N.Y.Bayramov, B.Zeynalov
Tərifi
Bədxassəli hidrotorakslar plevranın, ağciyərin və digər orqanların bədxassəli xəstəlikləri nəticəsində plevrada yaranan mayeyə deyilir.
Rastgəlmə tezliyi
Plevra mayeləri arasında 25% təşkil edir.
Səbəbləri
Ağciyər (35%), süd vəzi (25%), limfoma (10%), plevral mezotelioma (10%) və digər bədxassəli xəstəliklər ən çox rast gəlinən səbəbləridir.
Diaqnostikası
Plevral mayedə yüksək protein olur, sitoloji müayinədə bədxassəli hüceyrələr tapıla bilir (50%). Adətən dəqiqləşdirmək üçün plevral biopsiya lazım gəlir ki, bu da torakoskopik yolla alındıqda daha informativ olur.
Müalicəsi
Palliativdir, maye yığılmasını azaltmaq və ağciyəri genişləndirmək üçün aparılır. Aşağıdakı üsulları var:
- Drenaj – təngnəfəsliyi azaltmaq üçün edilir. Pulmonar ödemin qarşısını almaq üçün maye yavaş-yavaş çəkilir: 24-48 saat ərzində, əvvəl 1 L, sonra 200-500 ml/saat.
- Plevrodeziya – talk, doksorubsin, tetrasiklin və s.
- Plevrektomiya – ən effektiv üsuldur.
Özət
Bədxassəli hidrotorakslar adətən ağciyər, süd vəzi, limfoma, plevral mezotelioma və digər bədxassəli xəstəliklərin nəticəsində meydana gəlir. Plevral mayedə yüksək proteinin olması, sitoloji müayinədə və biopsiyada bədxassəli hüceyrələr tapılması xarakterikdir. Müalicəsi adətən palliativdir, maye yığılmasını azaltmaq və ağciyəri genişləndirmək üçün drenaj, plevrodeziya, plevrektomiya aparılır.
Bədxassəli hidrotorakslar üzrə suallar
N.Y.Bayramov, F.A.Qəhrəmanova
Suallar |
Cavablar |
Rastgəlmə tezliyi nə qədərdir? |
Plevral mayelərin 25%-i |
Səbəbi və ya risk faktorları nələrdir? |
Ağciyər (35%), süd vəzi (25%), limfoma (10%), plevral mezotelioma (10%) və digər bədxassəli xəstəliklər |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
Plevral biopsiya |
Görüntüləmə əlamətləri nələrdir? |
Plevrada maye |
Digər müayinələrdə nə tapılır? |
Plevral mayedə yüksək protein, sitoloji müayinədə bədxassəli hüceyrələr (50%) |
Müalicə üsulları hansılardır? |
Palliativ – drenaj, plevrodeziya |
Əməliyyat üsulları hansılardır? |
Plevrektomiya – ən effektiv üsul |