Tərifi
Perianal kondiloma və ya itiuclu kondiloma anusətrafı nahiyədə və anal kanalda, eyni zamanda cinsi orqanlar nahiyəsində tək və ya çoxsaylı papillomalardır, xoralaşma, qanaxma, malginizasiya törədə bilir (Şəkil 1).
Şəkil 1. Kondiloma
Diaqnostik əlamətləri
- Tək və ya çoxsaylı papillomalar
Rastgəlməsi
- Ümumdünya səhiyyə təşkilatının 2010-cu ildə aparılan işlərinəəsasən dünyada ümumi olaraq 630 million insan HPV yoluxmuşdur.
Etilologiyası
- İtiuclu kondilomaların əsas etioloji faktoru “Human papilloma virus”udur (Kondiloma accuminatum). Bu patologiya cinsi yolla keçən xəstəliklərə aiddir. Əsasən HPV-6, HPV-11, HPV-16 və ya HPV-18 virusları ilə keçir.
Təsnifatı
- Schlappner və Shaffer təsnifatına görə kondilomalar aşağıdakı lokalizasiyalı olur :
- 84% hallarda anusətrafı dəridə və anal kanal daxilində
- 10% hallarda anal kanalda
- 6% hallada isə anusətrafı dəridə.
Klinikası
- Anusətrafı nahiyədə gül kələmi şəklində şişkinlik
- Qaşınma
- Qanaxma
- İfrazatın olması
- İslanma hissi.
Diaqnostikası
- Diaqnozu əksər hallarda papillomanın görünməsi ilə qoyulur, lakin dəqiqləşdirmək üçün biopsiya və viral müayinə (HİV, HPV, Sifilis, Hepatit B, Hepatit C)gərəkir.
- Differensiasiya məqsədi ilə anoskopiya, kolonoskopiya, hətta KT/MRT gərəkə bilir
- Virusoloji müayinə
Differensial diaqnostikası
- Anal çat
- Hemorroy
- Proktit
- Anusətrafı nahiyənin xərçəngi
- Pedjet xəstəliyi.
Müalicəsi
Konservativ müalicə - ziyillər kiçikdirsə aparılır |
|
Cərrahi müalicə - ziyillər böyükdürsə aparılır. |
|
Bir çox hallarda müalicədən sonra yenidən kondilomaların əmələ gəlməsi müşahidə olunur. Bu orqanizmdə virusun qalmasından asılıdır.
Özət
Perianal kondiloma və ya itiuclu kondiloma anusətrafı nahiyədə və anal kanalda,eyni zamanda cinsi orqanlar nahiyəsində tək və ya çox saylı papillomalardır. Xoralaşma, qanaxma, malginizasiya törədə bilir. Tək və ya çoxsaylı papillomaların olması əsas diaqnostik əlamətləridir. İti uclu kondilomaların əsas etioloji faktoru “Human papilloma virus”udur (Kondiloma accuminatum). Bu patologiya cinsi yolla keçən xəstəliklərə aiddir. Əsasən HPV-6, HPV-11, HPV-16 və ya HPV-18 virusları ilə keçir. Diaqnozu əksər hallarda papillomanın görünməsi ilə qoyulur, lakin dəqiqləşdirmək üçün biopsiya və viral müayinə (HİV, HPV, Sifilis, Hepatit B, Hepatit C) gərəkir.
Müalicə
- Konservativ müalicə ziyillər kiçikdirsə aparılır(Podofilin, İmikvimod məlhəmi, Sidofovir, İnterferon, 5-flourasil).
- Cərrahi müalicə – ziyillər böyükdürsə aparılır (Kondilomaların koaqulyatorla cərrahi eksiziyası, krioterapiya, lazer terapiyası, infraqırmızi şüalanma).
PERİANAL KONDİLOMA VƏ YA İTİUCLU KONDİLOMA XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Perianal kondiloma və ya itiuclu kondiloma nədir? |
Anus və/və ya aralıqda yerləşən çoxsaylı papillomalardır. |
Səbəbi nədir? |
Kondiloma accuminatum (Human Papiloma virusu). |
Ən böyük təhlükəsi nədir? |
Yastı hüceyrəli karsinoma. |
Ziyillər kiçikdirsə müalicəsi necədir? |
Yerli Podofillin, Aldara. |
Ziyil böyükdürsə müalicəsi nəcədir? |
Cərrahi eksiziya və ya lazer ablasiyası. |