N.Y.Bayramov, S.S.İmanova
DÜZ BAĞIRSAIN VƏ ANUSUN ANATOMİYASI, FİZİOLOGİYASI, XƏSTƏLİKLƏRİ VƏ MÜAYİNƏLƏRİ
Yerləşməsi, ölçüləri və hissələri
- Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir, 12-15 sm uzunluğa malikdir.
- Düz bağırsağın uzunluğunun 1/5- ampulaüstü hissəsinin, 3/5-ü ampulyar hissənin və digər 1/5-i isə anal kanalın payında düşür.
- Düz bağırsaq yuxarı ampulyar hissədə 3 tərəfdən peritonla örtülür, aşağı getdikcə periton təbəqəsi tədricən itir.
- Düz bağırsağın selikli qışası anal kanalda boylama, yuxarıda isə köndələn qırışlar əmələ gətirir.
- Boylama qırışlar anal (Morqan) sütunlar adlanır. Həmin sütunlar arasında anal kriptlər yerləşir.
- Anal kanalın uzunluğu 4 sm-dir.
- Dişli xətt – düz bağırsağın selikli qişasının dəriyə keçən hissəsinə deyilir.
- Anal kanalın daxili sfinkteri saya əzələ qatından ibarət olan həlqədir. Adətən sıxılmış vəziyyətdə olur (defekasiya vaxtı boşalır).
- Anal kanalın xarici sfinkteri eninəzolaqlı əzələ qatından ibarətdir, sərbəst yığıla bilir və üç əzələ qatından ibarətdir.(Şəkil 1).
Şəkil 1. Düz bağırsağın anatomiyası
Arterial təchizat
- Yuxarı düz bağırsaq arteriyası (aşağı müsariqə arteriyasının şaxəsi)
- Orta düz bağırsaq arteriyası (daxili qalça arteriyasının şaxəsi)
- Aşağı düz bağırsaq arteriyası (cinsiyyət arteriyasının şaxəsi)
Şəkil 2. Düz bağırsağı arterial təchizatı
Venoz təchizat
- Düz bağırsağın yuxarı və orta hissələrindən venoz qan axını portal venaya açılır, aşağı hissəsindən və anusdan isə – aşağı boş venaya.
- Düz bağırsağın venaları 3 venoz kələf əmələ gətirir. Bu kələflər sirkulyar əzələ lifləri arasında yerləşən vena yığımlarından ibarət olub, hemorroidal sahə adlanır. (Şəkil 3).
Şəkil 3. Düz bağırsağın venoz sistemi
Limfatik drenaj
- Limfatik damarlar arteriyaları müşayət edirlər.
- Limfatik axın düz bağırsağın yuxarı və orta hissələrindən qasıq limfa düyünlərinə, oma limfatik düyünlərinə və yuxarı düz bağırsaq limfatik düyünlərinə açılır.
- Dişli xəttdən aşağı olan hissəsindən isə qalça arteriyasının aşağı limfatik kollektorlarına açılır. (Şəkil 4).
Şəkil 4. Düz bağırsağın limfa drenajı
İnnervasiya
- Düz bağırsağın innervasiyası simpatik və parasimpatik liflər vasitəsilə həyata keçirilir.
- Simpatik liflər hipoqastrik sinirlərin tərkibində düz bağırsağı, sidik kisəsinin, cinsiyyət üzvlərini innervasiya edir.
- Parasimpatik liflər oma kələfinin tərkibində olan sinirlərdir.
FİZİOLOGİYASI
Düz bağırsağın 2 əsas funksiyası var
Anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti. |
Mexanizmləri:
|
Defekasiya |
Mexanizmləri – mərhələləri
|
XƏSTƏLİKLƏRİ
- Babasil
- Anal kanalın çatı
- Paraproktit
- Furne qanqrenası
- Pararektal fistullar
- Rektovaginal fistullar
- Düz bağırsağın sallanması (rektal prolaps)
- Çanaq dibi disfunksiyaları (obstruktiv defekasiya sindromu) – Rektosele
- Perianal nahiyənin itiuclu kondiloması (papillomaları)
- Büzdümün epitelial yolu
- Anal stenoz
- Anal inkontinensiya
- Anal qaşınma
- Qəbizlik
- Papillit
- Kriptit
- Koksiqodiniya (Proktalgiya)
- Kolitlər – qeyri-spesifik xoralı kolit
- Kron xəstəliyi
- Disbakterioz
- Anal bölgənin prekanseroz xəstəlikləri
- Anorektumun yad cisimləri
- Düz bağırsağın bağırsaq polipləri
- Anal kanalın bədxassəli şişləri
MÜAYİNƏLƏR
- Anamnezin toplanması (qanaxma, ağrı, selikli, irinli ifrazat, qaşınma, göynəmə və s.);
- Baxış (düz bağırsağın selikli qişasının sallanması, anal dəliyin ətrafında yerləşən patoloji törəmələr);
- Digital müayinə (sfinkterin tonusu, selikli qişada olan patoloji dəyişikliklər və s.);
- İnstrumental müayinələr.
Rektoskopiya |
Anal kanalın rektal güzgü ilə müayinəsidir |
Anoskopiya |
Anal kanalın anoskop ilə müayinəsidir. Həmçinin, anosko vasitəsilə babasil düyünlərinin sklerozlaşdırılması, kriodestruksiyası, infraqırmızı koaqulyasiyası və lateks həlqələri ilə liqaturaya alınması aparılır. |
Rektosiqmoidoskopiya |
Düz və S-bənzər bağırsağın rektoromanoskopla müayinəsidir. Müayinə zamanı selikli qişa hissə-hissə yoxlanılır, patoloji ocaqdan material götürülərək histoloji və sitoloji tədqiqata göndərilir. |
Kolonoskopiya |
Yoğun bağırsağın ən vacib və həlləedici müayinəsidir. |
Fistuloqrafiya |
Anus və düz bağırsaq fistullarının diaqnostikasında istifadə edilir, kontrastlı rentgen, KT və ya MRT vasitəsi ilə aparıla bilər. Fistulun gedişini, əlaqəsli orqanları qiymətləndirmək üçün vacibdir. |
Rentgen müayinəsi |
Müayinə zamanı kontrast maddə “per os” yolla (ağızdan) və ya imalə ilə (irriqoskopiya) yeridilir. |
Defekoqrafiya |
Defekoqrafiya, yaxud evakuator proktoqrafiya,defekasiya aktı zamanı düz bağırsağın və çanaq dibinin vəziyyətini qiymətləndirmək üçün dinamik rentgenoloji və ya MRT müayinə üsuludur. |
Rektal ultrasonoqrafiya |
Düz bağırsağın divarının vəziyyəti, qalınlığı, exosıxlığı, törəmələrin yayılma dərəcəsi qiymətləndirilir. Fistulların diaqnostikasında kontrastlı endorektal USM geniş tətbiq olunur. |
Sfinkterometriya |
Əsasən m. puborectalis, m. levator ani və anal sfinkterin funksional vəziyyətini qiymətləndirmək üçün istifadə olunur. |
KT/MRT |
Düz bağırsağı, anal kanalı və ətrafdakı orqanlarıqiymətləndirmək, törəmələrin ölşüsü, yeri, yayılma dərəcəsi barədə dəqiq məlumat verir. |
PET-KT |
Törəmələrin neoplastik və ya qeyri-neoplastik xarakterli olduğunu differensiasiya etmək və distal metastazları axtarmaq üçün aparılır. |
Özət
Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir, 12-15 sm uzunluğa malikdir. Düz bağırsaq uzunluğunun 1/5 – ampula üstü hissəsinin, 3/5 – ampulyar hissəsinin və digər 1/5-i isə anal kanalın payında düşür. Düz bağırsağın 2 əsas funksiyası var: anal kontinensiya – nəcis və qazların saxlama qabiliyyəti və defekasiya.
Müayinə üsulları
Düz bağırsaq xəstəliklərini aşkar etmək üçün aşağıdakı müayinələrdən istifadə edilir:
- Anamnezin toplanması (qanaxma, ağrı, selikli, irinli ifrazat, qaşınma, göynəmə və s.);
- Baxış (düz bağırsağın selikli qişasının sallanması, anal dəliyin ətrafında yerləşən patoloji törəmələr);
- Digital müayinə (sfinkterin tonusu, selikli qişada olan patoloji dəyişikliklər və s.);
- İnstrumental müayinələr (rektoskopiya, anoskopiya, rektosiqmoidoskopiya, kolonoskopiya, fistuloqrafiya, rentgenoloji müayinə, rektal ultrasonoqrafiya, defekoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT).
Düz bağırsağın və anusun anatomiyası, fiziologiyası, xəstəlikləri və müayinələri üzrə suallar
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Düz bağırsaq harada yerləşir? |
Düz bağırsaq S-vari bağırsaq və anal həlqə arasında yerləşir. |
Düz bağırsağın peritona münasibəti necədir? |
Düz bağırsaq yuxarı ampulyar hissədə 3 tərəfdən peritonla örtülür, aşağı getdikcə periton təbəqəsi tədricən itir. |
Dişli xətt haradadır? |
Dişli xətt düz bağırsağın selikli qişasının dəriyə keçən hissəsinə deyilir. |
Daxili və xarici sfinkter necə formalaşır? |
Anal kanalın daxili sfinkteri saya əzələ qatından ibarət olan həlqədir. Adətən sıxılmış vəziyyətdə olur (defekasiya vaxtı boşalır). Anal kanalın xarici sfinkteri eninə zolaqlı əzələ qatından ibarətdir, sərbəst yığıla bilir və üç əzələ qatından ibarətdir. |
Damar sinir təchizatı |
Arterial təchizat
Venoz təchizat Düz bağırsağın yuxarı və orta hissələrindən venoz qan axını portal venaya açılır, aşağı hissəsindən və anusdan isə – aşağı boş venaya. Limfatik drenaj Limfatik damarlar arteriyalar müşayət edirlər. İnnervasiya Düz bağırsağın innervasiyası simpatik və parasimpatik liflər vasitəsilə həyata keçirilir. |
Düz bağırsağın funksiyaları |
Düz bağırsağın 2 əsas funksiyası var:
|
Düz bağırsağın instrumental müayinələri |
Rektoskopiya, anoskopiya, fistuloqrafiya, rektosiqmoidoskopiya, kolonoskopiya, rentgenoloji müayinə, defekoqrafiya, rektal ultrasonoqrafiya, sfinkteromanometriya, KT/MRT, PET-KT. |