N.Y.Bayramov, A.Ə.İbrahimova
SÜD VƏZİ TÖRƏMƏLƏRİNƏ DİAQNOSTİK YANAŞMA
Tərifi
Süd vəzi törəmələrinə düyünlər və kütlələr aid edilir. Düyün dedikdə palpator olaraq sərhəddi hiss edilən, kütlə dedikdə isə ətraf toxumalarla birlikdə konqlomerat şəkildə hiss edilən törəmələr nəzərdə tutulur.
Növləri
Süd vəzi törəmələri xoş və bəd xassəli, tərkibinə görə toxumalı və ya kistik ola bilər. Süd vəzi törəmələrinin böyük əksəriyyəti (90%) xoş xassəli törəmələrdir. Xoş xassəli törəmələr arasında ən çox rast gəlinənlərə fibroadenoma, kistlər, fibrokistik xəstəlik, qalaktosel və piy nekrozu aid edilir. Bəd xassəli törəmələrdən ən çox rast gəlinəni invziv və qeyr-invaziv süd vəzi xəsrçəngidir.
Klinikası
Səbəbindən asılı olaraq süd vəzi törəmələri müxtəlif əlamətlərlə biruzə verə bilər və ya asimptomatik olaraq təsadüfü müayinələrdə tapıla bilər.
Ağrı, xüsusən də periodik ağrı fibrokistik xəstəlik üçün xarakterikdir. Xərçəng gec mərhələlərdə ağrı və dəri dəyişiklikləri verə bilir.
Diaqnostikası
Prinsip
Süd vəzidə törəmə tapılan xəstələrdə ilk növbədə süd vəzi xərçəngini inkar etmək lazımdır.
Şübhə
Aşağıdakı əlamətlərin hər hansı biri olarsa süd vəzi törəmələrindən şübhələnmək lazımdır:
- Xəstənin özü tərəfindən palpator olaraq hiss edilən düyün və ya kütlələr.
- Süd vəzidə dəri dəyişikliyi, ağrı və deformasiya.
- Skrinik müayinələrində USM və ya mammoqrafiyada süd vəzində törəmə .
Dəqiqləşdirmə
İlkin müayinə. Süd vəzidə törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü-müayinəni yerinə yetirmək lazımdır:
- Klinik müayinə (anamnez və süd vəzinin obyektiv müayinəsi)
- Görüntüləmə - mammoqrafiya və USM
- Biopsiya
İlkin müayinə əksər hallarda törəmənin xoş və ya bəd xassəli olduğunu təsdiqləyə bilir. İlkin müayinənin aşağıdakı nəticələri ola bilər:
- Birinci nəticə- xəstədə palpator və görüntüləmə olaraq törəmə təyin edilmir. Belə xəstələri müşahidədə saxlamaq olar.
- İkinci nəticə - xəstədə klinik və görüntüləmə olaraq xoş xəssəli törəmə təyin edilir (fibroadenoma, kist, piy nekrozu).
- Üçüncü nəticə - xəstədə xərçəngi istisna etmək mümükün deyil və şübhəsi qalır. Belə xəstələrdə biopsiyadan əvvəl MRT edilə bilər. Təcrübəli mütəxəsis varsa İİAB , yoxdursa kəsici iynə biopsiyası ilk seçimdir. İynə biopsiyası yetərsiz qalarsa cərrahi biopsiya (insizional və ya eksizional biopsiya) lazım gəlir.
- Dördüncü nəticə - xəstədə xərçəng təyin edilir.
Özət
Süd vəzi törəmələrinə müxtəlif əlamətlərlə özünü göstərən və ya asimptomatik olaraq təsadüfi müayinələrdə tapıla bilən, 90% hallarda xoşxassəli olan, palpator olaraq sərhəddi hiss edilən düyünlər və ya ətraf toxumalarla birlikdə konqlomerat şəkildə hiss edilən kütlələr aid edilir. Törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü müayinə yerinə yetirilməli, xərçəng inkar edilməlidir.
Süd vəzi törəmələrinə diaqnostik yanaşma üzrə suallar
N.Y.Bayramov, A.Ə.İbrahimova
Suallar |
Cavablar |
Hansı əlamət olarsa süd vəzi törəmələrindən şübhələnmək lazımdır? |
|
Süd vəzində törəmə şübhəsi olan xəstələrdə ilkin müayinə hansılardır? |
Süd vəzidə törəmə şübhəsi olan xəstələrdə ilk olaraq standart üçlü müayinəni yerinə yetirmək lazımdır:
|
Süd vəzi xərçəngini istisna etmək mümükün olmayan xəstələrdə nə etmək lazımdır ? |
Belə xəstələrdə biopsiyadan əvvəl MRT edilə bilər. Təcrübəli mütəxəsis varsa İİAB, yoxdursa kəsici iynə biopsiyası ilk seçimdir. İynə biopsiyası yetərsiz qalarsa cərrahi biopsiya (insizional və ya eksizional biopsiya) lazım gəlir. |