N.Y.Bayramov, B.Zeynalov
Tərifi
Plevranın birincili və ikincili törəmələri ola bilər.
Təsnifatı
Mənşəyinə və xarakterinə görə |
Birincili
İkincili (metastatik) |
Lokal mezotelioma (sarkoma)
Tərifi
Subplevral fibroz toxumadan inkişaf edən törəmədir, visseral plevrada daha çox rast gəlinir. Bəd xassəli forması plevral sarkoma da adlanır.
Gedişi
Əksəriyyəti xoşxassəlidir (70%), bədxassəli hallar 30% təşkil edir. Bədxassəli formanın gedişi sarkomaların gedişinə bənzəyir.
Klinikası
Kiçik ölçülü törəmələr asimptomatik olur, böyük ölçülü törəmələr ağrı, təngnəfəslik, paraneoplastik simptomlarla ortaya çıxa bilir.
Diaqnostika
Rentgen törəməyə şübhə yarada bilir. Diaqnozun dəqiqləşdirilməsi KT və biopsiya ilə mümkün olur (Şəkil 9).
![]() |
![]() |
![]() |
Şəkil 9. Mezoteliomanın rentgen KT və torakoskopik görüntüləri
Müalicəsi
Radikal rezeksiya əsas müalicədir.
Diffuz bədxassəli mezotelioma
Tərifi
Plevral mezoteldən inkişaf edən bədxassəli törəmədir.
Etiologiyası
Asbest, silikat və siqaret etiologiyada mühüm rol oynayır.
Morfologiyası
Sağtərəfli (60%), soltərəfli (35%), ikitərəfli (5%) formaları ola bilər.
Klinikası
Ağciyər əlamətləri ilə ortaya çıxır: təngnəfəslik, ağrı, öskürək, zəiflik və s.
Diaqnostikası
Rentgendə və KT-də plevral qalınlaşma və plevral maye mezoteliomaya şübhə yaradır. Klinik və görüntüləmə əlamətləri ilə yanaşı anamnezda asbestoz və ya silikoz olarsa bu şübhə daha da artır.
Diaqnozu dəqiqləşdirmək üçün plevral biopsiya etmək lazımdır (torakoskopik üsul ilk seçimdir). Adətən diferensasiya üçün immunositokimya və elektron mikroskopiya lazım gəlir.
Müalicəsi
Multidissiplinar müalicə (kimyaradioterapiya, cərrahi və radioterapiya) əsas prinsipdir. Cərrahi müalicəyə göstərişlər:
- törəmə təktərəflidir
- ümumi vəziyyət əməliyyata imkan verir.
Əməliyyat üsulları:
- radikal ekstraplevral pnevmektomiya – paritel plevrektomiya və pulmonektomiya edilir, difraqmektomiya və perikardektomiya əlavə oluna bilər.
- plevrektomiya/dekortikasiya – parietal plevra çıxarılır, visseral plevradakı makroskopik törəmələr rezeksiya edilir.
Əməliyyat mümkün olarsa kimyaterapiya + cərrahiyyə + radioterapiya edilir. Əməliyyat mümkün olmayan hallarda palliativ plevral drenaj və kimyaterapiya tətbiq edilir.
Özət
Plevra törəmələri birincili (lokal mezotelioma, diffuz bədxassəli mezotelioma) və ikincili (metastatik) ola bilər. Lokal mezotelioma subplevral fibroz toxumadan inkişaf edən törəmədir, əksəriyyəti xoş xassəlidir, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsi radikal rezeksiyadır. Diffuz bədxassəli mezotelioma plevral mezoteldən inkişaf edən bədxassəli törəmədir, ağciyər əlamətləri (təngnəfəslik, ağrı, öskürək), plevral qalınlaşma və plevral maye əlamətləri ilə ortaya çıxır, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsində multidissiplinar yanaşma (kimyaradioterapiya, cərrahi və radioterapiya) tətbiq edilir.
Plevra törəmələri üzrə suallar
N.Y.Bayramov, F.A.Qəhrəmanova
Suallar |
Cavablar |
Mezotelioma nədir? |
Plevradan inkişaf edən birincili neoplazmadır. |
Hansı formaları var? |
Lokal (70% xoşxassəli) və diffuz (əsasən bədxassəli) |
Risk faktorları nələrdir? |
Asbest, silikat, siqaret |
Klinik əlamətləri hansılardır? |
Lokal – döş qəfəsində ağrı, oynaqlarda ağrı və şişkinlik, təngnəfəslik Diffuz – döş qəfəsində ağrı, halsızlıq, arıqlama, öskürək
Plevral maye – lokal (10-15%), diffuz (<75%) |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
KT, plevral biopsiya, plevral mayenin sitoloji müayinəsi |
Görüntüləmə əlamətləri nələrdir? |
Plevrada qalınlaşma, döşqəfəsi divarı ilə kor bucaq əmələ gətirən törəmə, plevral maye |
Əməliyyata göstəriş nələrdir? |
Törəmə təktərəflidir və ümumi vəziyyət əməliyyata imkan verir |
Əməliyyat üsulları hansılardır? |
Radikal ekstraplevral pnevmektomiya, plevrektomiya/dekortikasiya |
Lokal mezoteliomanın müalicə üsulları hansılardır? |
Radikal rezeksiya |
Diffuz mezoteliomanın müalicə üsulları hansılardır? |
Əməliyyat mümkün olarsa kimyaterapiya + cərrahiyyə + radioterapiya Mümkün olmazsa palliativ plevral drenaj və kimyaterapiya |
Proqnozu nədir? |
Lokal – qənaətbəxş deyil, Diffuz – diaqnoz qoyulduqdan sonra yaşama müddəti təxminən 1il |