Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

SÜD VƏZİNİN XƏSTƏLİKLƏRİ VƏ MÜAYİNƏLƏRİ

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

SÜD VƏZİNİN XƏSTƏLİKLƏRİ

 

Süd vəzinin xoşxassəli xəstəlikləri

  • Fibroz-kistoz mastopatiya (FKM)
  • Süd vəzi kistaları
  • Fibroadenoma
  • Mastalgiya
  • Gilədən ifrazat
  • Süd vəzi infeksiyaları
  • Ginekomastiya
  • Yüksək riskli və ya xərçəngönü vəziyyət

Süd vəzin bəd xassəli xəstəlikləri

  • Süd vəzi xərçəngi
  • Süd vəzi limfoması və digər
  • Metastatik şişlər

 

 

SÜD VƏZİ XƏSTƏLİKLƏRİNDƏ MÜAYİNƏLƏR

 

Süd vəzi xəstəliklərində müayinələr klinik, fizik müayinələr, görüntüələmə və biopsiyadan ibarətdir.

 Anamnez

  • Xəstələr əsasən süd vəzində kütlə, ağrı, döş giləsindən axıntı, dəri dəyişiklikləri və mammoqrammada anormallıq şikayətləri ilə həkimə müraciət edirlər.
  • Şikayətlərin xarakteri diaqnostikada önəmli yer tutur, ona görə də anamnezdə aşağıdakılara xüsusi diqqət etmək laımdır:
    • Əlamət və simptomların təsviri və müddəti və onların hamiləlik, menstruasiya və ya əvvəlki travma ilə müvəqqəti əlaqəsi.
    • Son menstruasiya dövrünün tarixi və menstruasiya siklinin müntəzəmliyi.
    • Menarxe zamanı yaşı.
    • Hamiləliklərin sayı və ilk diri doğuşda xəstənin yaşı.
    • Laktasiya tarixçəsi.
    • Təbii və ya cərrahi menopauza (ovariektomiya) yaşı.
    • Daha əvvəl süd vəzi biopsiyaları və mammoplastikaların aparılması.
    • Mammoqram tarixçəsi.
    • Oral kontraseptivlərdən istifadə və/yaxud hormon əvəzləyici terapiya.
    • Ailə anamnezində süd vəzi və ginekoloji xərçəng olması. Bu anamnez minimum iki nəsli, o cümlədən hər hansı əlaqəli xərçəng xəstəliyini, məsələn yumurtalıq, yoğun bağırsaq, prostat, mədə və ya mədəaltı vəz xərçəngini əhatə etməlidir.

Fizik müayinə

  • Fiziki müayinədə süd vəzinin baxılması və palpasiyası həyata keçirilir.
  • Süd vəzilərinə baxmaq üçün xəstə həm ayaq üstə olmalı, qolları aşağı salınmış və daha sonra isə qaldırılmış vəziyyətdə olmalıdır.
  • Baxma ilə asimmetriya, deformasiya, dəridə dəyişikliklər (eritrema, ödem, batıq), döş giləsində dəyişikliklər, axıntı yoxlanılır.
  • Süd vəzinin palpasiyasına ayaq üstü vəziyyətdə başladılır və uzanmış vəziyyətdə tamalanır. Xəstə arxası üstə uzanarkən, ipsilateral qolu yuxarı qaldırılır və başın arxasına qoyulur, süd vəzilərini sistemli şəkildə müayinə edilir.  Palpasiya ilə süd vəzidə törəmə, törəmənin yeri, ölçüsü, kənarları, xarakteri (düyün, kütlə), konsistenziyası yoxlanılır, qoltuq altında, körpücük sümüyünün üzərində və altında limfadenopatiya axtarılır.

Görüntüləmə

Mammoqrafiya süd vəzinin həm skrininqində, həm də kütlələrinin məyyənləşdirilməsində  ilkin müayinədir, 30 yaşından yuxarı bütün xəstələrdə, 30 yaşından aşağı xəstələrdə isə göstərişə görə aparılır. Başlangıc mammoqrafiya 35-40 yaş arası, , 40-50 yaş arası hər il və ya hər ildən bir, 50 yaşdan yuxarı qadınlarda illik aparılmalıdır. Laktasiya və hamiləlik dövründə mammoqrafiya tövsiyə edilmir.

Adətən iki standart görünüşdən – orta-kənar (mediolateral) və kraniokaudal görünüşdən ibarət olur.

Tomosintez xüsusən piysiz süd vəziləri olan qadınlarda kalsinasiya   olmamış törəmələrin qiymətləndirilməsi zamanı mamoqrafiyanın həssaslığını və dəqiqliyini artırır.

Mamoqramlarda aşkar edilən süd vəzi törəmələri Amerika Radiologiya Cəmiyyətinin BIRADS (Süd vəzi müayinələri üzrə hesabat və məlumat bazası sistemi) dərəcələrinə əsasən təsnif edilir:

  • 0 = Növbəti vizualizasiya tələb olunur; qiymətləndirmə tam deyil.
  • 1 = Normal; illik müayinəyə davam (bədxassəli şiş riski: 1/2,000).
  • 2 = Xoşxassəli törəmə; bədxassəli şiş riski yoxdur; illik müayinəyə davam (b.ş.r.: 1/2,000).
  • 3 = Xoşxassəli törəmə ehtimalı; 4-6 aydan bir müayinə tələb olunur (b.ş.r: 1% to 2%).
  • 4 = Süd vəzi xərçəngi şübhəsi; biopsiya tövsiyə edilir. Bu kateqoriya aşağıdakı alt-kateqoriyalara bölünə bilər
  • 5 = Süd vəzi xərçəngi ilə bağlı yüksək şübhə; biopsiya mütləq şəkildə tövsiyə olunur (≥95% halda bədxassəlidir).
  • 6 = Biopsiya ilə sübut edilmiş bədxassəli şiş.

 

Mammoqrafiyada bədxassəlilik əlamətləri:

  • Mikrokalsifikasiya,ulduzabənzər kütlə
  • Yeni və ya aydın olmayan konturlara malik kütlələr.
  • Xətti və ya budaqlanan formada klasterli mikrokalsinatlar. 
  • Arxitektonikanın pozulması.

 

USM

  • Ultrasəs müayinəsi ilkin müayinə üsulu kimi mammoqrafiya ilə birlikdə tətbiq edilir. USM kütlənin toxumalı və ya kistoz olmasını,  ölçüsünü, konturunu, daxili tərkibini və qanlanmasını müəyyən edə bilər.
  • Xərçəng aşkarlanmış xəstələrdə ultrasəs müayinəsi bəzən əlavə şübhəli kütlələri və/yaxud xəstəliyin mərhələsini müəyyən etmək üçün istifadə edilir.

 

MRT

  • MRT ikinci pillə müayinədir, mammoqrafiya və USM ilə diaqnostik çətinlik olduqda istifadə edilir.
  • MRT xəstəliyin mərhələsinin müəyyən edilməsində, multisentrik patalogiyanın aşkar edilməsində, digər süd vəzinin qiymətləndirilməsində, qoltuqaltı metastaz və naməlum əsas xəstəlik (yəni gizli süd vəzi xərçəngi) müşahidə edilən xəstələrin qiymətləndirilməsində faydalıdır. Bu müayinə həmçinin döş qəfəsi divarının qiymətləndirilməsində də əlverişlidir.

Biopsiya

 

Biopsiya süd vəzi törəmələrinin diaqnostikasındakı standart üçlü müayinənin komponentlərindən biridir (digərləri klinik və görüntüləmə müayinələridir).

Süd vəzi patologiyalarının preoperativ diaqnostikasında 4 morfoloji müayinə aparıla bilir:

  • Gilədən ifrazatın sitoloji müayinəsi
  • İncə aspirasyon biopsiya
  • Kəsici iynə biopsiyası
  • Cərrahi biopsiya (eksizyonal, insiziyonal)
    • İncə iynəli aspirasiyan biopsiya (İİAB) etibarlı, dəqiq, 90%-dən yüksək həssaslığa malik üsuldur, bəd xassəli hüceyrələri, estrogen (ER) və progesteron reseptorunu (PR) müəyyən edə bilər, lakin şişin dərəcəsi və ya invaziyanın olması barədə məlumat vermir, təcrübəli mütəxəssis tələb edir.
    • Kəsici iynə biopsiyası İİAB-dan üstün hesab edilir. Bu biopsiya invaziv və qeyri-invaziv xərçəngi fərqləndirə bilir və şişin dərəcəsi, habelə reseptorun vəziyyəti barədə məlumat verir. Aydın olmayan nümunələr üçün cərrahi biopsiya zəruridir.
    • Ekziyon biopsiya törəmənin çıxarılmasından ibarətdir, əsasən kəsici iynə biopsiyası icra edilə bilmədikdə istifadə edilir. Bu biopsiya əməliyyat otağında icra olunur, kəsiklər elə planlaşdırılır ki, onlar, tələb olunduqda, gələcək mastektomiyada istifadə edilə bilsin.
    • İnsizion biopsiya törəmənin bir hissəsinin çıxarılmasındıan ibarətdir, İİAB və ya punksiya biopsiyası ilə dəqiq diaqnozun qoyula bilməyən bədxassəli şiş şübhəsi olan böyük süd vəzi kütləsinin qiymətləndirilməsində istifadə edilir. Dəriyə yayılan iltihabi süd vəzi xərçəngi üçün insizion biopsiya dəri biopsiyasını əhatə edə bilər.

 

Biopsiyaya göstərişlər:

Ø  Aspirasiyadan sonra davam edən kütlə

Ø  Solid kütlə

Ø  Sist aspirasiyasında qan

Ø  Mammoqrafiyada /USG/MRT şübhəli kütlə

Ø  Gilədən qanlı ifrazat

Ø  Gilədə xora və ya  dermatit

Ø  Xəstə süd vəzində hər hansı abnormallığı  qeyd edirdsə

 

Mammoqrafiyada ələ gəlməyən kütlə izlənirsə stereotactic biopsiya (mammatome) və ya iynə lokalizasyon biopsiya edilir. Iynə lokalizasyon biopsiya radioloq tərəfindən aparılır.

 

Özət

Süd vəzinin xoşxassəli xəstəliklərinə fibroz-kistoz mastopatiyalar, süd vəzi kistaları, fibroadenoma, ginekomastiya, süd vəzi infeksiyaları, bəd xassəli xəstəliklərinə süd vəzi xərçəngi, süd vəzi limfoması və metastatik şişlər aiddir. Süd vəzi xəstəliklərinin diaqnozu klinik və fiziki müayinələr, görüntüləmə və biopsiya  ilə qoyululur.  Biopsiya süd vəzi törəmələrinin diaqnostikasındakı standart üçlü müayinənin- (digərləri klinik və görüntüləmə müayinələridir) komponentlərindən biridir.

 

Süd vəzin xəstəlikləri və müayinələr üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Süd vəzinin xoşxassəli xəstəliklərinə aid deyil?

Süd vəzinin limfoması

Mammoqrafiya nə zaman edilməlidir?

30 yaşından yuxarı bütün xəstələrdə, 30 yaşından aşağı xəstələrdə isə göstərişə görə edilir.

Birinci mammaqrafiya nə zaman edilir?

Başlangıc mammoqrafiya 35-40 yaş arası aparılmalıdır.

40 yaşdan yuxarı xəstələrdə mammaqrafiya necə aparılmalıdır?

40-50 yaş arası hər il və ya hər ildən bir, 50 yaşdan yuxarı qadınlarda illik

BIRADS 2  nədir?

Xoşxassəli törəmə; bədxassəli şiş riski yoxdur; illik müayinəyə davam .

BIRADS 5 nədir?

Süd vəzi xərçəngi ilə bağlı yüksək şübhə; biopsiya mütləq şəkildə tövsiyə olunur

Xəsətədə biopsiya ilə sübut edilmiş bədxassəli şiş var. Bu Amerika Radiologiya Cəmiyyətinin BIRADS dərəcələrinə əsasən nece qiymətləndirilir?

BIRADS 6

Biopsiyaya göstərişlər nələrdir?

 

  • Aspirasiyadan sonra davam edən kütlə
  • Solid kütlə
  • Sist aspirasiyasında qan
  • Mammoqrafiyada /USG/MRT şübhəli kütlə
  • Gilədən qanlı ifrazat
  • Gilədə xora və ya  dermatit
  • Xəstə süd vəzində hər hansı abnormallığı  qeyd edirdsə