Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qalaxanbənzər vəzinin xoşxassəli xəstəlikləri - Özət və Suallar

Özət

Ur qalxanabənzər vəzinin hər hansı bir səbəbdən böyüməsini ifadə edən bir termindir. Normal vəzinin həcmi 18-25 qr-dır. Vəzinin həcmi normadan 2 dəfə artıq olduqda buna ur demək olar (N=20 ; Ur =Nx2). Müəyyən coğrafi ərazidə yod çatmazlığına bağlı populyasiyanın 10%-dan çoxunda QV böyüməsi varsa, endemik ur olaraq qəbul edilir. Ur diffuz, həm tək, həm də çoxdüyünlü ola bilir. Urda hormonal vəziyyət vəzinin funksiyasını, sidikdə yodun miqdarı isə endemik durumu əks etdirir. USM ilə vəzinin həcmi müəyyən edilir. Restrosternal urda vəzinin 50%-dən çoxu döş sümüyü arxasında olur. Təngnəfəslik, xırıltı, boğulma, disfagiya, «boğazda kütlə», yuxarı boş vena sindromu, stenokardiya tutmaları əlamətləri olur.  KT ilə diaqnoz dəqiqləşdirilir. Sıxılma, boğulma əlamətləri varsa, cərrahi müalicə göstərişdir.

 

QALXANABƏNZƏR VƏZİNİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ HAQDA SUALLAR

 

Suallar

Cavablar

Ur klinik gedişinə görə necə ola bilər?

Toksik və qeyri-toksik

Endemik ur nədir?

Müəyyən coğrafi ərazidə yod çatmazlığına bağlı populyasiyanın 10%-dan çoxunda QV böyüməsi varsa, endemik ur olaraq qəbul edilir.

Kretinizmin profilaktikası nədir?

Bu xəstəliyin yeganə pro­fi­laktika üsu­lu hami­lə­lik planlaşdırıldıqda kifayət qədər yod qəbulu hesab olu­nur.

Endemik urun mülicə üsulları hansılardır?

  1. Dərman müalicəsi
  2. Cərrahi müalicə
  3. Radioaktiv yod müalicəsi

Orqanizmin yod qəbulunun əsas göstəricisi nədir?

Orqanizmin yod qəbulunun əsas göstəricisi sidiklə ifraz olunan yodun miqdarıdır.

Restrosternal urda vəzinin neçə faizi döş sümüyü arxasında olur.

50%-dən çoxu

Boyun – döş arxası ur hansı meyarlara görə təsnif edilir?

Formasına, lokalizasiyasına, inkişafına, böyüməsinə

Boyun – döş arxası ur hansı xəstəliklərlə differensiasiya edilməlidir?

Dermoid sist, timoma, tuberkuloma, anev­rizma, limfoma, teratoma, nevrinoma və ikincili karsinoma ilə differensiasiya  aparılmalıdır.