ANOREKTAL FİSTULLAR
Tərifi
- Anal kanal vəperianal dəri arasında yaranan patoloji əlaqəyə( kanal və ya tunel) anorektalfistul deyilir (Şəkil 1).
Şəkil 1.Anorektal fistul.
Diaqnostik əlamətlər
- Anusətrafı nahiyədə qızartı, qızartı nahiyəsində dəlik, dəliyə təzyiq etdikdə irinli, bəzən qanlı ifrazatın xaric olması, perianal axıntı;
- H2O2 + brilyant abısı qarışığının vurulması(və ya metilen abısı) xarici dəlikdən yeridilir,qabarcıqların çıxdığı yer daxili dəlikdir və düyməli zondla müayinə zamanı fstul yolunun daxili dəliyinin anal kanalda təqribən dişli xətt səviyyəsində olması.
Təsnifatı
Şəkil 2.Anorektal fistulların təsnifatı.
- Intrasfinkter fistul – 45% hallarda rast gəlinir; anal kanalın dişli xəttindən başlayıb perianal dəriyə açılır. Daxili və xarici anal sfinkterlər arasında yerləşir.
- Transsfinkter fistul – 30% hallarda rast gəlinir; xarici anal sfinkteri dələrək ishio- rektal çuxura açılır və ordan da perianal dəriyə uzanır.
- Suprasfinkter fistul – 20% hallarda rast gəlinir; anal kriptadan başlayaraq anal sfinkter əzələlərini əhatə edərək ishio-rektal çuxura açılır.
- Ekstrasfinkter fistul – 5% hallarda rast gəlinir; anal sfinkterləri və m. levator ani keçərək düz bağırsağa uzanır.(Şəkil 2).
Rastgəlməsi
- Anorektal fistullar kişilərdə qadınlara nisbətən daha çox təsadüf olunur, uşaqlarda isə nadir hallarda rast gəlinir;
- əsasən 20-60 yaşlar arasında görülür, ortalama yaş dövrü – 40.
Etilologiyası
Adətən anal kriptin/vəzlərin infeksiyasıdır(adətən perianal abses). Eyni zamanda:
- Orqanizmin infeksiyaya qarşı müqavimətinin zəif olması;
- xarici sfinkterin spazmı nəticəsində düz bağırsaqda durğunluğun olması;
- iltihabi proseslərin sağalması üçün vacib şərtlərdən biri olan fizioloji sakitliyin olmaması;
- Anal vəzlərin bağırsaq möhtəviyyatı ilə daim çirklənməsi;
- bağırsaq ətrafı toxumalarda regenerativ proseslərin pozulması.
Klinikası
- Təkrarlanan anorektal abseslər;
- Perianal axıntı;
- Analətrafı nahiyyənin qaşıntısı;
- Anusətrafı nahiyədə şişkinlik;
- Bağırsaq hərəkətlərinin və qaz çıxartmanın ağrılı olması;
- Qanaxma;
- Anus nahiyəsindən irinli ifrazatın olması;
- Anusətrafı nahiyədə anal dermatitin yaranması;
- Yüksək hərarət, titrətmə və halsızlıq kimi infeksion əlamətlərin residivi.
Diaqnostikası
- Digital, zond müayinəsi;
- Fistuloqrafiya – fistulun kontrastlı rentgenoloji müayinəsidir;
- Rektal USM – bu zaman fistul yolu incələnir;
- MRT – anal kanalın kontrastlı MR müayinəsi zamanı fistulun yerini, uzunluğunu, enini, anal sfinkterlərlə və m. levator ani-ylə olan əlaqəsini öyrənmək olar;
- Endoskopiya (anoskopiya, siqmoidoskopiya və ya kolonoskopiya icra oluna bilər)– təkrarlanan anorekal fistullar zamanı Kron xəstəliyindən şübhələnmək olar. Bunun üçün kolonoskopiya mütləqdir;
- “Goodsall” qaydası-Fistulun xarici dəliyi anal dəliyin ortasından çəkilən köndələn xəttin ön tərəfində isə fistul düz xətlidir və anal kanalın ön hissəsinə açılır,xarici dəlik köndələn xəttin arxasında yerləşərsə fistul əyridir.
Differensial diaqnostika
- Bartolinit;
- Piy sisti;
- Hidrozadenit;
- Vərəm;
- Aktinomikoz;
- Osteomielit;
- Anal kanalın xərçəngi;
- Düz bağırsağın xərçəngi;
- Anusda qaşınma;
- Kron xəstəliyi;
- Proktit;
- Prostatit.
Ağırlaşmaları
- Anal kanalın xərçəngi – 60%.
- Kolloid xərçəng – 44%;
- Skvamoz xərçəng – 34%;
- Adenokarsinoma – 22%.
Müalicəsi
Konservativ müalicə |
|
Qeyri-cərrahi müalicə |
|
Cərrahi müalicə |
|
Özət
Perianal fistullar anal kanal və perianal arasında yaranan patoloji əlaqəyə (kanal və ya tunel) deyilir. Anusətrafı nahiyədə qızartı, qızartı nahiyəsində dəlik, dəliyə təzyiq etdikdə irinli, bəzən qanlı ifrazatın xaric olması, perianal axıntı əsas diaqnostik əlamətlərdir. Intrasfinkter fistul – 45%, transsfinkter fistul – 30%, transsfinkter fistul – 20%, ekstrasfinkter fistul 5% hallarda rast gəlir. Diaqnostikasında digital, zond müayinəsi, fistuloqrafiya, rektal USM, MRT, endoskopiya (anoskopiya, siqmoidoskopiya və ya kolonoskopiya icra oluna bilər). Müalicəsi – konservativ müalicə (oturaq vannalar, isidicikompres, defekasiyanın tənzimlənməsi, məlhəmli sarğılar, antibiotiklər, rentgenoterapiya); qeyri-cərrahi müalicə (fibrin yapışdırıcı, fistula Plug – tıxac texnikası); cərrahi müalicə lazer texnikası, seton texnikası, VAAFT, LİFT, fistulotomiya, fistulektomiya, fistulun tikilməsi).
PERİANAL FİSTULLAR XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Anal fistul nədir? |
Anal fistul duz bağırsaqla perianal dəri arasında patoloji kanaldır. |
Anal fistulun səbəbi nədir? |
Adətən anal kriptin/vəzlərin infeksiyasıdır (adətən perianal abses). |
Anal fistulun əlamət və simptomları hansılardır? |
Perianal axıntı, qaşıntı, perirektal abses, perirektal abseslərin residivi. |
Hansı xəstəlikdə anal fistul da duşunmək gərəkir? |
Crohn xəstəliyində |
Diaqnoz necə qoyulur? |
|
Anorektal fistulların mualicə prinsipləri hansılardır? |
|
Seton nədir? |
Qalın tikiş olub, fistul traktından kecməklə sfinkter əzələsinin yavaş kəsilməsinə səbəb olur, capıq toxuması formalaşdırır ki, o da sfinkter əzələsini yerində və kəsildikdən sonra daimi saxlamasına səbəb olur. |
Anorektal fistulun daxili dəliyini əməliyyat otağında necə tapmaq olar? |
H2O2 (və ya metilen abısı) xarici dəlikdən yeridilir, qabarcıqların cıxdığı yer daxili dəlikdir. |
REKTOVAGİNAL FİSTUL
Tərifi
- Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir.
Diaqnostik əlamətləri
- Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi;
- Uşaqlıq yolundan pis iyli ifrazatın xaric olması;
- Vaginit.
Təsnifatı
Yerləməsinə görə |
|
Həcminə görə |
|
Etilologiyası
- Doğuş zamanı travmalar (20-80%);
- Qalça sümüyü nahiyəsinin şüa terapiyası (4-34%);
- Infeksiya (6-38%);
- Cərrahi əməliyyatlar (2-7%);
- Bağırsaqların iltihabi xəstəlikləri (Kron xəstəliyi, 6-23%);
- Çanaq orqanlarının xərçəngi;
- İdiopatik fistullar (4-19%).
Klinikası
- Uşaqlıq yolundan iyli ifrazatın olması;
- Vaginit əlamətləri;
- Cinsi əlaqə zamanı ağrı;
- Qaz qaçırtması.
Diaqnostikası
- Anamnez;
- Metilen abısı testi;
- Endoskopiya;
- Fistuloqrafiya;
- KT;
- İntravenoz piyeloqrafiya;
- Anorektal manometriya;
- Defekoqrafiya;
- MRT;
- Rektal USM.
Müalicəsi
52% hallarda rektovaginal fistullar öz-özünə bağlanır. Cərrahi əməliyyat öncəsi xəstələrə mütləq antibakterial müalicə təyin edilir. Cərrahi müalicənin növləri:
- Vaginal giriş;
- Perineal giriş;
- Transsfinkterik giriş;
- M. gracilis interpozisiyası;
- Dəri flepindən istifadə;
- LİFT texnikası – fistulun daxili dəliyinin bağlanması;
- Abdominal giriş;
- Stomanın qoyulması
Əməliyyat sonrası ağırlaşmalar
- Cinsi əlaqə zamanı ağrı;
- Sidik qaçırtma;
- Qazların və nəcisin saxlana bilməməsi.
Özət
Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir. Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi, uşaqlıq yolundan pis iyli ifrazatın xaric olması, vaginit diaqnostik əlamətləridir. Aşağı rektovaginal fistullar və yuxarı rektovaginal fistullar olmaqla iki qrupabölünür. Müalicəsi: 52% hallarda rektovaginal fistullar öz-özünə bağlanır. Cərrahi əməliyyat öncəsi xəstələrə mütləq antibakterial müalicə təyin edilir.
REKTOVAGİNAL FİSTULLAR XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
Suallar |
Cavablar |
Rektovaginal fistullar nədir? |
Rektovaginal fistul doğuş və ya başqa bir səbəbdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan əlaqəyə deyilir. |
Diaqnostik əlamətləri |
Uşaqlıq yolundan qazın və nəcisin gəlməsi. |
Ən çox rast gəlinən etioloji faktor? |
Doğuş zamanı travmalar (20-80%). |
Cərrahi əməliyyatlar neçə qrupa bölünür? |
Perineal və abdominal. |
Əməliyyatdan sonra olan ağırlaşmalar? |
|