Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

SÜD VƏZİNİN ANATOMİYASI VƏ FİZİOLOGİYASI

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

ANATOMİYASI

 

Ölçüsü və quruluşu

Süd vəzinin (SV) forması,  ölçüsü, vəziyyəti və funksiyası inkişafın dövrləri, hamiləlik və bədən quruluşunun fərdi xüsusiyyətləri ilə sıx əlaqədardır. 

SV yetişkin və doğmamış qadınlarda yarımkürə şəklində, eni 11-12 sm, şaquli ölçüsü 10 sm və qalınlığı 5-6 sm-ə bərabərdir; çəkisi isə 150-200 q, əmizdirən qadınlarda isə forması silindirik, ölçüsü iki dəfə artıq olur, hətta 800 q-dək çatır (Şəkil 1).   

 

Yerləşməsi

Yetişkin bir qadının SV döş qəfəsinin ön divarında, ön-yuxarı sağ və sol nahiyələrində yerləşərək, II-III qabırğa səviyyəsindən başlayıb, aşağıya  VII-VIII qabırğanın inframammar qıvrımına qədər, eninə isə döş sümüyünün bayır sərhəddindən ön qoltuqaltı xəttə  qədər uzanır.

SV-nin dərin və ya arxa səthini böyük döş  və ön dişli əzələləri örtən fassiya təşkil edir. SV döş fassiyasından yaxşı inkişaf etmiş süd vəziarxası kövşək birləşdirici toxuma qatı-spatium retromammariya ilə ayrılır. Bu toxuma qatı SV-nin  hərəkətliliyini təmin edir, hərəkətliliyin məhdudlaşması və ya tamamilə itirilməsi bu qatda keçirilmiş və ya gedən irinli prosesə ya da bədxassəli prosesin başlanmasına dəlalət edir.

 

Qan təchizatı

SV-nin arteriyal qan təchizatı:

  • III-VII qabırğaarası arteriyaların şaxələri (rr. mammarii)
  • Döş qəfəsinin daxili arteriyasının şaxələri (rr. perforantes III-V)
  • Döşün bayır arteriyasının şaxələri (rr. mammarii laterales)

SV-nin venoz qan təchizatı:

  • Eyni adlı venalar və qoltuqaltı venalar (v. axillary) (Şəkil.2)

 

Limfa drenajı

Səthi Sappey kələfi dərin areolyar kələf ilə birləşərək, sonda qoltuqaltı (75%) və südvəzidaxili limfatik düyünlərdə toplanır. Beləliklə süd vəzinin limfa drenajını

  • Lateral: aksilyar limfa düyünü
  • Medial: daxili mammari arteriyanı keçərək parasternal düyün təşkil edir (Şəkil 3).

 

İnnervasiyası

Boyun kələfinin I-IV qabırğaarası sinirlərin bayır və ön dəri şaxələri ilə innervasiya olunur. Bu sinirlər hissi innervasiyanı təmin edir. 

SV-nin vegetativ innervasiyasını ona daxil olan arteriyaların divarındakı simpatik sinir sisteminin sekretor lifləri icra edirlər. Bu liflər laktasiya ilə də sıx əlaqədar olur.

 

     

Şəkil 1. Süd vəzinin anatomiyası

Şəkil 2.  Süd vəzinin qan təchizatı

Şəkil 3. Süd vəzinin limfa drenajı

 

Qoltuqaltı çuxur

Qoltuqaltı çuxurun sərhədlərini yuxarıdan qoltuqaltı vena (v.axillaris), yanlardan kürəyin enli əzələsi (m. latissimus dorsi), ortadan ön dişli əzələ(m. serratus anterior), aşağıdan uzun  döş siniri (n. thoracicus longus) ibarətdir.

 

Qoltuqaltı limfa düyünləri

Qoltuqaltı limfa düyünləri kiçik döş əzələsinə nisbətən anatomik yerləşməsinə əsasən təsnif edilir (Şəki 4):

  • I səviyyə limfa düyünləri: kiçik döş əzələsinin kənarında;
  • II səviyyə limfa düyünləri: kiçik döş əzələsinin arxasında;
  • III səviyyə limfa düyünləri: kiçik döş əzələsinin ortasında yerləşir və əzələnin ayrılması ilə görünür.
  • Rotter düyünləri: Böyük və kiçik döş əzələsinin arasında yerləşir (adətən cıxarılmır

Süd vəzi xərçəngində yüksək səviyyə cox pis prognoz verir. Lakin pozitiv düyünlərin olması yüksək səviyyədə olmasından daha pis prognozdur.

   

Şəkil 4.   Qoltuqaltı limfa düyünləri

Şəkil 5.   Qoltuqaltı sinirlər

 

Qoltuqaltı sinirlər

Qoltuqaltında üç hərəki və bir neçə duyğu siniri (n. thoracicus longus, n. thoracodorsalis, n. pectoralis medialis, n. pectoralis lateralis) yerləşir. (ş.5). Qoltuqaltı limfa düyünlərinin disseksiyası  zamanı onların hamısının qorunması tövsiyə edilir; bununla belə, şişin birbaşa invaziyası zamanı nümunə ilə birlikdə rezeksiya tələb oluna bilər.

Döş qəfəsinin uzun siniri (n. thoracicus longus) midaksilyar xətt üzrə döş qəfəsi divarının yuxarısından aşağısına doğru, lateral döş qəfəsi boyunca, qoltuqaltının ortası ilə uzanaraq ön dişli əzələyə sinir ötürür. Bu sinirin kəsilməsi “qanadlı scapula” (scapulae alatae) səbəb olur.

Döş-bel siniri (n. thoracodorsalis) qoltuğun kənarı ilə, döş qəfəsinin uzun sinirinin lateralı boyunca, kürəkaltı əzələnin yuxarısından aşağısına doğru uzanır və kürəyin enli əzələsinə sinir ötürür. Bu sinirin kəsilməsi qolun hərəkətində və mərkəzə doğru fırlanmasında zəifliyə səbəb olur.

Orta döş siniri (n. pectoralis medialis) Kiçik pectoral əzələ içi və ya lateralı boyunca yerləşərək lateral pectoral sinirin lateralında yerləşərək kiçik və böyük pectoral əzələləri innervasiya edir. Bu sinirin kəsilməsi  böyük döş əzələsinin bayır hissəsinin  atrofiyası ilə nəticələnir.

Qabırğaarası bazu (n. intercostalis brachialis) dərialtı duyğu sinirləri transvers səth üzrə aksillanı keçərək,  qoltuğun bayır hissəsindən  ikinci qabırğaarası sahədən bazunun medial hissəsinə doğru uzanır. Sinirin köndələn kəsilməsi bazunun arxa və orta hissələrində keyləşməyə səbəb olur.

 

FİZİOLOGİYASI

 

SV ektoderma mənşəli olub, dərinin apokrin tipli vəzilərindəndir, əsas funksiyası laktasiyanı təmin etməkdən ibarətdir.

Neyroendokrin nəzarəti

SV-nin inkişafı və funksiyası, estrogen, progesteron, prolaktin, oksitosin, tireoid hormonu, kortizol və somatotrop hormonunun nəzarəti altındadır. Estrogen axacaqların, progesteron epiteli və paycıqların inkişafını, prolaktin hamiləliyin son dovründə və doğuşdan sonra laktasiyanı stimulə edir. Bütün bu proseslər hipotalamusun neyrotrop hormonlarının nəzarəti altındadır (Şəkil 6)

 

 

 

Şəkil 6.  Süd vəzinin neyroendokrin tənzimi

(ADH= antidiuretik hormon; KRF = kortikotropin-rilizinq faktor; SH-RF= somatotrop hormon-rilizinq faktor; LH-RH = luteinləşdici  hormon–rilizinq hormon; Oxi = oxitosin; TRH = tirotropin-rilizinq hormon)

 

Özət

Süd vəzi  döş qəfəsinin ön divarında, ön-yuxarı sağ və sol nahiyələrində yerləşən vəzili və piy toxumasından  ibarət struktura malik, sinirlər, limfa və qan damarları ilə zəngin, əsas funksiyası laktasiya olan apokrin tipli vəzdir. Birləşdirici toxuma və bağlar süd vəzinə dəstək verir və formasını təmin edir. 

Qoltuqaltı çuxurun sərhədlərini yuxarıdan qoltuqaltı vena, yanlardan kürəyin enli əzələsi, ortadan ön dişli əzələ, aşağıdan uzun  döş siniri təşkil edir. Kiçik döş əzələsinə nisbətən anatomik yerləşməsinə əsasən üç səviyyə limfa düyünləri təsnif edilir. Pozitiv düyünlərin olması pis proqnozludur.

 

Süd vəzinin və aksillanın anatomiyası üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Qoltuqaltının disseksiya sərhəddləri hansılardır?

Yuxarı sərhəd -------qoltuqaltı vena

Aşağı sərhəd--------Long thoracic sinir

Lateral sərhəd-------latissimo dorsi əzələsi

Medial sərhəd------lateraldan,dərinlikdən mediala kiçik pektoral əzələyə qədər (düyün götürülməsindən asılı olaraq)

Aksilyar disseksiya zamanı hansı sinirləri qorumaq və onlardan ehtiyatlı olmaq lazımdır?

Long thoracic nerve

Thoracodorsal nerve

Medial pectoral nerve

Lateral pectoral nerve

Bu sinirlərin lokalizasiyasını və hansı əzələləri innervasiya etdiyini göstər:

Long thoracic nerve

Midaksilyar xətt üzrə lateral döş qəfəsi boyunca uzanaraq ön serratus əzələsini innervasiya edir

Thoracodorsal nerve

Long thoracic sinirin laterlalı boyunca uzanaraq latissimus dorsi əzləsini innervasiya edir

Medial pectoral nerve

Kiçik pectoral əzələ içi və ya lateralı boyunca yerləşərək lateral pectoral sinirin lateralında yerləşərək kiçik və böyük pektoral əzələləri innervasiya edir

Lateral pectoral nerve

Medial pectoral sinirdən mediala yerləşir və böyük pektoral əzələni innervasiya edir

Tranvers səth üzrə aksillanı keçən dərilatı sinir  necə adlanır(cox cərrahlar onu qorumaga çalışır)

Intercostalbrachial nerve

Aksillanın üst limit sərhədi hesab olunan böyük vena necə adlanır?

Aksilyar vena

Süd vəzinin limfa drenajı necədir?

Lateral:aksilyar limfa düyünü

Medial: parasternal düyün daxili mammari arteriyanı keçərək

Aksilyar limfa düyünü səviyyələri hansılardır?

I səviyyə (aşağı):lateraldan kiçik pektoral əzələyə

II səviyyə (orta): kiçik pektoral əzələnin dərinliyinə

III səviyyə (yüksək): medialdan pektoral minora

Rotter düyünü nədir?

Pectoral major və minor əzələləri arasında  olan düyünə deyilir (adətən cıxarılmır)

Süd vəzinin suspensor bağı necə adlanır?

Kuper bağı

“mammary “ milk xətti nə deməkdir?

Embrioloji olaraq çiyindən buda qədər olan xətt, hansı ki, “supernumerary” adlanır/areola və ya gilə rastlana bilər

“Spence quyruğu” nə deməkdir?

Süd vəzindən aksillaya dogu uzanan quyruq

Süd vəzində sud ifrazına məsul olan hormon hansıdır?

Prolaktin