N.Y.Bayramov, A.Ə.İbrahimova
HAMİLƏLİKDƏ SÜD VƏZİNDƏ PATOLOJİ DƏYİŞİKLİKLƏR
Gilədən qanlı ifrazat
Gilədən qanlı axıntı ikinci və ya üçüncü trimestrdə baş verə bilər. Bu problem hormonal təsirlər altına epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır. Aradan qalxmadıqda isə, döş giləsindən patoloji axıntının standart qiymətləndirilməsi aparılmalıdır.
Hamilələikdə süd vəzi kütlələri
Hamiləlik zamanı süd vəzində yaranan kütlələrə qalaktosele, südvermə adenoması, sadə kistalar, süd vəzi infarktları, fibroadenomalar və karsinoma daxildir. Fibroadenomalar hamiləlik zamanı hormonal stimulyasiya səbəbindən böyüyə bilər.
- Kütlələr ultrasəs vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli zədələr üçün punksiya biopsiyası icra edilməlidir.
- Uşaqlığı qorumaqla mammoqrafiya icra oluna bilər, lakin süd vəzi sıxlığının artması ilə əlaqədar, bu üsul nadir hallarda faydalı olur.
- Süd vəzinə kütənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları bu cür xəstədə də mərhələlərlə aparılmalı və hamiləliklə əlaqədar olaraq müalicə təxirə salınmamalıdır.
Hamiləlik zamanı şübhələrin aşağı səviyyəli olması, süd vəzində düyünlərin və sıxlığın artması ilə əlaqədar, süd vəzi xərçəngi diaqnozunu qoymaq çətin ola bilər.
Bu xəstəlik 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir.
Müayinələr hamilə olmayan qadınlarda olduğu kimi aparılır. Xəstəliyin daha gecikmiş mərhələsində KT skanı əvəzinə MRT skanı və ya ultrasəs müayinəsi aparıla bilər. Üstünlük verilən punksiya biopsiyası üçün əks göstəriş mövcud olduqda, yerli anesteziya altında eksizion biopsiya təhlükəsiz şəkildə aparıla bilər.
Terapevtik qərarlar xərçəngin klinik mərhələsindən və hamiləliyin trimestrindən asılıdır və fərdi şəkildə verilməlidir. Şüa müalicələri hamiləlik zamanı tətbiq edilə bilməz və şüa terapiyasının təxirə salınması da ideal variant deyil. Bu səbəblərdən, adətən şüa müalicələri birinci və ikinci trimestrdə olan xəstələrə tövsiyə edilmir. Üçüncü trimestrdə olan xəstələrdə şüa doğuşdan sonra başlana bilər. Kimyəvi terapiya ikinci trimestrin ortalarında aparıla bilər.
Özət
Hamiləlikdə süd vəzində patoloji dəyişikliklərə ikinci və ya üçüncü trimestrdə baş verə bilən gilədən qanlı axıntı, süd vəzində kütlələr və süd vəzi xərçəngi aiddir. İkinci və ya üçüncü trimestrdə baş verə bilən gilədən qanlı axıntı hormonal təsirlər altında epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır. Kütlələr USM vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli halarda punksion biopsiya icra edilir. Kütlənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları aparılmalıdır. Süd vəzi xərçəngi 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir. Müalicə xərçəngin klinik mərhələsindən və hamiləliyin trimestrindən asılıdır və fərdi şəkildə aparılır. Kimyəvi terapiya ikinci trimestrin ortalarında, şüa terapiyası doğuşdan sonra aparıla bilər.
Hamiləlikdə süd vəzində patoloji dəyişikliklər üzrə suallar
N.Y.Bayramov, A.Ə.İbrahimova
Suallar |
Cavablar |
Hamiləlikdə süd vəzində hansı patoloji dəyişikliklərə rastlanılır? |
Gilədən qanlı axıntı, süd vəzində kütlələr və süd vəzi xərçəngi |
Hamiləlikdə gilədən qanlı axıntının səbəbi nədir? |
Hormonal təsirlər altında epitelin genişlənməsi nəticəsində yaranır və adətən doğuşdan sonrakı 2 aya qədər aradan qalxır. |
Hamiləlikdə süd vəzində kütlələr necə qiymətləndirilir? |
Kütlələr USM vasitəsilə qiymətləndirilməlidir və hər hansı şübhəli halarda punksion biopsiya icra edilir. Kütlənin bədxassəli olması diaqnozu qoyulduqda, hamilə olmayan qadınlar üçün olan eyni müalicə üsulları aparılmalıdır. |
Hamiləlikdə süd vəzində xərçəngin rastgəlmə tezliyi necədir? |
Süd vəzi xərçəngi 5000 hamiləlikdən təqribən 1-də baş verir və bütün süd vəzi xərçənglərinin demək olar ki, 3%-ni təşkil edir |