, xüsusən də, bronxial neoplaziyaları təsdiq və ya inkar etmək üçün bronxoskopiya lazımdır.
Diaqnostik əlamətləri:
- Təkrarlanan pnevmoniya
- KT-də orta payda pnevmoniya ocağı
- Bronxoskopiyada orta pay bronxunda obstruksiya
Müalicəsi
Konservativ müalicə əksər hallarda faydalı olur (antibiotiklər, mukolitiklər, bronxodilatatorlar, inhalyasiyalar).
Cərrahi müalicə az hallarda lazım gəlir. Bronxoektaziya, bronxial fibroz, abses, təkrarlanan pnevmoniya, bronxial törəmə əməliyyata göstəriş sayılır. Belə hallarda adətən lobektomiya icra olunur.
Özət
Orta pay sindromu sağ ağciyərin orta pay bronxunun obstruksiyası nəticəsində meydana gələn və təkrarlanan lobar pnevmoniyaya deyilir. Orta pay bronxunda obstruksiya törədən səbəblər (böyümüş peribronxial limfa düyünü, bronxial fibroz, bronx daşları, bronxoektaziya, törəmələr, yad cisim və s.) orta payda durğunluğa, atelektaza və pnevmoniyaya səbəb olur. Xəstəlik adətən təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir (hərarət, öskürək, tərləmə, halsızlıq, leykositoz və s). Diaqnozu dəqiqləşdirmək üçün KT və bronxoskopiya lazım gəlir. Müalicəsi üçün konservativ müalicə başladılır və əksər hallarda faydalı olur. Cərrahi müalicə adətən səbəbi aradan qaldırmaq üçün lazım gəlir.
Orta pay sindromu üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Orta pay sindromu nədir? |
Sağ ağciyərin orta pay bronxunun obstruksiyası nəticəsində meydana gələn və təkrarlanan lobar pnevmoniya |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Patogenezi nədən ibarətdir? |
Obstruksiya → durğunluq → atelektaz → pnevmoniya |
Gediş xüsusiyyəti necədir? |
Təkrarlanan pnevmoniya xarakterikdir |
Ağırlaşmaları nələrdir? |
Payda və bronxlarda fibroz, abses, bronxoektaziya |
Klinik əlamətləri hansılardır? |
Təkrarlanan pnevmoniya əlamətləri ilə təzahür edir – hərarət, öskürək, tərləmə, halızlıq, leykositoz və s. |
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Təkarlanan və sağ payda yerləşən pnevmoniyalarda |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Görüntüləmə əlamətləri nələrdir? |
KT – orta payda pnevmoniya infltrasiyası Bronxoskopiya – orta pay bronxunda obstruksiya |
Diaqnostik kriteriyalarını sadala? |
|
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Bronxoektaziya, bronxial fibroz, abses, təkrarlanan pnevmoniya, bronxial törəmə olması |
Əməliyyat üsulları hansılardır? |
Lobektomiya |