Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qalxanabənzər vəzinin anaplastik xərçəngi - Özət və Suallar

Özət

Qalxanabənzər vəzi toxumasının uzunmüddətli transfor­ma­siyası nəticəsində anaplastik xərçəng əmələ gəlir. Şişin bu forması digər formalardan aqressiv infiltra­tiv böyüməyə meylli olması, qısa zaman kəsiyində (2,5 ay) boyun üzvlərinin və həyati vacib strukturların kompressiyası nəticəsində tənəffüs çatmazlığı törətməsi ilə fərqlənir. Anaplastik tiroid xərçəngi bütün tiroid xərçənglərinin 1%-ni təşkil edir. Nəticələr pisdir. Sağ qalma aylar (4-12 ay) ilə dəyərləndirilir.

QALXANABƏNZƏR VƏZİNİN ANAPLASTİK XƏRÇƏNGİ HAQDA SUALLAR

Suallar

Cavablar

Eyni zamanda nə kimi adlanır?

Differensiasiya olunmayan xərçəng

Nədir?

Differensiasiya olunmayan xərçəng təxminən 75% öncəki differensiasiya olunan (daha çox follikulyar xərçəng) xərçənglərdən inkişaf edir.

Tiroid xərçənglərinin neçə faizini təşkil edir?

Təxminən 2%

Qadın və kişilərə nisbəti?

qadın˃kişi

Histoloji tapıntısı nədir?

Nəhəng hüceyrələr, oxa bənzə hüceyrələr

 İ qəbulu?

Çox çox zəif

Diaqnoz necə qoyulur?

İİAB (böyük törəmlərdə)

Differensial diaqnostikası?

Tiroid limfoması (daha yaxşı proqnozu var)

Müalicəsi:

Kiçik törəmələrdə?

Hava yolu ilə əlaqəlidirsə?

Total tiroidektomiya ± xarici şüa müalicəsi

Sitodestruktiv cərrahiyə + traxeostomiya

Proqnozu nədir?

Dismal (bəd proqnoz anlamında), çünki xəstələr adətən IV stadiyada gəlir və 5 illik yaşam 3%-dir.