Tərifi
Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. Xroniki qəbizliyi olan insanlarda defekasiya zamanı ya çox sərt, ya da çox az miqdarda nəcis olur.
Təsnifatı
Gedişinə görə |
|
Səbəbinə görə |
|
Yoğun bağırsaqda genişlənməyə görə |
|
Rastgəlməsi
Böyüklərin 2-30%-də qəbizlik problemi vardır. 65 yaşından yuxarı olan qadınlarda kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir. Qəbizliyi olan xəstələrin 50%-də defekasiya problemi mövcuddur.
Etilologiyası
- Anadangəlmə – Hirşprunq xəstəliyi (anadangəlmə meqakolon);
- Qazanılmış – Çaqas xəstəliyi (Tripanasoma cruzi ilə bağlı meqakolon);
- Tıxanma:
- Törəmələr (bağırsaq xərçəngi)
- Bağırsaq bitişmələri (adheziya)
- Yırtıqlar
- Bağırsaq burulması
- Bağırsaq vərəmi
- Endometrioz
- Divertikulit
- Anal stenoz
- Rektosele
- Anismus
- İşemik kolit
- Yoğun bağırsağın psevdoobturasiyası (Ogilvie sindromu);
- Funksional:
- Lifli qidaların yetərsiz qəbulu
- Nəcisi qatılaşdıran qidaların aşırı qəbulu
- Hərəkətsizlik
- Defekasiya refleksinin ləngidilməsi
- Ətraf mühitə bağlı səbəblər
- Aşırı maye itirilməsi
- Qıcıqlanmış bağırsaq sindromu
- Səbəbi bilinməyən:
- Dolixokolon
- Rektal prolaps
- Dərman preparatları
- Metabolik səbəblər
- Hamiləlik
- Yaşlılıq
- Şəkərli diabet
- Amiloidoz
- Hiperkalsemiya
- Hiperparatiroidizm
- Hipokalemiya
- Hipotiroidizm
- Feoxromasitoma
- Porfiriya
- Sklerodermiya
- Uremiya.
- Sinir mənşəli:
- Düz bağırsağın azalmış həssaslığı (20-70%);
- Von Reklinqauzen xəstəliyi (neyrofibromatoz 1);
- MEN
- Iflic
- Onurğa sütunu törəmələri
- Tabes dorsalis
Patogenezi
- Normal defekasiya aktı aşağıdakı ardıcıl proseslərin sayəsində baş verir:
- Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanması
- Ano-rektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması
- Düz bağırsağın peristaltik gücünün artması
- Gücənmə və qarındaxili təzyiqin artması
- Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.
- Bu mərhələlərin hər hansı birində pozulma qəbzliyə gətirib çıxara bilir.
Klinika və diaqnostikası
Şübhə və dəqiqləşdirmə
- Aşağıdakı kriteriyalardan ənazı 2-nin 3 ay müddətində davam etməsi, şikayətlərin isəən azı 6 ay əvvəl başlaması qəbizlik diaqnozunun qoyulmasına əsas yarada bilər.
- Həftədə 3 dəfədən az olan defekasiya aktı
- Defekasiya zamanı artıq gücənmənin olması
- Defekasiya zamanı nəcisin qatı və sərt şəkildə olması
- Defekasiya zamanı tam boşalma hissinin olmaması
- Defekasiya zamanı barmaqla kömək etmək
- Işlətmə dərmanından mütəmadi olaraq istifadə etmək
- Qıcıqlanmış bağırsaq sindromunun əlamətləri.
Səbəbin axtarışı
- Qəbzlik diaqnozu qoyulan xəstələrdə əsas məsələ səbəbin təyinidir və ilk növbədə tıxanma törədən səbəblər axtarılır. Bu məqsədlə aşağıdakı müayinələr aparıla bilər:
- Diqqətli anamnez
- Qarının müayinəsi (palpasiya, perkussiya, auskultasiya)
- Perianal nahiyənin müayinəsi
- Nəcisdə gizli qan testi
- Qanın biokimyəvi analizi
- Kolonoskopiya
- Irriqoskopiya
- Defekoqrafiya
- Anorektal manometriya
- Anorektal elektromioqrafiya
- Biopsiya
- KT/MRT
- Ssintiqrafiya.
- Hormonal müayinələr
Müalicəsi
- Qəbzliyin müalicəsində əsas yeri səbəbin aradan qaldırılması tutur.
- Səbəb məlum olmayan və ya aradan qalxmayan hallarda konservativ və ya cərrahi müalicələr tətbiq edilir.
- Konservativ tədbirlər:
- Pəhriz
- Lifli qida əlavələri
- Probiotiklər
- Prebiotiklər
- Nəcis həcmini artıran təbii əlavələr
- Maye qəbulu
- Peristaltikanı azaldan yemək və içməkləri istifadə etməmə (tünd çay, kofe, şokalad və s)
- Həyat tərzi- fiziki aktivlik
- Dərmanlar
- Osmotik laksativ preparatlar (laktuloza və s)
- Nəcisi yumşaldan preparatlar (psilium)
- Bağırsaq hərəkətlərini artıran preparatlar.
- Pəhriz
- Cərrahi müalicə tıxanma mənşəli qəbzlidə və konservativ müalicə ilə düzəlməyən uzunmüddətli qəbzlikdə tətbiq edilir. Hipokinetik (“tənbəl bağırsaq” sindromu), uzun və ya genişlənmiş bağırsaqlarda atətən total və ya subtotoal kolektomiya və ileorektal anastomoz tövsiyə edilir.
Profilaktika
- Maye qəbulu: gündə ən azı 2 litr su qəbulu
- Lifli qidaların qəbulu
- Tərəvəzlər
- Meyvələr
- Bitkilər (kətan toxumu və s.)
- Kəpək
- Yağlar (zeytun yağı)
- Fiziki aktivlik
Özət
Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. Xroniki qəbizliyi olan insanlarda defekasiya zamanı ya çox sərt, ya da çox az miqdarda nəcis olur. Kəskin və xroniki formaları vardır. Səbəbinə yerinə görə: kologen, proktogen olur. Normal defekasiya aktı aşağıdakı ardıcıl proseslərin sayəsində baş verir:
- Bağırsaqların peristaltikası sayəsində nəcisin düz bağırsaq distalına toplanir.
- Anorektal refleksin meydana gəlməsi və daxili anal sfinkterin boşalması.
- Düz bağırsağın peristaltik gücünün artması.
- Gücənmə və qarındaxili təzyiqin artması.
- Xarici anal sfinkterin, puborektal əzələnin boşalması və anorektal bucağın açılması.
Bu mərhələlərin hər hansı birində pozulma qəbizliyə gətirib çıxara bilir.
QƏBİZLİK XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Qəbizlik nəyə deyilir? |
Həftədə 3 dəfədən az defekasiya aktı və ya ağrılı defekasiyanın olmasına qəbizlik, yaxud konstipasiya deyilir. |
Rastgəlməsi |
Böyüklərin 2-30%-də qəbizlik problemi vardır 65 yaşından yuxarı olan qadınlar da kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir. |