Tərifi
- Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyədə irinli iltihaba deyilir, sepsis və pararektal fistul törədə bilir (Şəkil 1).
Diaqnostik əlamətləri
- Anus ətrafında ağrı, şişkinlik, qızartı
- Hərarətin yüksəlməsi
- Rektal USM-də və ya KT/MRT –də anal ətrafı nahiyyədə mayenin toplanması.
Şəkil 1. Paraproktit
Təsnifatı
Aşağı abseslər |
|
Yuxarı abseslər |
|
Şəkil 2.Paraproktitin patogenezi
Rastgəlməsi
- 90% hallarda abses anal kanalın dişli xətt səviyəsində açılır.
- Xəstəlik ən çox 30-50 yaşlarında rast gəlinir.
- Kişilərdə qadınlara nisbətən 2-5 dəfə çox rast gəlinir.
- Uşaqlarda isə az təsadüf olunur.
Etilologiyası və patogenezi
- Kəskin paraproktit əksər hallarda dental xəttdə yerləşən anal vəzilərin iltihabının ətrafa yayılması nəticəsində baş verir (kriptoqlandulyar absesin yayılması). Az hallarda anusətrafı nahiyədəki tük və ya tər vəzinin tıxanması nəticəsində abseslər yaran bilir(Şəkil 2).
- Aşağışdakı amillər kriptoqlandulyar absesə vəyayılmasına şərait yaradır
- Qəbizlik
- Şəkərli diabet
- Anal çatın iltihablaşması
- Cinsi yolla ötürülən xəstəliklər
- Bağırsağın iltihabi xəstəlikləri
- Bağırsaqda divertikulit
- Kortizon tərkibli şamların, məlhəmlərin istifadəsi.
Ağırlaşmaları
- Sepsis
- Parerektal fistul (40-50%)
Klinikası
- Anusətrafı nahiyədə ağrı, şişkinlik, qızartı
- Hərarətin yüksək olması
- Üşütmə, titrətmə, halsızlıq
- Aralıq dərisinin iltihabi ödemləşməsi, qızarması, anal dəliyin deformasiyası
- Sərt konsistensiyaslı ağrılı infiltrat
Diaqnostikası
Şübhə
- Anal nahiyyədə ağrı və septik əlamətləri olanlarda kəskin paraproktitdən şübhələnmək lazımıdr
Dəqiqləşdirmə
- Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, diferensasiya və yayılma dərəcəsini müəyyənləşdirmək üçün tomoqrafiya və ya USM tətbiq edilə bilir:
- Anus ətrafında ağrı, şişkinlik, qızartı
- Hərarətin yüksəlməsi
- Rektal USM-də və ya KT/MRT –də anal ətrafı nahiyyədə mayenin toplanması
Müalicəsi
- Əsas müalicəirinliyin açılması – drenaj və antibiotikoterapiyadır.
- Paraproktit anusətrafı dərinin kəsilərək irinli möhtəviyyatın boşaldılır.
- Abses boşaldıldıqdan sonra həmən boşluq drenajlanır. Paraproktitin açılmasından 24 saat sonra ağrı və yanğı hissi itir, lakin boşluğun tam sağalması 3-5 həftə çəkir.
- Əməliyyatdan sonrakı dövrdə xəstələrə oturaq vannalar, həmçinin lifli qidaların qəbulu məsləhət görülür.
- Pararektal abses öz-özünə və ya cərrahi yolla boşaldıla bilər. Bu zaman anusətrafı nahiyədə ağrı və təzyiq azalır. Paraproktit 40-50% hallarda pararektal fistulla nəticələnə bilər.
Özət
Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyyədə irinli iltihaba deyilir, sepsis və pararektal fistul törədə bilir. Anus ətrafında ağrı, şişkinlik, qızartı hərarətin yüksəlməsi əsas əlamətləridir. Perianal, sfinkterdaxili, ishio-rektal, supralevator, submukozal formaları vardır. Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, differensiasiya dərəcəsini müəyyənləşdirmək üçün KT/MRT və ya USM tətbiq edilə bilir. Anus ətrafında ağrı, şişkinlik, qızartı,hərarətin yüksəlməsi, rektal USM-də və ya KT/MRT-də anal ətrafı nahiyyədə mayenin toplanması diaqnozu təsdiqləyir. Əsas müalicə irinliyin açılması – drenaj və antibiotikoterapiyadır.
PARAPROKTİT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Paraproktit nədir? |
Paraproktit və ya pararektal abses anus və rektum ətrafı nahiyədə irinli iltihaba deyilir. |
Rastəlmə tezliyi nə qədərdir? |
|
Hansı klinik formaları var? |
Aşağı abseslər:
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Anal nahiyyədə ağrı və septik əlamətləri olanlarda kəskin paraproktitdən şübhələnmək lazımıdır. |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Diaqnoz klinik müayinə ilə dəqiqləşdirilir, diferensasiya və yayılma dərəcəsini müəyyənləşdirmək üçün tomoqrafiya və ya USM tətbiq edilə bilər. |
Diaqnostik kriteriyalarını sadala? |
|
Müalicə üsulları hansılardır? |
|
FURNE QANQRENASI
Tərifi
- Anusətrafı nahiyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli- nekrotik xəstəlikdir, ağır sepsisə səbəb olur, letallığı yüksəkdiur (50%).(Şəkil 3)
Diaqnostik əlamətləri
- Perianal nahiyədə nekroz, göyərmə və yaxud qaralma
- Göyərmə ətrafında dəri suluğu, dərialtı krepitasiya.
- Sepsis
Şəkil 3. Furne qanqrenası
Rastgəlməsi
- Furne qanqrensı anusətrafı nahiyənin patologiyaları arasında 1%-ni təşkil edir.
- Kişilərdə qadınlara nisbətən 10 dəfə artıq rast gəlinir.
- Əsasən 30-39 yaş arasında görülür.
Etilologiyası
- Xəsətəliyin yaranmasında dəridə olan kişik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür.
Klinikası
- Perianal nahiyədə göyərmə, qaralma
- Şiddətli ağrı
- Üşütmə, titrətmə
- Hərarətin yüksəlməsi
- Hipotenziya
- Ürəkbulanması, qusma
- Cinsi orqanların qanqrenası
Diaqnostikası
- Diaqnozu klinik müayinəyə əsasən qoyulur: perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri.
Müalicəsi
- Cərrahi müalicə - nekrektomiya
- Antibiotikoterapiya
- Hiperbarik oksigen terapiyası.
Özət
Furne qanqrenası anus ətrafı nahiyyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli-nekrotik xəstəlikdir, ağır sepsisə səbəb olur, letallığı yüksəkdir. Perianal nahiyyədə nekroz, göyərmə və yaxud qaralma göyərmə ətrafında dəri suluğu, dərialtı krepitasiya və sepsis əsas əlamətləridir.Xəsətəliyin yaranmasında dəridə olan kiçik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür. Diaqnozu klinik müayinəyə əsasən qoyulur: perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri. Müalicə – nekrektomiya, antibiotikoterapiya, hiperbarik oksigen terapiyası.
FURNE QANQRENASI XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Furne qanqrenası nədir? |
Anusətrafı nahiyyənin və cinsi orqanların nekrozu ilə xarakterizə olunan irinli nekrotik xəstəlikdir. |
Etiologiyası |
Xəsətəliyin yaranmasında dəridə olan kiçik çapıq və yaralara aerob və anaerob mikrobların düşməsinin rolu böyükdür. |
Diaqnostikası |
Perianal nahiyyədə nekroz, ödem və sepsis əlamətləri. |
Müalicəsi |
|