Özət
Papillyar tiroid şişləri bütün tiroid şişlərinin 75%-ni təşkil edir. Papillyar şişlər 20-50 yaş arasında, qadınlarda, yodla zəngin bölgələrdə daha çox rast gəlinir. Baş – boyun nahiyəsi əvvəllər radiasiya məruz qalmış xəstələrdə papillyar şiş normal populyasiyaya nisbətən daha çox rast gəlinir. Papillyar tiroid şişlərinin bir neçə variantı var: Follikulyar, makrofollikulyar, diffuz sklerozlaşan, onkostik (Hürtle hüceyrəli, yüksək slindirik (Tall hüceyrəli) və solid variantlı formaları var. Bu formalardan diffuz sklerozlaşan, yüksək silindrik hüceyrəli variantlar daha aqressiv gedişlidir. Papillyar tiroid şişləri limfa düyünlərinə metastaz vermə faizi yüksəkdir 15-30% -dir. Ancaq əməliyyatdan sonra 45 yaşdan aşağı xəstələrin yaşama müddəti 10 il 100%, 45 yaşdan yuxarı isə 90% -dir
PAPİLLYAR XƏRÇƏNG HAQDA SUALLAR
Suallar |
Cavablar |
Tiroidin 5 əsas karsinoma tipini və faizini deyin |
|
Əlamət və simptomaları nədir? |
Kütlə/düyün, limfadenopatiya, daha çox eutiroid |
Diaqnostik testlər hansılardır? |
İİAB, Tiroid USM, TSH, kalsium səviyyəsi, döş qəfəsi Rh-müayinəsi,+/- ssintiqrafiya İ |
Tiroid xərçəngi hansı onkomarkerlə assosiasiya olunur? |
Ras ailə geni və RET protonkogen |
Hansı situasiya ilə əlaqəlidir? |
Gardner sindromu və boyuna irradiasiya |
Histoloji tapıntısı nədir? |
Psammom cisimcikləri (yadda saxla, P=Psammom=Papillar, tiroid xərçənglərin 80%-ni təşkil edir. Papillyar=Popular) |
Yayılma istiqamətini və tezliyini deyin |
Daha çox limfatik yolla yayılır (servikal adenopatiya), yayılma zəif gedir |
İ alınsınmı? |
Alınması məsləhətdir |
10 illik yaşam faizi nə qədərdir? |
Təxminən 95% |
˂1,5 sm olan və şüa müalicəsi almayan xəstələrdə müalicə taktikası necədir? |
Variantlar
|
˂1.5 sm, bilateral + boyunda metastatik düyünlər və şüa müalicəsi alan xəstələrdə müalicə taktikası necədir? |
Total tiroidektomiya |
Lateral limfa düyünləri əllənən xəstələrdə müalicəsi necədir? |
Modifikasiya olunmuş boyun disseksiyası (ipsilateral) |
Mərkəzi? |
Mərkəzi boyun disseksiyası |
Pozitiv limfa düyünləri proqnoza təsir edirmi? |
XEYR! |
Əməliyyatdan sonra hansı dərman müalicəsi verilməlidir? |
Tiroid hormonlarını əvəz edənlər, TSH suppresiya etmək üçün |
Papillyar karsinoma üçün postoperativ müalicə nədir? |
Postoperativ I scan lokal rezidual törəməni və distant metastazı ablativ doza ilə müalicə edir |
Papillyar tiroid kanserində “P” lər nə deməkdir? |
Papillyar xərçəng: Popular (ən geniş yayılmış tip) Psammom cisimcikləri Palpasiya olunan limfa düyünləri (daha çox limfa yolu ilə yayılır) Pozitiv İ qəbulu Pozitiv proqress Postoperativ İ scan həm diaqnoz qoyur həm də /metastazları müalicə edir. |