Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

GİNEKOMASTİYA

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Tərifi

Ginekomastiya kişilərdə estrogen-androgen nisbətinin artması nəticəsində meydana gələn, adətən ikitərəfli, az hallarda isə birtərəfli böyümə ilə biruzə verən  süd vəzi toxumasının xoş xassəli proliferasiyasıdır.  

 

Səbəbləri və patogenezi

Ginekomastiya fiziologi və patoloji səbəblərdən ola bilər.

Fizioloji səbəblərə körpələrdə, uşaqlarda və yaşla əlaqədar meydana gələn ginekomastiya aid edilir. Pubertal ginekomastiya  (25%) oğlanlarda 10-14 yaşlarında çox rast gəlinən ginekomastiyadır, adətən altı ay-iki il ərzində spontan aradan qalxır, lakin 20% hallarda yetkin yaşlara qədər davam edə bilir.

Patoloji ginekomastiya dərmana və xəstəliklərə bağlı hormonal disbalansla ələaqdar meydana gəlir ki bunlara da aşağıakıları aid etmək olar:

  • Dərmana bağlı ginekomastiya (10-25%) çox rast gəlinən yan təsirlərdən biridir. Ən çox spironolacton, cimetidin, ketoconazol, recombinant böyümə hormonu, estrogen, human chorionic gonadotropin (hCG), antiandrogenlər, gonadotropin-releasing hormon (GnRH) agonisti, 5-alpha-reductase inhibitoru alanlarda rast gəlinir.
  • İdiopatik (25%).
  • Sirroz və malnutrisiya (8%) – hormaonal balansın pozulmasına bağlı meydana gəlir
  • Hipogonadism (10%)
  • Testicular, hipofiz və adrenal törəmələr (3%) – hCG və Leydein hüceyrələrindən estradiol ifrazına bağlı meydana gəlir.
  • Hyperthiroidism (1,5%)
  • Xroniki böyrək yetməzliyi (1%), dializ alanların 50%-ində rastlanır və Leyding hüceyrə disfunksiyasına bağlıdır.

 

Diaqnostikası

Diaqnozu klinik müayinə və differensasiya əsasında təyin edilir. Klinik müayinədə areola altında diamteri 0.5 sm-dən böyük sərt-elastik, zəif ağrılı və hərəkətli törəmə təyin edilir.

Ginekomastiyanı yalançı ginekomastiyadan və süd vəzi xərçəngindən fərqləndirmək lazımdır.

  • Yalançı ginekomastiya piylənməsi olan xəstələrdə rastlanılır və süd vəzi müayinəsində piy toxuması təyin edilir, kütlə tapılmır.
  • Süd vəzi xəsrçəngi adətən birtərəfli olur, hərəkətsiz, ağrısız törəmə və gilədən ifrazat təyin edilir. Diaqnostik çətinlik olarsa mammoqrafiya və biopsiya edilir.

Dəqiqləşdirmə

Davam edən pubertal və səbəbi bilinməyən ginekomastiyalarda ilk növbədə hormonal  (testestoron, HCG, LH, estradiol, TSH, prolaktin və s), görüntüləmə (USM, KT, MRT) müayinələri apararaq xaya, adrenal, tiroid, hipofiz patologiyalarını axtarmaq lazım gəlir. Bunlarla da səbəb tapılmadıqda genetik və reseptor analizlərinə ehtiyac yaranır.

Səbəbin təyini

Ginkomestiya təsdiq edilən hallarda ikinci məsələ səbəbin təyinidir. Əksər hallarda klinik və anamnestik müayinələrdə səbəbi müəyyən etmək mümükün olur (dərmanlar, sirroz, dializ və s).

 

Şəkil 13. Ginekomastiya

 

Müalicəsi

Müalicə yanaşması ginekomastiyanın səbəbindən və gedişindən asılıdır, səbəbə yönəlik tədbirlər, müşahidə, estrogen antoqonistləri, androgenlər və cərrahi müalicə tətbiq edilir:

  • Pubertal ginekomastiyalarda spontan reqressiya ehtimalı yüksək olduğu üçün (80%) müşahidə ilk seçimdir.
  • Süd vəzi çox böyüyüərsə, uşağa fiziki və estetik rahatsılıq verərsə əvvəlcə 3 aylıq tamoksifen (anti-esterogen) müalicəsi verilir.
  • Dərman müalicəsi alanlarda dərmanlar kəsildikdən sonra əksər hallarda ginekomastiya reqressiya edir. Dərmanı kəsmək mümükün olmayan hallarda ginekomastiyanın profilaktikası üçün tamoksifen verilə bilər.
  • Farmokoterapiya və cərrahi əməliyyat müşahidə ilə aradan qalxmayan, ağrı, rahatsızlıq və kosmetik defekt yaradan ginekomastiyalarda tövsiyə edilir.
  • Hipoqonadizmə bağlı ginekomastiyalarda antrogen terapiyası lazımdır.

 

Cərrahi müalicə

Cərrahi əməliyyat fibrotik dəyişikliyə uğrayan ginekomastiyalarda (adətən 1 ildən çox davam edən), müşahidədə reqressiya etməyən və xərçəngdən differensasiya  çətinliyi olan ginekomastiyalarda göstəriş sayılır.

 

Özət

Ginekomastiya – kişilərdə hormonal disbalans nəticəsində yaranan süd vəzinin xoşxassəli proliferasiyasıdır.  Yenidoğulmuş, yeniyetmə oğlanlarda və yaşlı kişilərdə müşahidə edilə bilər. Yenidoğulanlarda müşahidə edilir, yeniyetmlərdə və yaşlılarda hormonal müalicə və ya cərrahi eksiziya tövsiyyə  edilir.

 

Ginekomastiya üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Ginekomastiya nədir?

Kişilərdə süd vəzinin böyüməsi

Səbəbi nədir?

Dərman

Narkotik dərman (marixuana)

Qaraciyər yetməzliyi

Estrogen artiqlığı

Testosteronun azalması

Yaşlı kişilərdə nə ilə differensasiya etmək lazımdır?

Süd vəzi xərçəngi ilə

Müalicəsi

Dərmanı ya dayandır,  ya da dəyiş, hormonal balansı korreksiya et, biopsiya və ya dərialtı mastoektomiya və konservativ müalicə