Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qalxanabənzər vəzinin limfoması - Özət və Suallar

Özət

QV limfoması ən çox B-hüceyrəli non-Hodgkin limfomasıdır. Birincili tiroid limfoması çox nadir rast gəlinir, ancaq getdikcə artmaqdadır. Anaplastik xərçəngə bənzər klinik gedişi vardır. Diaqnozu dəqiqləşdirmək üçün palpasiya, USM, İİAB, larinqoskopiya, KT və MRT müayinələri aparılır.

QALXANABƏNZƏR VƏZİNİN LİMFOMASI HAQDA SUALLAR

Suallar

Cavablar

Qalxanabənzər vəzi limfoması nədir?

QV limfoması ən çox B-hüceyrəli non-Hodgkin limfomasıdır.

Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinələr aparılır?

Palpasiya, USM, İİAB, larinqoskopiya, KT və MRT müayinələri aparılır.